Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1868/2020 21.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən barəsində çıxarılmış xx.xx.2020-ci il tarixli, **********6924 nömrəli və xx.xx.2020-ci il tarixli, **********7109 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 2019-cu il tarixdə “icarə müqaviləsi” əsasında Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 161 ünvanında yerləşən obyekti icarəyə götürmüşdür. Həmin obyektin əvvəlki istifadəçisinin adına olan kassa aparatının təmir edilməsi üçün kassa aparatı təmirə verilmişdir. O, obyekti icarəyə götürdüyü ərəfədə Gəncə şəhəri, İ.Qayıbov küçəsində qaz və konalizasiya xətlərinin yenilənməsi ilə bağlı küçədə qazma işlərinə başlanmışdır. Bu səbəbdən də küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılmış və demək olar ki, obyektin işləməsi qeyri-mümkün olmuşdur. İş olmamasından istifadə edərək obyektdə təmir bərpa işlərinin görülməsi, otaqların səliqəyə salınması işləri görmüşdür. Obyekt faktiki olaraq fəaliyyət göstərmədiyindən o, adına olan VÖEN-i də bağlatmışdır. 2020-ci ilin əvvəllərində işləri bərpa etmək qərarına gələrək 3 nəfərlə əmək müqaviləsi bağlamışdır. Həmin müqavilələr xx xxxxxx 2020-ci il tarixdə bağlanmışdır. xx xxxxxx 2020-ci il tarixdə vergi orqanı əməkdaşları obyektə gələrək kassa aparatının və işçilərin əmək müqaviləsinin olub-olmamasını soruşmuşlar. Vergi işçilərinə kassa aparatının təmirə verilməsi, işçilərin isə əmək müqaviləsi olmaqla aşbaz və ofisiant kimi işə götürülsələr də hazırda işdə olmamaları, xidmət göstərilməməsi bildirilmiş, vergi işçilərinin tələbi ilə işçilərin əmək müqavilələrinin surətləri onlara təqdim edilmişdir. Bundan sonra vergi əməkdaşları ona həm kassa aparatının olmamasına, həm də müqaviləsi qanuni qüvvəyə minməmiş işçilərin işə cəlb edilməsinə görə müvafiq olaraq xx.xx.2020 tarixli, VN seriyalı 002826 nömrəli və xx.xx.2020-ci il tarixli, VN seriyalı 003866 savlı aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında kassa aparatından istifadə etməməyə görə xx.xx.2020-ci il tarixli, **********6924 nömrəli və əmək qanunvericiliyinin pozulması ilə işçiləri işə cəlb edilməsinə görə xx.xx.2020-ci il tarixli, **********7109 nömrəli qərarlar qəbul edilmişdir. Hesab edir ki, yazılmış hər iki aktlar həqiqəti, yəni real vəziyyəti əks etdirmədiyindən, həmin aktlar əsasında hazırda mübahisələndirilən qərarlar da əsassızdır. Belə ki, vergi işçilərin - aşbaz və ofisiantların işə cəlb edilməsini göstərsələr də, bu şəxslərin öz vəzifələrini yerinə yetirmələrinin nədə ifadə olunması aktda öz əksini tapmamış, bu şəxslərin izahatları alınmamış, özlərindən başqa digər kiminsə imzası ilə təsdiqlənməmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli nömrəli, **********6924 qərar cavabdehin xx.xx.2020-ci il tarixli, **********697200 saylı məktubu ilə xx.xx.2020-ci il tarixdə, saat 17:16:50-də göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə saat, 13:39:11 -də qəbul edilmiş, xx.xx.2020-ci il tarixli **********7109 nömrəli qərar isə cavabdehin xx.xx.2020-ci il tarixli, **********665400 saylı məktubu ilə xx.xx.2020-ci il tarixdə saat, 15:17:00-da göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 13:41:40-da qəbul edilmişdir. Beləliklə, iş üzrə iddiaçı X1 aid olan elektron kabinetinə göndərilmiş qərarları qəbul etməklə, xx.xx.2020-ci il tarixli **********6924 nömrəli qərara münasibətdə həmin inzibati aktınqərarın təqdim olunma tarixi xx.xx.2020-ci il, xx.xx.2020- ci il tarixli **********7109 nömrəli qərara münasibətdə isə xx.xx.2020-ci il tarixləri olmuşdur. İddiaçı tərəfindən həmin qərarlardan Vergilər Nazirliyinə Apellyasiya Şurasına şikayət verilmişdir. İddiaçının şikayəti əsasında qəbul edilmiş “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********876000 nömrəli qərar xx.xx.2020-ci tarixdə **********014800 nömrəli məktubla göndərilmiş və xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli, **********876000 nömrəli qərarın təqdim edilmə tarixi xx xxxx 2020-ci il tarixi olmuşdur. İddiaçı tərəfindən qərarlar məhkəmə qaydasında qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməklə xx xxxxxxxx 2020-ci il tarixli iddia ərizəsi ilə mübahisələndirilmişdir. Odur ki, prosessual müddətin bərpa edilməsi barədə ərizənin rədd olunması və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Göründüyü kimi iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda məlumolur ki, iddiaçı tərəfindən sözügedən qərarlar – inzibati aktlar qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli nömrəli, **********6924 qərar cavabdehin xx.xx.2020-ci il tarixli, **********697200 saylı məktubu ilə xx.xx.2020-ci il tarixdə, saat 17:16:50-də göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə saat, 13:39:11-də qəbul edilmiş, xx.xx.2020-ci il tarixli **********7109 nömrəli qərar isə cavabdehin xx.xx.2020-ci il tarixli, **********665400 saylı məktubu ilə xx.xx.2020-ci il tarixdə saat, 15:17:00-da göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 13:41:40-da qəbul edilmişdir. Beləliklə, iş üzrə iddiaçı X1 aid olan elektron kabinetinə göndərilmiş qərarları qəbul etməklə, xx.xx.2020-ci il tarixli qərara münasibətdə həmin inzibati aktınqərarın təqdim olunma tarixi xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli qərara münasibətdə isə xx.xx.2020-ci il tarixləri olmuşdur. İddiaçı tərəfindən həmin qərarlardan Vergilər Nazirliyinə şikayət verilmiş və iddiaçının şikayəti əsasında qəbul edilmiş “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********876000 nömrəli qərar xx.xx.2020-ci tarixdə **********014800 nömrəli məktubla göndərilmiş və xx.xx.2020-ci il tarixdə (oxunmuş) qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1. maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri- iddia qaldırmaq səlahiyyəti (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə riayət edilməsi (İPMin 38.1-ci maddəsi) də mövcud olmalıdır. Belə ki, mübahisələndirmə haqqında iddia «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır Əgər iddiaçı iddianı mübahisələndirilən qərarı qəbul etmiş inzibati orqana 30 gün müddətində təqdim edərsə, bu halda da iddia müddətinə riayət edilmiş hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 3-cü bəndində qeyd edilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixli sərəncamla iddiaçıya real yardım edilmiş, xx.xx.2020-ci il tarixli, **********6924 nömrəli və xx.xx.2020-ci il tarixli, **********7109 nömrəli qərarlardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin üzürlü səbəbdən buraxılmasına əsas olmuş hallar barədə ərizənin xx.xx.2020-ci il tarixədək təqdim edilməsi təklif olunmuş, lakin iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin üzürlü səbəbdən buraxılmasına əsas olmuş hallar barədə ərizə təqdim edilməmişdir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə hesab edir ki, prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı ərizə və ya hər hansı bir sənəd iddiaçı tərəfindən təqdim edilmədiyindən iddiaçı sözügedən qərarları-inzibati aktları qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə o nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80. maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1868/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1868/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver