Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-186/2022 02.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı Bağırov İlkin Yusif oğlunun iştirakı ilə İddiaçı Bağırov İlkin Yusif oğlunun cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı və İstehsalat Birliyinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi) Gəncə şəhəri, İ.Qayıbov küçəsi, dalan 7, ev 44 ünvanın zibil qabları ilə təmin edilməsi və qanunla nəzərdə tutulmuş qaydada ərazinin zibillənməsinə səbəb olan şəxsləri cəzalandırılması tələbinə dair iinzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Bağırov İlkin Yusif oğlu cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı və İstehsalat Birliyinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi) qarşı 27.10.2021-ci il tarixində Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Gəncə şəhəri, İ.Qayıbov küçəsi, dalan 7, ev 44 ünvanın zibil qabları ilə təmin edilməsi və qanunla nəzərdə tutulmuş qaydada ərazinin zibillənməsinə səbəb olan şəxsləri cəzalandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 31.01.2022-ci il tarixli 2-1(114)-186/2022 nömrəli qərardadı ilə iddiaçı Bağırov İlkin Yusif oğlunun 31.01.2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, üçüncü şəxs və cavabdeh nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə üçüncü şəxs və cavabdehin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, həmin ərizəyə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15, 55 və 80-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Bağırov İlkin Yusif oğlu oğlunun ərizəsi təmin edilsin. İddiaçı Bağırov İlkin Yusif oğlunun cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı və İstehsalat Birliyinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi) Gəncə şəhəri, İ.Qayıbov küçəsi, dalan 7, ev 44 ünvanın zibil qabları ilə təmin edilməsi və qanunla nəzərdə tutulmuş qaydada ərazinin zibillənməsinə səbəb olan şəxsləri cəzalandırılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-186/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-186/2022
02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver