Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1879/2020 01.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı1, Üçüncü şəxs X11 iştirakları ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtiadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X22 (üçüncü şəxs X18) qarşı dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X21 xx.xx.2020-ci il tarixli, **********70 nömrəli məktubu ilə ünvan 1 ünvanında yerləşən 41 nömrəli mənzilə dair təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə X11 mülkiyyət hüququ qeydiyyata alındığından mənzilin özəlləşdirilməsinə köməklik göstərilməsi barədə iddiaçının müraciətinin icrası mümkün olmamışdır. Bununla razılaşmayan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 4 dalan, 4 saylı evin 2 saylı 3 otaqlı mənzilinə dair verilmiş xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın özəlləşdirilməsinə əsas olmuş qərarın ləğv olunması və mirasa mülkiyyət hüququnun tanınmasının inzibati orqana həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın X11 adına özəlləşdirilməsinə dair qeydin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası Rzayev (Rzazadə) X7 şəhər İcraiyyə Komitəsinin xx xxxxxxxx 1990-cı il tarixli, 13 nömrəli protokolu əsasında 245 saylı orderlə istifadəsində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 62 saylı binanın 4 otaqlı 7 saylı mənzilini X16 ilə onun istifadəsində olan Gəncə şəhəri, N.Nərimanov prospekti, 32 saylı binanın 2 otaqlı 32 saylı mənzili ilə Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 4 dalan, 4 saylı evin 2 saylı 3 otaqlı mənzili ilə dəyişmişdir. Həmin mənzil MKTİB-nin 5 saylı Mənzil İstismar sahəsinin xx.xx.2013-cü il tarixli, 1599 saylı arayışına əsasən üçüncü şəxs X11 adına özəlləşdirilmiş və ona xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. O, həmin mənzildə yaşamış və hal-hazıra kimi daimi qeydiyyatdadır. Mənzilin orderində Rzayev-X4, Rzayeva- X3, onun və X5 - 4 nəfər ailə üzvlərinin adları qeyd olunub göstərilmişdir. Özəlləşdirmə qanunsuz olmuşdur. Özəlləşdirmə zamanı orada yaşamağını və qeydiyyatda olmağını nəzərə alıb onun razılığı alınmalı idi. Onun gözləri tutulmuş, kor olmuş və xəstəliyindən, müalicələrdə olmağından istifadə edən üçüncü şəxs öz adına mənzili özəlləşdirməsi qeyri-qanuni hesab olunmalıdır. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hazırda mübahisəli ünvan 3 ünvanda heç kim yaşamır. 2013-cü ildən o, evə gedə bilmir. Orderdə adları qeyd olunan Tərlan yoldaşı, Mamed atası, Rəfiqə isə anası olmuşdur. Mərhum yoldaşı Tərlanla tez-tez dalaşmışlar, ona görə də evdən 2011-ci ildən çıxıb getmiş, bir müddət sonra qayıtmaq istəsə də arvadı buna imkan verəməmişdir. Evin özəlləşməsindən təxminən 2015-ci ildən məlumatlı olmuş, mübahisələndirmək istəmiş, amma yoldaşı Tərlanın xəstəliyinin müalicəsi ilə əlaqədar olaraq mənzilin özəlləşdirilməsindən şikayət verməmişdir. 2011-ci ildən o mübahisəli mənzildən çıxmış və mənzil özəlləşdirilən zaman yəni, 2013-cü ildə həmin ünvanda yaşamamışdır. İndi atasından qalan mənzili üçüncü şəxs olan qızı satmaq istəyir, ona görə də özəlləşdirməni mübahisələndirmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X29 məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, 3 saylı X21 arxiv sənədlərinin araşdırılması zamanı ünvan 6 ünvanında yerləşən 41 nömrəli mənzil üzərində Rzayeva İlahə Röşan qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2013-cü il tarixli, **********88-05101-093024 reyestr nömrəli çıxarış verildiyi müəyyən olunmuş, qeyd olunan çıxarışın verilməsi üçün qanunla müəyyən edilmiş sənədlər İlahə Rzayeva tərəfindən 3 saylı X22 təqdim edilmiş və həmin sənədlər əsasında hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Üçüncü şəxs X18 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, qanuni şəkildə mənzili özəlləşdirmiş, bütün sənədləri qanun əsasında tərtib edilmişdir. İddiaçı, yəni atası 2001-ci ildən onları qoyub getmiş, başqa şəxslə ailə həyatı qurmuşdur. Həmin tarixdən, yəni 2001-ci ildən iddiaçı mübahisəli mənzildə yaşamamış, həmin mənzildə o, anası və bacısı yaşayıblar. O, evi anasının sağlığında onun razılığı ilə özəlləşdirmiş, 2013-cü ildə evi özəlləşdirən zaman atası həmin evdə yaşamamışdır. 2013cü ildə o, anası ilə həmin mənzildə faktiki yaşamış bütün kommunal xərcləri də anası ödəmişdir. Mənzili özəlləşdirən zaman bacısının və atasının xəbəri olmuşdur. Odur ki, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. İş materiallarında olan Kirovabad şəhər İcraiyyə Komitəsinin xx xxxxxxxx 1990-cı il tarixli, 245 nömrəli orderin təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 62 saylı binanın 4 otaqlı 7 saylı mənzilini X16 ilə onun istifadəsində olan Gəncə şəhəri, N.Nərimanov prospekti, 32 saylı binanın 2 otaqlı 32 saylı mənzili ilə Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 4 dalan, 4 saylı evin 2 saylı 3 otaqlı mənzili ilə dəyişmişdir. -xx xxxxxxxx 1990-cı il tarixli, 245 № orderin təsdiqlənmiş surətindən məlum olur ki, order Rzayev-X6 adına verilmiş, arvadı Rzayeva-Rzazadə Rəfiqə M. qızının, oğlu Rzayev- X12, nəvəsi X10 qızının adı orderdə qeyd edilmişdir. - Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx xxxxxx 2013-cü il tarixli, 110 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, N.Nərimanov küçəsi, 32 nömrəli binanın ümumi sahəsi 42,3 kv.m, o cümlədən mətbəx 3,0 kv.m, dəhliz 4,9 kv.m, hamam-tualet 3,0 kv.m və yaşayış sahəsi 31,4 kv.m olan 2 (iki) otaqlı 41 nömrəli mənzilinin kiraçəyiçisi X17 vəfatı ilə əlaqədar mənzilin kirayəçisi nəvəsi X18 hesab edilmişdir. - Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 5 saylı Mənzil İstismar sahəsinin xx xxxxxx 2013-cü il tarixli, 1599 saylı forma-2A arayışına əsasən X11 və ailə üzvü X2 şəhəri, N.Nərimanov küçəsi, bina 32, mənzil 41 ünvanında yerləşən evdə yaşamaq hüququna malikdirlər. - xx xxxxxx 2013-cü il tarixli ərizənin təsdiqlənmiş surətindən görünür ki, X2 şəhəri, N.Nərimanov küçəsi, bina 32, mənzil 41 ünvanında yerləşən mənzilin X11 adına bütövlükdə xüsusiləşdirilməsinə etiraz etməmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxxxx 2013-cü il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli çıxarışın və xx xxxxxxxx 2013-cü il tarixli, 28540 inventar nömrəli texniki pasportun təsdiqlənmiş surətlərindən görünür ki, ünvan 6, mənzil 41 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, mübahisəli mənzilə dair Rzayev-X6 adına arvadı Rzayeva-Rzazadə Rəfiqə M. qızının, oğlu Rzayev-X12, nəvəsi X10 qızının adları qeyd edilməklə, Kirovabad şəhər İcraiyyə Komitəsinin xx xxxxxxxx 1990-cı il tarixli, 245 nömrəli order verilmiş, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx xxxxxx 2013-cü il tarixli, 110 nömrəli sərəncamı ilə Gəncə şəhəri, N.Nərimanov küçəsi, 32 nömrəli binanın 41 nömrəli mənzilinin kiraçəyiçisi X17 vəfatı ilə əlaqədar mənzilin kirayəçisi nəvəsi X18 hesab edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 5 saylı Mənzil İstismar sahəsinin xx xxxxxx 2013-cü il tarixli, 1599 saylı forma-2A arayışına əsasən X11 və ailə üzvü X2 şəhəri, N.Nərimanov küçəsi, bina 32, mənzil 41 ünvanında yerləşən evdə yaşamaq hüququna malik olmaqla faktiki yaşadıqlarından Gəncə şəhəri, N.Nərimanov küçəsi, bina 32 mənzil 41 “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxxxx 2013-cü il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı1 hazırki tələbində Kirovabad şəhər İcraiyyə Komitəsinin xx xxxxxxxx 1990-cı il tarixli, 245 nömrəli orderdə adının olmasını və özəlləşdirmənin qanunsuz aparılmasını əsas gətirərək, ünvan 2 ünvanda yerləşən evə dair X14 adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunmasını xahiş etmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin tələblərinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 5-ci maddəsinin tələblərinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 8-ci maddəsinin tələblərinə əsasən yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil istismar təşkilatı on gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (Forma-2) verməlidir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. 9-cu maddəsinin birinci hissəsinin tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Göründüyü kimi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, özəlləşdirilən mənzil üzrə pay hüququ yalnız müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinə məxsus olmuşdur. İddiaçı isə özəlləşdirilməyə müraciət edilən vaxt, 2013-cü ildə faktiki olaraq mənzildə yaşamamış, bu hal işdə olan sübutlar və tərəflərin verdikləri izahatlarla təsdiqlənmişdir. Belə ki, iddiaçı izahatında 2011-ci ildən həmin mənzildən çıxdığını və mübahisəli mənzildən hazırkı tarixədək istifadə etməklə faktiki olaraq yaşamadığını bildirmişdir. Bu mənada mənzilə dair orderdə adı qeyd edilsə də özəlləşdirmə zamanı iddiaçı faktiki olaraq həmin mənzildə yaşamadığından “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində nəzərdə tutulan özəlləşdirilmə üçün müraciət edilən anda iddiaçının mənzildə faktiki yaşaması halı istisna edilmişdir. Məhkəmə qeyd edir ki, üçüncü şəxs X18 ailə üzvü olmaqla adı birbaşa orderdə qeyd edilmiş, İddiaçı1 isə Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 5 saylı Mənzil İstismar sahəsinin xx xxxxxx 2013-cü il tarixli, 1599 saylı forma-2A arayışında adı qeyd olunmamış və mübahisəli mənzil özəlləşdirilən zaman həmin evdə faktiki olaraq yaşamamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2020-ci ıl tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə»sinin 3.0.18-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək Xidmətin vəzifələri sırasına daxildir. Beləliklə məhkəmə hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında dövlət tərəfindən vətəndaşa əvəzsiz olaraq verilən mənzilin məhz mənzil kirayə müqaviləsində adı qeyd edilməklə faktiki olaraq həmin mənzildə yaşayan ailə üzvlərinin razılığı ilə onlardan birinin, bir neçəsinin və ya hamısının (paylı) mülkiyyəti kimi özəlləşdirilməsi nəzərdə tutulduğundan ünvan 6, mənzil 41 ünvanında yerləşən ev üzərində X11 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi üçün hüquqi əsas yoxdur və inzibati orqanın hərəkətində hər hansı qeyri-qanuni hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtiadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X22 (üçüncü şəxs Rzayeva İlahə Rövşən qızı) qarşı dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1879/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1879/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver