Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1846/2024 27.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt qeydində düzəliş edilməklə təkrar nikah haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş arayışa əsasən X8 və X9 nikahı xx.xx.1993-cü il tarixində 80 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın bağlanması haqqında xx.xx.1993-cü il tarixli, 80 nömrəli akt qeydinə əsasən X8 ilə X12 arasında nikah bağlanmışdır, nikahdan sonra Məmmədov soyadı götürülmüşdür. Ölüm haqqında xx.xx.2004-cü il tarixli, 105 nömrəli akt qeydinə əsasən X6 xx.xx.2004-cü il tarixində vəfat etmişdir. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü ildə imtina cavabı verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik Qaydası”nın 1-ci müddəasına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş 1030 nömrəli nikah haqqında arayışıda X2 X4 düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum həyatyoldaşı X6 ilə 14 iyun 1993cü il tarixdə rəsmi qaydada nikah qeydiyyatından keçməklə evlənmişlər. Həyat yoldaşı Allahverdi Məmmədov 20 fevral 2004-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. İlk əvvələr həyatyoldaşının ölümü ilə bağlı baş qarışıqlığından ölümü haqqında şəhadətnamə ala bilməmiş, bu səbəbdən o, 2004-cü ildə keçmiş Xanlar indiki Göygöl Rayon Məhkəməsində ölüm faktının müəyyən edilməsinə dair iddia qaldırmış, məhkəmənin 2004cü il tarixli qətnaməsinə əsasən mərhum həyat yoldaşının X3 20 fevral 2004-cü il tarixdə Bakı şəhərində ölməsi faktı qət edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1030 nömrəli nikah haqqında arayışda həyat yoldaşının adı Allahverdi əvəzinə səhvən Alaiverdi yazılmışdır. Məhkəmə qətnaməsi olmasına baxmayaraq o həyatyoldaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmiş,bu barədə Cavabdehnə müraciət etmiş, sonuncu tərəfindən bildirilmişdir ki, Cavabdeh arxivində saxlanılan ölüm haqqında akt qeydində ölən şəxsin adı Allahverdi yazıldığndan sənədlər arasında ziddiyət yarandığından müraciətin təmin edilməsi mümkün olmamışdır. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X7 iddianı müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1993-cü il tarixli 80 nömrəli nikahın bağlanması haqqında akt qeydində X5 Məmmədov kimi qeyd edilərək təkrar nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi nikah akt qeydində düzəliş edilməklə təkrar nikah haqqında şəhadətnamənin verilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... İşdəki sənədlərlə müəyyən edilir ki, Nikahın bağlanması haqqında akt qeydində səhvə yol verilmiş, iddiaçının həyat yoldaşının adı barəsində məlumatlar düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, xx.xx.1993-cü il tarixli 80 nömrəli nikahın bağlanması haqqında akt qeydində X5 Məmmədov kimi qeyd edilərək təkrar nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. xx.xx.1993-cü il tarixli 80 nömrəli nikahın bağlanması haqqında akt qeydində X5 Məmmədov kimi qeyd edilərək təkrar nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1846/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1846/2024
27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver