Məhkəmə qərarları › İş №2-1(114)-1879/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1879/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1879/2021 02.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı qızının və etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı ünvan 1 il tarixdə açılmış doğum akt qeydinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə 24.08.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X2 Ağstafa rayon Köçəsgər kənd İcra Nümayəndəliy tərəfindən verilmiş olan 17.01.2005-ci il tarixdə anadan olması barədə, 22.01.2005-ci il tarixdə 02 nömrə ilə qeyd edilmiş AZ-İ 513171 nömrəli doğum haqqında şəhadətnamənin saxta olduğu üçün ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. 13.09.2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq ünvan 1 il tarixdə açılmış doğum akt qeydinin ləğv edilməsi barədə qəraq qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 05 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçın iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2004-cü ildə X4 ilə ailə qurmuş, üç uşağı anadan olmuşdur. Uşaqlar Rusiya Federasiyasının Xanti-Mansi muxtar dairəsi -Yuqra, Koqalım şəhərində anadan olmuşlar. X5 adlı oğlumuz Rusiya Federasiyasında 17.12.2004-cü il tarixdə doğum evində dünyaya gəlməsinə baxmayaraq Ağstafa rayon Köçəsgər kənd inzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş olan doğum şəhadətnaməsində guya ki, 22.01.2005ci il tarixdə anadan olması göstərilmişdir. Azərbaycan Respublikası dövlət miqrasiya xidmətinin 13 dekabr 2019-cu il tarixli şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında Qərarda 17 dekabr 2004-cü il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanındığı göstərilmişdir. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqədə belə oğlu X1 17.12.2004-cü il tarixdə anadan olması qeyd edilmişdir. Bu səbəbdən ünvan 1 il tarixdə açılmış doğum akt qeydinin ləğv edilməsi zərurəti yaranmışdır. İddiaçı bu barədə cavabdehə müraciət etsələr də, sonuncu bundan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 02 dekabr 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı qızı və etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ünvan 1 il tarixdə açılmış doğum akt qeydinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və işlərinin coxluğu ilə əlaqədar işə onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçı məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - X2 məxsus Rusiya Federasiyası tərəfindən verilmiş 31.08.2011-ci il tarixli 896153 nömrəli doğum haqqında şəhadətnamənin surəti; - X2 məxsus 22.05.2005-ci il tarixli, AZ-İ № 513171 nömrəli doğum haqqında şəhadətnamənin surəti; - X2 məxsus 09.01.2020-ci il tarixli, İQ-217429 nömrəli ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti; - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 13.12.2019-cu il tarixli, ******* nömrəli “Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsuniyyətinin tanınması” qərarının surəti; - Cavabdeh 14.08.2021-ci il tarixli, 05/15-962/76 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış 22.01.2005-ci il tarixli, 02 nömrəli doğum haqqında akt qeydinin surəti; - Məhkəmənin sorğusu əsasında alınmış Ağstafa rayon X3 Hüquqi Şəxsin 23.11.2021-ci il tarixli, 593/g nömrəli məktubun surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı22.01.2005-ci il tarixli, 02 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi barədə ərizə ilə cavabdeh Ağstafa Qeydiyyat şöbəsinə müraciət etmiş, cavabdeh orqan iddiaçıya imtina və məhkəməyə etiraz məktubları ünvanlayaraq X1 ilkin akt qeydinin 22.01.2005-ci il tarixdə Ağstafa rayon Köçəsgər kənd İnzibati Ərazi Dairəsi Nümayəndəliyində, təkrar akt qeydinin isə Rusiya Federasiyasının Koqalım şəhər VVAQ-da açıldığı qeyd olunaraq doğum haqqında akt qeydinin ləğvi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarına” əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda ərizə verən şəxslərin daimi yaşayış yerindəki qeydiyyat şöbələri tərəfindən həyata keçirildiyi, qanunvericiliyin tələblərinə uyğun olaraq, birinci akt qeydinin ləğv olunması imkan xaricində olduğu bildirilmişdir. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı və qanunauyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nın:- - 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. - 25-ci bəndinə əsasən bərpa və ya təkrar tərtib edilmiş qeyd, həmçinin ilk qeydi aşkara çıxarmış qeydiyyat şöbələrinin və konsulluq idarələrinin təşəbbüsü ilə ləğv oluna bilər. - 26-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. - 28-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. - 29-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi barəsində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin toplanmış bütün materialları birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. - 30-cu bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin ləğvi məsələsi bu əsas müddəaların 10-cu, 11-ci və 12-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı 22.01.2005-ci il tarixli, 02 nömrəli doğum akt qeydinin ləğv edilməsi üçün qanunun tələblərinə uyğun əsas göstərməmişlər. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəffindən hazırda mübahisələndirilən doğum aktı qeydi birinci olaraq 2005-ci ildə verilmiş sonradan Rusiya Federasiyasından 2011-ci ildə yeni doğum şəhadətnaməsi alınmışdır. Sonda məhkəmə belə nəticəyə gəlir ki, X1 doğumu ilkin olaraq Cavabdehndə 22.01.2005ci il tarixli, 02 nömrəli doğum haqqında akt ilə qeydə alındığına və iddiaçı həmin qeydin ləğv edilməsi üçün qanunauyğun kifayət qədər əsas göstərə bilmədiklərinə görə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Cavabdeh hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı ünvan 1 il tarixdə açılmış doğum akt qeydinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı ünvan 1 il tarixdə açılmış doğum akt qeydinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar