Məhkəmə qərarları › İş №2-1(114)-186/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-186/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-186/2024 04.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı müddətsiz əlilliyin bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, N993-cü ildən ona təyin olunmuş 2023-cü ilin yanvar ayına qədər aldığı pensiyanın bərpa olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, əlilliyin bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN4)-2640/2023 nömrəli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, N0 noyabr N990-cı ildə SSRİ Silahlı Qüvvələrinə çağırılmış, bir müddət Kolininqrad vilayətində N8N saylı tank qoşunları hərbi hissəsində xidmət keçmişdir. N99N-ci ildə Azərbaycan müstəqillik əldə etdikdə öz şəxsi istəyi ilə xidmət etdiyi hərbi hissənin razılığı ilə Bakı şəhərinə 3NN saylı Hərbi hissəyə hərbi xidmətə gəlmişdir. Vətəninin dar günündə öz vətəninə xidmət etməyi qarşısına məqsəd qoymuş, Azərbaycan SSRİ-dən yenicə ayrılmış, İ Qarabağ müharibəsində hərbi xidmətdə olarkən xəstələnmiş və ağır travmalar alaraq uzun müddət hosbitalda müalicə almışdır. Hospitalda həkimlər ona hərbi xidmətə yararsız olduğunu bildirərək, onu ordudan tərxis etmək istəmişlər. O isə sağalıb xidmətimi davam etdirmək istəmişdir. Ancaq xəstəliyi sağalmadığınan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 07 noyabr N992-ci il tarixli qərarına əsasən hərbi xidmətini yerinə yetirən zaman aldığı ağır travmalara görə hərbi xidmətə yararsız sayılaraq xidmət etdiyi hərbi hissədən tərxis olunmuşdur. Bununla bağlı ona pensiya təyin olunmuş, N993-cü ildən bu günə qədər 270 manat məbləğində pensiya almışdır. N993-cü ildən 2004-cü ilə qədər hər il tibbi komissiyadan keçmişdir. 04 avqust 2004-cü il tarixli Tibbi Sosial Ekpertiza Komissiyasının 7576 saylı qərarı ilə müddətsiz (yəni ömürlük) əlillik təsdiqləndirilmişdir. Bilmədiyi səbəbə görə xx.xx.20N4-cü il tarixində 25 nömrəli Gəncə TSEK-də xəstəliyinin səbəbi hərbi deyil, ümumi göstərilmişdir. Bu yaxınlarda bu texniki səhvi bildikdə Gəncə TSEK-ə gedərək iradını onlara bildirmişdir. Onlar ona texniki səhv olduğunu bildirmiş, bu səhvi yalnız Bakı düzəldə bilər deyib onu Bakı şəhərinə göndərmişlər. Bu texniki səhvi düzəlmək üçün Bakı şəhərinə Tibbi Sosial Ekspertiza Komissiyasına gedərək müraciət etmiş, onlar ona bu texniki səhvi düzəldəcəklərinə söz versələr də, 2023-cü ilin yanvar ayından ümumi xəstəlik kimi qiymətləndirilərək 30 il bundan qabaq ona təyin olunmuş pensiyanı dayandırmışlar. Halbuki Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 7 iyun N992-ci il tarixli, 967 nömrəli SHXÇ üzrə DX-nin Kəlbəcər rayon şöhəsinin rəisinə ünvanlanmış məktubdan da görünür ki, onda təyin edilmiş xəstəlik-diaqnoz: "sağ ağciyərin İ, İİ Seqmentinin infiltrativ vərəmi sorulma və bərkimə mərhələsində BK (+) müsbət”, xəstəliyə görə keçmiş SSRİ Müdafiə Nazirliyinin N987-ci il tarixli 260 saylı əmri qüvvədə olmuş, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” "Xəstəliklər cədvəlinin” 22 “a“ maddəsinin İ qrafasına əsasən “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız” sayılmışdır və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmiş və rəy Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" 7.2-ci bəndinin “ç” yarımbəndinə əsasən " Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” rəyinə uyğundur və dəyişdirilməsi üçün əsas yoxdur. O, N990-N993-cü illər hərbi xidmət dövründə aldığı xəstəliklərdən bu gün də əziyyət çəkir. Hətta ağ ciyərlərindəki xəstəliklər xroniki hal almış, hazırda bronxial astmaya çevirmiş və ağciyərlərin xroniki obstruktiv xəstəliklərindən əziyyət çəkir. Hətta N9 may 2008-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahiyə Xəstəxanasında fəqərəarası diskin sağtərəfli yırtığı xəstəliyindən əməliyyat olunmuşdur. Ona əlillik dərəcəsi N992-ci ilin noyabr ayında rus həkimləri tərəfindən təyin edilmişdir. 30 il bundan qabaq ona təyin olunmuş əlillik və pensiya 20 il bundan qabaq müddətsiz, yəni ömürlük təyin edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 04 iyun 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək, iddia tələbi əsassız olduğundan təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli etirazda qeyd edilmişdir ki, Dövlət Tibbi- Sosial Ekspertiza və XN-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 35 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: - Gəncə şəhər sakini xx.xx.N97N-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2004-cü il tarixində Tibbi Sosial Ekspert Komissiyası tərəfindən “XR.Qastroduodenit tez-tez kəskinləşmələrlə. Xr.Qastrit. Fibroz kavernoz vərəm. T.Ç İl dərəcə” diaqnozu ilə Hərbi Xidmət Dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Lakin X5 səhvən xx.xx.20N4-cü il tarixindən Ümumi Xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı kimi daxil edilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.N992-ci il tarixli 248 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ ağciyərin birinci və ikinci seqmentinin infiltrativ vərəmi, sorulma və bərkimə fazasında. VB (+) müsbət” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ümumi xarakterli şikayətlər bildirmişdir. Müayinə zamanı boyu N77 sm, çəkisi 84 kq müəyyən edilmiş, auskultasiyada vezikulyar tənəffüs eşidilmiş, tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat X2 xx.xx.2022-ci il tarixli, N8367 nömrəli tibbi rəyində diaqnoz “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi. Orta ağır gedişli kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Generalizə olunmuş bronxobstruksiya FVC 49%, FEV N 5N%” kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Nəticədə xx.xx.2004-cü il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə məlumatın X5 daxil edilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N3 may 2022-ci il tarixli N87 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-N(N02)-N403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun N6.2-ci maddəsi). Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 məhkəmə iclasında təqdim etdiyi etirazda qeyd edilmişdir ki, vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.N992-ci il tarixli 248 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ ağciyərin birinci və ikinci seqmentinin infiltrativ vərəmi sorulma və bərkimə fazasında. VB (+) müsbət diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ümumi xarakterli şikayətlər bildirmişdir. Müayinə zamanı boyu N77 sm, çəkisi 84 kq müəyyən edilmiş, auskultasiyada vezikulyar tənəffüs eşidilmiş, tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat X2 xx.xx.2022-ci il tarixli N8367 nömrəli Tibbi rəyində diaqnoz “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi. Orta ağır gedişli kəskinləşmə mərhələsi.Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” kimi xx.xx.2022-ci il tarixli NN4N7 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli əhəmiyyətli ventilyasi pozğunluğu. Generalizə olunmuş bronxobstruksiya. FVC 49%, FEV N 5N%” kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Nəticədə xx.xx.2004-cü il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə məlumatın X5 daxil edilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N3 may 2022-ci il tarixli N87 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 yanvar 2020-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsı Qaydası"nın və 2020-ci il N6 yanvar tarixli N2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın N.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissıyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son N2 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın N.5.N-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Gönərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilli qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AA seriyalı 450300 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı N993-cü il tarixində Kəlbəcər rayonundan məcburi köçkün düşmüş, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU 6 ünvanında hazırda müvəqqəti məskunlaşmışdır. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı təqdim edilmiş 838604 nömrəli arayışdan görünür ki, ona ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasıtərəfindən AR SHXÇDX-nın Kəlbəcər rayon şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 967 nömrəli məktubundan görünür ki, İddiaçı hərbi xidmət dövründə aldığı xəstəlik ilə əlaqədar, xx.xx.N992-ci ildə MN MHH-da terapiya profilli hərbi-həkim komisiyası tərəfindən tibbi şəhadətləndirilmişdir. Ona təyin edilmiş diaqnoz "sağ ağciyərin İ, İİ Seqmentinin infiltrativ vərəmi sorulma və bərkimə mərhələsində BK (+) müsbət”, xəstəliyə görə keçmiş SSRİ Müdafiə Nazirliyinin N987-ci il tarixli 260 saylı əmri qüvvədə olmuş, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” "Xəstəliklər cədvəlinin” 22 “a“ maddəsinin İ qrafasına əsasən “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız” sayılmışdır və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmiş və rəy Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" 7.2-ci bəndinin “ç” yarımbəndinə əsasən " Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” rəyinə uyğundur və dəyişdirilməsi üçün əsas yoxdur. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahlıq xəstəxanası Ambulator, stasionar xəstənin tibb kartasından epiqrizinin surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə stasionar üzrə daxil olmuş, xx.xx.2008-ci il tarixdə evə yazılmışdır. Tam diaqnoz: - “Bel fəqərələrinin osteoxondrozu, L4-L5 fəqərələrarası diskin sağtərəfli yırtığı. Əməliyyatdan sonrakı vəziyyət. RNCX-na bel oma nahiyyəsində olub sağ ayağa vuran kəskin ağrıdan çətinliklə gəzə bilmək”. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və XN-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli Qərarına əsasən, İddiaçı xx.xx.2004-cü il tarixli müddətsiz İİ dərəcə əlillik təyinatı barədə məlumatın X5 daxil edilməsi barədə qərar qəbul edilmiş və Tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. -iş materiallarına əlavə edilmiş TSEK müayinə nəticələrindən görünür ki, iddiaçıya xx.xx.2004-cü il tarixində iddiaçıya “Xroniki qastroduodenit tez-tez kəskinləşmələrlə. Xroniki qastrit. Fibroz kavernoz vərəm. T.Ç. İİ dərəcə. (XBT – Xİ sinif –Həzm sistemi xəstəlikləri – K20-K3N – Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri – K29 – Qastrit və duodenit – K29.7- Dəqiqləşdirilməmiş qastrit) diaqnozu və “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə, xx.xx.20N4-cü il tarixdə eyni diaqnozla və “Ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2022-ci il tarixdə isə eyni diaqnozla “Tam reabilitasiya olması” səbəbi ilə əlillik dərəcəsi təyin edilməsindən imtina edilmişdir. -iş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-N7-N/2-46N6N/2024 nömrəli məktuba əlavə edilmiş İddiaçı pensiya ödənişinə dair sənədlərin təsdiq edilmiş surətləri. -iş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Şərqi Zəngəzur regional filialı tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-N7-N/2-S-N5897/2024 nömrəli Arayışdan görünür ki, DSMF public hüquqi şəxsinin Şərqi Zəngəzur regional filialından Pensiya Alt sistemində olan məlumata əsasən İİ dərəcəli əlilliyə görə xx.xx.N993-xx.xx.2022-ci il tarixlərdə aylıq məbləği 268.6N manat olmaqla əmək pensiyası təyin olunmuşdur və qanuna müvafiq ödəniş aparılmışdır. -iş materiallarına əlavə edilmiş Bakı Dəmir Yol Xəstəxanasının Endoskopik müayinə protokolundan görünür ki, iddiaçının qida borusu sərbəst keçirilir, selikli qişası çəhrayıdır, aşağı N/3 hissəsi hiperemikdir. Kardiya tam bağlanmır, 38 sm yerləşir. Mədənin divarları elastikdir, selikli qişası çəhrayıdır, ocaqlı hiperemikdir, mənfəzdə köpüklü selik və bulanıq öd var. Böyrək əyriliyinin büküşləri sərbəstdir, arxitektonkası pozulmayıb, ölçüləri bir qədər artıb. Antral nahiyəsi bir qədər artıb. Antral nahiyəsi formalaşır, selikli qişası çəhrayıdır, ocaqlı hiperemikdir, eroziyalar var. Prepilorik hissəsinin arxa divarında polip var, ölçüləri N.8x2.0 sm. Pilorus dairəvi formada qapanır, hiperemikdir. Onikibarmaq bağırsağın soğanaq hissəsinin forması dəyişməyib, selikli qişası çəhrayıdır, ocaqlı hiperemikdir, erozivdir. -iş materiallarına əlavə edilmiş Videokolonoskopiya müayinə nəticələrində qeyd edilmişdir ki, iddiaçının nazik bağırsağının terminal hissəsi, kor bağırsaq , qalxan kolon, qaraciyər əyriliyi (hepatic flexure), köndələn kolon , dalan əyriliyi (splenic flexure), enən kolon, siqmoid kolon, rektumun selikli qişası çəhrayı rəngli, büküşlər sərbəstdir. Anal kanalda hemorroy düyünləri qeyd olunmuşdur. -iş materiallarına əlavə edilmiş Videoezofaqoqastroskopiya müayinə nəticəsindən görünür ki, mədənin həcmi orta ölçülü olub, ön kəsici dişlərdən pilorusa qədər 70 sm-dir. Mədə tutumunda N00-N50 ml mədə möhtəviyyatı var. Fundus, korpus, subkardial, antral, pilorik hissə selikli qişa hiperemiyalıdır. Retrofleksiya baxışda kardia məngənəsi aparatı tam sarımır. Mədənin antral hissəsində arxa divarda N,5-N,7 sm ölçüsündə polipşəkilli törəmə qeyd olunur. Biopsiya. Mədədən incisura angularis-dən üreaza testi üçün bioptat götürülmüşdür. Pilorus oval formalıdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2004-cü il tarixində iddiaçıya “Xroniki qastroduodenit tez-tez kəskinləşmələrlə. Xroniki qastrit. Fibroz kavernoz vərəm. T.Ç. İİ dərəcə. (XBT – Xİ sinif –Həzm sistemi xəstəlikləri – K20-K3N – Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri – K29 – Qastrit və duodenit – K29.7- Dəqiqləşdirilməmiş qastrit) diaqnozu və “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə, xx.xx.20N4-cü il tarixdə eyni diaqnozla və “Ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2022-ci il tarixdə isə eyni diaqnozla “Tam reabilitasiya olması” səbəbi ilə əlillik dərəcəsi təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N997-ci il N9 avqust tarixil 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin:- -N.4-cü bəndinə əsasən, tibbi-sosial ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur: ilkin pillə — zona tibbi-sosial ekspert komissiyaları; ali pillə — Respublika Tibbi- Sosial Ekspertiza Mərkəzi və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyası. -N.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun), müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında İ, İl və İİİ qrup əlillik təyin edilir və "Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. -3.N-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyaları həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il N6 yanvar tarixli, NN nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”-nın:- -N.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra — altsistem) vasitəsilə aparılır. -3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.N-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-N-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 20N5-ci il tarixli 4N3 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin:- -N.2-ci bəndinə əsasən əlillik və ya N8 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -N.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və N8 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: N.N. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. N.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK N0 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən N5 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:- NN.N. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. N3.N. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. N3.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. N3.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. N3.4. İnzibati orqanların bu Qanunun N3.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. N3.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. N9.N. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. N9.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.N. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.N İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktlarını işin hazırki hallarına uyğunlaşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi qanuni və əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2004-cü il tarixində “Xroniki qastroduodenit tez-tez kəskinləşmələrlə. Xroniki qastrit. Fibroz kavernoz vərəm. T.Ç. İİ dərəcə. (XBT – Xİ sinif –Həzm sistemi xəstəlikləri – K20-K3N – Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri – K29 – Qastrit və duodenit – K29.7- Dəqiqləşdirilməmiş qastrit) diaqnozu və “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə müddətsiz İİ dərəcə əlillik təyin edilsə də, xx.xx.20N4-cü il tarixdə eyni diaqnozla lakin “Ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2022-ci il tarixdə isə eyni diaqnozla “Tam reabilitasiya olması” səbəbi ilə əlillik dərəcəsi təyin edilməsindən imtina edilmişdir. Göründüyü kimi, xx.xx.2004-cü il tarixində keçirilmiş müayinənin nəticəsində əlilliyin səbəbi kimi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilsə də, xx.xx.20N4-cü il tarixdə keçirilmiş müayinənin nəticəsində əlilliyin səbəbi kimi “Ümumi xəstəlik” qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh orqan məhkəməyə təqdim etdiyi hər iki etirazda iddiaçı barəsində “XR.Qastroduodenit tez-tez kəskinləşmələrlə. Xr.Qastrit. Fibroz kavernoz vərəm. T.Ç İl dərəcə” diaqnozu ilə Hərbi Xidmət Dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edildiyi, lakin X5 səhvən xx.xx.20N4-cü il tarixindən “Ümumi xəstəlik ilə əlaqədar” müddətsiz ikinci dərəcə əlillik təyinatı kimi daxil edildiyi qeyd edilmişdir. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iddiaçıya onun barəsində məlumatların X5 yanlış daxil edildiyi məlum olduqdan sonra o, Gəncə TSEK-ə müraciət etmiş, yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yönləndirilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yanlışlığın aradan qaldırılması əvəzinə iddiaçının əlavə əyani müayinəsi aparılmış və müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.N992-ci il tarixli 248 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ ağciyərin birinci və ikinci seqmentinin infiltrativ vərəmi, sorulma və bərkimə fazasında. VB (+) müsbət” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş etirazla bildirilmişdir ki, iddiaçı sonuncu obyektiv vəziyyətinin müayinəsi zamanı ümumi xarakterli şikayətlər bildirmişdir. Müayinə zamanı boyu N77 sm, çəkisi 84 kq müəyyən edilmiş, auskultasiyada vezikulyar tənəffüs eşidilmiş, tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat X2 xx.xx.2022-ci il tarixli, N8367 nömrəli tibbi rəyində diaqnoz “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi. Orta ağır gedişli kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Generalizə olunmuş bronxobstruksiya FVC 49%, FEV N 5N%” kimi qeyd olunması, anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N3 may 2022-ci il tarixli N87 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh orqan tərəfindən xx.xx.2004 və xx.xx.20N4-cü il tarixlərdə iddiaçıya İİ dərəcə müddətsiz əlillik təyin edilmişdir. İddiaçının müdətsiz əlilliyinin dayandırılması isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N3 may 2022-ci il tarixli N87 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” ilə əsaslandırılmışdır. Göstərilənlərlə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya İİ dərəcə müddətsiz əlillik təyin edilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N5-ci il tarixli, 4N5 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” qüvvədə olmuşdur. Həmin Əsasnaməyə müvafiq olaraq iddiaçıya “Hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz əlillik təyin edilmiş, sonradan müddətsiz əlilliyin səbəbi cavabdeh orqanın səhvi ucbatından X5 “Ümumi xəstəlik” kimi daxil edilmiş, ən sonda isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N3 may 2022-ci il tarixli N87 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilməklə iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il N6 yanvar tarixli, NN nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”-nın 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir. Lakin, cavabdeh orqan iddiaçının əlilliyi ilə əlaqədar şübhə yaranmadığı halda, yalnız iddiaçının cavabdeh orqanın səhvi ilə əlaqədar müraciəti əsasında onu əlavə müayinəyə cəlb edərək ona əlillik dərəcəsi verməkdən imtina etmişdir. Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı inzibati orqan tərəfindən əməl edilməli olan məcburi prosedur qayda müəyyən etmiş, lakin cavabdeh buna riayət etmədən faktiki olaraq əlilliyi dayandırmış, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır. Belə ki, İPM-in 73.N-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 8N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar