Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-186/2021 28.01.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı cavabdeh Qazax rayon X1 hüquqi şəxsə və üçüncü şəxs «Paşa Həyat» Sığorta şirkətinə qarşı ölüm haqqında tibbi şəhadətnamədə düzəliş edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı cavabdeh Qazax rayon X1 hüquqi şəxsə və üçüncü şəxs «Paşa Həyat» Sığorta şirkətinə qarşı ölüm haqqında tibbi şəhadətnamədə düzəliş edilməsitələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, həmin iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. İddia ərizəsində Qazax rayon X1 Hüquqi Şəxs cavabdeh qismində qeyd olunmuşdur. Qazax rayon X1 hüquqi şəxs “İnzibati orqanların təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ilə inzibati orqan kimi təsnif olunmadığından həmin orqan inzibati icraatın subyekti ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə əsasən iddiaçının nəzərinə çatdırılmasını zəruri hesab edirəm ki, iddia ərizəsi üzrə cavabdeh qismində qeyd edilmiş xəstəxana inzibati orqan olmadığından tərəflər arasında olan mübahisə publik hüquq münasibətlərini tənzimləyən hüquq normaları ilə deyil, özəl hüquq münasibətlərini tənzimləyən hüquq normaları ilə nizama salınmalıdır. Həmin mübahisələrə isə müvafiq ümumi (rayon) məhkəmələr tərəfindən baxıldığından, iddiaçı həmin iddia tələbi ilə müvafiq ümumi (rayon) məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Qazax rayon X1 hüquqi şəxsə və üçüncü şəxs «Paşa Həyat» Sığorta şirkətinə qarşı ölüm haqqında tibbi şəhadətnamədə düzəliş edilməsi tələbinə dair iddia mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, müvafiq ümumi (rayon) məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-186/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-186/2021
28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver