Məhkəmə qərarları › İş №2-1(114)-1860/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1860/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1860/2025 15.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının faiz və müddətinə uyğun olaraq müvafiq əlilliyin təyikn edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçının əlilliyinin sonuncu dəfə qiymətləndirilməsi üçün Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – S42.3 – Bazu sümüyü cisminin (diafizin) sınığı, Sol bazu sümüyünün cərrahi boynunun qeyri-düzgün bitişmiş sınığı metal lövhəylə osteosintezi; Ağırlaşma - Z73.6 – Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, sol yuxarı ətrafın funksiyasının pozulması; Ağırlaşma – M24.5 – Oynaqların kontrakturası, Sol bazu oynağının kəskin açıcıbükücü-yaxınlaşdırıcı kontrakturası (açma-10 dərəcə, bükmə 160 dərəcə, uzaqlaşma 15 dərəcə); Ağırlaşma – M19.1 – Digər oynaqların posttravmatik artrozu, Sol bazu oynağının travmadan sonrakı İİ dərəcəli artrozu; Ağırlaşma – R52.2 – Digər daimi ağrı, Daimi ağrı sindromu; Ağırlaşma – M21.1 – Digər rubrikalarda təsnif olunmayan varus deformasiya, Sol bazu sümüyünün varus deformasiyası; Ağırlaşma – M62.5 – Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ bazunun əzələ atrofiyası.

2. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir.

3. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2024-cü il tarixdə diaqnozun əlillik təyin etməməsi və 1 il müddətinə əmək qabiliyyətinin 20% itirilməsi barədə 3-17-4/3-3-20721/2024 nömrəli qərar qəbul edilmişdir.

4. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin epikrizində əsas diaqnoz “S42.3 Sol bazu sümüyünün anatomik boynunun və böyük qabarın qəlpəli yerdəyişmiş sınığı” kimi qeyd edilmişdir.

5. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2014-cü il tarixli ********** nömrəli arayışında diaqnoz “sol bazu sümüyünün cərrahi boynunun qeyri-düzgün bitişmiş sınığı (metalo lövhəylə osteosintezdən sonra) varus deformasiyası, sol bazu oynağının travmadan sonra İİ dərəcəli artrozu, kəskin açıcıbükücü-yaxınlaşdırıcı kontrakturası (açma 10 dərəcə, bükmə 160 dərəcə, uzaqlaşma 15 dərəcə) əzələ artrofiyası, daimi ağrı sindromu və sol yuxarı ətrafların funksiyasının pozulması” kimi qeyd edilmişdir.

6. Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının protokoldan xx.xx.2024-cü il tarixli çıxarışında diaqnoz “S42.3 Bazu sümüyünün (diafizin) sınığı, sol bazu sümüyünün cərrahi boynunun qeyri-düzgün bitişmiş sınığı metal lövhəylə osteosintezi” kimi qeyd edilmişdir.

7. “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 375 nömrəli ekspert rəyində belə nəticəyə gəlinmişdir ki, və.təndaş İddiaçı bədəni üzərində müəyyən edilmiş xəsarət – Sol bazu sümüyünün qapalı-qəlpəli yerdəyişmiş sınığı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid deyildir. Qeyd olunan xəsarətin İddiaçı dediyi şəraitdə yəni, sol çiyni üstdə yıxılma nəticəsində əmələ gəlməsi istisna edilmir.

8. Xəstəlik tarixindən çıxarışlardan və xx.xx.2024-cü il tarixli göndərişdən görünür ki, İddiaçı “S42.3 Bazu sümüyünün cisminin (diafizin) sınığı” diaqnozu üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ambulator, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X1, xx.xx.2023-cü il tarixdə “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X1, xx.xx.2024-cü il tarixdə “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə stasionar müalicələr almışdır. II. Məhkəmədə icraat

9. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlillik dərəcəsinin dəqiq müəyyən edilməsi məqsədi ilə yenidən mütəxəssis vasitəsi ilə onun müayinə edilərək qrupunun düzgün verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1964-cü ildə doğulmuşdur. Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsi 2 dalan, ev 20a-da yaşayır. 2008-ci ildə "Azərqaz" İstehsalat Birliyinə işə qəbul edilmişdir. O, Təmir Tikinti İdarəsinin X10 İstismarı üzrə Təmir-tikinti sahəsinin təmirçi çilingəri işləmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 08:30 radələrində Gəncə şəhəri, Rüzigar Qasımov küçəsində yerləşən X10 İstismar İdarəsinin Qaz Qəza Xidmətinin ərazisinə toplanma məntəqəsinə iş yerinə gəlmişdir. İş yoldaşları X8, X3, X2 və X5 ilə görüşmüşlər və iş təlimatı aldıqdan sonra öz şəxsi avtomobili ilə Göygöl rayonun Quşqara kəndinin yeni yaşayış massivinə iş sahəsinə getmişdir. Təxminən saat 09:10-09:15 radələrində iş yoldaşları ilə birlikdə işlərin icrasına başlamışdır. Həmin günü onların işləri yeni qaz xəttinin çəkilməsi nəzərdə tutulan yerdə xəndəklərin qazılması metal dayaqların xəndəklərə basdıraraq ətrafının betonlanması və qaz borularının qaynaq edilməsi üçün metal dayaqların üzərinə qoymaqdan ibarət olmuşdur. O, içilərlə bərabər saat 12:00-la kimi qeyd olunan işləri icra etmişdir. Saat 13:00dan 14:00-dək nahar fasiləsində olmuşdur. Saat 14:00-da nahar fasiləsi bitdiyindən işlərin icrasını davam etdirmişdir. Saat 15:00 radələrində iş yoldaşları Emil Məmmədov, Eldəniz Məmmədov və Namiq Əliyevlə birlikdə əvvəlcədən yolun kənarına düzülmüş qaz borusunu metal dirəklərin üzərinə qoymaq məqsədilə əlləri ilə götürmüşlər. O, qaz borusunun uc hissəsindən tutmuşdur, iş yoldaşları isə ardıcıl olaraq təxminən 3 metr ara ilə qaz borusundan tutaraq borusundan borunu təxminən 0.60 metr hündürlüyə qaldıraraq su arxının digər tərəfinə yerdəyişmə edən zaman onun ayağı sürüşmüş və o əlində boru ilə birlikdə sol yanı üstə su arxının içinə yıxılaraq xəsarət almışdır. O, aldığı xəsarətlə bağlı xəstəxanaya aparılaraq müalicə olunmuşdur. Hazırda bu xəstəliyi ilə bağlı ona pensiya təyin olunmalıdır. O, bu məqsədlə komissiyadan keçirilmişdir. İlk əvvəl əlillik dərəcəsi 25% müəyyən edilmişdir. Lakin o, bununla razılaşmadığından yenidən əllilik dərəcəsi dəqiqləşmək üçün komissiyadan keçilməyi cavabdeh təşkilatlar tərəfindən təşkil edimişdir. Həmin vaxt onun xəstəliyi 20% dərəcəsi ilə müəyyən edilmişdir. Bu barədə 1/2023 nömrəli aktla da təsdiq edilir. O, buna öz narazılığını bidirsə də cavabdeh təşkilat onunla razılaşmamışdır. Qeyd etmək istəyir ki, onun hazırda sol qolunun çiyin hissəsindən qolu qalxmadığından işləmə qabliyyəti də yoxdur. Bu xx.xx.2024-cü il tarixli ********** saylı arayışla da təsdiq edilir. Onun hazırda işləmə qabiliyyəti olmadığından işləyə də bilmir. Lakin özünün və ailəsinin maddiyyətə çox ehtiyacları var. O, müntəzəm olaraq müalicə qəbul etməlidir. Lakin onun əlillik dərəcəsi düzgün müəyyən edilmədiyindən qanunla almalı olacağı pensiyası verilmir. Bu səbəbdən də məhkəmə qaydasında daha tərcübəli mütəxəsislər tərəfindən yenidən əlillik dərəcəsinin müəyyn edilməsini arzu edir. Buna görə də, o, məcburiyyətdən hazırki iddia tələbi qaldırmalı olmuşdur.

11. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hazırki iş üzrə cavabdeh qismində yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi qəbul edilməklə, iddia tələbi “orqanizmin funksiyalarının pozulma faiz və müddətinə uyğun olaraq əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

12. Daha sonra məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının faiz və müddətinə uyğun olaraq müvafiq əlilliyin təyikn edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, İddiaçı xx.xx.2024-cü əyani müayinəsi həyata keçirilmiş və əlillik təyinatından imtina edilmişdir. İmtina barədə iddiaçıya xx.xx.2024-cü il tarixdə sms-bildiriş vasitəsilə məlumat göndərildiyi, iddiaçı hazırkı tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün onun tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

22. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - xx.xx.2024-cü il tarixli göndəriş; - “Diaqnozun əlillik təyin etməməsi və 1 il müddətinə əmək qabiliyyətinin 20% itirilməsi barədə 3-17-4/3-3-20721/2024 nömrəli qərar; - “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin epikrizi; - “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2014-cü il tarixli ********** nömrəli arayışı; - Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının protokoldan xx.xx.2024-cü il tarixli çıxarışı; - Xəstəlik taixindən çıxarışlar; - “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 375 nömrəli ekspert rəyi.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

25. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçının əlilliyinin sonuncu dəfə qiymətləndirilməsi üçün Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – S42.3 – Bazu sümüyü cisminin (diafizin) sınığı, Sol bazu sümüyünün cərrahi boynunun qeyri-düzgün bitişmiş sınığı metal lövhəylə osteosintezi; Ağırlaşma - Z73.6 – Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, sol yuxarı ətrafın funksiyasının pozulması; Ağırlaşma – M24.5 – Oynaqların kontrakturası, Sol bazu oynağının kəskin açıcıbükücü-yaxınlaşdırıcı kontrakturası (açma-10 dərəcə, bükmə 160 dərəcə, uzaqlaşma 15 dərəcə); Ağırlaşma – M19.1 – Digər oynaqların posttravmatik artrozu, Sol bazu oynağının travmadan sonrakı İİ dərəcəli artrozu; Ağırlaşma – R52.2 – Digər daimi ağrı, Daimi ağrı sindromu; Ağırlaşma – M21.1 – Digər rubrikalarda təsnif olunmayan varus deformasiya, Sol bazu sümüyünün varus deformasiyası; Ağırlaşma – M62.5 – Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ bazunun əzələ atrofiyası.

26. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir.

27. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2024-cü il tarixdə diaqnozun əlillik təyin etməməsi və 1 il müddətinə əmək qabiliyyətinin 20% itirilməsi barədə 3-17-4/3-3-20721/2024 nömrəli qərar qəbul edilmişdir.

28. Xəstəlik tarixindən çıxarışlardan və xx.xx.2024-cü il tarixli göndərişdən görünür ki, İddiaçı “S42.3 Bazu sümüyünün cisminin (diafizin) sınığı” diaqnozu üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ambulator, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X1, xx.xx.2023-cü il tarixdə “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X1, xx.xx.2024-cü il tarixdə “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə stasionar müalicələr almışdır.

29. İddiaçının barəsində rəsmiləşdirilmiş göndərişdə (Forma 88) ona qoyulmuş diaqnozlardan yalnız ağırlaşma halı olan M19.1 XBT kodlu “Digər oynaqların posttravmatik artrozu, Sol bazu oynağının travmadan sonrakı İİ dərəcəli artrozu” xəstəliyi iddiaçının qiymətləndirildiyi dövrdə qüvvədə olan Əlilliyin müəyyən olunması Meyarlarında mövcud olmuşdur. Belə ki, həmin Meyarların 13.3-cü bəndində M15-M19 XBT kodu altında Artrozlar xəstəliyi, 13.4-cü bəndində isə M19 kodu altında Digər artrozlar xəstəliyi qeyd edilsə də, həmin bəndlərin altyarımbəndlərində (sözügedən xəstəliyin qiymətləndirmə hallarında) sadalanan qiymətləndirmə hallarının (amputasiya, güdül, ankiloz, kəskin kontaktura, psevdoartroz, qonartroz və s. bu kimi halların) iddiaçının səhhətində mövcudluğu müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçının göndərişində qeyd edilən həmin M19.1 XBT kodlu artroz xəstəliyi əlillik təyinatına əsas verən vəziyyətdə olmamışdır.

30. İddiaçının göndərişində qeyd edilən əsas diaqnoz və digər ağırlaşma halları olan xəstəliklər isə adıçəkilən Meyarlarda təsbit olunmamışdır.

31. Digər tərəfdən isə, iddiaçının daha əvvəllər əlilliyi müəyyən olunmamış, ilkin əlillik təyinatının aparılması üçün tibb müəssisəsi tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Hansı ki, ilkin əlillik təyinatı zamanı göndərişin rəsmiləşdirilməsi üçün iki şərt vardır (göndəriş verildiyi zaman qüvvədə olan qanunvericilik normalarına əsasən): 1) şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 2) şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir).

32. Yəni, normanın məzmunundan göründüyü kimi, şəxs barəsində tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi üçün ya eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması, lakin həmin müalicəyə baxmayaraq orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması tələb olunur.

33. Hazırkı işdə isə iddiaçının barəsində rəsmiləşdirilmiş göndərişə nəzər saldıqda iddiaçının ambulator və stasionar müalicələrinin son 12 ay ərzində (xx.xx.2024-cü il tarixdən əvvəlki son 12 ay) “S42.3” diaqnozu üzrə cəmi 82 gün (39 gün+29 gün+1 gün+4 gün+4 gün+4 gün+4 gün+1 gün) olması müəyyən edilir ki, bu da 6 aydan azdır.

34. Hansı ki, qanunvericinin həmin normanın müəyyən edilməsində məqsədi ondan ibarət olmuşdur ki, şəxs reabilitasiya (yaxşılaşma, sağalma) üçün müalicə imkanlarından istifadə etmiş və tükətmiş olsun, yəni həmin xəstəlik üzrə uzun müddət müalicə olunmasına baxmayaraq, həmin xəstəlik onda sağalmamış və davam edən vəziyyətdə olsun.

35. Lakin hazırkı vəziyyətdə iddiaçının barəsində göndəriş rəsmiləşdirilərkən həmin şərtə əməl edilmədiyi, başqa sözlə bütün müalicə imkanlarından istifadə etməsi və tükətmiş olması müəyyən edilmir.

36. Eyni zamanda, iddiaçının barədə rəsmiləşdirilmiş göndərişdə ona qoyulmuş diaqnozlar S42.3 (Bazu sümüyü cisminin (diafizin) sınığı, Sol bazu sümüyünün cərrahi boynunun qeyri-düzgün bitişmiş sınığı metal lövhəylə osteosintezi), Z73.6 (Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, sol yuxarı ətrafın funksiyasının pozulması), M24.5 (Oynaqların kontrakturası, Sol bazu oynağının kəskin açıcı-bükücü-yaxınlaşdırıcı kontrakturası (açma-10 dərəcə, bükmə 160 dərəcə, uzaqlaşma 15 dərəcə)), M19.1 (Digər oynaqların posttravmatik artrozu, Sol bazu oynağının travmadan sonrakı İİ dərəcəli artrozu), R52.2 (Digər daimi ağrı, Daimi ağrı sindromu), M21.1 (Digər rubrikalarda təsnif olunmayan varus deformasiya, Sol bazu sümüyünün varus deformasiyası), M62.5 (Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ bazunun əzələ atrofiyası) olmuşdur. Hansı ki, həmin xəstəliklərin heç bir müddət gözlənilmədən göndəriş rəsmiləşdirilməsi nəzərdə tutulan xəstəlik deyildir.

37. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na görə:

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na görə: Bənd 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

40. Yekunda, məhkəmənin qənaətinə görə, müddət gözlənilmədən göndəriş verilməsi nəzərdə tutulan xəstəliklərin olması müəyyən olunmadığından ona göndərişin verilməsi üçün yuxarıda qeyd edilən Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddətlər (şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması) gözlənilməlidir. Xəstəliklər və onun ağırlaşmaları ilə əlaqədar iddiaçının müalicə müddətinin az olması ona əlillik dərəcəsinin təyini üçün yetərli deyildir.

41. İddiaçının özü tərəfindən yuxarıda qeyd olunan müddətlərdə ambulator və stasionar müalicə alması barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir.

42. Ən əsası isə, hətta müalicə müddətləri ilə bağlı şərt ödənildiyi halda belə, iddiaçının barəsində rəsmiləşdirilmiş göndərişdə qeyd edilən xəstəliklər (M19.1 istisna) Əlilliyin müəyyən olunması Meyarlarında mövcud olmamışdır. M19.1 xəstəliyi isə adıçəkilən Meyarlara görə əlilliyin təyin edilməsinə əsas verəcək həcmdə olmamışdır.

43. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar