Məhkəmə qərarları › İş №2-1(114)-1895/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1895/2020

08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1895/2020 08.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxxxx» MMC-nin cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli **********7103 saylı, xx.xx.2020-ci il tarixli **********8033 saylı və xx.xx.2020-ci il tarixli **********7121 saylı qərarların ləğv olunması tələbinə dair inzibati iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı «xxxxxxxxxxxxxx» MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********7103 saylı, xx.xx.2020-ci il tarixli **********8033 saylı və xx.xx.2020-ci il tarixli **********7121 saylı qərarların ləğv olunması barədə qərar çıxarılmasını və eyni zamanda müddətin bərpası barədə ərizə ilə buraxılmış prosessual müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək buraxılmış prosessual müddətin bərpa olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə buraxılmış prosessual müddətin üzürlü səbəbdən buraxılmamasını nəzərə alaraq ərizənin mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etdi. Məhkəmə prosessual müddətin bərpa edilməsi barədə iddiaçının dəlillərini araşdırıb, qarşı tərəfin həmin ərizəyə münasibətini dinləyib aşağıdakılara əsasən hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ötürülmüş müddətin ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar olduğunu qeyd etsə də Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilən zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 05 nömrəli, xx.xx.2020-ci il tarixli 06 nömrəli qərarlarında, habelə xx.xx.2020-ci il, xx.xx.2020ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məlumatlarında məhkəmələrə ünvanlanmış ərizələrin poçt vasitəsi ilə və ya elektron şəkildə göndərilməsinə heç bir qadağa nəzərdə tutulmamış, əksinə fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrin, apellyasiya və kassasiya şikayətlərinin poçt vasitəsi ilə və ya elektron şəkildə göndərilmələri tövsiyə olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli məlumatı ilə Gəncə şəhəri inzibati ərazisində fəaliyyət göstərən bütün məhkəmələr üzrə xx.xx.2020-ci il saat 00:00-dan etibarən işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunmuşdur. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın elan olunduğu vaxtdan, şikayət intansiyasına şikayıt verildiyi hallarda isə, şikayətə dair qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırır ki, hətta xx.xx.2020-ci il tarixə qədər məlum qaydalarla bağlı iddiaçının məhkəməyə müraciət etmək imkanının olmadığını güman etsək belə həmin tarixdən (xx.xx.2020-ci il tarix) buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmağına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində, yəni xx.xx.2020-ci il tarixədək verilməli idi. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı «xxxxxxxxxxxxxx» MMC-nin buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsində qeyd edilənlər məhkəmə tərəfindən üzürlü səbəb kimi qəbul edilə bilməz. İddiaçı müddətin ötürülməsini əsaslandıran tutarlı halları və sübutları məhkəməyə təqdim etməli olduğu halda, bunu edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxxxxxxxxx» MMC-nin cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı inzibati aktın mübahisələndirilməsi tələbinə dair iş üzrə iddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməli, iddia ərizəsinin verilməsi üçün müəyyən edilmiş prosessual müddət bərpa edilməməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 24 və 80-ci maddələrinə əsasən məhkəmə, qərara aldı : İddiaçı «xxxxxxxxxxxxxx» MMC-nin cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı inzibati aktın mübahisələndirilməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr., 105) Gəncə Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk pr., 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar