Məhkəmə qərarları › İş №2-1(114)-1884/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1884/2025

25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1884/2025 25.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı (həmçinin, iddiaçı X4 nümayəndəsi) iştirakı ilə, İddiaçılar İddiaçı və X4 Cavabdehnə qarşı üçüncü şəxslər X11, X14 və X2 ünvan 1ində yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlər X11, X14 və X2 ünvan 1ində yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı və X12 (əvəzindən etibarnamə vasitəsilə İddiaçı) Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlər X11, X14 və X2 ünvan 1ində yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı 24 iyun 2022-ci ildə Tovuz Regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi təsdiq edilmiş daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.1830 ha olan torpaq sahəsini paylı mülkiyyət üzrə ona məxsus hissəsini X3 almışdır. Bundan sonra həmin daşınmaz əmlak üzərində yaranan hüququnu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********766- 10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. Həmin vaxtdan bəri cavabdehlər sözügedən mənzildən köçmüşlər və o, ailə üzvləri ilə birlikdə orada yaşayır. Lakin buna baxmayaraq cavabdehlər onun mənzilində qeydiyyatda olmaqda davam edirlər. Halbuki, mənzil iddiaçıya satıldığı gündən həmin şəxslər oradan istifadə hüquqlarını itirmişlər. Əslində cavabdehlərin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da, onun mülkiyyətçi kimi hüquqlarını pozur. Əvvəla, o, həmin şəxslərin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi isə onların iddiaçıya məxsus olan evdə qeydiyyatda qalmaları onun həmin evlə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin evi özgəninkiləşdirmək istədikdə, onların razılığın alınması iddiaçı üçün əlavə problemlər yarada bilər. X11 və X1 rayonu, Aşağı Öysüzlü kəndində, X10 isə Tovuz şəhərində yaşayır. Daha sonralar kəndin bir hissəsinin şəhərə keçməsi nəticəsində cavabdehlərdən ikisi kənddə, digəri isə şəhərdə yaşasa da ünvan olaraq eyni yerdə qeydiyyatdadırlar. İddiaçı dəfələrlə cavabdehlərin könüllü olaraq ona məxsus olan evdən qeydiyyatdan çıxmaları barədə onlarla əlaqə yaratmağa çalışsa da, heç bir nəticəyə nail ola bilməmişdir. Buna görə də iddiaçı həmin şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı Cavabdehnə xx.xx.2024-cü ildə ərizə ilə rəsmi şəkildə müraciət etmiş, lakin polis şöbəsi tərəfindən xx.xx.2024-cü ildə tarixdə həmin şəxslərin polis şöbəsi tərəfindən çıxarılmasının mümkünsüzlüyü ilə bağlı imtina məktub almışdır. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1884/2025 nömrəli qərardadı ilə X11, X14 və X10 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişlər. Üçüncü şəxs X11 tərəfindən verilmiş iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, iddianın rədd edilməsi xahiş olunmuşdur. Etirazda qeyd olunmuşdur ki, İddiaçı məhkəməyə iddia ərizə ilə müraciət edərək, onun doğulduğu və yaşadığı evdən onun və ailə üzvlərinin əsassız olaraq qeydiyyatdan çıxarılması barədə Cavabdeh qeyd etməklə iddia qaldırmışdır. O, iddia tam əsassız və qanunsuz olduğundan rədd edilməsi barədə yekun qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, ona çatmış bildirişdən də görünür ki, qardaşı X4 iddiaçı qismində iddia verməsi göstərilmişdir. X13 bu barədə soruşduqda o heç bir iddia vermədiyini onun və ailə üzvlərinin qeydiyyatdan çıxarılmasını istəmədiyini bildirmişdir. X11 və ailəsi qeydiyyatda olduğu mübahisə olunan evdə və həyətyanı torpaq sahəsində mülkiyyətçi olmaqla orada yaşayırlar. Onun həmin evdən istifadə hüququ mövcuddur. İddiaçı bu halları gizlədərək məhkəməyə müraciət etmişdir. Onun İddiaçıla aralarında çoxsaylı məhkəmə mübahisələri mövcuddur. Bu hallar isə iş üçün əhəmiyyətlidir. Ümumilikdə İddiaçı qeyd edilən iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edə bilməzdi. Cavabdeh və digər üçüncü şəxslər tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. X12 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən (iddia ərizəsiə qarşı etiraz) görünür ki, o, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qardaşı X5 və onun ailə üzvlərinin qeydiyyatdan çıxarılma öhdəliyinin Cavabdeh üzərinə qoyulması ilə bağlı müraciət etdiyini ona çatmış məhkəmə bildirişini gördükdə bilmişdir. Qardaşı və o, həmin evdə doğulmuş və yaşamışlar. O, həmçinin ev və torpaq sahəsinin mülkiyyətçisidir və qardaşı Yusif Yusifov və onun ailə üzvlərinin qeydiyyatdan çıxarılmasını istəmir. O, bu iş üzrə qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Bütün bu halların nəzərə alınaraq iddianın əsassız və qanunun tələbinə uyğun olmadığından rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, digər iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********66-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 133.8 kv.m. fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/8 hissədə X4, 7/8 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, 503-5/1160 inventar nömrəli, **********66-10301 reyestr nömrəli Texniki pasporta əsasən, ünvan 1ində yerləşən fərdi yaşayış evinin hüquq sahibləri İddiaçı və X7r. İddiaçı və X4 (etibarnamə üzrə nümayəndəsi İddiaçı) üçüncü şəxslər X11, X14 və X2 ünvan 1ində yerləşən evdən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətlərinə həmin idarənin xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli imtina məktubları ilə bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin **********66-10301 reyestr nömrəli çıxarışında və Tovuz şəhəri İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 2630 nömrəli arayışında adları qeyd olunan vətəndaşlar xx.xx.1949-cu il təvəllüdlü X6, xx.xx.1973-cü il təvəllüdlü X11, xx.xx.1979-cu il təvəllüdlü X10 və xx.xx.2003-cu il təvəllüdlü X1 şəhəri, Aşağı Öysüzlü yaşayış ərazisində qeydiyyatdadır. Həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yeri dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. Odur ki, Tovuz şəhəri İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 2630 nömrəli arayışında adları qeyd olunan vətəndaşlar xx.xx.1949-cu il təvəllüdlü X6, xx.xx.1973-cü il təvəllüdlü X11, xx.xx.1979-cu il təvəllüdlü X10 və xx.xx.2003-cü il təvəllüdlü X8 Tovuz şəhəri, Aşağı Öysüzlü yaşayış ərazisində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları Polis şöbəsi tərəfindən mümkün deyil. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli sərəncamlarından görünür ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərlə bağlı xətaların aradan qaldırılması vaxt müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllə Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnzibati Prosesual Məcəllə Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********66-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 133.8 kv.m. fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/8 hissədə X4, 7/8 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11, X14 və X2 ünvan 1ində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Məhkəmə tərəfindən göstərilən hüquqi yardımdan sonra iddiaçılar İddiaçı və X12 Cavabdehnə qarşı iddia ərizəsini məhkəməyə təqdim etmişlər. Həmin iddia ərizəsində X4 əvəzindən etibarnamə üzrə nümayəndəsi İddiaçı tərəfindən imza edilmişdir. Eyni zamanda cavabdehin X9 ünvanladığı imtina məktubu da sonuncunun nümayəndəsi İddiaçı adına göndərilmişdir. Lakin daha sonra X12 məhkəməyə ərizə ünvanlayaraq İddiaçı onun əvəzindən məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qardaşı X5 və onun ailə üzvlərinin qeydiyyatdan çıxarılma öhdəliyinin Cavabdeh üzərinə qoyulması ilə bağlı müraciət etdiyindən məlumatının olmadığını, qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmədiyini bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir. X12 ilə məhkəmə işçisi tərəfindən mobil telefon vasitəsilə əlaqə saxlanılmış, X12 qardaşı İddiaçı etibarnamə versə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək fikrinin olmadığını, Asifin onun əvəzinə belə bir iddia ilə məhkəməyə müraciət etdiyindən xəbəri olmadığını və iddianın rədd edilməsini istədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi X12 hazırkı iddia ilə məhkəməyə müraciət etmək, yəni digər qardaşı Yusif və onun ailə üzvlərini ümumi birgə mülkiyyət hüququ üzrə ona məxsus olan fərdi yaşayış evindən çıxarmaq niyyəti olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia mümkün sayıla, iddiaya mahiyyəti üzrə baxıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı və X4 Cavabdehnə qarşı üçüncü şəxslər X11, X14 və X2 ünvan 1ində yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçılar İddiaçı və X4 Cavabdehnə qarşı üçüncü şəxslər X11, X14 və X2 ünvan 1ində yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar