Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1886/2020 04.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Göygöl rayon filialına qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 Goranboy rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, 1976-cı ilin iyun ayının 10-dan 1978-ci ilin aprel ayına kimi Gəncə şəhərində yerləşən 1 nömrəli Avtobazada sürücü işləməyinin müəyyən edilməsi və əmək fəaliyyətinin 25 il 11 ay 09 gün olmasını nəzərə alıb həmin əmək stajının sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 1976-1977-ci illərdə işləməsi və əmək haqqı alması barədə əmrlər var, lakin işə girmə və çıxma barədə əmrlər, daha doğrusu həmin illərə dair əmr kitabları yoxdur, arxivdə saxlanılmır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının 1976-cı ilin iyun ayının 10-dan 1978-ci ilin aprel ayına kimi Gəncə şəhərində yerləşən 1 nömrəli Avtobazada sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilməsində hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin olunmasıdır. Cavabdeh orqan isə iddiaçının əmək kitabçasında 25 il stajı olmadığına və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci ilədək sosial sığorta şəhadətnaməsində sığorta kapitalı qeydə alınmadığına görə ona əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələbinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il sosial sığorta stajı və ya müəyyən həcmdə pensiya kapitalı tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı əmək kitabçasına əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək və xx.xx.1983-cü il tarixdən xx.xx.2004-cü il tarixədək 20 il 01 ay 27 gün sığorta stajı, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək 02 il 02 gün hərbi xidmət müddəti olmaqla ümumilikdə 22 il 01 ay 29 gün sığorta stajı qeydə alınmışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı 1976-cı ilin iyun ayının 10-dan 1978-ci ilin aprel ayına kimi Gəncə şəhərində yerləşən 1 nömrəli Avtobazada sürücü işlədiyini iddia etsə də, bunu təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı yaranmır, başqa sözlə onun 1976-1978-ci illərdə olan iş stajı sosial sığorta stajına daxil edilsə belə, həmin sığorta stajı əmək pensiyası hüququnun realizəsi baxımından yetərli deyildir. Qeyd olunur ki, hər bir iddia tələbininin arzu olunan hüquqi nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə əldə olunmursa belə mübahisəyə mahiyyəti üzrə baxılmasının əhəmiyyəti yoxdur. Göründüyü kimi inzibati orqanın müvafiq imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Ona görə də hazırki iş üzrə iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Göygöl rayon filialına qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1886/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1886/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver