Məhkəmə qərarları › İş №2-1(114)-1889/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1889/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1889/2022 19.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi XN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-N(NN2)-5NN9/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N969-cu il tarixdə anadan olmuş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almağa hüquq verən 52 yaşa çatmış, 20 ildən artıq stajı vardır. Bundan əlavə iddiaçı Qarabağ müharibəsi iştirakçısı olmuşudr. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən qanunla müəyyənləşdirilmiş satjının olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, N992-ci ilin 24 may tarixindən N993-cü ilin 09 noyabr tarixinədək N saylı hərbi hissədə döyüşlərdə olmuşdur. Sonradan həmin hərbi hissə ləğv edilmiş və N saylı hərbi hissə yaranmışdır. O hər iki hərbi hissədə xidmət etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının xx.xx.N986-xx.xx.N987 tarixlər təhsil illəridir (N0 ay 2N gün), N8.08.88-ci ildən xx.xx.2005ci ilə kimi isə N7 il 4 ay N3 gün stajı var, cəmi N8 il, 3 ay, 4 gün staj yaranır. Əmək pensiyası haqqında qanunun 9.8-ci maddəsinə əsasən isə iddiaçının 2006-cı ilin 0N yanvar tarixinədək 20 il stajı yoxdur. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli **********7 nömrəli etirazda bildirilir ki, “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun N3-cü maddəsinin “b” bəndinə uyğun olaraq İddiaçı pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur. İddiaçı vəziyyətində isə, birinci əsasla bağlı qeyd olunmalıdır ki, o qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. İkinci şərt olan N0 il güzəştli iş stajı ilə bağlı tələb də ödənilmişdir. Üçüncü əsasla bağlı qeyd edilməlidir ki, iddiaçının işlədiyini iddia etdiyi illərin cəmi N8 il 3 ay 4 gündür və fərdi hesabın sığorta hissəsində heç bir pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, iddiaçının iddia tələbi təmin olunsa belə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan staj müddəti (20 il) qarşılanmır. Başqa sözlə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüquqi marağı mövcud deyildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-6N53 nömrəli məktubunda bildirilir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N56 №-li əmrilə sıravi İddiaçı kəşfiyyat tağımında tibb bacısı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N may- avqust N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin N aprel-noyabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin NN avqust N992-N993-cü il tarixli və N №-li hərbi hissə komandirinin N992-mart N993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mahiyyətindən də məlum olur ki, iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.N-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı N2 il 6 ay çalışmış kişilərin və azı N0 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.202N-ci il tarixli, 20 nömrəli arayışından görünür ki, iddiaçının “Əmək pensiyaları haqqında” qanunun qüvvəyə minməsinədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin N993-cü il 2N iyun tarixli, 320 saylı qərarında göstərilmiş yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulun vəzifələrdə xx.xx.N988-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (NN il 5 ay 3 gün) və xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (3 il 5 ay 2N gün) ümumilikdə N4 il N0 ay 24 gün stajı vardır. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasından görünür ki, xx.xx.2000-ci il tarixədək və xx.xx.2002-ci il tarixədək (2 il 5 ay N9 gün) iddiaçı “xüsusi gözətçi bölməsində mühafizəçi” vəzifəsində işləmişdir. Qeyd olunanlardan görünür ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə N4 il N0 ay 24 gün stajı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməyən 3 il 4 ay N0 gün stajı, ümumilikdə isə N8 il 3 ay 4 gün stajı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.N-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Ləğv edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” qanunun N3-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı N0 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. İş materiallarından aydın olur ki, iddiaçı əvvəlki qanunvericiliyin əsasında güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün yaş və Nazirlər Kabinetinin N993-cü il 2N iyun tarixli, 320 saylı qərarında göstərilmiş yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulun vəzifələrdə N0 il staj tələblərini yerinə yetirsə də ümumilkdə 20 il iş stajına malik deyildir. Belə qənaətə gəlinir ki, inzibati orqanın imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.N-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 8N, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan N0 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar