Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1869/2020 21.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X1, cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “xxxxxxxxxxxxx” ASC barəsində tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********4440 nömrəli, xx.xx.2020-ci il tarixli **********4442 nömrəli, xx.xx.2020-ci il tarixli **********4651 nömrəli, xx.xx.2020-ci il tarixli **********4657 nömrəli, xx.xx.2020-ci il tarixli **********4660 nömrəli və xx.xx.2020-ci il tarixli **********5255 nömrəli qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən mübahisələndirilən qərarlarla “xxxxxxxxxxxxx” ASC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 94497,91 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi məsuliyyətinə səbəb xx.xx.2020-ci il və 28.07,2020-ci il tarixlərdə “xxxxxxxxxxxxx” ASC-nin firma mağazalarında vergi orqanı əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri olmuşdur. “xxxxxxxxxxxxx” ASC-nin firma mağazaları pərakəndə satış mağazaları olmaqla, istehlakçıya mal satışı ilə məşğuldur və onun satılan mallar üçün elektron qaimə faktura tərtib etməsi mümkün deyildir. Bundan başqa, xx.xx.2020-ci il tarixdən başlayaraq firma mağazalarında satış məbləğlərinin müxtəlif aylarda böyük məbləğdə nəzarət kassa aparatına vurulma səbəbləri nəzarət kassasının bloka düşməsi, internet şəbəkəsində və işıq xəttində yaranan problemlər olmuşdur. Yaranmış nasazlıqlar zamanı firma mağazalarında aparılan satış əməliyyatları barədə “nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabında” qeydiyyat aparılmışdır. Bu barədə operativ vergi nəzarəti tədbirini həyata keçirən əməkdaşlara məlumat verilmiş və lazım olan sənədlər təqdim edilmişdir. Hər bir halda “xxxxxxxxxxxxx” ASC vergi öhdəliklərindən yayınmamış və üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. “xxxxxxxxxxxxx” ASC-nin firma mağazalarında satış məbləğlərinin il ərzində müxtəlif aylarda böyük məbləğdə nəzarət kassa aparatına vurulması elektron qaimə-faktura verilmədən təqdim edilməsi kimi qiymətləndirilə bilməz. Operativ vergi nəzarətini həyata keçirən əməkdaşlar nəzarət zamanı malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi halı ilə üzləşməmiş, yalnız əvvəlki tarixlərdə satış məbləğlərinin böyük məbləğdə nəzarət kassa aparatına vurulmasını malların elektron qaimə-faktura təqdim edilməli olduğu halda elektron qaimə-faktura verilmədən təqdim edilməsi kimi qiymətləndirmiş və əsassız olaraq, heç bir sübut olmadan akt tərtib etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclaslarında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, “xxxxxxxxxxxxx” ASC-nin firma mağazaları pərakəndə satışla məşğul olur, mağazadan mal satışı kassaya vurulur, lakin vergi orqanı əvvəlki tarixdə toplam mal satışını ehtimal edərək elektron qaimə faktura vasitəsilə satılmalı olduğunu tələb edir, bu isə qanunsuzdur. Pərakəndə şəkildə vətəndaşlara satılan mallara görə elektron qaimə faktura yazılmır, sadəcə kassaya vurulur. Aktlardan da görünür ki, misal üçün əvvəllər 1 ay ərzində 25937 manat mal satılmasını və bunun da topdan satış olmasını ehtimal edərək akt tərtib edilmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclaslarında iddianı qəbul etməyərək bildirmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********2008 nömrəli, xx.xx.2020-ci il tarixli, “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarına əsasən vergi ödəyicisi “xxxxxxxxxxxxx” ASC-yə məxsus 2 saylı mağazada “Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə keçirilmiş yoxlama zamanı iddiaçıya məxsus Gəncə şəhəri, Sofulu 130 ünvanında yerləşən obyektdə keçirilən operativ vergi nəzarəti nəticəsində xx.xx.2020-ci il tarixli sahibkarlıq məqsədi ilə 201552.87 manat dəyərində malın elektron qaimə-faktura tərtib edilmədən satışının həyata keçirilməsi faktı aşkar edilmiş, yoxlamanın nəticəsində xx.xx.2020-ci il tarixli 000554 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında xx.xx.2020-ci il tarixli qərarla vergi ödəyicisinə 20155.29 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin **********1965 nömrəli, xx.xx.2020-ci il tarixli, “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarına əsasən vergi ödəyicisi “xxxxxxxxxxxxx” ASC-yə məxsus 11 saylı mağazada analoji məsələ üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə keçirilmiş yoxlama zamanı iddiaçıya məxsus Mingəçevir şəhəri, Maqomayev 95 b ünvanında yerləşən obyektdə keçirilən operativ vergi nəzarəti nəticəsində sahibkarlıq məqsədi ilə 474217.40 manat dəyərində malın elektron qaimə-faktura tərtib edilmədən satışının həyata keçirilməsi faktı aşkar edilmiş, yoxlamanın nəticəsində xx.xx.2020-ci il tarixli 000013 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vergi ödəyicisinə 47421.44 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Bakı şəhəri X5 üzrə Baş İdarəsinin **********2075 nömrəli,xx.xx.2020-ci il tarixli, “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarına əsasən vergi ödəyicisi “xxxxxxxxxxxxx” ASC-yə məxsus 11 saylı mağazada analoji məsələ üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə keçirilmiş yoxlama zamanı iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu Keşlə ştq, Zakir 2211/2213-cü məhəllə ünvanda yerləşən obyektdə keçirilən operativ vergi nəzarəti nəticəsində sahibkarlıq məqsədi ilə 52032.00 manat dəyərində malın elektron qaimə-faktura tərtib edilmədən satışının həyata keçirilməsi faktı aşkar edilmiş, yoxlamanın nəticəsində xx.xx.2020-ci il tarixli 000401 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vergi ödəyicisinə 5203.20 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin **********1967 nömrəli, xx.xx.2020-ci il tarixli, “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarına əsasən “xxxxxxxxxxxxx” ASC-yə məxsus 1 saylı mağazada analoji məsələ üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə keçirilmiş yoxlama zamanı iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən obyektdə keçirilən operativ vergi nəzarəti nəticəsində sahibkarlıq məqsədi ilə 49500.00 manat dəyərində malın elektron qaimə-faktura tərtib edilmədən satışının həyata keçirilməsi faktı aşkar edilmiş, yoxlamanın nəticəsində xx.xx.2020-ci il tarixli 000011 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vergi ödəyicisinə 4950.00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. 5 saylı Ərazi Vergilər Baş İdarəsinin **********2014 nömrəli, xx.xx.2020-ci il tarixli, “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarına əsasən “xxxxxxxxxxxxx” ASC-yə məxsus mağazada analoji məsələ üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə keçirilmiş yoxlama zamanı iddiaçıya məxsus ünvan 5i ünvanında yerləşən obyektində keçirilən operativ vergi nəzarəti nəticəsində sahibkarlıq məqsədi ilə 103542.80 manat dəyərində malın elektron qaimə-faktura tərtib edilmədən satışının həyata keçirilməsi faktı aşkar edilmiş, yoxlamanın nəticəsində xx.xx.2020-ci il tarixli 000505 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vergi ödəyicisinə 10354.28 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. 14 saylı Ərazi Vergilər Baş idarəsinin **********2639 nömrəli, xx.xx.2020-ci il tarixli, “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarına əsasən vergi ödəyicisi “xxxxxxxxxxxxx” ASC-yə məxsus mağazada analoji məsələ üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə keçirilmiş yoxlama zamanı iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən obyektdə keçirilən operativ vergi nəzarəti nəticəsində sahibkarlıq məqsədi ilə 64137.00 manat dəyərində malın elektron qaiməfaktura tərtib edilmədən satışının həyata keçirilməsi faktı aşkar edilmiş, yoxlamanın nəticəsində xx.xx.2020-ci il tarixli 000104 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vergi ödəyicisinə 6413.70 manat dəyərində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı ona məxsus olan ayrı-ayrı təsərüffat sübyektlərində 944982,07 manat məbləğində malları elektron qaimə faktura əsasında təqdim etməli olduğu halda həmin sənəd əsasında təqdim etməmişdir. Həyata keçirilmiş əməliyyatlar onu deməyə əsas verir ki, cəmiyyət elektron qaimə faktura təqdim edilməli olan ticarət əməliyyatı aparılmışdır. İddiaçı təsərrüfatsubyeklərində aparılan operativ vergi nəzarəti tədbirlərində elektron qaimə faktura tərtib etməməklə malları təqdim etməsinin səbəbini nəzarət kassa aparatının işləməməsi ilə əlaqələndirmişdir. Qeyd edilməlidir ki, iddiaçının bu dəlili əsassızdır. Vergi qanunvericiliyinə istinad edərək qeyd olunur ki, NKA-nın çeklərində vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulması tarixi və saatı, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adı, ölçü vahidinin, miqdarının, bir vahidinin qiyməti, yekun məbləği, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X8), gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi, nəzarət-kassa aparatının markası və zavod nömrəsi əks etdirilməlidir (VM-nin 50.8-ci maddəsi). Həmçinin nəzarət-kassa aparatından istifadə edilməsi mümkün olmadıqda nağd pul əməliyyatlarının “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda hər bir malın adı, ölçü vahidi, bir vahidinin qiyməti, sayı, miqdarı, dəyəri ayrı ayrılıqda yazılmalıdır. Həm normanın mənasından, həm də işin faktiki hallarından da göründüyü kimi iddiaçı nəzarət kassa aparatına bir əməliyyat çərçivəsində böyük miqdarda məbləği ayrı-ayrı nömrələr altında müxtəlif çeklərdə əks olunmadan mədaxil etməklə ona məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olduğu halda həmin sənəd əsasında təqdim etməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” -xx.xx.2020-ci il tarixli, **********4440 nömrəli qərarının surətindən görünür ki, “xxxxxxxxxxxxx” ASC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 4950.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -xx.xx.2020-ci il tarixli, **********4442 nömrəli qərarının surətindən görünür ki, “xxxxxxxxxxxxx” ASC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 20155.29 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -xx.xx.2020-ci il tarixli, **********4651 nömrəli qərarının surətindən görünür ki, “xxxxxxxxxxxxx” ASC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 10354.28 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -xx.xx.2020-ci il tarixli, **********4657 nömrəli qərarının surətindən görünür ki, “xxxxxxxxxxxxx” ASC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 5203.20 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -xx.xx.2020-ci il tarixli, **********4660 nömrəli qərarının surətindən görünür ki, “xxxxxxxxxxxxx” ASC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 47421.44 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -xx.xx.2020-ci il tarixli, **********5255 nömrəli qərarının surətindən görünür ki, “xxxxxxxxxxxxx” ASC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 6413.70 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla, müəyyən olunmuşdur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin və digər vergi idarələrinin müvafiq qərarlarına əsasən vergi orqanlarının əməkdaşları tərəfindən “xxxxxxxxxxxxx” ASC-yə məxsus müxtəlif ünvanlarda yerləşən obyektlərdə operativ vergi nəzarəti həyata keçirilmiş, yoxlama zamanı sahibkarlıq məqsədi ilə müvafiq obyektlər üzrə 4950.00 manat, 20155.29 manat, 10354.28 manat, 5203.20 manat, 47421.44 manat və 6413.70 manat dəyərində malın elektron qaimə-faktura tərtib edilmədən satışının həyata keçirilməsi faktının aşkar edilməsi barədə müvafiq aktlar tərtib edilmiş və həmin aktlar əsasında vergi ödəyicisi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********4440 nömrəli qərarı ilə 4950.00 manat, xx.xx.2020-ci il tarixli **********4442 nömrəli qərarı ilə 20155.29 manat, xx.xx.2020-ci il tarixli **********4651 nömrəli qərarı ilə10354.28 manat, xx.xx.2020-ci il tarixli **********4657 nömrəli qərarı ilə5203.20 manat, xx.xx.2020-ci il tarixli **********4660 nömrəli qərarı ilə 47421.44 manat və xx.xx.2020-ci il tarixli **********5255 nömrəli qərarı ilə 6413.70 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, “xxxxxxxxxxxxx” ASC-nin firma mağazaları pərakəndə satış mağazaları olmaqla, istehlakçıya mal satışı ilə məşğuldur. Vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilərkən vergi orqanı Azərbaycan Respublikası Vergi Məcəllənin 58.13-cü maddəsinə istinad etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı nəzarət kassa aparatına bir əməliyyat çərçivəsində böyük miqdarda məbləği ayrı-ayrı nömrələr altında müxtəlif çeklərdə əks olunmadan mədaxil etməklə ona məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olduğu halda həmin sənəd əsasında təqdim etməmişdir. Başqa sözlə vergi orqanı nəzarət kassa aparatına bir əməliyyat çərçivəsində böyük miqdarda məbləği ayrıayrı nömrələr altında müxtəlif çeklərdə əks olunmasını əsas gətirərək iddiaçının pərakəndə deyil, topdan satış ticarət fəaliyyətini həyata keçirməsi qənaətinə gəlmiş və nəticə etibarilə iddiaçıya maliyyə sanksiyasını tətbiq etmişdir. Vergi qanunvericiliyi ilə pərakəndə satış və topdansatış ticarət fəaliyyətinin anlayışı verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -13.2.62-ci maddəsinə görə pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. -13.2.63-cü maddəsinə görə topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesabfaktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Beləliklə, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" qaydasında əlavə olaraq POS-terminalların da istifadəsi nəzərdə tutulur. Müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Alıcının məhsulun son istehlakçısı hesab olunduğu nəzərə alınmaqla pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Topdansatış ticarət fəaliyyəti ilə məşğul olanlar isə malları ancaq alıcının sahibkarlıq fəaliyyəti üçün satırlar və bu zaman elektron qaimə-faktura və ya vergi hesab-fakturası təqdim edirlər. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə satış ticarət fəaliyyətinin vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydasında fərqlər müəyyən edilsə də, həmin ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçının nəzarət kassa aparatına bir əməliyyat çərçivəsində böyük miqdarda məbləği ayrı-ayrı nömrələr altında müxtəlif çeklərdə əks olunmadan mədaxil etməsinin topdansatış kimi qiymətləndirməsi, başqa sözlə ona məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olması kimi arqumenti əsassız sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********4440 nömrəli, xx.xx.2020-ci il tarixli **********4442 nömrəli, xx.xx.2020-ci il tarixli **********4651 nömrəli, xx.xx.2020-ci il tarixli **********4657 nömrəli, xx.xx.2020-ci il tarixli **********4660 nömrəli və xx.xx.2020-ci il tarixli **********5255 nömrəli qərarlar qəbul olunarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, nəticədə əsassız maliyyə sanksiyaları tətbiq edilmişdir. Qeyd olunan hal isə vergi orqanının mübahisələndirilən qərarlarının ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “xxxxxxxxxxxxx” ASC barəsində tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********4440 nömrəli, xx.xx.2020-ci il tarixli **********4442 nömrəli, xx.xx.2020-ci il tarixli **********4651 nömrəli, xx.xx.2020-ci il tarixli **********4657 nömrəli, xx.xx.2020-ci il tarixli **********4660 nömrəli və xx.xx.2020-ci il tarixli **********5255 nömrəli qərarlar ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1869/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1869/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver