Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1894/2021 16.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7 və vəkili Vəkil Qasım oğlunun, üçüncü şəxs X13 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X22 və X23) daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinə dair aparılmış qeydin ləğvi tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl (Xanlar) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 126 saylı sərəncamı ilə “Şəhriyar” adına sovxoza aid torpaq sahəsindən ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsinə dair X16 və X17 verilmiş **********00 və **********05 reyestr nömrəli çıxarışların qeydinin ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəhriyar adına sovxozun yerli Aqrar İslahat Komissiyası Göygöl (Xanlar) rayon İcra Hakimiyyəti Başçısına müraciət edərək, Şəhriyar adına sovxozun bələdiyyə mülkiyyətində saxlanılan kəndin prespektiv inkişafı üçün ayrılmış torpaq sahəsindən ayrılaraq Gəncə və Zurqes qəsəbələrində yaşayan əksəriyyəti Ermənistan SSR-dən qaçqın düşmüş, şəhid və Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evin tikintisi üçün 70 nəfər vətəndaşa hər birinə 0,08 ha verilmişdir. Mövcud torpaq sahəsi ayrılaraq iddiaçıya naturada plan ölçüləri göstərilməklə təhvil verilmişdir. İddiaçı 1998-ci ildən mövcud torpaq sahəsindən istifadə və sahiblik hüquqlarımı həyata keçirərək, əkib becərmiş, hasar çəkərək meyvə ağacları əkmiş, həmçinin torpaq üçün dövlət rüsumunu ödəmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinə çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi göstərilən torpaq sahəsinin X13 və X14 mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi olmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İddiaçının nümayəndəsi X18 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı oğludur, 1998-ci ildən həmin torpaq sahəsindən istifadə edirlər, tərəvəz əkib becərirlər. İddiaçının vəkili Vəkil Qasım oğlu iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X10 iddianı qəbul etməyərək bildirmişdir ki, “Gəncə “ASAN xidmət mərkəzində notariat kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə-2169 nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində yerləşən 0.08 ha torpaq sahəsi X3. Gəncə “ASAN xidmət mərkəzində notariat kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə-2170 nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsi X3. Həmin sənədlərə əsasən torpaq sahələrinə dair (ünvan 1i ünvanı ilə 0.20 ha olmaqla) X17 adına xx.xx.2017-ci il tarixli, **********05 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı həmin əmlaka dair təqdim edilmiş sənədlər əsasında, qanunvericiliyin tələbləri nəzərə alınmaqla verilmişdir. Üçüncü şəxs X22 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, mübahisəli sahəni 2019-cu ildə Aygün adlı şəxsdən almışdır, lakin həmin vaxtdan da sahə ilə bağlı məhkəmə mübahisəsi gedir. Üçüncü şəxs X17 məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vasitəsilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Göygöl rayon Dövlət Arxivinin xx.xx.2017-cil tarixli 360 nömrəli arxiv arayışında bildirilir ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 126 nömrəli sərəncamı əsasında “Şəhriyar” adına sovxozun bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən Çiçəkli, Gəncə və Zurqes qəsəbəsində yaşayan 70 vətəndaşa hər birinə fərdi yaşayış evinin tikintisi üçün 0.08 ha torpaq sahəsinin verildiyi və qərara əlavə edilmiş siyahıda İddiaçı adı qeydə alınmaqla veriləcək torpaq sahəsi 0.08 ha göstərilmişdir. -Göygöl rayon Dövlət Arxivinin xx.xx.2021-cil tarixli 56 nömrəli məktubunda qeyd olunmuşdur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 126 nömrəli sərəncamı əsasında fərdi yaşayış evi tikintisi üçün verilmiş həyətyanı torpaq sahələrinin yerləşmə yeri, plan və koordinatları müəyyən edən sənədlər rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir. -Göygöl rayonu Zurnabad bələdiyyəsinin xx.xx.2021-cil tarixli 07 nömrəli arayışından görünür ki, Göygöl rayon Zurnabad bələdiyyəsində şəhadətnamələrin qeydiyyatı kitabında Gəncə kəndi ərazisində yerləşən vətəndaşların siyahısında JN-019da İddiaçı və arvadı X11 adları var, ancaq torpaq sahəsi mülkiyyətinə verilmədiyi üçün şəhadətnamə işlənməyib. -surəti işə əlavə edilmiş xx.xx.1998-ci il tarixli aktdan görünür ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 126 nömrəli sərəncamına əsasən Gəncə qəsəbə sakini İddiaçı fərdi yaşayış evi tikintisi üçün “Şəhriyar” adına sovxozun torpaq sahəsindən 0.08 ha ayrılaraq yerində təhvil verilmişdir. -surəti işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-154A Kod 50805037 nömrəli şəhadətnamədən görünür ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı ilə Göygöl rayonu, Gəncə kəndində yerləşən 0.08 ha torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2006-cı il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X8 tərəfindən Göygöl rayonu, Gəncə kəndində yerləşən 0.08 ha torpaq sahəsi X2. -surəti işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli, ********** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl rayonu, Gəncə kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində X15 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X24 tərəfindən Göygöl rayonu, Gəncə kəndində yerləşən 0.08 ha torpaq sahəsi X4. -surəti işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, ********** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl rayonu, Gəncə kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində X13 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X19 tərəfindən ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsi X1. -surəti işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli, ********** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsi üzərində X6 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********19 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 126 nömrəli sərəncamı əsasında “Şəhriyar” adına sovxozun torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya 0.08 ha torpaq sahəsi verilmişdir. İddiaçı müvafiq sərəncam əsasında verilmiş torpaq sahəsi üzərində üçüncü şəxslərin adına aparılmış daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv olunmasını tələb etsə də, cavabdeh orqan müraciətə plan və ölçü sənədinin əlavə edilmədiyinə, həmçinin faktiki torpaq sahəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə, X22 və X17 məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə onun ərizənin icrasından imtina etmişdir. Qeyd edilməlidir ki, yuxarıda adı çəkilən müvafiq sərəncam əsasında iddiaçıya torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman sahənin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd nə ona, nə də dövlət arxivinə təhvil verilməmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi qərar əsasında Göygöl rayonu, Gəncə qəsəbəsi ərazisində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı müvafiq sənədlər əsasında X22 və X14 mülkiyyətinə verilmiş 0.08 və 0.12 ha torpaq sahəsinin ona verilmiş torpaq sahəsi olduğunu iddia etsə də, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər olmadığından ayrılmış torpaq sahəsinin iddia olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini də müəyyən etmək mümkün deyildir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, üçüncü şəxslərə məxsus torpaq sahələri üzərində onların hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onlara müvafiq hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir, yəni qeyd edilən torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı həmin əmlaka dair təqdim edilmiş sənədlər əsasında, qanunvericiliyin tələbləri nəzərə alınmaqla verilmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin ona ayrılmış sahə ilə eyni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna olunur. Belə ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinə dair aparılmış qeydin ləğvi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1894/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1894/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver