Məhkəmə qərarları › İş №2-1(114)-186/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-186/2020

04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-186/2020 04.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X18 rayon şöbəsinə qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X18 rayon şöbəsinin (bundan sonra Dövlət Sosial X18 rayon şöbəsi) xx xxxxxxxx 2019-cu il tarixli, **********9 məktubu ilə İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci il təvəllüdlü olmaqla xx.xx.2019-cu il tarixdə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb edilən 61 yaşının tamam olmasına baxmayaraq, mərhum həyat yoldaşı X4 əmək kitabçasını şöbəyə təqdim etmədiyinə görə vəfat etdiyi tarixə yaş həddinə uyğun tələb edilən sığorta stajı toplanmadığı üçün tərəflərindən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İmtinanı qanunsuz hesab edən İddiaçı cavabdeh Dövlət Sosial X18 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X4 1957-ci ildən 1972-ci ilədək keçmiş Jdanov rayonunda, 1972-ci ildən 1997-ci ilədək Tovuz rayon Meşə Təsərrüfatında işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum həyat yoldaşı X4 xx.xx.1951-ciildən xx xxxx 1972-ci ilədək Beyləqan (keçmiş Jdanov rayonu) Meşə-Təsərrüfat idarəsində və xx xxxx 1972-ci ildən xx xxxxxxxx 1997-ci ilədək X14 işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o mərhum həyat yoldaşı X8 ilə 1983-cü il tarixdə rəsmi nikaha girmədən ailə qurmuşdur. xx.xx.1984-cü il tarixdə İlqar adlı övladları dünyaya gəlmişdir. xx xxxxx 1987-ci il tarixdə həyat yoldaşı X8 ilə rəsmi nikaha girmişlər. Həyat yoldaşının ondan əvvəlki birinci nikahından 3 oğlu, 4 qızı dünyaya gəlib, birinci həyat yoldaşı vəfat etdikdən sonra onunla ailə qurmuşdur. Həyat yoldaşı X8 1957-ci il tarixdən 1972-ci il tarixədək keçmiş Jdanov rayonunda Meşə İdarəsində işləmiş, xx xxxx 1972-ci il tarixdən xx xxxx 1973-cü il tarixədək X21 üzrə direktor, xx xxxx 1973-cü il tarixdən xx xxxxxxxx 1996-cı il tarixədək X10 tingliyində mütəxəssis, xx xxxxxxxx 1996-cı il tarixdən xx xxxxxx 1997-ci il tarixədək Meşə ustası, xx xxxxxx 1997-ci il tarixdən xx xxxxxxxx 1997-ci il tarixədək, yəni vəfat edən günədək həmin müəssisədə yağlayıcı işində işləmişdir. xx xxxxxxxx 1997-ci il tarixdə həyat yoldaşının vəfatı ilə əlaqədar azyaşlı İlqar adlı uşağına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün digər zəruri sənədlərlə birlikdə həyat yoldaşının əmək kitabçasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsinə təqdim etmişdir. Azyaşlı övladı X5 18 yaşı tamam olunanadək ailə başçısını itirməyə görə əmək pensiyası almışdır. Onun xx.xx.2019-cu il tarixdə 61 yaşı tamam olduğu üçün ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2019-cu il tarixdə Dövlət Sosial X18 rayon şöbəsinə ərizə ilə müraciət edərkən həyat yoldaşının əmək kitabçasını tapa bilmədikləri üçün o məcburiyyətdə qalıb X22 Təsərrüfatı Mərkəzindən həyat yoldaşının 1972-ci il tarixdən 1997-ci il tarixədək işləməsi barədə xx.xx.2019-cu il tarixli 394 saylı arayışı və xx.xx.2019-cu il tarixli 395 saylı əmək haqqı arayışını alaraq şöbəyə təqdim etmiş, lakin cavabdeh təşkilat arayışda qeyd edilən illəri həyat yoldaşının sığorta stajına daxil etməmişdir. Bununla da onun hüquqları pozulmuşdur. Belə ki, cavabdeh təşkilat xx.xx.2019-cu il tarixli, **********9 saylı məktubunda iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyini bildirərək həyat yoldaşının 1972-ci il tarixdən 1997-ci il tarixədək olan dövr üzrə əmək fəaliyyətini onun sığorta stajına daxil edilmədiyini qeyd edərək pensiya tələbindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı əvvəlki məhkəmə iclaslarında iddia tələbinə uyğun izahat verərək, tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət Sosial X18 rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X9 xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının xx.xx.2019-cu il tarixdə **********6 qeydiyyat nömrəsi ilə şöbəyə daxil edilmiş ərizəsinə şöbənin pensiya təyin edən komissiyasında baxılaraq komissiyanın xx.xx.2019-cu il tarixli 579 saylı qərarı ilə ailə başçısını itirməyə görə əmək pensiyası tələbindən imtina edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1. bəndində Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi qeyd edilmişdir. xx.xx.1958-ci il təvəllüdlü olmaqla xx.xx.2019-cu il tarixdən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb edilən 61 yaşının tamam olmasına baxmayaraq, mərhum həyat yoldaşının X4 əmək kitabçasını şöbəyə təqdim etmədiyinə görə vəfat etdiyi tarixə yaş həddinə uyğun tələb edilən sığorta stajı toplanmadığı üçün tərəfimizdən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçının mərhum əri X4 xx.xx.1972-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işləməsi barədə X22 Təsərrüfatı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 394 saylı arayışda qeyd edilən dövrlər onun sığorta stajına daxil edilməmişdir. İş üzrə tərəflərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsi). İş materiallarında olan: -AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı Əhmədolı qızı xx.xx.1958-ci ildə anadan olmuşdur. -xx xxxxx 1987-ci il tarixli, İV-JQ 298866 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 ilə İddiaçı xx.xx.1987-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ərə «Zeynalov», arvada isə «Həsənova» soyadı verilmişdir. -xx xxxxxxxx 1997-ci il tarixli, V-JQ 255525 nömrəli «Ölüm haqqında» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 xx xxxxxxxx 1997-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqıqnda akt qeydləri kitabında 112 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Beyləqan rayonu Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 60 nömərli arxiv arayışından məlum olur ki, Beyləqan rayonu (keçmiş Jdanov rayonu) Meşə-Təsərrüfat idarəsində X8 xx.xx.1951-ci il tarixli 104 nömrəli əmrlə Mahmudlu meşəsinə meşəçi təyin edilmiş, xx.xx.1955-ci il tarixli, 02 nömrəli əmrlə 1954-cü ilin məzuniyyəti 1955-ci ilə keçirilmiş, xx.xx.1955-ci il tarixli, 85 nömrəli əmrlə 1952-1953-cü illərin hesabına məzuniyyətə buraxılmış, xx.xx.1956-ci il tarixli 196 nömrəli əmrlə 1956-cı ilin məzuniyyəti 1957-ci ilə keçirilmiş, xx.xx.1957-ci il tarixli, 207 nömrəli əmrlə 1956-1957ci illərin hesabına məzuniyyətə buraxılmış, xx.xx.1958-ci il tarixli 32 nömrəli əmrlə məzuniyyəti qurtardığı üçün öz işinə başlamış, xx.xx.1959-cu il tarixli, 01 nömrəli əmrlə 1958-1959-cu illərin məzuniyyəti 1960-cı ilə keçirilmiş, xx.xx.1960-ci il tarixli 52 nömrəli əmrlə məzuniyyət qurtardığı üçün öz işinə başlamış, xx.xx.1961-ci il tarixli 230 nömrəli əmrlə 1959-1960-1961-ci illərin məzuniyyəti 1961-ci ilə keçirilmiş, xx.xx.1962-ci il tarixli, 47 nömərli əmrlə 1959-1962-ci illərin hesabına məzuniyyətə buraxılmış, xx.xx.1963-cü il tarixli, 04 nömrəli əmrlə 1960-1961-1962-ci illərin məzuniyyəti 1963-cü ilə keçirilmiş, xx.xx.1964-cü il tarixli, 215 nömrəli əmrlə məzuniyyəti qurtardığı üçün öz işinə başlamış, xx.xx.1965-ci il tarixli 93 nömrəli əmrlə müvəqqəti olaraq baş meşəçi vəzifəsinə təyin edilmişdir. İşdən çıxma barədə əmri müəyyən edilməmiş, Meşə-Təsərrüfatı idarəsinin 1965-ci ildən sonrakı illəri əhatə edən əmr kitabları mühafizə üçün Beyləqan rayon Dövlət Arxivinə təhvil verilməmişdir. -Azərbaycan Respublikası Beyləqan rayonu Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 61 nömərli arxiv arayışından görünür ki, X2 rayonu Meşə-Təsərrüfat İdarəsində işləmiş və 1966-1972-ci illərdə əmək haqqı almışdır. Həmin dövlər 1966-cı il mart ayından iyun 1972ci ilədək olan dövrü əhatə etmişdir. -X21 üzrə xx xxxx 1972-ci il tarixli, 28 nömrəli əmrdən çıxarışdan görünür ki, X8 – Azərbaycan SSR Dövlət Meşə Təsərrüfat Komitəsinin xx xxxx 1972-ci il tarixli, 47 nömrəli əmrinə əsasən X19 direktor vəzifəsinə təyin edilmişdir. -X16 üzrə xx xxxx 1973-cü il tarixli, 19 nömrəli əmrdən çıxarışdan görünür ki, X8 – sabiq X17 direktoru, xx xxxx 1973-cü il tarixdən daşıdığı vəzifədən azad edilərək X16 nəzdindəki tinglik üzrə böyük mühəndis vəzifəsinə keçirilmişdir. -X16 üzrə xx xxxxxxxx 1996-cı il tarixli, 78 nömrəli əmrdən çıxarışdan görünür ki, X8 – tingliyin mütəxəssisi, uzun müddət xəstə olması ilə əlaqədar həmin sahəyə meşə ustası vəzifəsinə keçirilmişdir. -X16 üzrə xx xxxxxx 1997-ci il tarixli, 57 nömrəli əmrdən çıxarışdan görünür ki, X8 – tinglik sahəsinin meşə ustası, öz ərizəsinə əsasən xx.xx.1997-ci il tarixdən həmin sahəyə yağlayıcı keçirilmişdir.-X16 üzrə xx xxxxxxxx 1997-ci il tarixli, 68 nömrəli əmrdən çıxarışdan görünür ki, X8 – tingliyin yağlayıcısı, vəfatı ilə əlaqədar adı ümumi siyahıdan çıxarılmışdır. -Tovuz Rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhəri üzrə Nümayəndəliyinin xx xxx 2019-cu il tarixli, 1619 nömrəli arayışının surətindən görünür ki, ünvan 1 mənzil 37 ünvanında qeydiyyatda olmuş və xx.xx.1997-ci il tarixdə vəfat etmiş X1 vəfatından sonra ailə üzvü – arvadı İddiaçı qalmışdır. - Dövlət Sosial X18 rayon şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli, **********9 nömrəli məktubundan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü olmaqla xx.xx.2019-cu il tarixdə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb edilən 61 yaşının tamam olmasına baxmayaraq, mərhum həyat yoldaşı X4 əmək kitabçasını şöbəyə təqdim etmədiyinə görə vəfat etdiyi tarixə yaş həddinə uyğun tələb edilən sığorta stajı toplanmadığı üçün tərəflərindən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 X22 Təsərrüfatı Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 520 nömrəli arayışından görünür ki, mərhum X8 xx.xx.1972-ci il tarixdən 1997-ci ilədək X14 işləmişdir. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 X22 Təsərrüfatı Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 394 nömrəli və xx xxxxxx 2019-cu il tarixli, 521 nömrəli arayışlarından görünür ki, X8 xx xxxx 1972-ci il tarixdən xx xxxx 1973-cü il tarixədək X21 üzrə direktor, xx xxxx 1973-cü il tarixdən xx xxxxxxxx 1996-cı il tarixədək X10 Tingliyində mütəxəssis, xx xxxxxxxx 1996-cı il tarixdən xx xxxxxx 1997-ci il tarixədək meşə ustası, xx xxxxxx 1997-ci il tarixdən xx xxxxxxxx 1997-ci il tarixədək yağlayıcı işləmişdir. - Dövlət Sosial X18 rayon şöbəsinin xx xxx 2020-ci il tarixli, məktubundan görünür ki, İddiaçı mərhum həyat yoldaşı X4 xx.xx.1951-ci il tarixdən xx.xx.1965-ci il tarixə, xx.xx.1972-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işləməsi faktı məhkəmənin qərarı əsasında öz təsdiqini taparsa onun 38 il 06 ay 07 gün sosial sığorta stajı toplanar və beləliklə mərhum C.Zeynalovun sosial sığorta stajı daxil edildiyi təqdirdə İddiaçı xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranar. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan mübahisə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1. maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPMin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddiadır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının mərhum həyat yoldaşının işlədiyi illərin sığorta stajına daxil edilməsi mübahisələndirilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə - sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyənləşdirilməsinə istinad olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum həyat yoldaşı X8 xx.xx.1957-ci il tarixli, 104 nömrəli əmrlə Beyləqan rayonu (keçmiş Jdanov rayonu) Meşə-Təsərrüfatı idaərsində əmək fəaliyyətinə başlamış, xx xxxx 1972-ci il tarixdək həmin müəssisədə çalışmışdır. Bu hal Azərbaycan Respublikası Beyləqan rayonu Dövlət arxivinin xx.xx.2020-ci il tarixli 60 və 61 nömərli arxiv arayışları ilə təsdiqlənmişdir. Daha sonra C.Zeynalov xx xxxx 1972-ci il tarixdən xx xxxx 1973-cü il tarixədək X21 üzrə direktor, xx xxxx 1973-cü il tarixdən xx xxxxxxxx 1996-cı il tarixədək X10 Tingliyində mütəxəssis, xx xxxxxxxx 1996-cı il tarixdən xx xxxxxx 1997-ci il tarixədək meşə ustası, xx xxxxxx 1997-ci il tarixdən xx xxxxxxxx 1997-ci il tarixədək yağlayıcı işləmiş, bu hal isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 X22 Təsərrüfatı Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 394 nömrəli və xx xxxxxx 2019-cu il tarixli, 521 nömrəli arayışları və əmrləri ilə təsdiqlənmişdir. İddiaçı həyat yoldaşı X4 işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh Dövlət Sosial X18 rayon şöbəsinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməmiş və ona imtina məktubu vermişdir. İş üzrə cavabdeh inzibati orqan tərəfindən C.Zeynalovun işlədiyi illərin sığorta stajına daxil edilməsi mübahisələndirilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1ci bəndinə - sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyənləşdirilməsinə istinad olunmuşdur. Məhkəmə şəxsin Azərbaycan Respublikası Konstitusiyasında birbaşa müəyyən edilən «sosial təminat hüququ»na müdaxiləyə əsas olan imtinanın dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. SSRİ Nazirlər Kabinetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər, sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyə edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxaoışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ əsən artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X20) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Qeyd olunanlara əsasən məhkəmə X6 işlədiyinə dair arxiv arayışlarında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər sosial sığorta stajına daxil edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası əmək pensiyalarının növlərindən biridir. Həmin Qanununun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Adıçəkilən Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görəəmək pensiyası təyin edilmişşəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Həmin Qanunun 23.2. maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda; 2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. İş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür və xx.xx.1958-ci il tarixdə 61 yaşı tamam olmuşdur. Məhkəmə qeyd edir ki, 2018-ci il 1 iyulundan - 2019-ci ilin 30 iyununadək olan dövrdə qadınlara yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 61 yaş müəyyən edildiyindən və iddiaçının mərhum həyat yoldaşı X4 25 ildən çox (xx.xx.1951-xx.xx.1997-cı il) sığorta stajı olduğundan iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinəçatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial X18 rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X1 xx.xx.1951-ci ildən xx xxxx 1972-ci ilədək Beyləqan (keçmişJdanovrayonu) Meşə-Təsərrüfatidarəsində, xx xxxx 1972-ci il tarixdən xx xxxx 1973-cü il tarixədək X21 üzrə direktor, xx xxxx 1973-cü il tarixdən xx xxxxxxxx 1996-cı il tarixədək X10 Tingliyində mütəxəssis, xx xxxxxxxx 1996-cı il tarixdən xx xxxxxx 1997-ci il tarixədək meşə ustası, xx xxxxxx 1997-ci il tarixdən xx xxxxxxxx 1997-ci il tarixədək yağlayıcı işlədiyi illəri sosial sığorta stajına daxil edilməsi, İddiaçı hüquqyarandığı xx.xx.2019-cuiltarixdənailə başçısını itirdiyinə görə pensiya təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X18 rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar