Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1847/2022 19.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi İddiaçı, üçüncü şəxs X3 iştirakları ilə, İddiaçılar İddiaçı, X16, X15 və X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında onun və ailə üzvlərinin mülkiyyətində olan Şəmkir rayonu, Yeni-Həyat kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsində olan 20 kv.m tikiliyə üçüncü şəxs X3 adına tərtib edilmiş və Şamxor rayonlararası TİS-in Lenin qəsəbə şöbəsi tərəfindən 1 nömrəli reyestr kitabının 33,34-cü səhifəsində 97-ci qrafada qeydiyyata alınmış qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X7 ilə həmkəndlidir. Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə JN-571F saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 31 may 2021-ci ildə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında onun, X6, X13, X8 və X10 ümumi birgə mülkiyyətinə verilmişdir. O və ailə üzvləri hazırda üçüncü şəxs X3 və onun qardaşı X2 qanunsuz əməlləri nəticəsində mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmirlər. Ona görə də məcbur olub Şəmkir rayon məhkəməsində onlara qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia qaldırmış, işə məhkəmədə baxılarkən İmran Allahverdiyev onun tərəfindən özbaşına olaraq iddiaçının torpağında inşa etdiyi 1 otaqdan ibarət tikiliyə qeydiyyat vəsiqəsi aldığını bildirmişdir. DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda İmran Allahverdiyevə oğluna məxsus evə Şamxor rayonlararası TİS-in Lenin qəsəbə şöbəsi tərəfindən 1 nömrəli reyestr kitabının 33,34-cü səhifəsində 97-ci qrafada qeydiyyata alındığı və qeydiyyat vəsiqəsi tərtib edildiyi, həmin qeydiyyat vəsiqəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin Arxiv Fondunda olmadığı qeyd edilmişdir. Məhkəmə tərəfindən qeyd olunan tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə düşüb-düşməməsini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Mütəxəssis rəyi ilə İmran Allahverdiyevə məxsus 47.01 kv.m tikilinin ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsinə düşdüyü müəyyən edilmişdir. Mütəxəssis rəyindən görünür ki, İmran Allahverdiyev tərəfindən iddiaçının torpaq sahəsində tikilmiş tikilinin 20 kv.m hissəsinə əsassız olaraq qeydiyyat vəsiqəsi tərtib edilmişdir. İddiaçı verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi üçün müraciət etmiş, sonuncu sözügedən qeydiyyat vəsiqəsinin səlahiyyətləri xaricində olması səbəbindən imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X16, X15 və X11 birgə iddiaçılar qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, mübahisələndirilən sahə 1987-ci ildən ona verilmişdir. Həmin sahəni 1992-ci ildə qardaşı müvəqqəti istifadə üçün İmran Allahverdiyevə vermişdir. Həmin vaxtdan hal-hazıradək sahədən İmran Allahverdiyev istifadə edir və orada ev tikmişdir. Digər iddiaçılar iddianı müdafiə etdilər. Üçüncü şəxs iddianı qəbul etməyərək bildirmişdir ki, 1992-ci ildə iddiaçının qardaşı Qəhrəman Babayev həmin sahəni ona 10.000 manat müqabilində satmış və o sahədə ev tikmişdir. O, 3 il həmin evdə yaşamış, sonra isə qardaşına vermişdir. Hal-hazıradək həmin evdə qardaşı yaşayır. Sonradan müəyyən edilmişdir ki, həmin sahə iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-571F saylı şəhadətnamədən görünür ki, Şəmkir rayonu, Yeni-Həyat kənd sakini İddiaçı və ailə üzvlərininin mülkiyyətinə Şəmkir rayon Aqrar İslahatı Komissiyasının 1998-ci il 12 iyun tarixli 52 №-li qərarı ilə 0.10 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Yenihəyat kəndində 0.10 ha torpaq sahəsi İddiaçı, X16, X15 və X11 və X9 adına ümumi birgə mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır. -surəti işə əlavə edilmiş cavabdehin xx.xx.2021-ci il tarixli, **********71 nömrəli məktubunda qeyd edilmişdir ki, Şəmkir rayonu, Yeni-Həyat kəndində yerləşən fərdi yaşayış evinə dair X3 adına Şamxor rayonlararası TİS-in Lenin qəsəbə şöbəsi tərəfindən qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Həmin qeydiyyat vəsiqəsi 1 nömrəli reyestr kitabının 33, 34-cü səhifələrində 97-ci qrafada qeydiyyata alınmışdır. İmran Allahverdiyevin adına tərtib olunmuş 962-inventar nömrəli texniki pasportda evin ümumi sahəsi 20.0 kv.m qeyd edilmişdir. Qeydiyyat vəsiqəsi H.Aslanov adına üzümçülük sovxozunun xx.xx.1992-ci il tarixli, 379 saylı arayışı əsasında tərtib edilmişdir. Qeydiyyat vəsiqəsinin nüsxəsi 11 saylı Şəmkir Ərazi İdarəsinin arxiv fondunda saxlanılmır. X2 adına Şəmkir rayonu, Yeni Həyat kındində fərdi yaşayış evi qeydiyyatdan keçməmişdir. -surəti işə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan 0.10 ha torpaq sahəsi bütövlükdə cavabdehlər X7 və X4 tərəfindən istifadə olunur. X5 məxsus 47.01 kv.m tikili ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşir. -işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********26 nömrəli iddiaya etirazda qeyd edilmişdir ki, X1 rayonu, Çinarlı qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mövcud olan 20 kv.m tikiliyə dair sentyabr 1992-ci il tarixli texniki pasport və xx.xx.1992-ci il tarixli, 962 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi almışdır. DBF məlumatlarında X3 adına 356-cı sırada 0.10 ha torpaq sahəsi qeyd edilsə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən onun adına “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə” tərtib edilməmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Yeni-Həyat kəndində yerləşən ümumi sahəsi 20 kv.m olan yaşayış evi sentyabr 1992-ci il tarixli 379 nömrəli qərarla üçüncü şəxs X3 adına qeydə alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq , mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X1 rayonu, Yeni-Həyat kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mövcud olan 20 kv.m tikiliyə dair sentyabr 1992-ci il tarixli texniki pasport və xx.xx.1992-ci il tarixli, 962 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi almışdır. Bundan sonra həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarına əsasən JN-571F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Bu səbəbdən də iddiaçı, üçüncü şəxs X3 adına tərtib edilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsini cavabdehdən tələb etmiş, cavabdeh tərəfindən isə bundan imtina edilərək aidiyyəti üzrə məhkəmə müraciət edilməli olduğu bildirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Sözügedən Şəmkir rayonu, Yeni Həyat qəsəbəsindəki 0.10 torpaq sahəsi iddiaçıların mülkiyyətinə Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə verilmişdir. Həmin torpaq sahəsi üzərindəki 20 kv.m tikiliyə dair üçüncü şəxsin adına xx.xx.1992-ci il tarixli, 962 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarından görünür ki, mübahisələndirilən torpaq sahəsi iddaçılara xx.xx.1998-ci il tarixdə verilmiş, üçüncü şəxsin adına verilmiş qeydiyyat vəsiqəsinin tarixi isə sentyabr 1992-ci il tarixlidir. Həmçinin qeydiyyat vəsiqəsində üçüncü şəxsin mülkiyyyətinə torpaq sahəsi verilməsi qeyd edilməmişdir, qeydiyyat vəsiqəsi ilə yalnız fərdi yaşayış evi üçüncü şəxsin mülkiyyətinə verilmişdir. İddiaçıların isə qeydiyyat vəsiqəsinin ləğvini tələb etməkdə tələbin əsasını həmin evin yerləşdiyi torpaq sahəsinin onların mülkiyyətində olması təşkil edir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, üçüncü şəxsə məxsus 47.01 kv.m tikili ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən fərdi yaşayış evi 1992-ci ildən üçüncü şəxsin mülkiyyətində olduğundan əslində evin yerləşdiyi sahənin iddiaçıların mülkiyyətinə verilməsi öz-özlüyündə qanunsuz olmuşdur. Qeyd edilən tikiliyə dair üçüncü şəxsin adına qeydiyyat vəsiqəsi qanunvericiliyin tələbləri nəzərə alınmaqla verilmişdir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçılar İddiaçı və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1847/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1847/2022
19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver