Məhkəmə qərarları › İş №2-1(114)-1866/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1866/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1866/2021 14.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: X10 ilə X5 nikahları 29.09.1954-cü il tarixdə nikahın bağlanması haqqında kitablarında 105 nömrə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Muşkiyev, arvada Muşkiyeva soyadı verilmişdir. Kirovabad şəhəri, Şors küçəsi, ev 27 A ünvanında yerləşən 107,7 kv.m sahədən ibarət dörd otaqlı yaşayış evinə X2 adına qeydiyyat vəsiqəsi verilmişdir. X6 22.05.1983-cü il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 23.05.1983-cü il tarixdə 291 nömrə ilə qeyd aparılmışdır. X11 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 08.12.1989-cu ildə Gəncə şəhəri 6 saylı dövlət notariat kontoruna ərizə ilə müraciət etmişdir. 08.12.1989-cu il tarixdə X7 qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. 13.12.1989-cu il tarixdə X3 adına Kirovabad şəhəri, Şors küçəsi, ev 27 A ünvanında yerləşən 107,7 kv.m sahədən ibarət dörd otaqlı yaşayış evə qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli 2(044)-1174/2021 nömrəli qətnamə ilə ana qrafasında X13 yazılmış seriyası ИЕ № 268510 olan, 335 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamənin, 25 avqust 1977-ci ildə verilmiş və 25 avqust 1977-ci ildə bağlanılmış 25 avqust 1977-ci ildə 843 nömrə ilə qeydə alınmış nikahın bağlanması haqqında şəhadətnamənin, 11 iyul 1990-cı ildə 371 nömrə ilə ölümü qeydə alınmış və 11 iyul 1990-cı ildə verilmiş ölüm haqqında şəhadətnamənin və Gəncə şəhəri Şors küçəsi 2 7-a nömrəli evin X14 vəsiyyət edilməsinə dair vəsiyyətnamənin X8 məxsus olması faktı müəyyən edilməsi qət edilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamına əsasən Gəncə şəhərindəki bir sıra küçə adları dəyişdirilmiş, ona görə ünvan 1 ünvanı ilə Cavad bəy Rəfibəyli küçəsi, ev 27A ünvanı eynilik təşkil etmişdir. ünvan 2yestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) müraciət edərək bildirmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, C.Rəfibəyli küçəsi, 27A saylı evin mülkiyyətçisi X12 11.07.1990-cı il tarixdə vəfat etmişdir. Mərhumun nəticəsi İddiaçı (bundan sonra mətndə - iddiaçı) Gəncə şəhəri, Nizami rayonu, C.Rəfibəyli küçəsi, 27A saylı evə dair onun vərəsə kimi tanınması ilə bağlı notariat ofisinə müraciət etmişdir. Bununla əlaqədar həmin evin X1 adına dövlət reyestrində qeydə alıb ona vərəsəlik şəhadətnamə verilməsi üçün Çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh 18.05.2021-ci il tarixdə iddiaçıya daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edərək bildirmişdir ki, aparılan araşdırma zamanı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən 3 metr aralı yüksək gərginlikli elektrik xəttinin keçdiyi və nəticədə torpaq sahəsinin bir hissəsinin mühafizə zolağına düşdüyü müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ərizənin icrası mümkün olmamışdır. İddiaçı evin sənədləşmə işinin aparılmasına köməklik göstərilməsi ilə bağlı 18.05.2021-ci il tarixdə Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X9 filialına müraciət etmişdir. Sonuncu tərəfindən iddiaçıya təqdim edilən 06.07.2021-ci il tarixli məktubda bildirilmişdir ki, müraciətdə qeyd edilən məsələ ilə əlaqədar "xxxx" ASC-nin “Qərb” X16 və Satışı İdarəsi (RETSİ) 1/44 nömrəli 18.05.2021-ci il tarixli verilmiş arayışında və filial tərəfindən 07.06.2021-ci il tarixdə AERA-22-22-22-450/21 nömrəli göndərilmiş məktuba cavab olaraq evin hasarı ilə 35/6 kV-luq “Gəncə çay” yarımstansiyasından çıxan 6 kV-luq “İİİ Şəhər” hava xətti arasındakı məsafənin 2 metr olduğu qeyd edilsə də, Qaydaların tələblərinin pozulub-pozulmaması ilə bağlı rəy bildirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.02.2020-ci il tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.5.14.7-ci bəndinə əsasən yaşayış yerlərindən kənar hava xətti naqillərindən onların ən böyük meyllənməsi zamanı istehsalat, anbar, inzibati-məişət və ictimai binaların və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafə 20 kV-dək hava xətləri üçün 2 metrdən az olmamalıdır. İddiaçı cavabdehə qarşı 24.08.2021-ci il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin yerlədiyi 0,0365 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə barədə ərizə təqdim edərək cavabdehin üzərinə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0365 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 14.12.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, işıq xətti mübahisəli əmlakdan xeyli aralıda yerləşir. Cavabdeh: Cavabdeh iddiaya dair etiraz təqdim etmiş, etirazında imtinasında qeyd olunan əsasları təkrarlamışdır. Cavabdehin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini cavabdehin iddiaçıya ünvanladığı 18.05.2021-ci il tarixli **********34 nömrəli imtina məktubu, 24.09.2021-ci il tarixli **********28 nömrəli və 29.11.2021-ci il tarixli **********50 nömrəli etirazları, 01.11.2021-ci il tarixli **********74 nömrəli məlumatı, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X9 filialının 06.07.2021-ci il tarixli AERA-22-552/21 nömrəli və 03.11.2021-ci il tarixli AERA- 22-936/21 nömrəli məktubları, Gəncə şəhəri 1 saylı notariat ofisinin 22.04.2021-ci il tarixli 215 nömrəli məktubu, 31.10.1987-ci il tarixli yaşayış evinin texniki pasportu, qeydiyyat vəsiqəsi, nikahın bağlanması haqqında şəhadətnamə və onun tərcüməsinin təsdiqlənmiş surəti, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli 2(044)-1174/2021 nömrəli qətnaməsi, Qərb regional Təchizatı və Satışı İdarəsinin 17.11.2021-ci il tarixli 1/728 nömrəli məktubu və 17.11.2021-ci il tarixli 27/388 nömrəli xidməti məlumatın surəti, 08.12.1989-cu il tarixli 3-1-104 reyestr nömrəli notariat işinin təsdiqlənmiş surəti, Gəncə şəhər VVAQ şöbəsi tərəfindən 11.06.1990-cı il tarixdə, Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 30.07.2020 və 01.02.2021-ci il tarixlərdə verilmiş ölüm haqqında şəhadətnamələr,25.08.1977-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında, 27.12.1980-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamələr təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu isə bundan imtina etmişdir. İmtinanın əsasını isə torpaq sahəsindən 3 metr aralı yüksək gərginlikli elektrik xəttinin keçdiyi və nəticədə torpaq sahəsinin bir hissəsinin mühafizə zolağına düşməsi olmuşdur. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq məktubu məhkəmə qaydasında mübahisələndirmişdir. İş materiallarında olan sənədlər və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsində yerləşdiyi yaşayış evinə 31.10.1987-ci il tarixdə texniki pasport tərtib olunmuş, həmin texniki pasportda sənəd üzrə torpaq sahəsinin 376 kv.m olduğu, yaşayış evinin 1975-ci ildə tikildiyi qeyd olunmuşdur. X1 13.12.1989-cu il tarixdə 3255 nömrə (479-14 invertar nömrəsi) ilə qeydiyyata alınmış qeydiyyat vəsiqəsi əsasında ünvan 4 ünvanında daşınmaz əmlaka (fərdi yaşayış evinə) mülkiyyət hüququ yaranmışdır. Mərhumun sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə həmin Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Həmin hallara aiddir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Habelə, həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs, istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 1.8-ci bəndinə əsasən yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərdən biridir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsində qeyd olunur ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə: Bənd 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Yuxarıda qeyd olunan hüquq normalarını nəzərdən keçirib məhkəmə hesab edir ki, cavabdehin “torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi” əsası ilə hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina etməsi əsassızdır. Belə ki, işdəki Qərb RETS-nin və Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X9 filialının məktublarında evin hasarı ilə 35/6 kv-luq “Gəncəçay” y/st-dan çıxan 6 kV-luq “3-cü şəhər” hava xətti arasındakı məsafə 2 metrdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli, 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.5.14.7-ci bəndinə əsasən yaşayış yerlərində hava xətti naqillərindən, onların ən böyük meyllənməsi zamanı istehsalat, anbar, inzibati-məişət və ictimai binaların və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafə gərginliyi 20 kV-dək olan HX üçün 2 metrdən az olmamalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Qeyd olunan Fərmanın mənasından aydın olur ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin zonalarında və sair torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilər. Lakin hazırkı işin faktiki hallarından mübahisəli torpaq sahəsinin mühafizə zolağında yerləşməsi müəyyən olunmur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, qanunvericilikdə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alanaraq, cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunsun. ünvan 5 ünvanında fərdi yaşayış evinin yerləşdiyi 0,0365 ha torpaq sahəsi üzərində X1 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar