Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1895/2024 09.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı reyestr qeydlərin ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı reyestr qeydlərinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Şəmkir rayonu, Xuluf kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciətinə cavab olaraq həmin İdarənin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-902/24 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişində bildirilmişdir ki, xx.xx.2013-cü il tarixli 4Ə-02-214 saylı alğı-satqı müqaviləsində göstərilən 0.2841 və 0.1578 torpaq sahələrinə dair satıcılar (paycılar) X5 (ümumi birgə qaydada digər payçılarla birgə) özlərinin adına xx.xx.2023-cü il tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarış almışlar. Odur ki, sözügedən torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır.
2. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli **********, ********** və ********* qeydiyyat nömrəli çıxarışlardan görünür ki, Şəmkir rayonu, Xuluf kəndində yerləşən ümumi sahəsi 0.2841 ha olan torpaq sahəsi X5, X6 və X2 ümumi birgə mülkiyyətindədir.
3. xx.xx.2013-cü il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X5, X6 və X4 adlarından çıxış edən Şəmkir rayonu, Keçili kəndində yaşayan X3 rayonu, Xuluf kəndində yerləşən 0.2841 ha, 0.1578 ha və 1.5106 ha torpaq sahələrini İddiaçı satmışdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində xidmətlər baş idarəsi Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 2223 nömrəli məktubdan görünür ki, xx.xx.2013-cü il tarixli 4Ə-214 nömrəli təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə notariusa məlumat daxil olmamışdır. II. Məhkəmədə icraat
5. İddiaçı qızı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.2841 ha torpaq sahəsinə dair X5, X6 və X2 adına aparılmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış reyestr qeydinin və 0.1578 ha torpaq sahəsinə dair X5, X6 və X2 adına aparılmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış reyestr qeydinin ləğv edilməsi, vəkilə ödədiyi xidmət haqqının üçüncü şəxslərdən tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya Şəmkir rayon 1 saylı notariat kontorunun xx.xx.2013-cü il tarixli 40-02-214 saylı alğı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu, Xuluf kəndində yaşayan X5, X6 və X1 Şəmkir rayonu, Xuluf kəndində yerləşən xx.xx.2013-cü il tarixli **********, ********** və ********** qeydiyyat nömrəli, Seriya RX 0248258, ******* və ******* olan çıxarışlar əsasında onların mülkiyyətində olan 0.2841 ha, 0.1578 ha və 1.5106 ha torpaq sahəsini satmışlar. Həmin tarixdən hazırkı vaxta kimi həmin torpaq sahələri onun sahibliyində və istifadəsindədir. O, həmin torpaq sahələrindən 1.5106 ha torpaq sahəsinə dair öz adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alaraq öz adına rəsmiləşdirmişdir. Digər torpaq sahələrinə dair isə hələ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almamışdır. İddiaçı 2023-cü ilin sonlarında satın aldığı digər, yəni 0.2841 ha və 0.1578 ha torpaq sahələrinə dair çıxarış almaq üçün DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etdikdə ona bildirilmişdir ki, Şəmkir rayonu, Xuluf kəndində yerləşən torpaq sahələrinə dair təqdim etdiyi xx.xx.2013-cü il tarixli 4Ə-02-214 saylı alğı-satqı müqaviləsində qeyd olunan torpaq sahələrinə dair X5, X6 və X4 ümumi birgə qaydada xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış almışlar. Ona görə də onun torpaq sahəsinə çıxarış almaq barədə ərizəsinin icrası mümkün olmamış və ərizəsi icrasından imtina edilmişdir. Göründüyü kimi, üçüncü şəxslər qanunsuz olaraq alğı-satqı müqaviləsi əsasən iddiaçının satın aldığı torpaq sahələrinə çıxarış almışlar. Bu səbəbdən də üçüncü şəxslərin adlarına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış reyestr qeydi və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış reyestr qeydi ləğv edilməlidir.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
Əsaslandırma hissəsi:
8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
9. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
10. İddia ərizəsindən görünür ki, iddiaçının iddia tələbi Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.2841 ha torpaq sahəsinə dair X5, X6 və X2 adına aparılmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış reyestr qeydinin və 0.1578 ha torpaq sahəsinə dair X5, X6 və X2 adına aparılmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış reyestr qeydinin ləğv edilməsi barədədir.
11. Bu barədə qeyd olunmalıdır ki, hazırkı iddia tələbi İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir.
12. Hazırkı işdə isə iddiaçının cavabdeh orqana müraciəti məhkəməyə müraciət etdiyi tələblə eyni deyildir. Belə ki, iddiaçının cavabdeh orqana müraciəti reyestr qeydlərinin ləğvi ilə bağlı deyil, torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olmuşdur və həmin ərizə üzrə ona imtina məktubu verilmişdir.
13. Göründüyü kimi, iddiaçı hazırkı tələblə eyni məzmunlu ərizə ilə cavabdehə müraciət etmədən birbaşa məhkəmədə iddia qaldırmışdır.
14. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
15. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə:
16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva