Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1886/2021 15.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və üçüncü şəxs X3 və onun nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh2nə (üçüncü şəxs X6) qarşı Cavabdeh1 25.11.2019-cu il tarixli 11 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə baxış iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh2nə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 müvafiq qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 03.11.2021-ci il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə göndərərək, Cavabdeh1 25.11.2019-cu il tarixli 11 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 15.12.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Düzyurd kəndində qeydiyyatda olmaqla fasiləsiz olaraq orada yaşayırlar, Bu barədə müvafiq kənd icra nümayəndəliyinin təsərrüfatbaşna kitabında qeyd var və İddiaçı ailə başçısı kimi qeyd edilmişdir. İddiaçı və ailə üzvlərinə islahat gedən vaxtı torpaq sahəsi ayrılmamış, təxminən 3 həftə əvvəl qeyri-rəsmi iddiaçıya məlum olmuşdur ki, Düzyurd bələdiyyəsinin sədri onun və ailə üzvlərinin istifadəsində olan həyətyanı torpaq sahəsini öz qızı və hazırki iş üzrə üçüncü şəxs kimi adı qeyd edilmiş X2. Verilmiş sorğulardan aydın olmuşdur ki, Cavabdeh1 12.10.2019-cu il tarixli 10 saylı iclas protokolu ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edərək ünvan 1ində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair 15.11.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış almış və həmin torpaq sahəsi Gədəbəy rayon notariat ofisinin 30.11.2019-cu il tarixli, 4Ə-396 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X3 adna özgəninkiləşdirilmiş və onun adına tam mülkiyyət hüququ ilə 18.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Sorğuya verilmiş cavabdan göründüyü kimi bələdiyyə mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə 11 saylı Ərazi İdarəsinə heç bir sənəd təqdim etməmişdir. Müvafiq protokol və qərarın əldə edilməsi məqsədilə Düzyurd Bələdiyyəsinə sorğu edilmiş və iddiaçı tərəfindən sorğu bələdiyyə sədrinə təqdim edilmiş, lakin bələdiyyə sədri sorğunu qəbul etməkdən imtina etmiş və müvafiq sənədləri heç bir əsasla verməyəcəyini bildirmişdir. Cavabdeh 1980-ci ildən fasiləsiz olaraq orada yaşayan iddiaçı və ailə üzvlərini nəzərə almayaraq qanunvericiliyin tələblərini pozaraq ünvan 1ində yerləşən və iddiaçı və onun ailə üzvlərinin istifadəsində olan torpağı üçüncü şəxsə satmışdır. Ona görədə göstərdiklərini nəzərə alaraq cavabdehin 25.11.2019-cu il tarixli 11 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Şifahi məhkəmə baxış iclasında üçüncü şəxs X6 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə cavabdeh tərəfindən ona satılmış torpaq sahəsinin arasında 300 metr məsafə var. Həmçinin iddiaçının istifadəsində 70 sot torpaq sahəsi var. İddia tələbinin rədd edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında üçüncü şəxsin nümayəndəsi X7 üçüncü şəxslə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. İddiaçı tələbinin əsası kimi mübahisələndirilən torpaq sahəsinin onun faktiki istifadəsində olduğunu bildirərək həmin torpaq sahəsinin uzun müddət onun istifadəsində olmasına istinad etmiş və bildirmişdir ki, torpaq sahəsi qeyri-qanuni olaraq üçüncü şəxsə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 12.08.2021-ci il tarixli **********63 nömrəli məktubundan görünür ki, ünvan 1ində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 adına 15.11.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsi Gədəbəy rayon notariat ofisinin 30.11.2019-cu il tarixli 4Ə-396 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X3 adına özgəninkiləşdirilmiş və onun adına tam mülkiyyət hüququ ilə 18.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş 30.11.2019-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi Cavabdeh1 tərəfindən X1. İş materiallarına əlavə edilmiş qeydiyyat nömrəsi 18.12.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.12 ha torpaq sahəsi X4 məxsusdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil bildirmişdir ki, sözügedən torpaq sahəsinə dair onlarda hər hansı bir hüquqmüəyyənedici sənəd yoxdur. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına və işin faktiki hallarına əsasən qeyd edir ki, iddiaçı 18.12.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinin ona ayrılmasını mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunuəsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İddiaçının hazırkı iddia ilə müraciət etmək üçün subyektiv hüququ müəyyən olunmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı subyektiv hüquqa malik olmadığından, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda şərh olunanlaravə Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinəəsasən, məhkəmə qərara a l d ı: İddiaçı Cavabdeh2nə (üçüncü şəxs X6) qarşı Cavabdeh1 25.11.2019-cu il tarixli 11 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1886/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1886/2021
15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver