Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1890/2020 20.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Tovuz rayon filialına qarşı 1973- 1981-ci illərdə Tovuz rayonunun «Engels» adına üzümçülük sovxozunda işlədiyi illərin onun əmək stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Tovuz rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1973-1981-ci illərdə Tovuz rayonunun «Engels» adına üzümçülük sovxozunda işlədiyi illərin onun əmək stajına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, lakin 1973-1981-ci illərdə Tovuz rayonunun «Engels» adına üzümçülük sovxozunda fəhlə işlədiyi illər əmək kitabçasında olmadığı üçün cavabdeh tərəfindən onun əmək stajına daxil edilməmişdir. 1973-1981-ci illərdə Tovuz rayonunun «Engels» adına üzümçülük sovxozunda fəhlə işləməsi barədə əmək kitabçasından çıxarış olduğu üçün həmin illərin onun əmək stajına daxil edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, Tovuz rayonunun «Engels» adına üzümçülük sovxozunda xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək və xx.xx.1976cı il tarixdən xx.xx.1981-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı avtomatlaşdırılmış qaydada avtomatik olaraq xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajının, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə isə 12 il 11 ay sosial sığorta stajının və fərdi hesabının sığorta hissəsində 11444.41 manat pensiya kapitalından xx.xx.2020-ci il tarixdən etibarən 128.69 manat sığorta, 79.48 manat yığım hissədən ibarət olmaqla 208.17 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə **********0 ESDAS nömrəsi ilə qeydiyyatdan keçmiş ərizəsi ilə birlikdə zəruri sənədlərini (əmək kitabçasını, diplomun surətlərini və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 507 nömrəli arayış) filiala təqdim edərək faktiki sığorta stajı və fərdi hesabında toplanmış pensiya kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb etdiyi üçün cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək olan dövr üzrə toplanmış 25 il 11 ay 15 gün faktiki sığorta stajının, xx.xx.2006-cı il tarxidən sonrakı dövr üzrə 12 il 11 ay sosial sığorta stajı və fərdi hesabında toplanmış 11444.46 manat pensiya kapitalının olması nəzərə alınmaqla pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən pensiyası yenidən hesablanmış, 133.63 manat sığorta və 79.48 manat yığım (PSK) hissədən ibarət olmaqla pensiyasının aylıq məbləği 213.11 manat təşkil etmişdir. İddiaçı təhsil aldığı dövr (əyani təhsil olmadığı üçün) və əmək kitabçasından çıxarışın kserosurətində qeyd edilmiş xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək olan dövrlər əmək kitabçasında qeyd edilmədiyi üçün pensiyanın yenidən hesablanması zamanı sığorta stajına daxil edilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə təkrar olaraq **********3 ESDAS nömrəsi ilə qeydiyyatdan keçirilmiş ərizəsi ilə birlikdə Tovuz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 04 nömrəli arayışın ona məxsus olması barədə tovuz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(062)-1325/2020 nömrəli qətnaməsini (cavabdeh şəxs Tovuz rayon Dövlət Arxivi olmuşdur) təqdim edərək arayışda qeyd edilən dövrlərin onun sosial sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanmasını tələb etmiş və cavabdehin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddiaçının pensiyasının yenidən hesablanması tələbindən imtina edilmişdir. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etiraz ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırmasının predmetini xx.xx.1989-cu il tarixli əmək kitabçasından çıxarış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Tovuz rayon filialının xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubu, xx.xx.2020-ci il tarixli 04 nömrəli arxiv arayış, Tovuz rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 04 nömrəli Arxiv Arayışı və cavabdehin etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. xx.xx.1993-cü ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə göstərilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, muəssisəvə təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1989-cu il tarixli əmək kitabçasından çıxarışdan görünür ki, iddiaçı xx.xx.1973-cü il tarixli 251 nömrəli əmrlə Engels adına sovxozun 10 nömrəli biriqadasına fəhlə qəbul edilmiş, xx.xx.1974-cü il tarixli 114 nömrəli əmrlə qanuni hərbi xidmətə getdiyinə görə sovxozda fəhləlikdən azad edilmiş, xx.xx.1976cı il tarixli 140 nömrəli əmrlə Engels adına sovxozun 12 nömrəli biriqadasına fəhlə qəbul edilmiş və xx.xx.1982-ci il tarixli 34 nömrəli əmrlə xx.xx.1981-ci il tarixdən A.Ayıblı 2 nömrəli orta məktəbdə müəllim işlədiyinə görə sovxozda fəhləlikdən azad edilmişdir. İş materiallarında olan Tovuz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 04 nömrəli Arxiv Arayışından görünür ki, iddiaçının 1973-1974 və 1976-1981-ci illər üzrə Engels adına sovxozda işlədiyi əmək haqqının aylar üzrə məbləği göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Tovuz rayon filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixli **********0 ESDAS nömrəsi ilə qeydiyyatdan keçirilmiş ərizəsi ilə birlikdə təqdim etdiyi sənədlərə şöbənin pensiya təyin edən komissiyasında baxılaraq xx.xx.2006-cı il tarixədək 25 il 11 ay 15 gün, xx.xx.2006-cı il tarxidən yaşa görə pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixədək 12 il 11 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11444.41 manat pensiya kapitalının olması nəzərə alınmaqla xx.xx.2020-ci il tarixdən pensiyası yenidən hesablanmış, 133.63 manat sığorta və 79.48 manat yığım (PSK) hissədən ibarət olmaqla aylıq məbləği 213.11 manat təşkil etmişdir. İş materiallarında olan Tovuz rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 04 nömrəli X6 adına sovxozun Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərində iddiaçı X1 Ədil Əsəd oğlu kimi xx.xx.1973-cü il tarixdə 251 nömrəli əmrlə Engels adına sovxozun 10 nömrəli biriqadasına fəhlə qəbul edildiyi, xx.xx.1974-cü il tarixdə 114 nömrəli əmrlə hərbi xidmətə getdiyi üçün azad edildiyi, xx.xx.1976-cı il tarixdə 140 nömrəli əmrlə X2 sovxozun 16 nömrəli biriqadasına fəhlə qəbul edildiyi, İddiaçı kimi xx.xx.1982-ci il tarixdə 34 nömrəli əmrlə xx.xx.1982-ci il tarixdən Əyyublu 2 nömrəli orta məktəbdə müəllim işlədiyinə görə həmin tarixdən fəhləlikdən azad edilməsinin qeyd edildiyi göstərilmişdir. Cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında sözügedən xx.xx.2020-ci il tarixli 04 nömrəli Arxiv Arayışında qeyd olunan xx.xx.1973-xx.xx.1974 və xx.xx.1976-xx.xx.1981ci illərə dair iş stajı barədə əmək kitabçasının olmaması ilə bağlı həmin illəri nəzərə ala bilmədiklərini bildirmişdir. Məhkəmə gəldiyi nəticənin daha aydın olması üçün göstərir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasnı təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarının əvəzsiz ləğv edə bilməz. Yuxarıda şərh olunan maddi hüquq normalarını nəzərə alan məhkəmə hesab edir ki, arxiv arayışında göstərilən illərin iddiaçının sosial sığorta Stajına daxil edilməsi tələbi əsaslıdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir. «İnzibati icraat haqqında»AzərbaycanRespublikasıQanununun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası) inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumararın tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi iddiaçıya ilk dəfə xx.xx.2020-ci il tarixdə xx.xx.2006-cı il tarxədək 25 il sığorta stajı, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə 12 il 11 ay sığorta stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmiş, lakin xx.xx.2020-ci il tarixli 04 nömrəli Arxiv Arayışında qeyd olunan xx.xx.1973-xx.xx.1974-cü illərə və xx.xx.1976-xx.xx.1981-ci illərə dair iş stajı barədə əmək kitabçası olmadığına görə həmin illəri nəzərə almamış və Arxiv Arayışında göstərilən illər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Tovuzx rayon filialının üzərinə İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək və xx.xx.1976-cı il tarixdən xx.xx.1981ci il tarixədək Tovuz rayonunun «Engels» adına üzümçülük sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1890/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1890/2020
20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver