Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1889/2025 04.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-36-3/2-V-16xx-xx/2024/12771 nömrəli imtinasının əsassız sayılması və ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2005-ci il tarixdə məcburi köçkünlük dönəmində Bərdə rayonunda dünyaya gəlmişdir. Valideynləri – atası xx.xx.1984-cü il təvəllüdlü X4 rayonu, Novruzlu kəndindən, anası xx.xx.1981-ci il təvəllüdlü X2 rayonu, Darqalar kəndindədir. İddiaçının valideynləri 2005-ci il 05 dekabrda rəsmi nikahla ailə qurmuşlar. Onun atası X14 məcburi köçkün statusuna malikdir və bunu təsdiq edən vəsiqəsi vardır. İddiaçı xx.xx.2024-cü il tarixdə məcburi köçkün statusunun verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Komitənin xx.xx.2024-cü il tarixli 3-36-3/2-V-116xx-xx/2024/12771 nömrəli məktubu ilə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına istinad edilərək, məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddia tələbi əsassız olduğu üçün rədd edilməsi xahiş edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı X1 iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçının “məcburi köçkün vəsiqəsinin verilməsi” barədə Komitəyə daxil olmuş müraciəti Komitənin cavab məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. İddiaçının anası X7 qeydiyyatı ünvan 1i ünvanında olduğundan ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. X20 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, iddiaçının atası X16 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, ünvan 2i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır, iddiaçının anası X7 qeydiyyatı ünvan 1i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildirilmişdir ki, X11 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik deyildir. İddiaçının anası X7 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və “Bərdə rayonu” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Beləliklə, iddiaçının anası X7 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon olmadığından, Azərbaycan Respublikasının “Qaçqınların və Məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a müvafiq olaraq, iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsi tərəfindən X12 xx.xx.2017-ci il tarixdə AA seriyalı 384182 №-li məcburi köçkün vəsiqəsi verilmişdir. xx.xx.2017-ci il tarixli AZ-İİ 238171 №-li Nikah haqqında Şəhadətnaməyə əsasən, X14 ilə X6 aralarında xx.xx.2005-ci il tarixdə nikah bağlanmış, ərə və arvada Veliyev(a) soyadı verilmişdir. xx.xx.2017-ci il tarixli AZ-İV 039882 №-li Doğum haqqında Şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.2005-ci il tarixdə Bərdə rayonu, Darğalar kəndində doğulmuşdur. “Atası” qrafasında X14, “anası” qrafasında X10 göstərilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1356 nömrəli arayışa əsasən, X16 1993-cü ilin iyul ayında Ağdam rayonunun Novruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Novruzlu kəndindən məcburi köçkün düşmüş, vahid aylıq müavinət alır. X3 Bərdə rayonu ərazisində müvəqqəti məskunlaşıb. X9 atası X17 1993-cü ilin iyul ayında Ağdam rayonunun Novruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Novruzlu kəndindən məcburi köçkün düşmüş, vahid aylıq müavinət almış, 2021-ci ildə vəfat etmiş, anası X13 1993-cü ilin iyul ayında Ağdam rayonunun Novruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Novruzlu kəndindən məcburi köçkün düşmüş, vahid aylıq müavinət almış, 2023-cü ildə vəfat etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinə müraciət edərək, ona “məcburi köçkün” vəsiqəsinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun anası X7 qeydiyyatı ünvan 1ində olduğundan ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi Komitənin imkanı xaricindədir. Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, X4 rayonundan məcburi köçkündür. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, İddiaçı Ağdam rayonu, Novruzlu Ə/D, Novruzlu kəndində, atası X4 rayonu, Novruzlu Ə/D, Novruzlu kəndində, anası X2 rayonu, Darqalar kəndində qeydiyyatdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1 . Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. İV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə tərəfi dinləyərək, həmçinin vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. İşin hallarından görünür ki, İddiaçı atası X4 rayonu, Novruzlu ərazi dairəsi, Novruzlu kəndində qeydiyyatdadır. X4 rayonundan məcburi köçkün düşmüş, Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsi tərəfindən ona məcburi köçkün statusu və vəsiqəsi verilmişdir. Hazırda qüvvədə olan qanunvericilik normalarına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı hazırkı iddia tələbi ilə, atasının məcburi köçkün olmasını, özünün ünvan 2ində qeydiyyatda olmasını nəzərə alaraq ona məcburi köçkün vəsiqəsinin verilməsini xahiş edir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsi İddiaçı anası X8 məcburi köçkün olmaması və ünvan 1ində qeydiyyatda olması ilə əlaqədar olaraq İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina etmişdir. İş materialları ilə müəyyən olunur ki, həqiqətən İddiaçı anası ünvan 1ində qeydiyyatdadır. Lakin məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. Məhkəmə əvvəla qeyd edir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalarda göstərilən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün nəzərdə tutulan “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan uşaqlara” tələbi Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının və Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələbinə görə Qaydalar Qanuna uyğun olmalı, Qanunun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Digər tərəfdən Qaydalarda göstərilən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün nəzərdə tutulan “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan uşaqlara” tələbi hüquq və azadlıqların məhdudlaşdırılmasına gətirib çıxarır. Bu məhdudiyyət isə hüquqa müdaxilə ilə bağlı qanunilik prinsipinə uyğun deyil. Həmçinin iddiaçının və onun atasının qeydiyyatda olduğu yer ünvan 2i 2024-cü ilin 1 may tarixindən Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 14-cü maddəsinə və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən məcburi köçkün statusunun ləğv edildiyi və sosial müdafiə tədbirlərinin verilməsinin dayandırıldığı rayon və kəndlərin siyahısında olmadığından, hazırda iddiaçıya məcburi köçkün statusunun verilməsi mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı “məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1889/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1889/2025
04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver