Məhkəmə qərarları › İş №2-1(114)-1862/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1862/2022

12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1862/2022 12.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qızı X7 şəhidlik statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə qarşı xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, qızı X7 şəhidlik statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1950-ci il tarixdə Tovuz rayonunun Dondar Quşçü kəndində anadan olmuş, hazırda Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır, Birinci Vətən müharibəsi dövründə, daha dəqiq desək 29 mart 1994-cü il tarixdə mənfur erməni vandalları tərəfindən Tovuz şəhəri də intensiv atəşə tutulan zaman atılan raket mərmiləri onların yaşadığı Tovuz rayonunun Bozalqanlı kəndindəki evinə düşərək partlamışdır. Raket mərmisinin partlaması zamanı evi dağılmış yerlə yeksan olmuşdur. Atılan mərminin qəlpəsi qızı 15 dekabr 1975-ci il təvəllüdlü X7 dəyərək parçalamış, daxili orqanları məhləsinə səpələnmişdir. Həmin hadisədə qızı faciləli şəkildə həlak olmuş, daha doğrusu şəhid olmuşdur. Mən 28 ildir ki, qızımın erməni vandallarının Tovuz rayonunun Bozalqanlı kəndinə atdığı raket mərmisinin partlaması nəticəsində parçalanarak həlak olması, şəhid olması ilə bağlı Respublikada döymədiyi qapı qalmayıb, bu günə kimi qızı Yaquta şəhid statusu veriməmişdir. Həmin hadisə ilə əlaqədar Tovuz rayon rəhbərliyi, hüquq mühafizə orqanları, o cümlədən prokurorluq hadisə yerində olmuş, rayonda cinayət işi başlanılaraq istintaq aparılmış, hadisə yerinə təcili-tibbi yardım maşını ilə həkim briqadası gəlmiş, hadisənin şahidi olmuşdur. Lakin bu günə kimi qızı Yaqutun facili şəkildə həlak olması ilə bağlı zərərçəkən şəxs kimi prokurorluq heç bir rəsmi məlumat verilməmiş, dəfələrlə cavabdeh orqan Cavabdehnə qızı Yaqutun həmin hadisə ilə bağlı faciəli şəkildə həlak olması ilə əlaqədar ona şəhid statusu verilməsini xahiş etməyinə baxmayaraq, onlardan heç bir müsbət cavab ala bilməmişdir. Tovuz rayon Şəhidlər xiyabanında abidə kompleksində və Bozalqanlı kəndində şəhidlər kompleksində qızı Yaqutun adı şəhid kimi əbədiləşdirilmişdir. 2020-ci ilin sentyabr ayında Gəncə şəhərinə, eləcə də digər rayonlara erməni vandallarının atdığı raket zərbələrindən sonra həlak olmuş mülki şəxslərə də şəhid statusu verilməsi ilə bağlı Ölkə rəhbərinin məlum Sərəncamından sonra Cavabdehnə qızı X7 şəhidlik statusunun verilməsi ilə bağlı sonuncu dəfə müraciət etməsinə baxmayaraq, cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla imtina edərək, məhkəməyə müraciət etməyi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 12 sentyabr 2022-ci il tarixə təyin edilmiş və tərəflərə rəsmi qaydada məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, Cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, qızı X7 şəhidlik statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir : - İddiaçıya məxsus AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 1465 nömrəli və xx.xx.2021-ci il tarixli, 1227 nömrəli arayışlar; - Cavabdeh başçısının Bozalqanlı kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 745 nömrəli arayışı və xx.xx.2022-ci il tarixli, 11/13 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, 1/M-20705 nömrəli məktubu; - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, HPxx/xx-9312 nömrəli məktubu; - Tovuz rayon Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 238çıx/22 nömrəli məktubu; - Azərbaycan Respublikası TƏBİB Tovuz rayon X8 Hüquqi şəxsin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 968 nömrəli məktubu; - Cavabdeh xx.xx.2022-ci il tarixli, 7-13/51 nömrəli və xx.xx.2022-ci il tarixli, 7- 2/92 nömrəli məktubları. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialına əlavə edilmiş Cavabdeh məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X6 xx.xx.1994-cü ildə Ermənistan silahlı qüvvələri tərəfinden atılan mərmi partlaması nəticəsində qarın orqanlarının travmatik zədələnməsi, travmatik şok nəticəsində vəfat etmiş, ailəsinin arzusu ilə Əlibəyli kənd qəbirstanlığında dəfn olunmuşdur. Buna baxmayaraq onun adı rayonun "Şəhidlər xiyabanında" əbədiləşdirilmişdir. İş materialına əlavə edilmiş Tovuz rayon Qeydiyyat şöbəsinin arayışlarından görünür ki, X9 xx.xx.1979-cu il tarixdə Tovuz rayonu, Tovuz şəhərində anadan olmuş və bu barədə xx.xx.1979-cu il tarixdə Tovuz rayon Qeydiyyat şöbəsində 286 nömrəli akt qeydi tərtib olunmuşdur. Yaqut Həsənova xx.xx.1994-cü il tarixdə qarın orqanlarının travmatik zədələnməsi, travmatik şok nəticəsində ölmüşdür və bu barədə xx.xx.1994-cü il tarixdə 09 nömrəli ölüm qeydi aparılmışdır. İş materialına əlavə edilmiş Cavabdeh başçısının Bozalqanlı kənd ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X6 xx.xx.1994-cü il tarixdə Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən yaşadıqları evə Ermənistan tərəfindən atılan top mərmisinin düşməsi nəticəsində həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 4-cü maddəsinə şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X3 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X3 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.1-ci bəndində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi təkrarlanmaqla, 1.2-ci bənddə göstərilmişdir ki, aşağıdakılar şəhid hesab edilirlər: -1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; -11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; -Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; -Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; -Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; -Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Azərbaycan Respublikası Konsititusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair Plenum Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.1979-cu il təvəllüdlü X2 rayonu, Bozalqanlı kəndində, yaşadıqları evə Ermənistan tərəfindən atılan top mərmisinin düşməsi nəticəsində xx.xx.1994-cü il tarixdə həlak olmuşdur. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, X6 şəhid statusunun verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X7 şəhid statusunun verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar