Məhkəmə qərarları › İş №2-1(114)-1861/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1861/2025

08.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1861/2025 08.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 27 sentyabr 2024-cü il tarixli, 0877 №-li qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasını 18 aprel 2023-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən almışdır. Qeyri-yaşayış binasının xx.xx.2023-cü ildə texniki pasport sənədi hazırlanmış, xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq ona çıxarış verilmişdir. Texniki pasportda göstərildiyi kimi qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ümumi ölçüsü 115.2 kv.m-dir. İddiaçı torpaq sahəsində olan 20.8 kv.m köşk yararsız halda olduğu üçün söküb çıxarmışdır. Bundan sonra torpaq sahəsi tamamilə boş qalmışdır. 2024-cü ilin əvvəllərində o, özünə məxsus qeyri-yaşayış binasının torpaq sahəsində ikinci mərtəbədə anbar tikmək qərarına gəlmişdir. Bunun üçün Azərbaycan Respublikası "xxxx" MMC-yə layihənin hazırlanması üçün müraciət etmişdir. MMC-nin memarı torpaq sahəsinə baxış keçirib bildirmişdir ki, divarların ara məsafəsi 9 metrə yaxındır, bu isə ikinci mərtəbənin layihələrindirilməsinə yol vermir. Buna görə iddiaçı torpaq sahəsinin ortasından istinad divarı çəkdirmişdir. Bundan sonra Azərbaycan Respublikası "xxxx" MMC layihəni hazırlayıb vermişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı tikintiyə icazə verilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş, lakin qanunla müəyyən edilmiş 15 gün ərzində ona cavab verilməmişdir. Bundan sonra o, beton tökmüş və ikinci mərtəbədə nəzərdə tutulmuş tikinti işlərini aparmağa başlamışdır. Müraciətinə cavab verilmədiyi üçün iki dəfə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə şikayət ərizəsi ünvanlamışdır. 27 sentyabr 2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin əməkdaşları qeyri-yaşayış binasının yerləşdiyi ünvana gələrək onun iştirakı olmadan qeyri-yaşayış binasına baxış keçirmiş və tikinti işlərinin dayandırılması barədə həmin tarixli Qərar qəbul etmişlər. İddiaçı həmin qərarla razı deyil. Belə ki, əvvəla, qeyriyaşayış sahəsinə baxış və qərarın qəbul edilməsi zamanı cavabdeh orqan iddiaçının orada iştirakını təmin etməli idi. İkincisi, cavabdeh orqan qərarda qeyd edir ki, guya iddiaçının tikinti obyektinin layihəçisinin və podratçısının lisenziyası, tikintiyə icazə barədə xüsusi nişanı və ekspertiza rəyi yoxdur. İddiaçı qərarda qeyd edilənlərlə razı deyil. Belə ki, iddiaçının tikinti layihəsi Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən hazırlanmışdır. Həmin MMC-nin №İN/L-537/2017 saylı Lisenziyası var. Tikintiyə icazə üçün isə müraciət etmiş, lakin onun müraciətinə cavab verilməmişdir. Bundan başqa Qərarda qeyd edilir ki, 1-ci mərtəbədə tikinti işləri icra olunur. Bu doğru deyil. Belə ki, iddiaçı 1-ci mərtəbədə heç bir tikinti işləri aparmır, yalnız istinad divarı çəkmişdir. Buna görə də, o, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman ünvan 1 ünvanında İddiaçı tərəfindən icazəverici sənəd, tikinti işlərinin başlanması üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində müəyyən olunmuş əsas təqdim etmədən tikinti-quraşdırma işlərinin aparılması aşkarlanmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən tikintiyə dövlət nəzarəti çərçivəsində tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin tətbiqi ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci, 95-ci və 97-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 1.4-ci bəndinə uyğun olaraq, Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X3 Agentliyi və həmin Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Həmin Qaydaların 3.1.1-ci maddəsinə əsasən tikintiyə icazə tələb olunan tikinti obyektinin tikintisi, belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikinti işlərinin aparılması aşkar edildikdə, texniki baxış aktı tərtib olunur və onun əsasında Agentlik tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. İddiaçı qanunvericiliyin tələblərini pozduğuna görə Agentlik tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə 27 sentyabr 2024-cü il tarixli 0877 nömrəli Qərar qəbul olunmuşdur. Həmin Qərarın surəti poçt vasitəsi ilə İddiaçı göndərilmişdir. Qeyd olunan tikinti ərazisinə nəzarətin həyata keçirilməsi üçün həmin qərarın surəti Agentliyin 21 oktyabr 2024-cü il tarixli 3-18-2/2- 11362/2024 nömrəli məktubu ilə Gəncə Şəhər İcra Hakimiyyətinə və Gəncə Şəhər Polis İdarəsinə göndərilmişdir. Eyni zamanda sözügedən qərar tərtib olunduqdan sonra tikinti obyektinin layihəçisi olan "xxxx" MMC-nin lisenziyasının və ünvan 1-də mövcud qeyriyaşayış obyektinin memarlıq planlaşdırma bölməsinin surətləri Agentliyə təqdim olunmuşdur. Lakin, Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci və 75.11-ci maddələrinə uyğun olaraq tikinti işlərinin başlanmasına əsas olan tikintiyə icazə, habelə xüsusi nişan Agentliyə təqdim olunmamışdır. Odur ki, iddianın mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbi müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları xx.xx.2023-cü il tarixli, 65171 inventar nömrəli, **********10-06301 reyestr nömrəli texniki pasporta əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının hüquq subyekti İddiaçıdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10-06301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. Elektron tikinti portalından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyriyaşayış obyektində tikintiyə icazə ilə bağlı Azərbaycan Respublikası Mənzil X7 publik hüquqi şəxsinə etdiyi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müraciətləri icradadır. Gəncə Şəhər İcra Hakimiyyətinə etdiyi xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli müraciətlərindən isə imtina edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin xx.xx.2024-cü il tarixli, Q/Ö 37995 nömrəli texniki baxış aktından görünür ki, Gəncə şəhəri, Əbdülkərimbəy Mehmandarov küçəsində yerləşən qeyri-yaşayış obyektinin layihəçisi, xüsusi razılığı (lisenziya) təqdim olunmamış, tikinti obyektinin podradçısı, xüsusi razılığı (lisenziya), tikintiyə icazə, tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişan, tikinti layihəsinə dair ekspert rəyi, tikinti obyektinin layihə üzrə giriş və mərtəbələrinin sayı barədə layihə və tikintinin icazəverici sənədləri yoxdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2024-cü il tarixli, 0877 nömrəli qərarına əsasən, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış obyektində planda mürəkkəb həndəsi formalı 2 mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinin nəzərdə tutulması və 1-ci mərtəbəsində tikinti işlərinin icra olunması ilə əlaqədar olaraq, tikinti obyektinin layihəçisi, podratçısı, xüsusi razılığı (lisenziya), tikintiyə icazə, tikintiyə icazə barədə xüsusi nişan, tikinti layihəsinə dair ekspertiza rəyi olmadığından tikinti işlərinin dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli, 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 nömrəli Fərmanına uyğun olaraq, Bakı şəhərinin inzibati ərazisində, habelə “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində tikintiyə icazə icraatını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, digər inzibati ərazi vahidlərində isə yerli icra hakimiyyəti orqanları həyata keçirdiyindən, yuxarıda qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. Belə ki, “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 274 nömrəli Fərmanına uyğun olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin müraciətinə əsasən, qeyriyaşayış obyektinin tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının əraziplanlaşdırma sənədlərinə, habelə tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olubolmaması barədə müvafiq rəyin verilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təmin ediləcəkdir. Eyni zamanda nəzərə çatdırılmışdır ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində sözügedən məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə heç bir müraciət daxil olmamışdır. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı ətraflı və rəsmi məlumat verilərək izah olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə aid şəhərsalma əsaslandırılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edildikdən sonra müraciət üzrə layihələr tikintiyə icazə icraatı qaydasında razılaşdırıla bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 5. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri 5.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: 5.1.4. tikintiyə icazə verilməsi; Maddə 47. Tikinti obyektinin sifarişçisi 47.1. Bu Məcəllənin 79.2-ci və 80-ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri, habelə reklam qurğuları istisna olmaqla sifarişçi tikinti obyekti üzrə layihəçini və podratçını müəyyənləşdirir. 47.4. Sifarişçi: 47.4.5. müvafiq icra hakimiyyəti orqanından və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan) tikintiyə icazə alır; Maddə 74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 75.10. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Maddə 92. Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə; 92.5. Tikinti işlərinin dayandırılması barədə qərarda onun qəbulunu şərtləndirən pozuntular (faktiki və hüquqi hallar) təsvir edilməli və həmin pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının izahlı göstərişi nəzərdə tutulmalıdır. Tikinti işlərinin dayandırılması barədə qərar 3 iş günü müddətində sifarişçiyə (podratçıya) təqdim olunur. 92.9. Yazılı göstəriş və tikinti işlərinin dayandırılması barədə qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 4.10. həmin Məcəllənin 53.2-ci maddəsində, 53.3-cü maddəsinin birinci cümləsində, 54.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 54.5-ci maddəsində, 58.2-ci maddəsinin ikinci cümləsində, 80.5-ci, 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsində, 92.8-ci maddəsinin birinci (hər iki halda), ikinci, dördüncü, beşinci və altıncı cümlələrində, 93.1-ci maddəsinin ikinci cümləsində (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə), 94.2-ci maddəsində, 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir; Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin iddiaçı tərəfindən iddia müddətinə riayət olunması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materialları ilə müəyyən olunur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10-06301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin xx.xx.2024-cü il tarixli, Q/Ö 37995 nömrəli texniki baxış aktından görünür ki, Gəncə şəhəri, Əbdülkərimbəy Mehmandarov küçəsində yerləşən qeyri-yaşayış obyektinin layihəçisi, xüsusi razılığı (lisenziya) təqdim olunmamış, tikinti obyektinin podradçısı, xüsusi razılığı (lisenziya), tikintiyə icazə, tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişan, tikinti layihəsinə dair ekspert rəyi, tikinti obyektinin layihə üzrə giriş və mərtəbələrinin sayı barədə layihə və tikintinin icazəverici sənədləri yoxdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2024-cü il tarixli, 0877 nömrəli qərarına əsasən, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış obyektində planda mürəkkəb həndəsi formalı 2 mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinin nəzərdə tutulması və 1-ci mərtəbəsində tikinti işlərinin icra olunması ilə əlaqədar olaraq, tikinti obyektinin layihəçisi, podratçısı, xüsusi razılığı (lisenziya), tikintiyə icazə, tikintiyə icazə barədə xüsusi nişan, tikinti layihəsinə dair ekspertiza rəyi olmadığından tikinti işlərinin dayandırılması qərara alınmışdır. Hazırkı iddia tələbi üzrə iddiaçı cavabdehin qeyd olunan qərarının ləğv edilməsini xahiş edir. Cavabdeh etirazında qeyd etmişdir ki, sözügedən qərar tərtib olunduqdan sonra tikinti obyektinin layihəçisinin lisenziyası və qeyri-yaşayış obyektinin memarlıq planlaşdırma bölməsinin surətləri Agentliyə təqdim olunmuşdur. Lakin, tikinti işlərinin başlanmasına əsas olan tikintiyə icazə, habelə xüsusi nişan Agentliyə təqdim olunmamışdır. Həmçinin elektron tikinti portalından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektində tikintiyə icazə ilə bağlı Azərbaycan Respublikası Mənzil X7 publik hüquqi şəxsinə etdiyi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müraciətləri icradadır. Gəncə Şəhər İcra Hakimiyyətinə etdiyi xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli müraciətlərindən isə imtina edilmişdir. Göründüyü kimi iddiaçının qeyd olunan ünvanda qeyri-yaşayış binasının tikilməsi ilə bağlı icazəsi olmamışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına əsasən, bu Məcəllənin 79.2-ci və 80-ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri, habelə reklam qurğuları istisna olmaqla sifarişçi tikinti obyekti üzrə layihəçini və podratçını müəyyənləşdirir. Sifarişçi müvafiq icra hakimiyyəti orqanından və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan) tikintiyə icazə alır. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Tikintiyə dövlət nəzarəti çərçivəsində tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 32.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar