Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1855/2025 26.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1976-1979-cu illərdə əyani təhsil aldığı illər, 1979-1981-ci illərdə hərbi xidmət illəri, 1979, 1982-1997-ci illərdə kolxozda və 2020-2024-cü illərdə X4 İdarəsində işlədiyi illərin nəzərə alınaraq 25 il 3 ay 26 gün iş stajının təsdiq edilməsinə və hüququnun yarandığı xx.xx.2024-cü il tarixindən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X1 Tuğay Alı oğluna xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubda görünür ki, təqdim etdiyi Bərdə rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arayışının, hərbi biletin, diplomunun surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil illəri, xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla sığorta stajı 23 il 1 ay 28 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 19 il 10 ay 28 gün sığorta stajına uyğun olaraq 20063,38 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək (3 il 3 ay sığorta stajınıza uyğun olaraq) 4655,15 manat olmaqla, ümumilikdə 24718,53 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabı sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinədək əmək fəaliyyəti dövrü hərbi xidmətdə olduğu müddətin və əyani təhsil illərin bir hissəsi ilə üst-üstə düşür. Buna görə də xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil və xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olan dövrləri sığorta stajına daxil edilmişdir. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququ yaranması üçün nəzərdə tutulandan (25 ildən) az olduğuna görə ona bu növ pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixindən əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixindən əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixindən əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 15 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı T.X6 Məhkəməsinə müraciət edərək ona hüququnun yarandığı 1 may 2024-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ona xx.xx.2024-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi 142928 nömrəli diplomun surətində olan məlumata əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək olan təhsil dövrü, 077658 nömrəli hərbi biletin surətində qeyd olunan məlumatlara əsasən onun xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmət dövrü, Bərdə Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-9RA/3-2118/2024 nömrəli arayışı və X7 üzrə X2 rayon qəbul şöbəsinin xx.xx.2024-cü il tarixli aktına əsasən 1978-1979-cu illər üzrə 6 ay xx.xx.1982-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək kolvozdakı əmək fəaliyyəti dövrləri Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumata əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 3 il 9 ay 19 gün əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2024-cü il tarixinə sığorta stajı ümumilikdə 25 il 16 gün təşkil edir. X7 üzrə X2 rayon qəbul şöbəsinin xx.xx.2024-cü il tarixli aktına əsasən kolxoza aid əmək haqqı kitablarında İddiaçı adına 1997-ci il üzrə 10 ay əmək haqqı qeydə alındığından qeyd olunan il üzrə yalnız həmin dövr sığorta stajına daxil edilmişdir. Beləliklə, qeyd edilənlərdən məlum olduğu kimi, hazırki iddia tələbini qaldırmaqda iddiaçının hüquqi marağı ona hüququnun yarandığı 1 may 2024-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Yuxarıda ətraflı şərh edildiyi kimi, iddiaçının əmək pensiyası qanunvericiliyə tam uyğun şəkildə təyin edilmişdir. Ona görə də yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə əsasən iddiaçının tələbi cavabdeh tərəfindən təmin olduğundan, işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2-ci maddəsinə görə, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. 85.1-ci maddəsinə görə, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İddiaçı hazırkı iddia tələbi ilə hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı xx.xx.1959-cü il təvəllüdlü olmaqla onun Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası hüququ xx.xx.2024-cü il tarixdə yaranmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixindən əmək pensiyası təyin olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və artıq işin mahiyyəti üzrə mübahisə mövcud olmadığından hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq Qərara aldı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1855/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1855/2025
26.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver