Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1899/2023 18.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I.İşin halları
1. İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1980xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1984-cü il tarixdə Daşkəsən rayon Sosializm sovxozuna fəhlə qəbul edilmiş, xx.xx.1985-ci il tarixdə ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1985-ci il tarixdə Azərbaycan Dağ Mədən Filizsaflaşdırma Kombinatına vaqon itələyən işinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixdə qaz xətti sahəsində köməkçi fəhlə-quyu qazan, xx.xx.1985-ci il tarixdə vaqon itələyən, xx.xx.1986-cı il tarixdə köməkçi fəhlə, xx.xx.1986-cı il tarixdə BelAz-548 maşınına maşinist, xx.xx.1992-ci il tarixdə 1 nömrəli briqadaya briqadir vəzifələrinə dəyişdirilmiş, xx.xx.1998-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1998-ci il tarixdə “Sərnişinservis” Avtobus Parkına sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdə ərizəsi əsasında işdən azad edilmiş, xx.xx.2003-cü il tarixdə "xxxx" MMC-də sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2006-cı il tarixdə tarixdə "xxxx" MMC-də sürücü vəzifəsinə qəbul edilmişdir. Hazıradək həmin müəssisədə işləyir.
3. Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli arxiv arayışlarına, habelə xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş əmrlərə əsasən İddiaçı xx.xx.1985-ci il tarixdən Azərbaycan Dağ Mədən X2 sahəsinə 2-ci dərəcə ilə vaqon itələyən qəbul edilmiş, xx.xx.1985-ci il tarixdən 2 ay müddətinə 2-ci dərəcə ilə qaz xətti sahəsinə müvəqqəti köməkçi fəhlə keçirilmiş və quyu qazan işinə hazırlanmış, xx.xx.1985-ci il tarixdən öz əvvəlki yerinə qaytarılmış, xx.xx.1986-cı il tarixdən 2-ci dərəcəli ekskvator maşinisti köməkçisi işləməsinə görə hazırlanmaq üçün müvəqqəti olaraq Şimalqərb mədən sahəsinə köməkçi-fəhlə keçirilmiş, xx.xx.1986-cı il tarixdən həmin mədəndən dəmir filizi daşımaq üçün BelAZ ATS maşınına 3-cü dərəcəli maşinist keçirilmiş, xx.xx.1993-cü il tarixdən ANS-nin BelAZ sürücüsünün əmək haqqı 2-ci dərəcəli sürücü kimi hesablanmış və tarifdən əlavə tarifin 10%-i verilmiş, xx.xx.1998-ci il tarixdən Tex.ANSnin sürücüsü öz xahişi ilə işdən azad edilmişdir.
4. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2022ci il tarixli **********7 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az 7 il 7 gün (xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1992-ci il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
5. Məhkəmənin sorğusuna “X8” MMC-nin xx.xx.2023-cü il tarixli DDF-XO-0209/23 nömrəli cavab məktubundan görünür ki, İddiaçı oğlunun X1 işlədiyi peşələrdən aşağıda adları qeyd olunanlar Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 saylı, 6 noyabr 2004cü il tarixli 175 saylı qərarlarına əsasən ağır və zərərli peşələr siyahısına aid etmək olar: - Vaqon itələyən (Вагонетчик); - Qaz xətti sahəsində qazmaçı (quyu qazan) fəhlə; - BelAz maşınında maşinist; - Tex.ANS-in sürücüsü. II. Məhkəmədə icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun 1980-1982-ci illər ərzində hərbi xidmətdə olduğu, əmək kitabçasında göstərilən ümumi iş stajının (38 ilə yaxın) və 13 ilə yaxın zərərli iş şəraitində güzəştli iş stajının sosial sığorta stajı kimi nəzərə alınaraq xx.xx.2017-ci il tarixdən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Daşkəsən rayonu, Çanaxçı kəndində doğulmuşdur. 1980-1982-ci illər ərzində hərbi xidmətdə olmuşdur. xx.xx.1985-ci il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" ASC-də işləmişdir. Belə ki, "xxxx" ASC-də xx.xx.1985-ci il tarixdən Quşçu sahəsinə 2-ci dərəcəli vaqon itələyən, xx.xx.1985-ci il tarixdən 2-ci dərəcə ilə qaz xətti sahəsinə müvəqqəti köməkçi fəhlə keçirilmiş və quyu qazan kimi hazırlanmış, xx.xx.1985-ci il tarixdən müvəqqəti qaz sahəsinə quyu qazan keçirilmiş fəhlə, xx.xx.1986-cı il tarixdən 2-ci dərəcəli ekskovator maşinisti köməkçisi işləməyinə görə hazırlanmaq üçün müvəqqəti olaraq Şimal-qərb mədən sahəsində köməkçi fəhlə, xx.xx.1986-cı il tarixdən həmin mədəndən daş filizi daşımaq üçün BelAz ATS maşınına 3-cü dərəcəli maşinist, xx.xx.1992-ci il tarixdə həmin işə 1 №-li briqadaya briqadir, xx.xx.1993-cü il tarixdən həmin mədəndən daş filizi daşımaq üçün BelAz ATS maşınına 2-ci dərəcəli maşinist, xx.xx.1998-ci il tarixədək həmin mədəndən daş filizi daşımaq üçün BelAz ATS maşınına 2-ci dərəcəli maşinist kimi işləmiş və xx.xx.1998-ci il tarixədə öz xahişi ilə işdən azad edilmişdire. xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "Sərnişin Servis" Avtobus parkında sürücü işləmiş və öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" MMCdə sürücü işləmiş və öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2006-ci il tarixdə "xxxx" MMC-də sürücü vəzifəsinə işə qəbul edilmişdir. Qeyd etmək istəyir ki, xx.xx.1985-ci il tarixdən "xxxx" ASC-də işə qəbul olunduğu vaxtdan xx.xx.1998-ci il tarixədək öz xahişi ilə işdən azad edilənədək zərərli şəraitdə güzəştli şərtlərlə ümumi stajı 13 il təşkil edir. Bu halı Daşkəsən rayon Dövlət Arxivinin 130 saylı xx.xx.2022-ci il tarixli arayışı təsdiq edir. O, güzəştli şərtlə iş stajı olduğundan ona 57 yaşdan pensiya təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən müvafiq sənədlərlə - güzəştli iş stajını təsdiq edən arayışı, əmək kitabçasının təsdiq edilmiş surətini, şəxsiyyət vəsiqəsini, hərbi biletin notarial qaydada təsdiqlənmiş surətini ərizəmə əlavə edərək müraciət etmişdir. Lakin, həmin qurum tərəfindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4946/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Daşkəsən şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
16. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
20. Cavabdehin nümayəndəsi X6 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
21. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
22. Etirazın dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən verilən cavab məktubunda göstərilən arqumentlərlə eynilik təşkil edir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletin surəti; - İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surəti; - Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 130 nömrəli və xx.xx.2023-cü il tarixli 3-48-13RA/1-13/2023 nömrəli arxiv arayışları; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********225700 nömrəli məktubu; - İddiaçının pensiya işi üzrə icraat materialları; - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 13-10/2-651/2023 nömrəli məktubu; - Əmrlərin təsdiqli surətləri; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-6632/2023 nömrəli məktubu; - “X8” MMC-nin xx.xx.2023-cü il tarixli DDF-XO-0209/23 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********7 nömrəli imtina məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
24. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
25. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
26. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya). Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na görə (2 nömrəli Əlavə):
İ. Dağ-mədən işləri 20100000 Açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolinin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, merkelin, maqnezitin, çöl və plavik şpatının, kipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrabanın, slyudanın, azbestin, duz və tərkiblərində 1—2 sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı 20100000 Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri 20101000 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər 2010100a a) fəhlələr 2010100a kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, draqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər. 2010100a Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikonlarda və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri. Quyu partlatma işləri 2010100a—11295 şpur qazmaçıları 2010100a—11305 vaqonetçilər 2010100a—11442 texnoloji prosesdə dağ-mədən kütləsinin nəqlilə məşğul olan avtomobil sürücüləri 2010100a—11453 dağ-mədən kütləsinin yüklənməsi ilə məşğul olan yükləyicilərin sürücüləri 2010100a—14388 ekskavator maşinistləri
28. İddiaçı ona 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na (2 nömrəli əlavə) əsasən iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması; - d) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması.
30. İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş və xx.xx.2021-ci il tarixdə 60 yaşı tamam olmuşdur.
31. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Belə ki, həm iddiaçının əmək kitabçası, həm də hərbi bileti ilə hərbi xidmət dövrü də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir.
32. Cavabdeh orqan da nə imtina məktubunda, nə də iddiaya qarşı etirazında iddiaçının ümumi iş stajı barədə mübahisə açmamışdır.
33. Xüsusi stajla bağlı tələbə gəlincə isə məhkəmə qeyd edir ki, iddiaçının Azərbaycan Dağ X3 zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli arxiv arayışlarına, habelə xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş əmrlərə əsasən aşağıdakıları əhatə edir: - xx.xx.1985-xx.xx.1985-ci il tarixlərdə vaqon itələyən (5 ay 5 gün); - xx.xx.1985-xx.xx.1985-ci il tarixlərdə qaz xətti sahəsində quyu qazan fəhləqazmaçı (2 ay 10 gün); - xx.xx.1985-xx.xx.1986-cı il tarixlərdə vaqon itələyən ( 3 ay 11 gün); - xx.xx.1986-xx.xx.1986-cı il tarixlərdə ekskvator maşinisti köməkçisi-fəhlə (4 ay 2 gün); - xx.xx.1986-xx.xx.1993-cü il tarixlərdə BelAZ ATS maşinisti (6 il 7 ay 23 gün); - xx.xx.1993-xx.xx.1998-ci il tarixlərdə Tex.ANS-nin sürücüsü (4 il 10 ay 27 gün).
34. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarılmalıdır.
35. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
36. Sadalanan peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşə (vəzifə) olubolmaması istiqamətində məhkəmə tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, keçmiş Dövlət Əmlakı Nazirliyinin 30 aprel 2001-ci il tarixli 214 saylı sərəncamına əsasən ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Azərbaycan Dağ-mədən Filizsaflaşdırma kombinatının bazasında "xxxx" ASC yaradılmışdır. "xxxx" ASC xx.xx.2020-ci il tarixdə ləğv olunmuşdur və hüquqi varisi barədə məlumat yoxdur. "xxxx" ASC ASC xx.xx.2022-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır (12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********225700 nömrəli məktubu, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2- 6632/2023 nömrəli məktubu).
37. Bundan sonra məhkəmə tərəfindən "xxxx" QSC-yə sorğu ünvanlanaraq, Respublikada, o cümlədən Daşkəsən rayonunda filiz yatağının istismarı və filiz sağlamlaşdırma fəaliyyəti ilə məşğul olan (Daşkəsən Filizsaflaşdırma ASC-nin həyata keçirdiyi fəaliyyətlə oxşar fəaliyyət göstərən) hüquqi şəxslər barədə məlumatın təqdim edilməsi tələb edilmiş və "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 13-10/2-651/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2015ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən "xxxx" QSC əlvan və qara metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2020-ci il tarixli 2202 nömrəli Sərəncamı ilə X8i yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması Cəmiyyətə həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2020-ci il tarixli 2245 nömrəli Sərəncamı ilə Cəmiyyətin fəaliyyət sahələrinə ölkə ərazisində qara metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər işlərin yerinə yetirilməsi əlavə edilmişdir. Sözügedən Sərəncamların icrasının təmin edilməsi məqsədilə Cəmiyyət tərəfindən törəmə təsərrüfat cəmiyyəti olan “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) təsis edilmiş və dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC-nin nizamnaməsinə əsasən MMC-nin əsas məqsədləri qara metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. Daşkəsən rayonu ərazisində həm Cəmiyyət, həm də onun törəmə təsərrüfat cəmiyyəti olan "xxxx" MMC fəaliyyət göstərməkdədir.
38. Məhkəmə tərəfindən “X8” MMC-yə sorğu verilərək, İddiaçı yuxarıda sadalanan peşələrdə vəzifələrinin icrası zamanı zərərli amillərin təsirinə məruz qalıb-qalmaması, yəni iddiaçının işlədiyi peşələrin əmək şəraitinin ağır və ya zərərli olub-olmaması barədə məlumat istənilmiş və MMC-nin xx.xx.2023-cü il tarixli DDF-XO-0209/23 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı oğlunun X1 işlədiyi peşələrdən aşağıda adları qeyd olunanlar Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 saylı, 6 noyabr 2004-cü il tarixli 175 saylı qərarlarına əsasən ağır və zərərli peşələr siyahısına aid etmək olar: - Vaqon itələyən; - Qaz xətti sahəsində qazmaçı (quyu qazan) fəhlə; - BelAz maşınında maşinist; - Tex.ANS-in sürücüsü.
39. Eyni zamanda, məhkəmə də müəyyən etmişdir ki, iddiaçının işlədiyi peşələrdən vaqon itələyən, quyu qazan fəhlə (qazmaçı), maşinist-sürücü peşələri müvafiq olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (2 nömrəli əlavə) müvafiq bəndlərində (vaqonetçilər - 2010100a—11305; şpur qazmaçıları - 2010100a—11305; texnoloji prosesdə dağ-mədən kütləsinin nəqlilə məşğul olan avtomobil sürücüləri - 2010100a—11442; dağ-mədən kütləsinin yüklənməsi ilə məşğul olan yükləyicilərin sürücüləri - 2010100a—11453) nəzərdə tutulmuşdur.
40. Həmin peşələr eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda öz əksini tapmışdır.
41. Lakin iddiaçının həmin peşələrdə işlədiyi müddət 12 il 5 ay 16 gün təşkil edir ki, bu da tələb olunan 12 il 6 ay müddətdən azdır.
42. İddiaçının xx.xx.1986-xx.xx.1986-cı il tarixlərdə ekskvator maşinisti köməkçisifəhlə (4 ay 2 gün) vəzifəsi isə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə kimi yuxarıda adıçəkilən siyahılarda öz əksini tapmamışdır.
43. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb ödənilməmişdir.
44. İddiaçının hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericilikdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması ilə bağlı tələb mövcud olsa da, cavabdeh orqan iddiaçının pensiya kapitalı ilə bağlı mübahisə açmamış, həmin halı mübahisələndirməmişdir.
45. Həmçinin, iddiaçının 2021-ci il üçün tələb olunan 28800 manat məbləğində pensiya kapitalı toplanmış olsa belə, xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb ödənilmədiyindən, kapitalın mövcudluğu halı da iddianın təmin edilməsinə əsas vermir.
46. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 12 il 6 ay güzəştli sosial sığorta stajı ilə bağlı tələb ödənilmədiyinə görə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.
47. Sübutetmə yükü üzərinə düşən tərəf olaraq cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin etməkdən imtinası əsaslı olmuşdur.
48. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
49. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva