Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1897/2020 04.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı “X9” MMC-nin nümayəndəsi (təsisçisi) X1, cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğvi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı “X9” MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək,12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********1956 nömrəli, xx.xx.2020-ci il tarixli **********1956 nömrəli və xx.xx.2020-ci il tarixli **********8031 nömrəli qərarların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh orqan iddiaçının faktiki fəaliyyət göstərdiyi Gəncə şəhəri, Kəpəz rayonu, Əbdülkərimbəy Mehmandarov 76 ünvanında yerləşən Daşqın İnşaat bazarında yoxlama həyata keçirərkən qərəzli şəkildə iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2020-ci il tarixli **********1956 nömrəli, xx.xx.2020-ci il tarixli **********1956 nömrəli və xx.xx.2020-ci il tarixli **********8031 nömrəli qərarlar qəbul etmişdir. İddiaçı hesab edir ki, qeyd olunan qərarlar əsassız olduğundan ləğv edilməlidir. İddiaçı tərəfindən iddia ərizəsi ilə birgə “müddətin bərpası barədə” ərizə təqdim edilərək, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa olunması xahiş edilmiş, ərizə onunla əsaslandırılmışdır ki, koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində və Gəncə şəhərində tətbiq edilmiş karantin rejimi ilə bağlı qərarlardan şikayət verilməsi mümkün olmamışdır. İddiaçının nümayəndəsi (təsisçisi) X3 ərizəni müdafiə etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iş üzrə iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********1956 nömrəli qərar cavabdehin xx.xx.2020-ci il tarixli **********027900 nömrəli məktubu ilə həmin tarixdə saat 14:06:46-da göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 12:23:55-də qəbul edilmiş, xx.xx.2020-ci il tarixli**********1965 nömrəli qərar isə cavabdehin xx.xx.2020-ci il tarixli **********4031400 nömrəli məktubu ilə xx.xx.2020-ci il tarixdə saat 14:16:57-də göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 12:23:58-də qəbul edilmiş, xx.xx.2020-ci il tarixli **********8031 nömrəli qərar cavabdehin xx.xx.2020-ci il tarixli **********44100 nömrəli məktubu ilə xx.xx.2020-ci il tarixdə saat 17:56:08-də göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə saat 21:15:11-də qəbul edilmişdir. Beləliklə iş üzrə iddiaçı X5 göndərilmiş qərarları qəbul etməklə xx.xx.2020-ci il tarixli **********1956 nömrəli və xx.xx.2020-ci il tarixli **********1956 nömrəli qərarlara münasibətdə həmin inzibati aktların-qərarların təqdim olunma tarixi xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli **********8031 nömrəli qərara münasibətdə isə xx.xx.2020-ci il tarixləri olmuşdur. İddiaçı tərəfindən həmin qərarlardan Vergilər Nazirliyinə Apelyasiya Şurasına şikayət olunmamışdır. Belə olan halda vergi orqanının qərarlarının mübahisələndirilməsi üçün son gün xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixləri olmuşdur. İddiaçı tərəfindən məhkəmə qaydasında qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülməklə xx xxxxxxxx 2020-ci il tarixli iddia ərizəsi ilə mübahisələndirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. -70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Qeyd edilməlidir ki, istinad olunan normaların tələbinə əsasən mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********1956 nömrəli və xx.xx.2020-ci il tarixli **********1956 nömrəli qərarların təqdim olunma tarixi xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli **********8031 nömrəli qərara münasibətdə isə xx.xx.2020-ci il tarixləri olmuşdur. İddiaçı prosessual müddətin ötürülmə səbəbi kimi ölkə ərazisində və Gəncə şəhərində tətbiq edilmiş karantin rejimini qeyd etmişdir. İddiaçının göstərilən arqumenti ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il 122 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Qərarının 1.6-cı bəndinə əsasən xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilməmiş, eləcə də həmin qərarın 3-cü bəndinə əsasən sözgedən qərar 2020-ci ilin 31 mart tarixindən qüvvəyə minmişdir. Həmçinin həmin Qərarın 2 nömrəli Əlavəsinin 6.2-ci bəndinə əsasən poçt xidmətlərinin xüsusi karantin dövründə fəaliyyətinə icazə verilmişdir. Göründüyü kimi iddiaçının xx.xx.2020-ci il tarixli **********1956 nömrəli və xx.xx.2020-ci il tarixli **********19765 nömrəli qərarları ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edildiyi müddətədək (cari ilin mart ayının 31-dək) kifayət qədər vaxtı və imkanı olmuşdur. Həmçinin xx.xx.2020-ci il tarixli **********8031 nömrəli qərarın mübahisələndirilməsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli “Məlumatı”nda Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X2 tövsiyələrini və Azərbaycan Respublikasının ərazisində karantin rejiminin yumşaldılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını nəzərə alaraq 2020-ci il 20 avqust tarixindən etibarən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrdə bütün işlərin qəbulu və baxılmasının tam şəkildə bərpa olunması tövsiyyə olunmuşdur. Buna baxmayaraq iddiaçı xx.xx.2020-ci il tarixdən 15 gün ərzində (İPM-nin 24.2 madd) sözügedən qərarı mübahisələndirmək imkanı olduğu halda xx.xx.2020-ci il tarixdə ərizəni poçt xidmətinə təqdim etmiş və məhkəməyə iddia vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-cimaddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-cimaddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğvi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1897/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1897/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver