Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-189/2025 16.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı xx.xx.1964-cü il tarixdə Goranboy rayonu, Xanqərvənd kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. НЗ4459779 nömrəli hərbi biletindən görünür ki, iddiaçı xx.xx.1982-xx.xx.1984-cü illərdə hərbi xidmətdə olmuşdur. Xanqərvənd Kənd XDS İcrakomunun xx.xx.1991-ci il tarixli, 13 nömrəli əmrindən çıxarışa əsasən iddiaçı Xanqərvənd kənd Sovetinin hərbi masa rəisi vəzifəsinə təyin edilmişdir. Goranboy Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli, 22 nömrəli arayışına əsasən iddiaçı Goranboy rayonu könüllü özünümüdafiə batalyonunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə müraciət etmişdir. İddiaçının müraciəti aidiyyəti üzrə baxılması üçün cavabdehə göndərilmişdir. İddiaçının sənədlərinə xx.xx.2020-ci il tarixdə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası”nın iclasında baxılmış və xx.xx.2020-ci il tarixli, 3813 nömrəli məktubundan bildirilmişdir ki, təqdim edilən sənədlər əsas vermədiyi üçün (döyüş iştirakını sübut edən təsdiqedici hüquqi sənədlər yoxdur) iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. İmtina ilə razılaşmayan iddiaçı maraqlı şəxslər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə qarşı 1991-1993-cü illərdə könüllü özünümüdafiə batalyonunun tərkibində döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul olunması xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 4452/2023 nömrəli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırlmışdır ki, iddiaçı 1991-ci ildən Goranboy rayonu ərazisində erməni qəsbkarlarının hücumlarının qarşısını almaq üçün Goranboy rayon könüllü özünümüdafiə batalyonunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 1992-ci ildə Şaumyan (indiki Ağcakənd) rayonunun erməni işğalçılarından təmizlənməsi əməliyyatlarında, 1993cü ildə isə Gülüstan ərazisinin müdafiəsində iştirak etmişdir. Həmçinin, iddiaçı 1991-ci ildə isə Goranboy rayon Xanqərvənd kənd XDS icrakomunun xx.xx.1991-ci il tarixli əmri ilə hərbi masa rəisi vəzifəsinə təyin edilmiş, həmin illərdə özünümüdafiə dəstələrinin təşkil edilməsində və milli ordu quruculuğunda yaxından iştirak etmişdir. Bunu ərizəyə əlavə edilən Goranboy rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 22 saylı arayışı və Goranboy rayon Xanqərvənd kənd XDS İcrakomunun xx.xx.1991-ci il tarixli 13 saylı əmrindən çıxarışı sübut edir. 2004-cü ildə müvafiq sənədlər ilə birgə iddiaçı Qarabağ müharibə veteranı adının və müharibə veteranı vəsiqəsinin verilməsi ilə bağlı Goranboy rayon Hərbi Komisarlığına müraciət etsə də, nəticəsiz qalmışdır. 2020-ci ildə yenidən ərizə ilə Qarabağ müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon Şöbəsinə müraciət etmişdir. Lakin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət Xidməti təqdim etdiyi sənədlərin ona müharibə veteram adının verilməsinə əsas vermədiyini bildirmiş və imtina vermişdir. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, 1991-ci ildə ali təhsil alsa da, müharibəyə görə Goranboya qayıtmışdır. 1991-ci ildən döyüşlərdə iştirak etmişdir. O, Ağcakənddə, Totanda, Gülüstanda gedən döyüşlərdə iştirak etmişdir. 1992-1993-cü illərdə döyüş əməliyyatlarında iştirak etmişdir. Ağcakənd əməliyyatında, Gülüstanın müdafiəsində iştirak etmişdir. İddiaçının başqa sübutu döyüş yoldaşlarıdır, onlar gəlib iclas zalında şahid kimi ifadə verə bilərlər. Cavabdeh iddiaya dair təqdim etdiyi etirazda iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2016-cı il tarixli, 416 nömrəli məktubla Xidmətə təqdim edilmiş “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahıları”nda iddiaçının adı mövcud deyil. Məhkəmə sorğusuna əsasən Goranboy Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-45/2-151/2024 nömrəli məktubunda iddiaçının könüllü özünümüdafiə batalyonun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin köhnə adlı siyahıda adının olması barədə qeyd də vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbindən göründüyü kimi, döyüş əməliyyatlarında icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında, həm də döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilir. Hazırkı iş üzrə sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, irəli sürülən faktlar iddiaçı tərəfindən mötəbər sübutlarla sübut edilməmişdir. Habelə, iddiaçı iddia ərizəsində 1991-1993-cü illər ərzində Goranboy rayonun Əlahiddə Ərazi Özünümüdafiə batalyonunun tərkibində döyüşlərdə iştirak etdiyini bildirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 2510 nömrəli məktubundan görünür ki, Goranboy rayonun Əlahiddə Ərazi Özünümüdafiə batalyonu 1992-ci ilin sentyabr ayına qədər fəaliyyət göstərmiş, həmin tarixdən sonra onun bazasında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi yaranmış və arxiv məlumatlarında isə nə həmin özününmüdafiə batalyonun, nə də N nömrəli hərbi hissənin əmr kitablarında (şəxsi heyətin əlifba qeydiyyat kitablarında) iddiaçı barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq, iddiaçı 1991-1993-cü illərdə döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi əlaqədar məhkəməyə müraciət etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(045)-1304/2020 nöməli qətnaməsi ilə ərizəçi İddiaçı 1991-ci ildən 1993-cü ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(104)-1139/2023 nömrəli qərarı ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(045)-1304/2020 nöməli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş və etiraz əsaslarını müdafiə etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-43-90/2-178/2024 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyətinin 416 nömrəli 8 dekabr 2016-ci il tarixli məktubu ilə Xidmətin Aparatına təqdim edilmiş "01 fevral 1988-ci il tarixdən 12 may 1994-cü il tarixədək erməni işğalına qarşı döyüşlərdə iştirak etmiş və müharibə veteranı adı almamış şəxslərin adlı siyahısı"nda xx.xx.1964-cü il təvəllüdlü İddiaçı adı keçmir. Əlavə olaraq, Goranboy rayon İcra Hakimiyyətindən daxil olmuş 6 nömrəli xx.xx.2017-ci il tarixli məktubda isə bildirilir ki, 1988-1991-ci illərdə könüllü özünümüdafiə batalyonlarının tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş və müharibə veteranı statusu almamış şəxslərin qeydiyyatı rayon lcra Hakimiyyətində aparılmamışdır. Yuxarıda qeyd olunan siyahının hansı sənədlər əsasında tərtib olunmasına dair ol Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hər hansı bir məlumat yoxdur. Məhkəmənin “1.Könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı rayon ərazisində aparılan döyüş əməliyyatlarında iştirakı təsdiq edən Goranboy Rayon İcra Hakimiyyətinin tərtib etdiyi adlı siyahının, həmin siyahının tərtib edilməsi üçün əsas olmuş sənədlərin və protokolun təsdiq edilmiş surətlərinin; 2. Həmin siyahıda xx.xx.1964-cü il təvəllüdlü İddiaçı adının olub-olmaması barədə məlumat” barədə sorğusuna Goranboy Rayon İcra Hakimiyyəti yalnız Goranboy rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 22 saylı arayışını məhkəməyə təqdim etmiş və xx.xx.2024-cü il tarixli, 5-45/2-43/2024 nömrəli mətubunda bildirmişdir ki Dövlət Arxivində mühafizə olunan (2005-ci il) sənədlər qovluğunda Goranboy rayonu üzrə Könüllü özünümüdafiə batalyonunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısında sıra nömrəsi 7-də iddiaçının adı göstərilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi xx.xx.2024-cü il tarixli, 2510 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 091 nömrəli əmrində 1992-ci ilin mart ayının 27-dən Goranboy rayonunun Əlahiddə Ərazi Özünümüdafiə batalyonun yaradılması (şərti adı N nömrəli hərbi hissə) bütün işlərin 1992-ci ilin aprel ayından başlaması, qərargahın Goranboy rayonu Hərbi Komissarlığının bazasında yaradılması və fəaliyyət göstərməsi barədə məlumat qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda Goranboy RHK-nın xx.xx.1992-ci il tarixdən 09.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Qeyd edilir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan Goranboy rayonu ƏÖMB komandirinin aprel-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin avqust-noyabr 1993cü il, iyul-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin yanvar-iyul, dekabr 1993-cü il, yanvariyun 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamə görə şəxsə müharibə veteranı adı verilməsi üçün o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxs olmalı, eyni zamanda bu hal müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir. Həmin normaların tələbinə əsasən şəxsə müharibə veteranı adı verilməsi üçün şərtlər: 1. döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxs olmalı 2. Bu hallar müvafiq sübutlarla təsdiq edilməlidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur Goranboy Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən (i.m.-50səh) Azərbaycan Respublikasının Hərbi Komissarına “Goranboy rayonu üzrə könüllü özünümüdafiə batalyonunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısı” təqdim edilmiş, lakin cavabdeh ona təqdim edilən siyahıda iddiaçının adının mövcud olmadığını bildirmişdir. Lakin məhkəmə sorğusu əsasında Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş həmin məktubdan sonrakı siyahının 7-cı sırasında iddiaçının adı əks olunmuşdur. Məhkəmə qeyd olunan sənədi müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün yetərli hesab etmir. Belə ki, təqdim edilən siyahı tam olmamaqla yanaşı, sonradan kim tərəfindən tərtib edilməsi və imzalanması göstərilməmişdir. Həmçinin, siyahının mövcudluğu vəziyyəti iddiaçının xeyrinə dəyişdirmir. Belə ki, istinad edilən Əsasnamənin tələbindən göründüyü kimi, döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə veteran adı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında, həm də döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilir. Hazırkı işdə bu, baş verməmişdir Digər tərəfdən, iddiaçı 1991-ci ildən 1993-cü ilədək Goranboy rayon könüllü özünümüdafiə batalyonunun tərkibində döyüş əməliyyatlarında iştirak etməsini qeyd etmişdir. Lakin iş materiallarında iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edən mötəbər sübut mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş məlumata əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 091 nömrəli əmrində 1992-ci ilin mart ayının 27-dən Goranboy rayonunun Əlahiddə Ərazi Özünümüdafiə batalyonun yaradılması (şərti adı N nömrəli hərbi hissə) bütün işlərin 1992-ci ilin aprel ayından başlaması, qərargahın Goranboy rayonu Hərbi Komissarlığının bazasında yaradılması və fəaliyyət göstərməsi barədə məlumat qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda Goranboy RHK-nın xx.xx.1992-ci il tarixdən 09.1992ci il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan Goranboy rayonu ƏÖMB komandirinin aprel-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin avqust-noyabr 1993-cü il, iyul-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin yanvar-iyul, dekabr 1993-cü il, yanvar-iyun 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən cavabdeh inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. İnzibati orqanların inzibati praktikası həm onların özlərinin müstəqil olaraq formalaşdırdığı, həm də məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Beləliklə, hazırkı mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-422/2024 nömrəli; xx.xx.2023-cü il tarixli, 2- 1(102)-61/2023 nömrəli; xx.xx.2022-ci il tarixli, 2-1(102)-1908/2022 nömrəli qərarları). Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-189/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-189/2025
16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver