Məhkəmə qərarları › İş №2-1(114)-1873/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1873/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1873/2024 08.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, iddiaçılar "xxxx" MMC-nin direktoru Nümayəndə və X1 Cavabdehnə qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi və "xxxx" ASC) torpaq sahəsinə dair verilmiş çıxarışın qismən ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçılar "xxxx" MMC-nin direktoru Nümayəndə və X2 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl (Xanlar) rayon Quşqara kəndində Gəncə Daşkəsən yolunun sağ tərəfində mülkiyyətlərində olan 1.70 ha torpaq sahəsinə dair "xxxx" ASC-nin adına verilmiş xx.xx.2016-cı il tarixli çıxarışın qismən ləğv edilməsi, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, mümkünlük şərtlərinə əməl edilmədiyinə görə iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin qanunla müəyyən edilmiş forma və məzmunu baxımından qeyd olunur ki, ərizədə bir-biri ilə bağlılığı olmayan iki tələb irəli sürülmüş, cavabdeh qismində Cavabdeh cəlb edilsə də müvafiq öhdəliklərin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması tələb edilmişdir. Həmçinin iddiaçılar çıxarışın (qeydin) ləğv edilməsi ilə bağlı aidiyyəti cavabdehə müraciət etmələrini təsdiq edən sübut təqdim etməmişlər. İddiaçılara izah olunur ki, hüquqi maraqlar dəqiqləşdirməklə aidiyyəti cavabdehlərə qarşı ayrı-ayrılıqda iddia qaldırılmalı, həmçinin “öhdəliyin icrası haqqında iddia növü üzrə müvafiq cavabdehə müraciət edilməli, müsbət cavab verilmədiyi təqdirdə məhkəmədə iddia qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1 maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, q ə r a r a a l d ı m: İddiaçılar "xxxx" MMC-nin direktoru Nümayəndə və X1 Cavabdehnə qarşı torpaq sahəsinə dair verilmiş çıxarışın qismən ləğv edilməsi barədə iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar