Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1850/2024 30.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: X2 Cəmiyyət X6 Universiteti tərəfindən 11 iyul 2019-cu il tarixdə verilmiş TOTU №000708 (qeydiyyat nömrəsi 1592) nömrəli apostil olunmuş diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı İqtisadiyyatda sosial elmlər üzrə bakalavr dərəcəsi ilə təltif edilmişdir. X6 Universiteti MMC tərəfindən 11 iyul 2019-cu il tarixdə verilmiş diploma əlavəyə əsasən təhsil proqramının istiqaməti (profili) iqtisadiyyat sahəsində sosial elmlər, təhsil forması əyanidir. İddiaçı cavabdeh orqana müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək bildirilmişdir ki, iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması QaydalarT'nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 (iyirmi) həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalaının 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan normal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona X2 Cəmiyyət Tbilisi Açiq Tədris Universiteti tərəfindən verilmiş İqtisadiyyatda Sosial Elmlər üzrə bakalavr dərəcəsi əldə etməyinə dair diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2015-ci ildə X2 Cəmiyyət Tbilisi Açiq Tədris Universitetinə daxil olmuş və 2019-cu ildə X2 Cəmiyyət Tbilisi Açiq Tədris Universitetini bitirərək İqtisadiyyatda Sosial Elmlər üzrə bakalavr dərəcəsi əldə etmişdir. Təhsil müddətində sonuncu tədris semestri istisna olmaqla təhsilin Universitetinin daxili nizamnaməsinə və dövlət qanunvericiliyinin tələblərinə uyğun formada həyata keçirilmişdir. O, vaxtlı-vaxtında dərslərdə, praktiki məşğələlərdə və imtananlarda əyani qaydada iştirak etmiş və imtahanları verərək diplom almışdır. Bir dəfə kirayədə yaşadığı mənzilə qaz sızması nəticəsində zəhərlənmiş və Universitetein razılığı ilə müalicə üçün Vətənə qayıtmışdır. Müalicədən qayıdan kimi iştirak etmədiyi dərslərə görə əlavə hazırlıq keçərək kəsirlərini aradan qaldırmışdır. 02 mart 2017-ci ildə onun nənəsi X3 vəfat etdiyindən məcburiyyət qarşısında qalaraq, yas mərasiminin təşkili ilə məşğul olmuşdur. Ailədə ondan başqa kişi cinsinə aid heç kim olmamışdır. Bu səbəbə görə də o, təhsilindən müvəqqəti ayrılmışdır. O, nənəsinin yas mərasimindən qayıdan kimi fənn müəllimlərinin tələbinə uyğun olaraq iştirak etmədiyi dərslərə görə əlavə hazırlıq keçərək kəsirlərini aradan qaldırmışdır. Gürcüstanın sabiq prezidenti M.Sakaşvili təkrar olaraq hakimiyyətə qayıtmaq niyyəti ilə dövlət çevrilişinə cəhd edərkən, Universitet rəhbərliyi bizə əvvəlcə kirayədə qaldıqları evlərdən bayıra çıxmamağı, vəziyyə gərginləşşəndə isə Azərbaycana qayıtmağı tapşırdı. Onlar Vətənə qayıdaraq Gürcüstanda vəziyyətin sabitləşməyini gözləmiş, onlara zəng edilən kimi qayıdaraq dərslərə başlamışlar. 2015-2016-cı illərdə Gürcüstanda donuz qripi geniş yayıldığından bütün tədris müəsisələri müvəqqəti olaraq fasilələrlə bağlanıldı. Buna görə də epidemioloji vəziyyət gərginləşdiyindən Azərbaycana qayıtmaq tapşırıldı. O, 4-cü kursda oxuyarkən Azərbaycan İqtisadiyyat Universitetindən bir qrup müəllim və professor heyəti X2 Cəmiyyət Tbilisi Açiq Tədris Universitetinə gələrək oradakı təhsilin Azərbaycan İqtisadiyyat Universitetindəki təhsillə ekvivalentlik təşkil etdiyini araşdırmış və orada oxuyan onun kimi Azərbaycandan gəlmiş tələbələrlə iclas keçirərək təhsilin Azərbaycan İqtisadiyyat Universitetindəki təhsillə eynilik təşkil etdiyini və təhsili bitirəndən sonra diplomların tanıması və müvafiq işlə təmin olunması Azərbaycan qanunlarına uyğun olaraq həyata keçiriləcəyini onlara bildirilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək İddiaçı X2 Cəmiyyət Tbilisi Açiq Tədris Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1592 qeydiyyat nömrəli ( 000708) “İqtisadiyyatda Sosial Elmlər “üzrə bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi (nostrifikasiyası) haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya qarşı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2015/2016-ci tədris ili üzrə - 2 ay, 28 gün, 2016/2017-ci tədris ili üzrə - 4 ay, 26 gün, 2017/2018-cu tədris ili üzrə - 5 ay, 3 gün, 2018/2019-ci tədris ili üzrə - 3 ay, 3 gün. Bildiririk ki, iddiaçının təhsil müddəti 4 ildir. İddiaçının cavabdeh orqana təqdim etdiyi diplom əlavəsinin 4.1-ci bəndindən məlum olur ki, onun təhsilalma forması əyanidir. Qeyd olunanlara əsasən bildiririk ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2023-ci il tarixli imtina cavabından sonra iddia ərizəsini xx.xx.2024-ci il tarixdə məhkəməyə təqdim etməklə, 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddianın mümkünlük şərtləri ödənilir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. “Təhsil haqqında” Qanunun 1.0.4-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” nın: -1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsil alanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir -2.3-cü bəndinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. -4.1-ci bəndinə əsasən “Bakalavr” dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; -peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti" nin 1.5-ci bəndinə görə ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrıayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəliqərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: -5.5-ci bəndinə görə ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. -8.7-ci bəndinə görə ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla).Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir.Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120- 160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın: -1.1-ci bəndinə görə bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Hazırkı mübahisə mahiyyət etibarı ilə diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı X6 Universiteti MMC tərəfindən 11 iyul 2019-cu il tarixdə verilmiş bakalavr diplomunun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçı X6 Universiteti MMC-də “İqtisadiyyatda sosial elmlər” üzrə tam bakalavriat kursunu bitirmişdir. X6 Universiteti MMC tərəfindən iddiaçıya verilmiş diplom xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına uyğun olaraq Gürcüstan Ədliyyə Nazirliyinin İctimai Xidmətin İnkişafı Agentliyi publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-ci il tarixdə **********75097 nömrəsi ilə apostil edilmişdir. İş materiallarında olan “X4 Məlumatlar” vərəqəsində “təhsilin formas: əyani” qeyd edilmişdir. Cavabdehin mübahisələndirdiyi yeganə məqam X6 Universiteti MMC tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olması və bu baxımdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin mümkünlüyü ilə bağlıdır. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, iddiaçının X6 Universiteti MMC-də aldığı təhsilin forması əyani olmuşdur.. Tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əsasən deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından da qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. İş üzrə materiallarla iddiaçının 2015-2019-ci illərdə təhsil müddətinin əyani formaya uyğun olaraq 4 il, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin ali təhsil pilləsinin təhsilin normativ müddətinə dövlət standartlarına uyğun olduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının təhsil aldığı istiqamət üzrə təhsil formasına Azərbaycan Respublikasında yol verilməməsi barədə cavabdeh mübahisə açmamışdır. Cavabdeh təqdim etdiyi etiraz ərizəsində iddiaçının təhsil aldığı ölkədə 2015-2016-cı tədris ili üzrə 2 ay 28 gün, 2016-2017-ci tədris ili üzrə 4 ay 26 gün, 2017-2018 –ci tədris ili üzrə 5 ay 3 gün, 2018-2019-cu tədris ili üzrə 3 ay 3 gün olduğunu qeyd etsədə, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən daxil olmuş 3-38-2/33-1612/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla müəyyən olunur ki, iddiaçı təhsil aldığı ölkə ərazisində 2015-2016-cı illər ərzində 212 ( iki yüz on iki gün ) 07 ( yeddi ay ) təhsil olduğu ölkədə olmuşdur, 2017-ci il üzrə 231 gün ( iki yüz otuz bir gün) 07 ay 20 gün, 2018-ci il üzrə 234 gün ( iki yüz otuz dörd gün) 07 ay 24 gün, 2019-cu il üzrə 160 ( bir yüz altmış ) gün 05 ay 10 gün təhsil aldığı ölkədə olmuşdur. Beləliklə cavabdeh orqan təqdim etdiyi etiraz ərizəsində iddiaçının təhsil aldığı ölkədə ümumilikdə 2015-2016-cı tədris ili üzrə 2 ay 28 gün, 2016-2017-ci tədris ili üzrə 4 ay 26 gün, 2017-2018 –ci tədris ili üzrə 5 ay 3 gün, 2018-2019-cu tədris ili üzrə 3 ay 3 gün ( ümumilikdə 16 ay )olduğunu qeyd etsədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən daxil olmuş məktubla, iddiaçının xarici pasportu ilə müəyyən edilir ki, iddiaçı təhsilin əyani formasına uyğun olaraq 2015-2016-cı illər ərzində 212 ( iki yüz on iki gün ) 07 ( yeddi ay ) təhsil olduğu ölkədə olmuşdur, 2017-ci il üzrə 231 gün ( iki yüz otuz bir gün) 07 ay 20 gün, 2018-ci il üzrə 234 gün ( iki yüz otuz dörd gün) 07 ay 24 gün, 2019-cu il üzrə 160 ( bir yüz altmış ) gün 05 ay 10 gün ( ümumilikdə 4 il ərzində 2015-2016, 2017, 2018,2019 –cu illər ərzində 28 ay ( iyirmi səkkiz ay) müddət kifayət qədər təhsil aldığı dövlətdə olubdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş diploma əlavəyə əsasən, iddiaçı həmin Universitetdə təhsil aldığı zaman proqram fənlərinə dair tədris təcrübəsini keçmiş, ixtisas üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə vermişdir. Yəni iddiaçı tərəfindən təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmiş, iddiaçının növbəti kurslara kəsiri və ya akademik borcu qalmamışdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı təhsil aldığı müddətdə mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib-gəlmişdir,təhsil aldığı müəssisə onu hər il imtahan sessiyasını uğurla başa vurduğuna görə növbəti kurslara keçirmiş, iddiaçı imtahanlardan əla, yaxşı, kafi qiymətlər almış və tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu almışdır. İddiaçının tədris dili üzrə bilik səviyyəsi qənətbəxş olmaqla müvafiq tədris olunan fənləri mənimsəməyə kifayət etmiş, cavabdeh iddiaçının dil biliyi ilə bağlı müsahibənin nəticəsini müsbət qiymətləndirmiş və bununla bağlı hər hansı mübahisə etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1074/2023 saylı, xx.xx.2023 tarixli Qərarında da qeyd etdiyi mövqe ondan ibarət olmuşdur ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü-özlüyündə bir qədər qeyri - müəyyəndir. Sözügedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Həmin bəndə əsasən, xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. Belə ki, iddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-591/2022 xx.xx.2022-ci il tarixli qərarında qeyd etdiyi mövqe ondan ibarət olmuşdur ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əlahiddə olaraq deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, yuxarıda istinad olunan normada nəzərdə tutulmuş qaydaya görə, xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduğu hallarda mənfi rəy verilə bilər. Bu qaydanın cavabdeh tərəfindən onun imtinasında istinad etdiyi tədris yükünün mənimsənilməsinə dair qısa müddət anlamında təfsir olunması da yanlış sayılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli , 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat(əsas baza ali, tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənnəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Beləliklə, cavabdeh orqan təqdim etdiyi etiraz ərizəsində iddiaçının təhsil aldığı ölkədə qısa müddətdə olmasını qeyd etsədə, məhkəmə araşdırması zamanı bu təsdiqini tapmamış, cavabdeh orqan təqdim etdiyi etiraz ərizəsində iddiaçının təhsil aldığı ölkədə ümumilikdə 2015-2016-cı tədris ili üzrə 2 ay 28 gün, 2016-2017-ci tədris ili üzrə 4 ay 26 gün, 2017-2 018 –ci tədris ili üzrə 5 ay 3 gün, 2018-2019-cu tədris ili üzrə 3 ay 3 gün ( ümumilikdə 16 ay )olduğunu qeyd etsədə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən daxil olmuş məktubla, iddiaçının xarici pasportu ilə müəyyən edilir ki, iddiaçı təhsilin əyani formasına və “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat(əsas baza ali, tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması( ən azı üçdə ikisi) qaydasına uyğun olaraq 2015-2016-cı illər ərzində 212 ( iki yüz on iki gün ) 07 ( yeddi ay ) təhsil olduğu ölkədə olmuşdur, 2017-ci il üzrə 231 gün ( iki yüz otuz bir gün) 07 ay 20 gün, 2018-ci il üzrə 234 gün ( iki yüz otuz dörd gün) 07 ay 24 gün, 2019-cu il üzrə 160 ( bir yüz altmış ) gün 05 ay 10 gün ( ümumilikdə 4 il ərzində 2015-2016, 2017, 2018,2019 –cu illər ərzində 28 ay ( iyirmi səkkiz ay) müddət yəni Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat(əsas baza ali, tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması( ən azı üçdə ikisi) qaydasına uyğun olaraq kifayət qədər olması öz təsdiqini tapmışdır və ixtisas üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə vermişdir. Yəni iddiaçı tərəfindən təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmişdir. İş üzrə materiallarla həmçinin iddiaçının təhsil müddətinin, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin ali təhsil pilləsinin dövlət standartlarına uyğun olduğu müəyyən edilmişdir. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, iddiaçının təhsil aldığı istiqamət üzrə təhsil formasına Azərbaycan Respublikasında yol verilməməsi barədə cavabdeh mübahisə açmamışdır. Həmçinin iddiaçıya məxsus diplomla verilən hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması da mübahisə doğurmamışdır. Eyni zamanda iddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, təhsilini əyani almışdır. Qeyd edilənlərə əsasən iddiaçı təhsilin əyani formasında təhsil alaraq tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan və işin faktiki hallarına əsasən hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı X2 Cəmiyyət Tbilisi Açiq Tədris Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1592 qeydiyyat nömrəli ( 000708) “İqtisadiyyatda Sosial Elmlər “üzrə bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi (nostrifikasiyası) haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1850/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1850/2024
30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver