Məhkəmə qərarları › İş №2-1(114)-1873/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1873/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1873/2020 03.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.N0N0-ci il tarixdə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ilin yanvar ayının N1-dən erməni işğalçılarına qarşı döyüşlərə qatılmış, gizir rütbəsində ZTR taboruna tağım komandiri vəzifəsinə təyin edilmiş, Qazax rayonunun ermənilərlə həmsərhəd kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sonradan xx.xx.1993-cü il tarixdən Ağdərə bölgəsinə göndərilmiş, xx.xx.1993-cü il tarixdə N-ci bölüyə qumbaraatan təyin olunmuş, xx.xx.1993cü il tarixdə boyun sağ tərəfinin və sol əlin 1-ci barmağından qəlpə yarası almış və xx.xx.1994-cü il tarixində briqada komandirinin əmri ilə ordudan təxris olunması barədə əmr verilmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 6N.3cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.N0N0-ci il tarixli, 11/481N nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iddiaçı döyüş əməliyyatları aparan N nömrəli hərbi hissənin tərkibində xx xxxxxx 1993-cü ildən xx xxxxxx 1994-cü ilə kimi hərbi xidmət keçmiş, qardaşının həlak olmasından sonra hərbi hissəni özbaşına tərk etmiş, xx xxxxxx N001-ci ildə Qazax qarnizonu hərbi prokurorluğunda barəsində “Hərbi cinayətlər törətmiş şəxslər barəsində dövlət müstəqilliyi günü münasibətilə amnitsiya haqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxxx 1997-ci il tarixli qərarı tətbiq edilərək cinayət işi başlanması rədd edilmişdir. Buna görə də ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.N0N0-ci il tarixli, 1/N-N690 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyinə və barəsində Amnitsiya qərarı tətbiq olunduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin məqsədəmüvafiq olmadığı bildirilmişdir. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin xx.xx.N019-cu il tarixli 754 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdın xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli “Amnitsiya Qərarı”na əsasən əfv olunmuşdur. -Qazax Qarnizonu Hərbi Prokurorluğunun xx.xx.N001-ci tarixli qərarının surətindən görünür ki, İddiaçı barəsində Cinayət Məcəlləsinin N43-cü maddəsilə cinayət işinin başlanılması Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxxx 1997-ci il tarixli amnistiya qərarına əsasən rədd edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.N019-cu il tarixli 9/N-1758N nömrəli arayışından görünür ki, gizir İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N1 nömrəli nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək ZTR taburuna tağım komandiri vəzifəsinə təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 65 nömrəli nizami hissə üzrə əmrilə döyüş tapşırıqlarını yerinə yetirmək üçün xx.xx.1993-cü il tarixdən Ağdərə bölgəsinə göndərilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 110 nömrəli nizami hissə üzrə əmrilə 1-ci bölüyün 3-cü tağım komandiri vəzifəsinə təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 315 nömrəli nizami hissə üzrə əmrilə briqada ZTR-taburunun 1-ci motoatıcı bölüyünün 3-cü tağımının komandiri vəzifəsindən azad edilərək, sənədləri olmadığına və bölməni özbaşına tərk etdiyinə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq nəticə çıxartmadığına görə taburun N-ci bölüyünün 1-ci tağımına qumbaraatan vəzifəsinə təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli N nömrəli əmrində hərbi hissəni özbaşına tərk etdiyinə görə Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən xx.xx.1996-cı il tarixdən şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat qeyd olunmuş, N nömrəli hərbi hissə komandirinin mart 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində onun yaralanması və oktyabr 1997-ci il tarixli nizami hissə üzrə əmrlərində tərxis edilməsi barədə məlumat aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin N-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmişşəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmişşəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 1-ci bəndinin Qeyd hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən də göründüyü kimi iddiaçı döyüş əməliyyatları aparan N nömrəli hərbi hissənin tərkibində xx xxxxxx 1993-cü ildən xx xxxxxx 1994-cü ilə kimi hərbi xidmət keçmiş, daha sonra hərbi hissəni özbaşına tərk etdiyinə görə Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən xx.xx.1996-cı il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Həmçinin xx xxxxxx N001-ci ildə Qazax qarnizonu hərbi prokurorluğunda barəsində “Hərbi cinayətlər törətmiş şəxslər barəsində dövlət müstəqilliyi günü münasibətilə amnitsiya haqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxxx 1997-ci il tarixli qərarı tətbiq edilərək cinayət işi başlanması rədd edilmişdir. Göründüyü kimi iddiaçı fərarilik etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və amnistiya haqqında qərara əsasən barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hallar isə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini istisna edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar