Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1851/2020 07.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Nizami rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Nizami rayon filialına qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Bakı Xüsusiləşdirilmiş Quraşdırma-Sazlama müəssisəsində işlədiyi müddətin sosial sığorta stajı hesab edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1998-ci il tarixədək müxtəlif yerlərdə işləmişdir və bu barədə ona məxsus əmək kitabçasında qeydlər mövcuddur. İddiaçı DSMF publik hüquqi şəxsin Gəncə şəhər Nizami rayon filialına müraciət edərək əmək kitabçasında qeyd olunan işlədiyi müddətlərin sosial sığorta stajı hesab edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh onun xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Bakı Xüsusiləşdirilmiş Quraşdırma-Sazlama müəssisəsində olan iş stajını və əmək haqqını yerində yoxlamaq mümkün olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi müddət nəzərə alınsa onun cəmi 25 il 11 ay sosial sığorta stajı yaranır, lakin həmin müddətdə onun Bakı Xüsusiləşdirilmiş Quraşdırma-Sazlama müəssisəsində işləməsini yerində yoxlamaq mümkün olmadığına görə ona pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -İddiaçı məxsus xx.xx.1972-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, sonuncu xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Bakı Xüsusiləşdirilmiş Quraşdırma-Sazlama müəssisəsində işləmişdir. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli 5/1842 nömrəli məktubundan görünür ki, Bakı Xüsusiləşdirilmiş Quraşdırma-Sazlama müəssisəsinin arxiv sənədləri Döxlət arxivinə mühafizə üçün təhvil verilməmişdir. -AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********9 nömrəli bildirişindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Bakı Xüsusiləşdirilmiş Quraşdırma-Sazlama müəssisəsində iş stajını və əmək haqqını yerində yoxlamaq mümkün olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Bakı Xüsusiləşdirilmiş Quraşdırma-Sazlama müəssisəsində olan iş stajını və əmək haqqını yerində yoxlamaq mümkün olmadığından görə həmin dövr onun sığorta stajına daxil edilməmiş və ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın həmin dövrü iddiaçının sığorta stajına daxil etməməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-cibəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iş stajı əmək kitabçası əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Lakin cavabdeh orqan xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək iddiaçının işlədiyi Bakı Xüsusiləşdirilmiş Quraşdırma-Sazlama müəssisəsi tərəfindən arxiv sənədlərinin Döxlət arxivinə mühafizə üçün təhvil verilmədiyinə görə həmin dövrləri onun sığorta stajına daxil edilməsindən imtina etmişdir. Halbuki arxiv məlumatlarının olmaması, yəni müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının ziyanına şərh olunmamalıdır, çünki iddiaçının qeyd olunan müddətdə işləməsi barədə qeydlər əmək kitabçasında mövcuddur və bu qeydlər hər hansı şübhə doğurmur. Beləliklə iddiaçının iş stajını təsdiq edən əmək kitabçasına əsasən xx.xx.1972-ci il tarixdən 1 il 8 ay 10 gün, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək 2 il 5 gün (hərbi xidmət dövrü), xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək 15 gün, 0xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək 1 il 3 ay 16 gün, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 27 gün, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək 1 il 9 ay 28 gün, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək 6 ay 20 gün, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 2 il 2 ay 3 gün, xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək 16 il 3 ay olmaqla ümumilikdə 25 il 11 ay 4 gün sığorta stajı mövcuddur. Məhkəmə qeyd olunan əmək kitabçasını mötəbər sübut kimi qəbul edir. İddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı tələb olunur ki, hazırki halda əmək kitabçasında qeyd olunan sığorta stajı, eləcə də hərbi xidmət müddəti nəzərə alındıqda onun tələb olunan sığorta stajı yaranmış olur. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63yaşına çatmış kişilərin və60yaşına çatmış qadınlarınfərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Nizami rayon filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1851/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1851/2020
07.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver