Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1894/2024 24.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və üçüncü şəxslərdən X19 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X20, X14, X38, X29, X25, X34, X26, X21, X27, X28, X35, X22 və X9 ona məxsus olan Gəncə şəhəri, Cavad bəy Şıxlinski küçəsi, ev 50 (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-4456/2024 nömrəli məktubuna əlavə edilmiş sənədlərə əsasən Gəncə şəhəri, Cavad bəy Şıxlinski küçəsi, ev 50 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydə alınmışdır.
2. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına əsasən, xx.xx.1977-ci il təvəllüdlü X20, xx.xx.1952-ci il təvəllüdlü X14, xx.xx.1957-ci il təvəllüdlü X38, xx.xx.2011-ci il təvəllüdlü X29, xx.xx.1983cü il təvəllüdlü X25, xx.xx.1952-ci il təvəllüdlü X34, xx.xx.1977-ci il təvəllüdlü X26, xx.xx.2009-cu il təvəllüdlü X21, xx.xx.1980-ci il təvəllüdlü X27, xx.xx.1986-cı il təvəllüdlü X28, xx.xx.1979-cu il təvəllüdlü X35, xx.xx.2007-ci il təvəllüdlü X22 və xx.xx.1989-cu il təvəllüdlü X3 şəhəri, Cavad bəy Şıxlinski küçəsi, ev 50 (Yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatdadırlar.
3. İddiaçı üçüncü şəxslərin ona məxsus olan Gəncə şəhəri, Cavad bəy Şıxlinski küçəsi, ev 50 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin Gəncə şəhəri, Cavad bəy Şıxlinski küçəsi, ev 50 (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.
4. Elektron məhkəmə informasiya sistemindən xx.xx.2024-cü il tarixli çıxarışlarla müəyyən edilmişdir ki, xx.xx.2009-cu il təvəllüdlü X21, xx.xx.2007-ci il təvəllüdlü X22, xx.xx.2011-ci il təvəllüdlü X29, xx.xx.1989-cu il təvəllüdlü X15, xx.xx.1977-ci il təvəllüdlü X26 və xx.xx.1952-ci il təvəllüdlü X11 şəhəri, Azbarit küçəsi, ev 50 ünvanında, xx.xx.1979cu il təvəllüdlü X12 şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 7, mənzil 41 ünvanında, xx.xx.1986-cı il təvəllüdlü X28, xx.xx.1980-ci il təvəllüdlü X27, xx.xx.1983-cü il təvəllüdlü X25, xx.xx.1957-ci il təvəllüdlü X38, xx.xx.1952-ci il təvəllüdlü X14 və xx.xx.1977-ci il təvəllüdlü X6 şəhəri, Cavad bəy Şıxlinski küçəsi, ev 50 ünvanında qeydiyyatdadırlar.
5. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-57/2-6741/2024 nömrəli cavab məktubunda göstərilmişdir ki, X20, X14, X38, X29, X25, X34, X26, X21, X27, X28, X35, X22 və X15 hal-hazıradək Gəncə şəhəri, Cavad bəy Şıxlinski (köhnə Azbarit) küçəsi, ev 50 (Yeni qaydalarla: ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
6. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-1929/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, Cavad bəy Şıxlinski küçəsi, ev 50 ünvanı ilə Gəncə şəhəri, Azbarit küçəsi, ev 50 ünvanı eynilik təşkil edir.
7. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Şıxzamanlı kənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələyinin xx.xx.2024-cü il tarixli 13 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 8 ünvanında faktiki olaraq yaşayış yoxdur.
8. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-73-57/2- 15275/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, X20 xx.xx.2015-ci il tarixdən hal-hazıradək, X14 xx.xx.2017-ci il tarixdən hal-hazıradək, X38 xx.xx.2018-ci il tarixdən hal-hazıradək, X29 xx.xx.2018-ci il tarixdən hal-hazıradək, X25 xx.xx.2018-ci il tarixdən hal-hazıradək, X34 xx.xx.2004-cü il tarixdən hal-hazıradək, X26 xx.xx.2004-cü il tarixdən hal-hazıradək, X21 xx.xx.2016-cı il tarixdən hal-hazıradək, X27 xx.xx.2016-cı il tarixdən hal- hazıradək, X28 xx.xx.2018-ci il tarixdən hal-hazıradək, X22 xx.xx.2016-cı il tarixdən hal-hazıradək Gəncə şəhəri, Cavad bəy Şıxlinski küçəsi, ev 50 (Yeni qaydalarla: ünvan 9 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
9. Elektron məhkəmə informasiya sistemindən xx.xx.2024-cü il tarixli çıxarışlarla müəyyən edilmişdir ki, xx.xx.1952-ci il təvəllüdlü X14 və xx.xx.1980-ci il təvəllüdlü X7 rayonu, Yeni Qızılca kəndi ünvanında, xx.xx.1977-ci il təvəllüdlü X4 rayonu, Xınaı kəndi ünvanında, xx.xx.1977-ci il təvəllüdlü X20, xx.xx.1952-ci il təvəllüdlü X34, xx.xx.1979-cu il təvəllüdlü X35, xx.xx.2009-cu il təvəllüdlü X21, xx.xx.2007-ci il təvəllüdlü X22 və xx.xx.2011-ci il təvəllüdlü X10 şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 7, mənzil 41 ünvanında, xx.xx.1983-cü il təvəllüdlü X25, xx.xx.1957-ci il təvəllüdlü X38 və xx.xx.1986-cı il təvəllüdlü X8 şəhəri, Cavad bəy Şıxlinski küçəsi, ev 50 ünvanında, xx.xx.1989-cu il təvəllüdlü X3 şəhəri, Cavad bəy Şıxlinski küçəsi, ev 50A ünvanında qeydiyyatdadırlar. II. Məhkəmədə icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1977-ci il təvəllüdlü X20, xx.xx.1952-ci il təvəllüdlü X14, xx.xx.1957-ci il təvəllüdlü X38, xx.xx.2011-ci il təvəllüdlü X29, xx.xx.1983-cü il təvəllüdlü X25, xx.xx.1952ci il təvəllüdlü X34, xx.xx.1977-ci il təvəllüdlü X26, xx.xx.2009-cu il təvəllüdlü X21, xx.xx.1980-ci il təvəllüdlü X27, xx.xx.1986-cı il təvəllüdlü X28, xx.xx.1979-cu il təvəllüdlü X35, xx.xx.2007-ci il təvəllüdlü X22 və xx.xx.1989-cu il təvəllüdlü X9 onun mülkiyyətində olan Gəncə şəhəri, Cavad bəy Şıxlinski küçəsi, ev 50 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Cavad bəy Şıxlinski küçəsi, ev 50 (Yeni qaydalarla: ünvan 1 onun xüsusi mülkiyyətindədir. Həmin evin onun adına olmasına dair o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətindən xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarış da almışdır. İddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Cavad bəy Şıxlinski küçəsi, ev 50 (Yeni qaydalarla: ünvan 1 ünvanında X20, X2 İradə Alı qızı, X29, X25, X34, X26, X21, X27, X28, X35, X22 və X15 qeydiyyatdadırlar. İddiaçının onların heç biri ilə qohumluq əlaqələri yoxdur. Onların iddiaçının evində qeydiyyatda olmaları onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Ona görə də iddiaçı həmin üçüncü şəxsləri mülkiyyətində olan evindən qeydiyyatdan çıxartmaq istəyir. İddiaçı bununla bağlı Cavabdehnə müraciət etmiş, lakin imtina cavabı verilmiş və imtina bununla əsaslandırılmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III.İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
14. Belə ki, iddiaçı sözügedən evin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
15. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.
16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
18. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-1894/2024 nömrəli qərardadı ilə X20, X14, X38, X29, X25, X34, X26, X21, X27, X28, X35, X22 və X15 zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, X22, X21 və X18 məhkəmə iclasında qanuni nümayəndələri Qanuni nümayəndə Rafiq qızı və X35 ilə təmsil olunmaları qərara alınmışdır.
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. İddiaçı və üçüncü şəxslərdən X35 məhkəmə iclasına gəlmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdirlər.
24. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
25. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
26. X35 iddianı qəbul edərək, onun təmin edilməsinə heç bir etirazının olmadığını bildirmişdir.
27. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Gəncə şəhəri, Cavad bəy Şıxlinski küçəsi, ev 50 ünvanında yerləşən ev ona məxsu solmuş və evi iddiaçıya satmışdır. O, övladları, anası, bacıları və digər qohumları məhkəmə icraatı gedişində qeydiyyatdan çıxmışlar, yalnız xalası İradə və onun övladları Vəfa ilə Elmir sözügedən evdə qeydiyyatda qalmışlar. X15 onun qonşusu olmuş, gəlin köçən zaman onların evləri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış olduğuna görə onun evinə qeydiyyata düşmüş və hazırda çıxarış əldə etdiyi üçün qeydiyyatdan çıxaraq, ünvan 12 ünvanına, yəni öz evinə qeydiyyata düşmüşdür.
28. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışı; - Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-57/2-6741/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-1929/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Şıxzamanlı kənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələyinin xx.xx.2024-cü il tarixli 13 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-73-57/2- 15275/2024 nömrəli cavab məktubu; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
30. Məhkəmə dinləyərək sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.
31. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Cavad bəy Şıxlinski küçəsi, ev 50 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ev tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.
32. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışında xx.xx.1977-ci il təvəllüdlü X20, xx.xx.1952-ci il təvəllüdlü X14, xx.xx.1957-ci il təvəllüdlü X38, xx.xx.2011-ci il təvəllüdlü X29, xx.xx.1983-cü il təvəllüdlü X25, xx.xx.1952-ci il təvəllüdlü X34, xx.xx.1977-ci il təvəllüdlü X26, xx.xx.2009cu il təvəllüdlü X21, xx.xx.1980-ci il təvəllüdlü X27, xx.xx.1986-cı il təvəllüdlü X28, xx.xx.1979-cu il təvəllüdlü X35, xx.xx.2007-ci il təvəllüdlü X22 və xx.xx.1989-cu il təvəllüdlü X9 iddiaçıya məxsus sözügedən evdə qeydiyyatda olduqları göstərildiyindən iddiaçı cavabdeh orqana müraciət edərək, həmin şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.
33. İddiaçı üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatlarının formal olduğunu və bunun onun mülkiyyət hüququnun məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
34. İddia ərizəsi icraata qəbul edilən zaman üçüncü şəxslərin qeydiyyat ünvanları Elektron Məhkəmə informasiya sistemindən sorğu edilmiş və müəyyən edilmişdir ki, xx.xx.2009-cu il təvəllüdlü X21, xx.xx.2007-ci il təvəllüdlü X22, xx.xx.2011-ci il təvəllüdlü X29, xx.xx.1989-cu il təvəllüdlü X15, xx.xx.1977-ci il təvəllüdlü X26 və xx.xx.1952-ci il təvəllüdlü X11 şəhəri, Azbarit küçəsi, ev 50 ünvanında, xx.xx.1979-cu il təvəllüdlü X12 şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 7, mənzil 41 ünvanında, xx.xx.1986-cı il təvəllüdlü X28, xx.xx.1980-ci il təvəllüdlü X27, xx.xx.1983-cü il təvəllüdlü X25, xx.xx.1957ci il təvəllüdlü X38, xx.xx.1952-ci il təvəllüdlü X14 və xx.xx.1977-ci il təvəllüdlü X6 şəhəri, Cavad bəy Şıxlinski küçəsi, ev 50 ünvanında qeydiyyatdadırlar.
35. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 1929/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, Cavad bəy Şıxlinski küçəsi, ev 50 ünvanı ilə Gəncə şəhəri, Azbarit küçəsi, ev 50 ünvanı eynilik təşkil edir.
36. Yəni, üçüncü şəxslərdən yalnız xx.xx.1979-cu il təvəllüdlü X12 şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 7, mənzil 41 ünvanında, yerdə qalan üçüncü şəxslərin isə iddiaçıya məxsus ünvanda qeydiyyatda olduqları müəyyən edilmişdir.
37. Daha sonra məhkəmə icraatının gedişində üçüncü şəxslərdən xx.xx.1983-cü il təvəllüdlü X25, xx.xx.1957-ci il təvəllüdlü X38 və xx.xx.1986-cı il təvəllüdlü X1 digər üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdən qeydiyyatdan çıxaraq, fərqli ünvanlara qeydiyyata düşmüşlər.
38. Belə ki, Elektron Məhkəmə informasiya sistemindən xx.xx.2024-cü il tarixli çıxarışlarla müəyyən edilmişdir ki, xx.xx.1952-ci il təvəllüdlü X14 və xx.xx.1980-ci il təvəllüdlü X7 rayonu, Yeni Qızılca kəndi ünvanında, xx.xx.1977-ci il təvəllüdlü X4 rayonu, Xınaı kəndi ünvanında, xx.xx.1977-ci il təvəllüdlü X20, xx.xx.1952-ci il təvəllüdlü X34, xx.xx.1979-cu il təvəllüdlü X35, xx.xx.2009-cu il təvəllüdlü X21, xx.xx.2007-ci il təvəllüdlü X22 və xx.xx.2011-ci il təvəllüdlü X10 şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 7, mənzil 41 ünvanında, xx.xx.1983-cü il təvəllüdlü X25, xx.xx.1957-ci il təvəllüdlü X38 və xx.xx.1986-cı il təvəllüdlü X8 şəhəri, Cavad bəy Şıxlinski küçəsi, ev 50 ünvanında, xx.xx.1989-cu il təvəllüdlü X3 şəhəri, Cavad bəy Şıxlinski küçəsi, ev 50A ünvanında qeydiyyatdadırlar.
39. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
40. Məhkəmə qeyd edir ki, adıçəkilən Qanunda yaşayış sahəsi ilə bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan və orada faktiki yaşamayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı birbaşa nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki: - müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. - Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. - Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
42. Göründüyü kimi, iddiaçının evində hazırda qeydiyyatda olan üçüncü şəxslər X38, X25 və X28 hazırkı mülkiyyətçinin ailə üzvü olmadıqlarından onların iddiaçıya məxsus yaşayış sahəsinə istifadə hüquqları da yoxdur. İkinci tərəfdən, həmin üçüncü şəxslər hazırda sözügedən ünvanda faktiki olaraq yaşamırlar və qeydiyyatları formal xarakter daşıyır. Onların iddiaçıya məxsus evdə formal qeydiyyatda qalmaları isə iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır. Eyni zamanda, qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olması nəzərdə tutulmuşdur. Bu istiqamətdə aparılan qiymətləndirmə isə iddiaçının hazırkı tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarından imtinası əsassız olmuşdur.
43. Məhkəmə tələbin üçüncü şəxslərdən X14, X27, X26, X20, X34, X35, X21, X22, X29 və X9 qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı qeyd edir ki, həmin şəxslər hazırda iddiaçının Gəncə şəhəri, Cavad bəy Şıxlinski küçəsi, ev 50 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən evində deyil, fərqli ünvanda qeydiyyatda olduqlarından onlara münasibətdə iddia təmin edilməməlidir.
44. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
Nəticəvi hissə:
46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilsin. X38, X25 və X16 Gəncə şəhəri, Cavad bəy Şıxlinski küçəsi, ev 50 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulsun. X5, X27, X26, X20, X34, X35, X21, X22, X29 və X9 qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva