Məhkəmə qərarları › İş №2-1(114)-1856/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1856/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1856/2022 15.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X8 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı cizgi planının ləğv edilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı hazırkı tələblə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, onun Gədəbəy rayonu, Əlinağılar kəndi ərazisində mülkiyyətində olan 95.09 kv.m və 106.2 kv.m olan fərdi yaşayış evləri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 14 dekabr 2006-cı il tarixli, 000184 nömrəli qeydiyyat şəhadətnaməsinin, 17 iyul 2017-ci il tarixli, alqı-satqı müqaviləsinin və 24 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 29 may 2010-cu il tarixli, ********** nömrəli və 29 iyul 2017-ci il tarixli, ********** nömrəli çıxarışların və 19 aprel 2022-ci il tarixli cizgi planın ləğv edilməsinə və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin onun Gədəbəy rayonu, Əlinağılar kəndi ərazisində mülkiyyətində olan 95.09 kv.m və 106.2 kv.m olan fərdi yaşayış evlərinin üzərində hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina edilməsini əsassız hesab edərək barəsində cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evləri üzərində hüquqlarının dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbi 14 dekabr 2006-cı il tarixli, 000184 nömrəli qeydiyyat şəhadətnaməsinin, xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli və xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqısı” müqavilələrinin etibarsız hesab edilməsi, 29 may 2010-cu il tarixli, ********** nömrəli və 29 iyul 2017-ci il tarixli, ********** nömrəli çıxarışların ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən balıqçılıq təsərrüfatının rəhbəri vəzifəsində çalışmışdır. Sovet hökuməti dağıldıqdan və özəlləşdirmə prosesinə başladıqdan sonra yaşayış yeri olmadığından təsərrüfatın yaşayış məntəqəsini özəlləşdirərək özünün və ailəsinin yaşayış yerinə çevirmişdir. Artıq 28 ildir ki, qeyd olunun yaşayış yeri onların mülkiyyətindədir və buna dair dövlət qeydiyyat vəsiqəsi də vardır. 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla vətənimizin müdafiəsində hər zaman canını qoymuşdur. Bununla bağlı Gədəbəy rayonu, Əlinağılar kəndində özünə fərdi yaşayış evini özəlləşdirmişdir. Həmin evə dair qeydiyyat vəsiqəsi üzrə hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun hüquqlarının qeydə alınmasından əsassız olaraq imtina edilmişdir. Hansı ki, bu hüququn qeydə alınması üçun iddia ərizəsinə əlavə etdiyi qeydiyyat vəsiqəsi əsaslardan biri olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 1, 2.1, 6, 8, 9-cu maddələrində nəzərdə tutulmuşdur. Gədəbəy Plankənd kəndinin sakinləri X11 və onun qardaşı X10 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəmkir rayon 11 saylı Ərazi İdarəsinin əməkdaşları ilə qeyrimünasibətlərə girərək onun yaşadığı evlərin və işləyərək canını qoyduğu Balıqçılıq təsərrüfatının torpaq ərazisini qanunsuz olaraq zəbt etmişlər. Belə ki, onlar Gədəbəy rayonu, Plankənd kəndində yaşadıqları və inzibati ərazi vahidliyinə əsasən oranın sakinləri olduğu təqdirdə Əlinağılar kəndinin ərazisində yerləşən meşə fondu torpağının ərazisini öz torpaq sahələri kimi qeydiyyata aldırmışlar. Hansı ki, X10 özü hədə qorxu ilə tələb etməyə görə məhkum edildikdən sonra azadlığa çıxmış və görünür ki, yəqin eyni taktika işlətməklə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi ilə əlaqəyə girməklə mülkiyyətə dair çıxarışında torpaq sahəsinin və tikilinin ərazi vahidliyinin Gədəbəy rayonu, Plankənd kəndi göstərildiyi halda balıqçılıq təsərrüfatının meşə fondu torpağının ərazisini əvvəlki tikililər göstərməklə torpaq sahəsinin koordinat nöqtələrini və texniki pasportunu Gədəbəy rayonu, Əlınağılar kəndinin qeyd olunan torpaq sahəsinə daxil etmişdir. Əslində isə X6 torpaq sahəsinin təyinatı Qalakənd kəndi ərazisində özəlləşmiş sənaye, nəqliyyat, rabitə və müdafiə torpaqları üzərində olan əmlak kompleksi kimi göstərilmişdir. İstər Qalakənd kəndinin istərsə də Plankənd kəndinin ərazi vahidliyi və Balıqçılıq təsərrüfatının torpağının ərazisi bu iki ərazi vahidliyinə daxil olmamaqla uzaq bir ərazidə yerləşir. Bir dəfə X11 və onun qardaşı X10 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə müraciət edərək hazırda ərazi vahidliyi kimi torpaq sahəsinin yerləşdiyi ünvana aid edilərək qanunsuz əldə etmək istəsələr də onların müraciətlərinə imtina edilmiş sonradan isə torpaq sahəsinin və tikililərin ona aid tikililər daxil edilməklə ünvanın isə ünvan 1 hərəkətlər əvvəlki tarixlərə işlənməklə sənədləşmə işləri aparılmışdır. Hazırda şikayət ərizəsinə əlavə etdiyi X9 məxsus torpaq sahəsinin və tikilinin Gədəbəy rayonu, Palankənd kəndi göstərildiyi halda torpaq sahəsinin koordinatları və tikililər isə Gədəbəy rayonu, Əlinağılar kəndi ərazisində ona məxsus yerə işlənmişdir. Qeyd olunan torpaq sahəsi o, Balıqçılıq təsərrüfatında işlədiyindən ilk öncə oranın işçisi kimi ancaq ona satıla bilərdi. Sadəcə torpaq sahəsi meşə fondu torpaq sahəsi olduğundan ona satılmamış və təklif edilməmişdir. Hazırda onun tikili sahələrinə və torpaq sahəsinə dair ilkin sənədləri üzrə 2005-ci il dövrədək olan müddət üzrə qeydiyyat vəsiqəsi vardır, qeydiyyat vəsiqəsi üzrə Daşınmaz Əmlakın 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də sənədlərinin ilkini və qeydiyyat vəsiqəsi orada mövcud olduğu təqdirdə ona sənədləri üzrə hüququnun təkrar qeydiyyata alınmasından qanunsuz olaraq imtina edilmişdir. Qeyd olunan şəxslərə dair çıxarışlarda göstərilmiş Qalakənd ərazisi Miskinli ərazi vahidliyinə aiddir. Onun torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina edilməsi və torpaq sahəsində inşa etdiyi evinin başqa şəxsə məxsus olması absurddur. Qaldırılmış iddia tələbi ilə bağlı hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. İşin şifahi məhkəmə baxışı iclası 15 noyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı və onun onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X13 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdeh və üçüncü şəxs ona təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********39 nömrəli, xx.xx.2022-ci il tarixli, **********38 nömrəli, xx.xx.2022-ci il tarixli, **********70 nömrəli, xx.xx.2022-ci il tarixli, **********52 nömrəli və xx.xx.2022-ci il tarixli, **********35 nömrəli məktubları, xx.xx.2005-ci il tarixli, 95 və 96 inventar nömrəli qeydiyyat vəsiqələrinin surətləri, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışların təsdiqlənmiş surətləri, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 150 nömrəli sərəncamının surəti, xx.xx.2001-ci il tarixli smetanın surəti, 1 saylı yaşayış evinin planının surəti, xx.xx.1980-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının surəti, xx.xx.2001-ci il tarixli, 95 və 96 nömrəli texniki pasportların surətləri, “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” xx.xx.2006-cı il tarixli, 000184 qeydiyyat nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” xx.xx.2006-cı il tarixli, 000678 qeydiyyat nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, Gədəbəy təsərrüfatlararası hesablı balıqçılıq müəssisəsinin plan-sxeminin təsdiqlənmiş surəti, xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli və xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqısı” müqavilələrinin təsdiqlənmiş surətləri, xx.xx.2010-cu il tarixli, AA 005482 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surəti, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********72 nömrəli arayış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, **********22 nömrəli məktubu, Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 69 nömrəli məktubu, Gədəbəy Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 550/-14 nömrəli məktubu əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, Gədəbəy rayonu, Əlinağılar kəndi (Qalakənd) ərazisində yerləşən 106.2 və 95.09 kv.m-dən ibarət tikililərə və altının torpaq sahəsinə dair X2 adına “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən tərtib olunmuş 08 novabr 2006-cı il tarixli, 000678 qeydiyyat nömrəli və “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən tərtib olunmuş 14 dekabr 2006cı il tarixli, 000184 qeydiyyat nömrəli şəhadətnamələr əsasında 29 may 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən 2.0076 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsini və üzərində yerləşən əmlak kompleksi kimi müəssisəni (Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi) X1 rayon notariat kontorunun 17 iyul 2017-ci il tarixli, 4Ə-169 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında bütövlüklə X7 adına özgəninkiləşdirmiş və ona 29 iyul 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daha sonra həmin əmlak kompleksi bütövlüklə Bakı şəhəri 50 saylı notariat ofisinin 24 fevral 2022-ci il tarixli, 4Ə-294 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X6 adına özgəninkiləşdirilmiş və ona 09 mart 2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı yuxarıda qeyd olunan tikililərin Gədəbəy rayonu X3 və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 95 və 96 inventar nömrəli qeydiyyat vəsiqələri əsasında ona məxsus olduğunu qeyd etsə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********52 nömrəli məktubundan görünür ki, Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən əmlakların reyestr nömrəsi 01-75, inventar nömrəsi 96 və reyestr nömrəsi 01-74, inventar nömrəsi 95 olan qeydiyyat vəsiqələri daşınmaz əmlakın Şəmkir rayon X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat kitablarında öz əksini tapmamışdır. Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına fərdi yaşayış evi qeydiyyata alınmamışdır. Həmçinin, iş materiallarında olan "xxxx" MMC 11 saylı Şəmkir Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X9 məxsus olan Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən, ümumi sahəsi 2.0076 ha olan torpaq sahəsində daşınmaz əmlakın dövlət reyestrində cavabdeh İddiaçı məxsus hər hansı daşınmaz əmlak (tikili) qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X9 məxsus olan Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən, ümumi sahəsi 205 kv.m olan əmlak kompleksi kimi müəssisənin yarımçıq tikilisi olan, tikinti altı sahəsi 64.0 kv.m olan A literli yarımçıq tikili ilə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 04 sentyabr 2001-ci il tarixli sərəncamına əsasən verilmiş qeydiyyat vəsiqələrinə əsasən cavabdeh İddiaçı adına qeydə alınmış və köməkçi sahələrdən ibarət olan 1 və 2 saylı fərdi yaşayış evləri eyni tikilidir, lakin həmin tikililərin hal-hazırki ölçüləri əlavə tikililər aparılmaqla təqdim olunmuş sənədlər toplusundakı ölçülərdən fərqlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X9 məxsus olan Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən, ümumi sahəsi 205 kv.m olan əmlak kompleksi kimi müəssisənin yarımçıq tikilisi olan, tikinti altı sahəsi 64.0 kv.m olan (hal-hazırda həmin tikilinin tikinti altı hissəsi 149.36 kv.m, çardaqda birlikdə 213.37 kv.m təşkil edir) A literli həmin tikilidə cavabdeh hazırda yaşayır. Beləliklə, hazırda mübahisə predmeti olan daşınmaz əmlaklar üçüncü şəxs X6 xüsusi mülkiyyətində olduğundan, həmin əmlaklar üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması istisna edilir. Ona görə də cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtina etməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun; 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.5. maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 9.1. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. 11.1. maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1. maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı çıxarışın və cizgi planının ləğv edilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar