Məhkəmə qərarları › İş №2-1(114)-188/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-188/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-188/2024 18.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndələri X6 və X3 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinə qarşı artıq ödənilmiş gömrük ödənişinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. «X13.ÜRT.PAZ.SAN. VE TİC.A.Ş» (Satıcı Firma) ilə "xxxx" MMC (Alıcı Firma) arasında xx.xx.2022-ci il tarixdə 007 nömrəli, xx.xx.2022-ci il tarixdə 008 nömrəli, xx.xx.2022-ci il tarixdə 010 nömrəli, xx.xx.2022-ci il tarixdə 011 nömrəli, xx.xx.2022-ci il tarixdə 012 nömrəli, xx.xx.2022-ci il tarixdə 014 nömrəli, xx.xx.2022-ci il tarixdə 015 nömrəli, xx.xx.2022-ci il tarixdə 016 nömrəli və xx.xx.2022-ci il tarixli 017 nömrəli «X12 Sözleşmesi» imzalanmışdır. Bütün sövdələmələrin şərtlərinə görə, bir ədədinin dəyəri 0,25 USD olan, ROSS 308 cinsli, hər biri 80 civciv tutan kardon qutularda ümumilikdə 50.000 ədəd 1 günlük cücələr Satıcı Firma tərəfindən X10, Azərbaycanda (DAP) təhvil veriləcək, ödəmə isə təslim tarixindən 4 gün sonra bank vasitəsilə həyata keçiriləcəkdir.

2. «X13.ÜRT.PAZ.SAN. VE TİC.A.Ş» (Satıcı Firma) verdiyi xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli invoys sənədlərində "xxxx" MMC-nin (Alıcı Firma) 50000 ədəd 1 günlük cücələr (day old chicks) üçün ödəyəcəyi məbləğ (hər invoys üzrə) 12500 USD kimi göstərilmişdir.

3. "xxxx" MMC-nin Dövlət Gömrük Komitəsinə xx.xx.2022-ci il tarixli 05-04/22 nömrəli, xx.xx.2022-ci il tarixli 06-06/22 nömrəli, xx.xx.2022-ci il tarixli 07-07/22 nömrəli, xx.xx.2022-ci il tarixli 01-08/22 nömrəli, xx.xx.2022-ci il tarixli 03-08/22 nömrəli, xx.xx.2022-ci il tarixli 02-09/22 nömrəli, xx.xx.2022-ci il tarixli 01-10/22 nömrəli, xx.xx.2022-ci il tarixli 02-10/22 nömrəli, xx.xx.2022-ci il tarixli 01-11/22 nömrəli müraciətlərindən görünür ki, Cəmiyyət Qərb Ərazi Gömrük İdarəsinin X7 əməkdaşlarının idxal etdikləri cücələrin gömrük dəyərini qanunla müəyyən edilən qaydalara zidd olaraq invoys dəyərindən daha yüksək qiymətə bəyan etməyə məcbur etdikləri bildirərək, idxal edilmiş malların müqavilə qiyməti əsasında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir.

4. xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən "xxxx" MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan ROSS 308 cinsli, ümumilikdə 50.000 ədəd bir günlük cücələrin invoys dəyəri 12500 USD, statistik dəyəri 20000 USD kimi göstərilməklə, ümumi gömrük dəyəri 34000 manat kimi bəyan edilmiş və buna uyğun olaraq gömrük ödənişi 12456,60 manat, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən "xxxx" MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan ROSS 308 cinsli, ümumilikdə 50.000 ədəd bir günlük cücələrin invoys dəyəri 12500 USD, statistik dəyəri 20000 USD kimi göstərilməklə, ümumi gömrük dəyəri 34000 manat kimi bəyan edilmiş və buna uyğun olaraq gömrük ödənişi 12492,00 manat, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən "xxxx" MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan ROSS 308 cinsli, ümumilikdə 50.000 ədəd bir günlük cücələrin invoys dəyəri 12500 USD, statistik dəyəri 20000 USD kimi göstərilməklə, ümumi gömrük dəyəri 34000 manat kimi bəyan edilmiş və buna uyğun olaraq gömrük ödənişi 12456,60 manat, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən "xxxx" MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan ROSS 308 cinsli, ümumilikdə 50.000 ədəd bir günlük cücələrin invoys dəyəri 12500 USD, statistik dəyəri 20000 USD kimi göstərilməklə, ümumi gömrük dəyəri 34000 manat kimi bəyan edilmiş və buna uyğun olaraq gömrük ödənişi 12492,00 manat, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən "xxxx" MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan ROSS 308 cinsli, ümumilikdə 50.000 ədəd bir günlük cücələrin invoys dəyəri 12500 USD, statistik dəyəri 20000 USD kimi göstərilməklə, ümumi gömrük dəyəri 34000 manat kimi bəyan edilmiş və buna uyğun olaraq gömrük ödənişi 12492,00 manat, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən "xxxx" MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan ROSS 308 cinsli, ümumilikdə 50.000 ədəd bir günlük cücələrin invoys dəyəri 12500 USD, statistik dəyəri 20000 USD kimi göstərilməklə, ümumi gömrük dəyəri 34000 manat kimi bəyan edilmiş və buna uyğun olaraq gömrük ödənişi 12492,00 manat, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən "xxxx" MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan ROSS 308 cinsli, ümumilikdə 50.000 ədəd bir günlük cücələrin invoys dəyəri 12500 USD, statistik dəyəri 20000 USD kimi göstərilməklə, ümumi gömrük dəyəri 34000 manat kimi bəyan edilmiş və buna uyğun olaraq gömrük ödənişi 12492,00 manat, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən "xxxx" MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan ROSS 308 cinsli, ümumilikdə 50.000 ədəd bir günlük cücələrin invoys dəyəri 12500 USD, statistik dəyəri 20000 USD kimi göstərilməklə, ümumi gömrük dəyəri 34000 manat kimi bəyan edilmiş və buna uyğun olaraq gömrük ödənişi 12492,00 manat, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən "xxxx" MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan ROSS 308 cinsli, ümumilikdə 50.000 ədəd bir günlük cücələrin invoys dəyəri 12500 USD, statistik dəyəri 20000 USD kimi göstərilməklə, ümumi gömrük dəyəri 34000 manat kimi bəyan edilmiş və buna uyğun olaraq gömrük ödənişi 12492,00 manat müəyyən edilmişdir.

5. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə ümumilikdə 12456,60 manat, xx.xx.2022-ci il tarixdə 12492,00 manat, xx.xx.2022-ci il tarixdə ümumilikdə 12456,60 manat, xx.xx.2022-ci il tarixdə ümumilikdə 12492,00 manat, xx.xx.2022-ci il tarixdə ümumilikdə 12492,00 manat, xx.xx.2022-ci il tarixdə ümumilikdə 12492,00 manat, xx.xx.2022-ci il tarixdə ümumilikdə 12492,00 manat, xx.xx.2022-ci il tarixdə ümumilikdə 12492,00 manat, xx.xx.2022-ci il tarixdə ümumilikdə 12492,00 manat gömrük ödənişi "xxxx" tərəfindən edilmişdir.

6. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli 007 nömrəli qərarı ilə "xxxx" MMC tərəfindən idxal olunan malların gömrük rəsmiləşdirilməsinin müqavilə qiyməti əsasında həyata keçirilməsi barədə baxılan MMC-nin direktoru Səməd Novruzovun şikayəti təmin edilməmişdir.

7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-33/2-005906/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasının "xxxx" MMC ilə bağlı keçirilmiş iclasında verilmiş xx.xx.2022-ci il tarixli 007 nömrəli qərara əsasən şikayəti təmin edilməmişdir.

8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8205 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, "xxxx" MMC ilə Türkiyə Respublikasının hüquqi şəxsi olan “X13.Ürt.Paz.San. ve Tic.A.Ş” arasında bağlanmış xx.xx.2022-ci il tarixli 007 nömrəli, xx.xx.2022-ci il tarixdə 008 nömrəli, xx.xx.2022-ci il tarixdə 010 nömrəli, xx.xx.2022-ci il tarixdə 011 nömrəli, xx.xx.2022-ci il tarixdə 012 nömrəli, xx.xx.2022-ci il tarixdə 014 nömrəli, xx.xx.2022-ci il tarixdə 015 nömrəli, xx.xx.2022-ci il tarixdə 016 nömrəli, xx.xx.2022-ci il tarixdə 017 nömrəli müqavilələr üzrə 50.000 ədəd 1 günlük cücələrin hər birinin dəyəri 25 sent olaraq bəyan ediləcəyi halda bir müqavilə üzrə gömrük ödənişi 7.741,65 manat, 9 müqavilə üzrə cəmi 69.674,85 manat məbləğində müəyyən edilir. II. Məhkəmədə icraat

9. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanın qanunsuz hərəkəti nəticəsində gömrük rəsmiləşməsi üzrə artıq ödənilmiş 41213,55 manat pulun "xxxx" MMC-yə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (VÖEN **********) Türkiyə Respublikasının hüquqi şəxsi olan "X13.Paz.San. ve Tic.A.S" şirkəti arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2022-ci il tarixli **********5518 saylı, xx.xx.2022-ci il tarixli **********3128 saylı, xx.xx.2022-ci il tarixli **********6890 saylı, xx.xx.2022-ci il tarixli **********5243 saylı, xx.xx.2022-ci il tarixli **********9854 saylı, xx.xx.2022-ci il tarixli **********1722 saylı, xx.xx.2022-ci il tarixli **********6818 saylı, xx.xx.2022-ci il tarixli **********6303 saylı və xx.xx.2022-ci il tarixli **********6058 saylı gömrük bəyannamələri ilə hər bir gömrük bəyannaməsi üzrə idxal etdiyi 50.000 ədəd bir günlük cücələri X8 Baş İdarəsinin Yevlax Gömrük Postunda rəsmiləşdirərkən "xxxx" MMC sözügedən gömrük orqanının məsul əməkdaşları tərəfindən idxal olunmuş 1 günlük cücələrin müqavilə dəyəri olan 25 sentdən deyil, 40 sentdən bəyan edilməsinə məcbur edilmiş, əks təqdirdə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməyəcəyi bildirilmişdir. "xxxx" MMC-nin gömrük rəsmiləşdirilməsini həyata keçirən əməkdaşı idxal olunmuş malların onun müqavilə dəyəri ilə deyil, daha yuxarı qiymətə bəyan edilməsinə məcbur edilərkən hər bir idxal zamanı "xxxx" MMC tərəfindən müvafiq məktublarla şəxsən ona müraciət edərək "xxxx" MMC-yə qarşı törədilən bu qanunsuzluğa son qoyulmasına köməklik göstərilməsi xahiş etmişdir. Lakin bu müraciətlərə heç bir məhəl qoyulmadığından "xxxx" MMC tərəfindən idxal edilmiş 1 günlük cücələr gömrük əməkdaşının məcbur etdiyi qiymətlə bəyan olunmuşdur. Gömrük orqanının özbaşınalığı "xxxx" MMC-nin fəaliyyətini iflic vəziyyətə saldığından "xxxx" MMC faktiki olaraq sahibkarlıq fəaliyyətini dayandırmışdır ki, bu səbəbdən də bundan sonra tərəflərindən hər hansı idxal əməliyyatları həyata keçirməyəcəkdir. Sözügedən müqavilənin şərtlərinə uyğun olaraq idxal etdikləri malların dəyəri satıcı şirkətə bank vasitəsi ilə köçürülməklə yanaşı, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113- 114-cü maddələrinin tələblərinə əsasən qısa idxal bəyannaməsi aidiyyəti gömrük orqanına elektron qaydada təqdim olunmuşdur. Müqavilə əsasında idxal etdikləri yuxarıda sayı, dəyəri və təsviri göstərilən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olduqdan sonra həmin malların gömrük rəsmiləşdirilməsini təmin edən cavabdeh gömrük orqanının vahid sisteminə daxil olan Cavabdeh X7 məsul əməkdaşları tərəfindən idxal etdikləri malların gömrük dəyərini hər bir cücə üçün 0,40 sent məbləğində bəyan etmələri onlardan tələb olunmuşdur. Qeyd olunan bu tələbin qanunvericiliyin tələblərinə zidd olduğu gömrük orqanının inspektorunun, eləcə də digər məsul əməkdaşlarının diqqətinə çatdırılsa da, onlara bildirilmişdir ki, yuxarıdan gələn tapşırıq belədir və onlar bu tapşırığı icra etməlidirlər. Əks təqdirdə, idxal etdikləri malın - cücələrin sərbəst gömrük dövriyyəsinə buraxılmayacağı bildirilmişdir. Yuxarıda sözügedən qanunsuz tələblə razılaşmadıqlarından tərəflərindən gömrük rəsmiləşdirilməsi həyata keçirilməzdən əvvəl Gömrük Komitəsinin sədr əvəzinə müvafiq şikayətlə müraciət olunaraq idxal etdikləri malların gömrük rəsmiləşdirilməsinin onun müqavilə dəyəri ilə deyil, daha yuxarı qiymətə bəyan etməyə məcbur edildiyi Komitə sədrinin diqqətinə çatdırılmaqla, idxal etdikləri 1 günlük cücələrin qanunvericiliyin tələblərinə uyğun olaraq onun idxal etdikləri və müqavilədə göstərilən dəyərdə rəsmiləşdirilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Lakin bu müraciətlərinə heç bir əhəmiyyət verilmədiyindən, idxal etdikləri cücələrin tələf olmasının, eləcə də daha çox zərərə düçar olmalarının qarşısının alınması üçün tərəflərindən gömrük orqanının tələbinə məcburən əməl edilərək onların tələb etdiyi dəyərlə gömrük rəsmiləşməsi xərclərini ödəməli olmuşlar. Bundan sonra 14 fevral 2023-cü il tarixli 03/23 saylı məktubla Komitə sədrinin birinci müavini Şahin Bağırova müraciət olunaraq yuxarıda göstərilən tarixlər üzrə gömrük bəyannamələri əsasında "xxxx" MMC tərəfindən bəyan edilmiş malların gömrük rəsmiləşdirilməsi zamanı Komitənin Cavabdeh X7 məsul əməkdaşları tərəfindən "xxxx" MMC-dən artıq alınmış pul vəsaitlərinin ümumi məbləğinin hesablanaraq həmin pul vəsaitlərinin "xxxx" MMC-yə geri qaytarılmasının təmin olunması üçün aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verilməsi xahiş olunmaqla müvafiq sənədlər həmin məktuba qoşma ilə Komitəyə təqdim olunmuşdur. X4 Tarifləriin Tənzimlənməsi və ödənişlər Baş İdarəsi rəisinin birinci müavini Xəqani Məmmədov tərəfindən ünvanlarına göndərilən xx.xx.2023-cü il tarixli 3-33/2-005906/2023 saylı məktubla yuxarıda göstərilən xx.xx.2023-cü il tarixli 03/23 saylı məktubları formal mülahizələrlə cavablandırılmışdır. Yuxarıda sadalanan xüsusatlardan görünür ki, hazırkı mübahisənin məhkəmədən kənar həlli mümkünsüz olmuşdur.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

12. İddiaçı elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, məhkəmənin təyin etdiyi ekspertiza rəyi ilə əslində mübahisələndirilən məbləğin 42682,35 manat təşkil etdiyi və cavabdeh orqanın hazırda Gəncə Gömrük İdarəsi adlandırıldığı müəyyən edildiyi üçün "xxxx" MMC tərəfindən artıq ödənilmiş 41213,55 manat və 1468,8 manat, ümumilikdə 42682,35 (qırx iki min altı yüz səksən iki manat otuz beş qəpik) manat pulun "xxxx" MMCyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş (iddiaçı tələbin həcmini sonradan artırsa da, artırılmış tələblə bağlı da cavabdehə müraciət etmişdir) və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

16. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. Cavabdehin nümayəndələri məhkəmə iclasına gəlmişlər, iddiaçı isə məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini tam həcmdə müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

21. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin adına idxal edilən 1 günlük cücə yüklərinin rəsmiləşdirilməsi zamanı Azərbyacan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanılmışdır. Gömrük tarifinin tətbiqi məqsədilə malların gömrük dəyərləndirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq 13 iyun 2013-cü il tarixli 687-İVQ nömrəli “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində qeyd olunan aşağıdakı üsullarla müəyyən edilir: Gətirilən malların sövdələşmə qiyməti ilə; Eyni malların sövdələşmə qiyməti ilə; Eynicinsli malların sövdələşmə qiyməti ilə; Dəyərin çıxılması üsulu ilə; Dəyərin toplanması üsulu ilə; Ehtiyat üsul ilə. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. Gömrük orqanı gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 13 iyun 2013-cü il tarixli 687-İVQ nömrəli “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, müvafiq qiymət tənzimləməsi aparılmaqla (nəqliyyat, sığorta və qanunvericiliklə nəzərdə tutulmuş digər xərclər malların dəyərinə əlavə olunmaqla) Azərbaycan Respublikasına ixrac məqsədi ilə mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur. Gömrük dəyərini yuxarıda göstərilən üsullarla müəyyənləşdirmək mümkün olmadıqda həmin Qanunun 14-cü və 15-ci maddələrinə əsasən dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədilə satılan eyni və ya eynicinsli malların sövdələşmə qiyməti qəbul edilir. 13 iyun 2013-cü il tarixli 687-İVQ nömrəli “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinə əsasən qeyd edilən malların dəyərinə düzəliş edilərək rəsmiləşdirilmə prosesi başa çatdırılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurası "Göyçay Broyler” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən idxal olunan malların gömrük rəsmiləşdirilməsinin müqavilə qiyməti əsasında həyata keçirilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Səməd Novruzovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasına ünvanladığı 14 iyul 2022-ci il tarixli şikayətinə baxmışdır.

23. Cavabdehin nümayəndələri X5 və X6 şifahi məhkəmə baxış iclasında iddiaya yazılı etirazda göstərilənləri müdafiə etdiyini bildirərək, iddianın rədd olunmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etdilər.

24. Cavabdehin nümayəndəsi X1 edənin suallarına cavab olaraq bildirmişdir ki, hazırkı işdə cavabdeh orqan gömrük orqanı olaraq gömrük dəyərinin müəyyən edilməsinin və eyni zamanda bəyannamənin düzgünlüyünə nəzarət etmiş və müəyyən etmişdir ki, Respublika ərazisində eyni növlü fəaliyyətlə məşğul olan, yəni cücə idxal etmiş digər subyektlər 40 sent (0,40 dollar) dəyəri ilə idxal və bəyan etmişlər. Gəncə Gömrük İdarəsinin idxal rəsmiləşdirməsini həyata keçirən əməkdaşı əvvəla, iddiaçını 40 sentlə bəyan etməyə məcbur etməmiş, bunu sadəcə təklif etmiş, iddiaçı Cəmiyyət də təklifi qəbul edərək, könüllü olaraq 40 sentlə bəyan etmişdir. Gömrük orqanının cücənin 1 ədədinin gömrük dəyərini 25 sent olaraq qəbul etməməsinin bir neçə səbəbi olmuşdur: 1) ölkə ərazisində bazar iqtisadiyyatının tənzimləməsini, yəni bazarda eyni növlü malların qiymət tənzimləməsini həyata keçirmək üçün; 2) İkinci tərəfdən, alınan məhsulların nəqliyyat, sığorta və digər xərcləri də olur ki, onlar da malların dəyərinə əlavə olunmalıdır, lakin iddiaçı tərəfindən yalnız cücənin sövdələşmədəki dəyəri gömrük dəyəri kimi bəyan olunmuşdur; 3) alınmış mallara dair iddiaçı tərəf yalnız invoys təqdim etmiş, lakin malların dəyərinin ödənilməsinə dair heç bir sənəd təqdim olunmamışdır, bu əsasla onların tərəfindən iddiaçının məhz cücə satan şirkətə 25 sentlə ödəniş etdiyini müəyyən edə bilməmişlər. 1 günlük cücələrin bir ədədinin dəyərinin 40 sent olmasına (digər ölkələrdən həmin məbləğə alınmasına) dair digər sahibkarlıq subyektlərinin müqavilələrini və ya bəyannamələrini təqdim edə bilməzlər, ona görə ki, bu kommersiya sirridir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2022-ci il tarixli 007 nömrəli, xx.xx.2022-ci il tarixli 008 nömrəli, xx.xx.2022-ci il tarixdə 010 nömrəli, xx.xx.2022-ci il tarixli 011 nömrəli, xx.xx.2022-ci il tarixli 012 nömrəli, xx.xx.2022-ci il tarixli 014 nömrəli, xx.xx.2022-ci il tarixli 015 nömrəli, xx.xx.2022-ci il tarixli 016 nömrəli, xx.xx.2022-ci il tarixli 017 nömrəli müqavilələr; - xx.xx.2022-ci il tarixli **********5518, xx.xx.2022-ci il tarixli **********3128; xx.xx.2022-ci il tarixli **********6890; xx.xx.2022-ci il tarixli **********5243; xx.xx.2022-ci il tarixli **********9854; xx.xx.2022-ci il tarixli **********1722; xx.xx.2022-ci il tarixli **********6818; xx.xx.2022-ci il tarixli **********6303 və xx.xx.2022-ci il tarixli **********6058 nömrəli gömrük bəyannamələri; - xx.xx.2022-ci il tarixli 007 nömrəli qərar; - xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli mədaxil qəbzləri; - "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 05-04/22 nömrəli, xx.xx.2022-ci il tarixli 06-06/22 nömrəli, xx.xx.2022-ci il tarixli 01-08/22 nömrəli, xx.xx.2022-ci il tarixli 03-08/22 nömrəli, xx.xx.2022-ci il tarixli 07-07/22 nömrəli, xx.xx.2022-ci il tarixli 02-09/22 nömrəli, xx.xx.2022-ci il tarixli 01-10/22 nömrəli, xx.xx.2022-ci il tarixli 02-10/22 nömrəli, xx.xx.2022-ci il tarixli 01-11/22 nömrəli və xx.xx.2024-cü il tarixli 01/24 nömrəli məktublar; - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-33/2-005906/2023 nömrəli məktub; - Ekspert rəyi.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

27. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, "xxxx" MMC (Alıcı) Türkiyə Respublikasının «X13.ÜRT.PAZ.SAN. VE TİC.A.Ş» (Satıcı) ilə 9 ədəd « X12 Sözleşmesi» (1 günlük cücələrin satış müqaviləsi) imzalayaraq, belə razılığa gəlmişlər ki, Satıcı bir ədədinin dəyəri 25 sent (0,25 USD) olan ROSS 308 cinsli 1 günlük 50000 ədəd cücələri Alıcıya Göyçayda (DAP) təhvil verəcək, ödəmə isə təslim tarixindən 4 gün sonra bank vasitəsilə həyata keçiriləcəkdir. Satıcının hər müqavilə üzrə ayrıca verdiyi 9 ədəd invoys sənədlərində də 50000 ədəd cücələrin dəyəri (yəni Alıcının ödəyəcəyi məbləğ) 12500 USD kimi qeyd edilmişdir.

28. İddiaçı MMC Türkiyə Respublikasından idaxl etdiyi cücələrin dəyərini sövdələşmədə nəzərdə tuutlmuş məbləğdə - 1 ədədini 25 sentlə (0,25 USD) bəyan etmək istəsə də, Gəncə Gömrük İdarəsinin X7 rəsmiləşdirməni həyata keçirən əməkdaşı cücələrin 1 ədədini 40 sentlə (0,40 USD) bəyan etməli olmasını bildirmiş, əks halda rəsmiləşdirməni aparmaqdan imtina etmişdir.

29. Cavabdeh orqanın nümayəndəsi məhkəmə iclası zamanı Gəncə Gömrük İdarəsinin idxal rəsmiləşdirməsini həyata keçirən əməkdaşının iddiaçını 40 sentlə bəyan etməyə məcbur etmədiyini, sadəcə bunu təklif etdiyini, iddiaçı Cəmiyyətin də təklifi qəbul edərək, könüllü olaraq 40 sentlə bəyan etdiyini bildirsə də, məhkəmə bunu səmimi və inandırıcı qəbul etmir.

30. Belə ki, "xxxx" MMC-nin Dövlət Gömrük Komitəsinə xx.xx.2022-ci il tarixli 05- 04/22 nömrəli, xx.xx.2022-ci il tarixli 06-06/22 nömrəli, xx.xx.2022-ci il tarixli 07-07/22 nömrəli, xx.xx.2022-ci il tarixli 01-08/22 nömrəli, xx.xx.2022-ci il tarixli 03-08/22 nömrəli, xx.xx.2022-ci il tarixli 02-09/22 nömrəli, xx.xx.2022-ci il tarixli 01-10/22 nömrəli, xx.xx.2022-ci il tarixli 02-10/22 nömrəli, xx.xx.2022-ci il tarixli 01-11/22 nömrəli müraciətlərindən görünür ki, Cəmiyyət Qərb Ərazi Gömrük İdarəsinin X7 əməkdaşlarının idxal etdikləri cücələrin gömrük dəyərini qanunla müəyyən edilən qaydalara zidd olaraq invoys dəyərindən daha yüksək qiymətə bəyan etməyə məcbur etdikləri bildirərək, idxal edilmiş malların müqavilə qiyməti əsasında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir.

31. İddiaçı eyni zamanda iddia ərizəsində də qeyd etmişdir ki, bu müraciətlərinə heç bir əhəmiyyət verilmədiyindən, idxal etdikləri cücələrin tələf olmasının, eləcə də daha çox zərərə düçar olmalarının qarşısının alınması üçün tərəflərindən gömrük orqanının tələbinə məcburən əməl edilərək onların tələb etdiyi dəyərlə gömrük rəsmiləşməsi xərclərini ödəməli olmuşlar.

32. Göründüyü kimi, iddiaçı Cəmiyyət hər dəfə malları idxal edərkən (müraciətlərin tarixi gömrük bəyannamələrindən bir və ya iki gün əvvəlki tarixədir) əvvəlcə Dövlət Gömrük Komitəsinə müraciət edərək, X7 əməkdaşlarının idxal etdikləri cücələrin gömrük dəyərini qanunla müəyyən edilən qaydalara zidd olaraq invoys dəyərindən daha yüksək qiymətə bəyan etməyə məcbur etdikləri bildirərək, idxal edilmiş malların müqavilə qiyməti əsasında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə köməklik göstərilməsini xahiş etmiş, müraciətləri müsbət həllini tapmadığından və idxal olunan cücələrin tələf olmasının, eləcə də daha çox zərərə düçar olmalarının qarşısının alınması üçün gömrük orqanının tələb etdiyi dəyərlə gömrük rəsmiləşməsi xərclərini ödəməli olmuşdur.

33. Beləliklə, 9 ədəd gömrük bəyannaməsi üzrə iddiaçı MMC ümumilikdə 112357,20 manat gömrük ödənişi etmiş, bundan sonra idxal edilmiş mallar sərbəst dövriyyəyə buraxılmışdır.

34. İddiaçı hazırda idxal etdiyi malın vahidinin 0,25 sent əvəzinə 0,40 sent məbləğində bəyan edilməsinin tələb edilməkdə heç bir əsasın olmadığını, aidiyyəti qurumlara müraciət etdiyini, lakin idxal edilmiş malların tələf olmaması və daha artıq zərərə düşməməsi üçün məcbur olub tələb olunan formada bəyannamə tərtib edərək gömrük orqanına təqdim etdiyini və bunun nəticəsi olaraq 42682,35 manat artıq gömrük ödənişi ödədiyini iddia edərək, həmin məbləğin geri qaytarılmasını tələb edir.

35. Məhkəmə cavabdeh orqanın sözügedən hərəkətlərini qanunsuz və əsassız sayaraq, bununla bağlı aşağıdakıları qeyd edir.

36. Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə: Maddə 1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi; 1.0.2. bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs; 1.0.12. gömrük dəyəri – malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri; 1.0.16. gömrük orqanı – gömrük xidmətinin gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək səlahiyyəti verilmiş inzibati bölməsi. Maddə 8.0. Gömrük orqanlarının vəzifələri aşağıdakılardır: 8.0.6. mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək; 8.0.17. gömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və maraqlarının qorunması üzrə tədbirlər görmək. Maddə 9.0. Bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları aşağıdakı hüquqlara malikdirlər: 9.0.3. gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq. Maddə 220.1. Malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur. Maddə 221.1. Apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunduğu andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir 221.2. Bu Məcəllənin 221.1-ci maddəsi malların gömrük orqanlarının nəzarətində qalmasından, hesablanmış gömrük ödənişlərinin ödənilməsindən asılı olmayaraq tətbiq edilir. 221.3. Şəxs bu Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq ona təqdim edilən bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. 221.4. Yuxarı gömrük orqanı və ya məhkəmə şəxsin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Məcəllənin 221.1-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur.

37. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs (hazırkı işə münasibətdə "xxxx" MMC) tərəfindən müəyyən edilir. Gömrük orqanı həmin dəyərlə razılaşmadığı halda isə müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı, o cümlədən elektron bildiriş təqdim etməli idi ki, işin müəyyən edilmiş hallarından qanunvericiliyin həmin tələblərinə gömrük orqanı tərəfindən riayət edilmədiyi, həm “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu müəyyən edilir.

38. “İnzibati icraat haqqında” Qanununa görə: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

39. Cavabdeh inzibati orqanın maraqlı şəxsə yardım göstərilməsi, məsləhətlərin və zəruri məlumatların verilməsində ifadə olunan xidməti vəzifələrinə dair məcburi göstərişlər Gömrük Məcəlləsində də təsbit olunmuşdur. Belə ki, həmin Məcəllənin 40.4-cü maddəsinin tələbinə görə, gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər.

40. İstinad edilən qanun normalarının tələbləri nəzərə alındıqda, cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməli olduğu halda, bunu etməmişdir.

41. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması cavabdehin məsuliyyət sferasına aiddir. Bu baxımdan yuxarıda qeyd olunan normalarda təsbit edilmiş malların gömrük dəyərinin müəyyən edilməsi üsulunun seçilməsi və tətbiqi, gömrük ödənişlərinin hesablanması cavabdehin vəzifə səlahiyyətlərinə aiddir. Cavabdeh gömrük dəyərinin müəyyən edilməsi üçün seçdiyi konkret üsulu və hesabladığı gömrük ödənişlərini əsaslandırmağa və bu barədə qanuni qərar qəbul etməyə borcludur. Bu qanunçuluq prinsipindən və cavabdehin fəaliyyətinin qanuna tabe olmasından irəli gəlir.

42. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. gömrük tarifi - gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusu; 1.1.5. malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsi. Maddə 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. Maddə 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Maddə 7.3. Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi qaydalarını bu Qanunun müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 7.4. Malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir. Maddə 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. Maddə 8.2. Gömrük sərhədindən keçirilən malların bəyan edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 8.3. Gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. Maddə 8.4. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. Maddə 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Maddə 10.2. Bəyannaməçinin gömrük orqanına təqdim etdiyi gömrük bəyannaməsi təqdim edildiyi tarixdən 1 (bir) gün müddətində gömrük orqanı tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti ilə əlaqədar olaraq təsdiq edilmədikdə, bəyannaməçi malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciətə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Maddə 11. 1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Maddə 11.2. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim edildiyi andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. Maddə 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir.

43. Göründüyü kimi, mövcud qanunvericilik gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilmə üsullarının dairəsini konkret müəyyən etmiş və bu üsullardan “malların sövdələşmə qiyməti ilə” dəyərin müəyyən edilməsini əsas sayaraq, digər üsullların ardıcıl olaraq tətbiqini əsas üsuldan istifadənin mümkün olmadığı hallarda yolverilən qiymətləndirmişdir.

44. Hazırkı işin hallarına görə isə cavabdeh inzibati orqan hər hansı tutarlı dəlil təqdim etmədən iddiaçının idxal etdiyi malların “sövdələşmə qiyməti” əks olunmuş xx.xx.2022-ci il tarixli 007 nömrəli, xx.xx.2022-ci il tarixli 008 nömrəli, xx.xx.2022-ci il tarixli 010 nömrəli, xx.xx.2022-ci il tarixli 011 nömrəli, xx.xx.2022-ci il tarixli 012 nömrəli, xx.xx.2022-ci il tarixli 014 nömrəli, xx.xx.2022-ci il tarixli 015 nömrəli, xx.xx.2022-ci il tarixli 016 nömrəli və xx.xx.2022-ci il tarixli 017 nömrəli müqavilələri əsas götürmədən, ona münasibətdə daha yüksək məbləğdə gömrük dəyəri müəyyənləşdirmiş və gömrük ödənişi hesablamışdır.

45. Gömrük bəyannamələrindən görünür ki, gömrük orqanı gömrük dəyərini 1.6-cı üsulla, yəni ehtiyat üsulla müəyyən etmişdir, hansı ki, həmin üsul gömrük dəyərinin müəyyən edilməsində ən sonuncu üsuldur və

46. Cavabdeh orqanın nümayəndələri iclas zamanı ehtiyat üsulun tətbiqini 3 əsasla əsaslandırmışlar: - Ölkə ərazisində bazar iqtisadiyyatının tənzimləməsini, yəni bazarda eyni növlü malların qiymət tənzimləməsini həyata keçirmək üçün; - Alınan məhsulların nəqliyyat, sığorta və digər xərclərinin malların dəyərinə əlavə olunmaması (iddiaçı tərəfindən yalnız cücənin sövdələşmədəki dəyərinin gömrük dəyəri kimi bəyan olunması; - Alınmış mallara dair iddiaçı tərəfin yalnız invoys təqdim etməsi, lakin malların dəyərinin ödənilməsinə dair heç bir sənəd təqdim olunmaması.

47. Məhkəmə hər üç əsası da əsaslı qəbul etmir və birinci hala münasibətdə qeyd edir ki, gömrük orqanı 1 günlük cücələrin bir ədədinin dəyərinin 40 sent olmasına (digər ölkələrdən həmin məbləğə alınmasına) dair digər sahibkarlıq subyektlərinin müqavilələrini və ya bəyannamələrini təqdim etməkdən bunun kommersiya sirri olmasını əsas gətirərək, imtina etmişlər. Halbuki, istinad etdiyi halı sübutetmə yükü onun üzərinə düşmüşdür. İkinci hala münasibətdə qeyd edir ki, təərflərin arasında olan sövdələşmədən görünür ki, tərəflər təslim yerini Göyçay, Azərbaycan (DAP) kimi müəyyənləşdirmişlər, bu isə nəqliyyat, sığorta və s. xərclərin Alıcı tərəfindən deyil, Satıcı tərəfindən qarşılandığını və malların dəyərinə daxil edildiyini göstərir. Üçüncü hala münasibətdə isə qeyd edir ki, malların dəyərinin ödənilməsinə dair sənədin təqdim edilməməsi, yəni iddiaçının sonradan malların dəyərini ödəməməsi və ya başqa məbləğ ödəməsi və s. kimi halları araşdırmaq, ona nəzarət etmək cavabdeh orqan vəzifə səlahiyyətlərinə aid məsələ deyil.

48. Belə ki, cavabdeh inzibati orqan malların gömrük dəyərinin müəyyən edilməsi zamanı tətbiq etdiyi üsulu nə inzibati icraat, nə də ki, məhkəmə icraatı zamanı əsasladırmamışdır.

49. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən idxal edilmiş 1 günlük cücənin vahidinin qiyməti 0,25 sent olaraq yəni “gətirilən malların sövdələşmə qiyməti ilə” müəyyən edilməli və buna uyğun gömrük ödənişi tələb edilməli olduğu halda, cavabdeh orqan tərəfindən qanunsuz olaraq ehtiyat üsul tətbiq edilərək, artıq gömrük ödənişlərinin ödənilməsinə nail olunmuşdur.

50. Göyçay Broyler” MMC tərəfindən xx.xx.2022-ci il tarixli 007 nömrəli, xx.xx.2022-ci il tarixli 008 nömrəli, xx.xx.2022-ci il tarixli 010 nömrəli, xx.xx.2022-ci il tarixli 011 nömrəli, xx.xx.2022-ci il tarixli 012 nömrəli, xx.xx.2022-ci il tarixli 014 nömrəli, xx.xx.2022-ci il tarixli 015 nömrəli, xx.xx.2022-ci il tarixli 016 nömrəli və xx.xx.2022-ci il tarixli 017 nömrəli müqavilələr üzrə 1 günlük cücələrin dəyərinin 25 sent əvəzinə 40 sent dəyəri ilə bəyan edilməsi zamanı hər müqavilə üzrə və yekunda cəmi nə qədər artıq vəsait ödənilməsinin müəyyən edilməsi üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8205 nömrəli ekspert rəyi əldə edilmişdir.

51. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, "xxxx" MMC ilə Türkiyə Respublikasının hüquqi şəxsi olan “X13.Ürt.Paz.San. ve Tic.A.Ş” arasında bağlanmış xx.xx.2022-ci il tarixli 007 nömrəli, xx.xx.2022-ci il tarixdə 008 nömrəli, xx.xx.2022-ci il tarixdə 010 nömrəli, xx.xx.2022-ci il tarixdə 011 nömrəli, xx.xx.2022-ci il tarixdə 012 nömrəli, xx.xx.2022-ci il tarixdə 014 nömrəli, xx.xx.2022-ci il tarixdə 015 nömrəli, xx.xx.2022-ci il tarixdə 016 nömrəli, xx.xx.2022-ci il tarixdə 017 nömrəli müqavilələr üzrə 50.000 ədəd 1 günlük cücələrin hər birinin dəyəri 25 sent olaraq bəyan ediləcəyi halda bir müqavilə üzrə gömrük ödənişi 7.741,65 manat, 9 müqavilə üzrə cəmi 69.674,85 manat məbləğində müəyyən edilir.

52. Göründüyü kimi, iddiaçı tərəfindən cəmi 9 bəyannamə üzrə 69674,85 manat məbləğində gömrük ödənişi ödənilməli olduğu halda, iddiaçı tərəfindən 112357,2 manat ödənilmişdir ki, bununla da 42682,35 manat artıq gömrük ödənişinin edilməsi müəyyən edilir.

53. Gömrük Məcəlləsinə görə: Maddə 266.1. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. Maddə 266.2. Gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 267. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılmalı olduğu hallar 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Maddə 269. Gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması Gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması” Qaydalarına görə: Bənd 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra Gömrük Məcəlləsi) 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. Bənd 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Bənd 4. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Bənd 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər.

54. Yuxarıda qeyd edilən faktiki hallara və həmin hallara tətbiq ediləcək normalara istinadla məhkəmə cavabdehin orqanın iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayaraq, belə qənaətə gəlir ki, iddia təmin edilməli və iddiaçı tərəfindən ödənilən artıq ödənilmiş 42.682,35 manat gömrük ödənişinin geri qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

55. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

56. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 50.000 ədəd 1 günlük cücənin gömrük rəsmiləşdirilməsi zamanı artıq tutulmuş 42.682,35 (qırx iki min altı yüz səksən iki manat otuz beş qəpik) manat məbləğində gömrük ödənişlərinin geri qaytarılması öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin üzərinə qoyulsun. xx.xx.2023-cü il tarixli 9/8205 nömrəli ekspert rəyi üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar