Məhkəmə qərarları › İş №2-1(114)-185/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-185/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-185/2023 14.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının vəkili X1, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğvi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 07 oktyabr 1973-cü ildə keçmiş Kirovabad şəhəri (Azərbaycan SSR) hazırkı Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuş, bu barədə 1973-cü ilin 10-cu ayının 17-ci günündə doğum haqqında akt qeydləri kitabında 3136 N-li qeyd aparılmışdır və ona xx.xx.1973-cü il tarixdə Kirovabad şəhəri VVAQ Şöbəsi tərəfindən İİ-JQ 314454 №o-lı doğum haqqında şəhadətnamə verilmişdir. 04 may 1990-cı ildə ona Azərbaycan SSR Gəncə şəhəri Kəpəz rayon İcraiyyə Komitəsi X14 tərəfindən pasport verilmiş və Gəncə şəhəri Kəpəz rayon X14 tərəfindən xx.xx.1990cı ildə ünvan 1 ünvandakı evlərinə qeydiyyata alınmış və hal-hazırda da Azərbaycan Respublikasının vətəndaşıdır, yəni Azərbaycan Respublikası vətəndaşlığından çıxmamışdır. xx.xx.1991-ci il tarixdə ona Gəncə şəhəri Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən HZ seriyalı ******* Noli hərbi bilet verilmişdir. Gəncə şəhəri Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1991-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmış, 10 iyul 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 466 №o-li fərmanına əsasən 10 iyul 1996-cı ildə həqiqi hərbi xidmətdən tərxis olunub 12 iyul 1996-cı ildə Gəncə şəhəri Kəpəz rayonu Hərbi Komissarlığında qeydiyyata götürülmüşdür. Bütün yuxarıda sadalananlar onu göstərir ki, iddiaçı doğulduğu andan Azərbaycan Respublikasının vətəndaşıdır. 13 iyul 2022-ci il tarıxli, 199375/m daxil olma №-ilə qeydiyyatdan keçmiş sorğusu ilə Azərbaycan Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətimin tanınması haqqında verilmiş müraciətinə cavabdeh tərəfindən baxılaraq, 16 iyul 2022-ci il tarixli ******* No-li qərarla Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətimin tanınmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin onun müraciəti ilə əlaqədar çıxardığı qərar tamamilə əsassız və qanunsuzdur. İddiaçının vəkilinin müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarın ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. Eyni zamanda, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı əsl iddiaçı X6 ilə əvəz edilmişdir. İddiaçının vəkili X3 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı 2002-ci ildə Türkiyə vətəndaşlığını qəbul etmişdir. Cavabdehin nümayəndəsi X9 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı 1973-cü ildə Gəncə şəhərində anadan olsa da, sonradan Türkiyə Respublikasına getmiş və həmin ölkənin vətəndaşıdır, həmçinin Azərbaycan Respublikasında onun pasport qeydiyyatında olması barədə məlumat mövcud deyildir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir :- -surəti işə əlavə edilmiş İİ-ЖГ 314454 nömrəli xx.xx.1973-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Gəncə (Kirovabad) şəhərində anadan olmuşdur. -surəti işə əlavə edilmiş xx.xx.1990-cı il tarixli pasportdan görünür ki, İddiaçı Gəncə şəhəri Kəpəz rayon X14 tərəfindən xx.xx.1990-cı ildə ünvan 2 ünvan üzrə qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş Qeydiyyat kitabından çıxarışdan görünür ki, X8 1996-cı il tarixdə daxil olmuş və xx.xx.2022-ci il tarixdə Türkiyə vətəndaşlığını almışdır. -DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasında pasport qeydiyyatı yoxdur. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarından görünür ki, xx.xx.1973-cü il İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı xx.xx.1973-cü il tarixdə Gəncə (Kirovabad) şəhərində anadan olmuş, 1996-cı ildən Türkiyə Respublikasına getmiş və xx.xx.2022-ci il tarixdə Türkiyə vətəndaşlığı almış və hal-hazıradək də Türkiyə Respublikasının vətəndaşıdır. İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məqsədilə cavabdeh orqana müraciət etsə də, sonuncunun xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarı ilə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina etmişdir. İddiaçı hazırki tələblə cavabdeh orqanın sözügedən qərarını mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun (1998-ci il 30 sentyabr tarixdə qəbul edilmiş, 1998-ci il 7 oktyabr tarixdə qüvvəyə minmişdir):- - 1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. - 5-ci maddəsinə görə aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015- ci il 18 mart tarixli, 84 №-li qərarı ilə təsdiq edilmişdir):- -1.1-ci bəndinə görə bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. -2.2-ci bəndinə görə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 4.1.1-ci bəndinə görə bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. 4.3-cü bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. İşin faktiki hallarından göründüyü kimi iddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi sözügedən qanunda nəzərdə tutulmuşdur. Bu hal isə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını istisna edir. Məhkəmə qeyd edir ki, ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o, yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (sözügedən Qaydanın 4.3cü bəndinə əsasən). Bu səbəbdə də iddiaçıya münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi də tətbiq edilə bilməz. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması qanunvericiliyinin müddəaları gözlənilməklə həyata keçirilmişdir ki, həmin icraat nəticəsində qəbul edilmiş qərar əsaslıdır və ləğv edilməsi üçün əsas yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın mübahisələndirilən “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarı qanunidir və ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğvi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar