Məhkəmə qərarları › İş №2-1(114)-1861/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1861/2021

08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1861/2021 08.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin 18 saylı regional ərazi filialına qarşı 26.05.2009-cu il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan iş stajına əsasən əmək pensiyasının yenidən hesablanması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin 18 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında olan qeydlərə əsasən sosial sığorta stajının yenidən hesablanaraq pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1956-cı ildə Gəncə şəhərində doğulmuş, 05 iyul 1973-cü il tarixdən əmək fəaliyyətinə başlayaraq müxtəlif müəssisələrdə işləmiş və hal-hazırdada Gəncə Dövlət Universitetində qapıçı işləyir. 26 iyul 2021-ci il tarixdən ona yaşa görə avtomatlaşmış qaydada 200 manat məbləğində pensiya təyin edilmiş, pensiya təyin edilərkən onun sosial sığorta stajı düzgün hesablanmamış və ona qanunla düşə biləcək məbləğdən az miqdarda pensiya təyin edilmişdir. Sosial sığorta stajının yenidən hesablanaraq ona pensiya təyin edilməsi üçün 02 avqust 2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh 18 avqust 2021-ci il tarixli **********4 nömrəli məktubla sosial sığorta stajının yenidən hesablanaraq pensiya təyin edilməsindən imtina etmişdir. Əmək kitabçalarında olan qeydlərə əsasən onun sosial sığorta stajı düzgün hesablanmamışdır. O, 05.07.1973-02.08.1974-cü il tarixlərdə PMK 61 idarəsində fəhlə, 04.09.1974-23.10.1974-cü il tarixlərdə SSRİ Neft Sənayesi Nazirliyinin tabeliyində olan X4 kəməri idarəsində fəhlə, 12.11.1974-29.04.1975-ci il tarixlərdə Azərbaycan Dəmiryolu Kirovabad stansiyasında fəhlə işləmiş, 08.05.1975-ci il tarixdən 1977-ci ilin iyun ayına kimi Özbəkistan Respublikası Daşkənd şəhərində hərbi xidmətdə olmuş, 02.08.1977-26.11.1985-ci il tarixlərdə Nizami adına Şərab zavodunda müxtəlif işlərdə çalışmış, 26.03.1986-06.02.1987-ci il tarixlərdə PMK 3 idarəsində rəngsaz, 18.09.1987- 01.06.1989-cu il tarixlərdə X8 kombinatında fəhlə, 03.07.1989-01.11.1994-cü il tarixlərdə 1 aylı Gəncə üzüm məhsulları istehsalatı zavodunda qısa fasilələrlə vaqon bələdçisi, 26.05.2009-15.07.2009-cu il tarixlərdə X6nun təsərrüfat şöbəsində fəhlə, 17.11.2014- 16.04.2015-ci il tarixlərdə və 15.11.2015-18.04.2016-cı il tarixlərdə Gəncə Dövlət Universitetində ocaqçı işləmiş, 23.06.2016-cı il tarixdən hal-hazıradək Gəncə Dövlət Universitetində qapıçı işində işləyir. Ümumi iş stajı hesabladıqda 25 ildən artıq sosial stajının olması görünür. Lakin cavabdeh tərəfindən onun əmək stajının yenidən hesablanaraq pensiya təyin edilməsindən imtina edilmişdir. 10.09.2021-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə dəqiqləşdirmə ərizəsi verərək, 26.05.2009-cu il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan iş stajına əsasən əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh tərəf etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya hüququ yarandığı 26.07.2021-ci il tarixdən yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilmiş, təyinat zamanı iddiaçının əmək kitabçasına və hərbi biletinə əsasən 20 il 3 ay 7 gün sığorta stajı hesablanmışdır. İddiaçının sığorta göstəricilərinə əsasən (25 il – 132.3028 manat + 3835 8553 kapitala (01.01.2006-cı il tarixdən sonra sosial sığorta hesabında yığılan pensiya kapitalı) əsasən – 26.6377 manat) cəmi 158.9405 manat pensiya hesablanmış və qüvvədə olan qanunvericiliyə əsasən 200 manata çatdırılmışdır. Əmək pensiyaları haqqında qanuna əsasən iddiaçının sığorta stajı ölkə üzrə müəyyən olunmuş minimum pensiya məbləğindən aşağı olmayan pensiya təminatına imkan verən həddə, yəni 25 ilə çatdırılaraq hesablanmışdır. İddiaçı 08.05.1975-ci il tarixdən - 30.03.1977-ci il tarixə kimi (1 il 10 ay 22 gün) hərbi xidmətdə olmuş, əmək kitabçasına əsasən 05.07.1973- 02.08.1974 (1 il 28 gün); 04.09.1974-23.10.1974 (1 ay 19 gün); 12.11.1974-29.04.1975 (5 ay 13 gün); 02.08.1977-26.11.1985 (8 il 3 ay 24 gün); 26.03.1986-06.01.1987 (10 ay 11 gün); 18.09.1987-01.06.1989 (1 il 8 ay 14 gün); 03.07.1989-09.10.1989 (3 ay 6 gün); 13.04.1989-01.11.1994 (5 il 6 ay 19 gün); 26.05.2009-15.07.2009 (1 ay 19 gün); 17.11.2014-16.04.2015 (4 ay 30 gün); 15.11.2015-18.04.2016 (5 ay 3 gün); 23.06.2016- 26.07.2021-ci (5 il 1 ay 3 gün) illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir, yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cəmi 26 il 4 ay 2 gün sığorta stajı (2006-cı it tarixə kimi 20 il 3 ay 7 gün, 2006-cı il tarixdən sonra 6 il 25 gün) 22761.67 manat pensiya kapitalı (2006-cı ilədək 19004.65 manat + 2006-cı ildən sonra 3757.02 manat) vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarımın 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. «Əmək pensiyaları haqqında» Qanunun 37-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Nazirlər Kabinetinin 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bır növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.2.1-ci bəndinə əsasən, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayma nisbəti kimi (SH=PSK/T) müəyyən edilir. Qaydaların 4.2.2-ci bəndinə əsasən, yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sözügedən Qaydalara müvafiq olaraq iddiaçının mübahisələndirilən sosial sığorta stajına münasibətdə pensiya kapitalı aşağıdakı kimi indeksləşdirilməlidir: 1. (20 il x 306 manat) + (306 manat; 12 ay x 03 ay) = 3060 + 153 = 6196.5 manat, 2. 2007-ci il üzrə: 6196.5 + 8.3% = 6710.8095 manat, 3. 2008-ci il üzrə: 6710.8095 + 16,7% = 7831.51 manat, 4. 2009-cu il üzrə: 7831.51 + 20,8% = 9460.47 manat, 5. 2010-cu il üzrə: 9460.47 + 1,5% = 9602.38 manat, 6. 2011-ci il üzrə: 9602.38 + 5,7% = 10149.71 manat, 7. 2012-ci il üzrə: 10149.71 + 7,9% = 10951.54 manat, 8. 2013-cü il üzrə: 10951.54 + 1,1% = 11072.006 manat, 9. 2014-cü il üzrə: 11072.006 + 2,4% = 11337.73 manat, 10. 2015-ci il üzrə: 11337.73 + 1,4% = 11496,46 manat, 11. 2016-cı il üzrə: 11496.46 + 4% = 11956.32 manat, 12. 2017-ci il üzrə; 11956,32 + 12,4% = 13438.91 manat, 13. 2018-ci il üzrə 13438.91 + 5,7% = 14204.92 manat, 14. 2019-cu il üzrə 14204.92 + 3% = 14631.07 manat, 15. 2020-ci il üzrə 14631.07 + 16,6%= 17059.83 manat, 16. 2021-ci il üzrə 17059.83 + 11,4% = 19004.65 manat (iddiaçının hüququ 26.07.2021-ci il tarixində yarandığı üçün indeksləşdirmə 2021-ci il tarixədək hesablanır). Göründüyü kimi 20 il 03 ay 7 gün üçün sosial sığorta stajına münasibətdə 19004.65 manat pensiya kapitalı mövcud olacaq, həmçinin iddiaçının 2006-cı il tarixdən sonra fərdi hesabında qeydə alman pensiya kapitalı barəsində Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə 2021-ci il 17 sentyabr tarixli **********7 nömrəli xidməti məktub ünvanlanmış, Fondun **********4 nömrəli 01.10.2021-ci il tarixli cavab məktubunda həmin məsələ ilə bağlı bildirilmişdir ki, sığortaedən «X6» İstehsalat Birliyi (SUN: **********4) tərəfindən 2009-cu il, Gəncə Dövlət Universiteti (SUN: **********4) tərəfindən 2014-2016-cı illər, 2017-2020-ci illərin İ-İV, 2021ci ilin İ rübü üzrə təqdim edilmiş «Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat»lara (Forma B3) və «Məcburi dövlət sosial sığortası üzrə hesabat»lara əsasən sığortaolunan İddiaçı Gorçu oğlunun (FİN xxxxxxx) Nazirliyin «X1 Sistemi»nin «Sığorta» (Hesabat) altsisteminin «Sığortaolunanların hesabları» bölümündə **********657 nömrəli fərdi şəxsi hesabında əks olunmuş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlar əks olunmuş, əlavə olaraq bildirilmişdir ki, Nazirliyin «X1 Sistemi»nin «Sığorta» (Hesabat) altsisteminin «Sığortaolunanların hesabları» bölümündən əldə edilən məlumatlara əsasən iddiaçının 01.01.2006-cı il tarixdən 30.04.2009-cu it tarixədək və 01.08.2009-cu il tarixdən 31.10.2014-cü il tarixədək sığortaedənlər tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar olunmamış, iddiaçının 2006-cı ildən sonrakı dövr üçün fərdi hesabında 3757.02 manat pensiya kapitalı mövcuddur. Cavabdeh tələb olunan pensiyanın minumum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına (28800 manat) malik olmadığından ona 25 il sığorta stajına uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 6-1-ci maddəsinə əsasən Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. İddiaçıya yaşa görə əmək pensiyası hüququ yarandığı 26.07.2021-ci il tarixdən pensiya hesablanaraq ödənilir və iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbinin qanuni əsasları mövcud deyildir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 etirazda qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus 08.05.1975-ci il tarixli НЗ ******* nömrəli hərbi bilet, 19.08.1974-cü il tarixli və 26.05.2009-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçalarının surətləri, cavabdehin iddiaçıya ünvanlandığı 18.08.2021-ci il tarixli, **********4 nömrəli məktubu və cavabdehin 16.09.2021-ci il tarixli **********6 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə «İnzibati icraat haqqında» Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, tələb əsassızdır. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının 15.02.1956-cı il təvəllüdlü olduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu vaxtdan, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçı tərəfindən sosial sığorta stajı ilə bağlı 05.07.1973-02.08.1974 (1 il 28 gün); 04.09.1974-23.10.1974 (1 ay 19 gün); 12.11.1974-29.04.1975 (5 ay 13 gün); 02.08.1977- 26.11.1985 (8 il 3 ay 24 gün); 26.031986-06.01.1987 (10 ay 11 gün); 18.09.1987- 01.06.1989 (1 il 8 ay 14 gün); 03.07.1989-09 10.1989 (3 ay 6 gün); 13.04.1989-01,11.1994 (5 il 6 ay 19 gün); 26.05.2009-15.07.2009 (1 ay 19 gün); 17.11.2014-16.04.2015 (4 ay 30 gün); 15.11.2015-18.04.2016 (5 ay 3 gün); 23.06.2016-26.07.2021-ci (5 il 1 ay 3 gün) əmək kitabçası təqdim edilmişdir. İddiaçı tərəfindən 26.05.2009-cu il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan iş stajına əsasən əmək pensiyasının yenidən hesablanması mübahisələndirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (Qanunun 1.0.2-ci maddəsi); Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır (Qanunun 27.1-ci maddəsi). Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir (Qanunun 37.1-ci maddəsi). Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır (Qanunun 37.2-ci maddəsi). Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir (Qanunun 37.3.1-ci maddəsi). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaların (bundan sonra mətndə Qaydalar) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 4.2.1-ci bəndinə əsasən, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayma nisbəti kimi (SH=PSK/T) müəyyən edilir. Qaydaların 4.2.2-ci bəndinə əsasən, yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006cı ilin 1 yanvar tarixinə qeydə alınır. Məhkəmə cavabdehin etirazının dəlillərinin, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa, habelə «Qaydalar»a uyğun olduğunu əsas tutaraq hesab edir ki, cavabdehin əmək pensiyasının yenidən hesablanmasından imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin 18 saylı regional ərazi filialına qarşı 26.05.2009-cu il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan iş stajına əsasən əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar