Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-190/2021 11.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeiliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Gədəbəy rayon filialına (hal-hazırda 19 saylı regional ərazi idarəsi) qarşı 1970-1974-cü və 1977-1996-cı illərdə “Xanlar” kolxozunda fəhlə vəzifəsində işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisəyə məhkəmə iclasında baxaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Gədəbəy rayon filialına (bundan sonra mətndə cavabdeh) (hal-hazırda 19 saylı regional ərazi idarəsi) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixli, 332 saylı arayışın ona məxsus olmağı və 1970-1974,1977-1996-cı illərdə sabiq “Xanlar” kolxozunda kolxozçu vəzifəsində işləməsi faktlarının müəyyən edilərək, həmin illərin sosial siğorta stajına daxil edilməklə ona pensiya təyin edilməsi vəzifələrinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə 2-1(114)-1973/2021 nömrəli qərardad qəbul edilərək, 1970-1974-cü və 1977-1996-cı illərdə “Xanlar” kolxozunda fəhlə vəzifəsində işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Gədəbəy rayon filialının (hal-hazırda 19 saylı regional ərazi idarəsi) üzərinə qoyulması barədə iddianın dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmişdir. İddiaçı və cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək 1970-1974-cü və 1977-1996-cı illərdə “Xanlar” kolxozunda fəhlə vəzifəsində işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz etmiş, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının 1970-1974-cü və 1977- 1996-cı illərdə “Xanlar” kolxozunda fəhlə vəzifəsində işlədiyi illərin sosial siğorta stajına daxil edilməsində əsas məqsədi ona yaşa görə əmək pensiyasının təyin olunmasıdır. Qanunvericiliyin tələblərinə əsasən vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il sosial sığorta stajı və pensiya kapitalı tələb olunur. Məhkəmə belə hesab edir ki, iddiaçının “1970-1974-cü və 1977-1996-cı illərdə “Xanlar” kolxozunda fəhlə vəzifəsində işlədiyi illər sosial sığorta stajına daxil edilsə belə, onun yaşa görə əmək pensiyasına çıxması üçün tələb olunan minimum stajı ödəmir. Məhkəmə onu da qeyd edir ki, hər bir iddia tələbininin arzu olunan nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə yaranmırsa, yəni iddiaçı istəyinə çata bilmirsə, belə mübahisəyə mahiyyəti üzrə baxılmasının mənası və əhəmiyyəti yoxdur. Ona görə hazırki iş üzrə iddia tələbi mümkün sayıla bilməz. Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının məktubunda qeyd edilmişdir ki, Gədəbəy rayon Dövlət Arxivinin 03 saylı xx.xx.2021-ci il tarixli arxiv sənədi ilə təqdim olunan İddiaçı 1970- 1996-ci illər üzrə əmək fəaliyyəti ilə bağlı məlumatlara əsasən qeyd olunan illər üzrə minumum əmək günü norması 80 gün təşkil etmişdir. Kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının verinə yetirilibvetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. İddiaçının 1974,1979- 1982,1986,1988,1989,1991 və 1996-cı illər üzrə əmək stajı adam günü normasına əsasən tam il olaraq qəbul edilərək 10 il təşkil edir. 1970- 1973,1977,1978,1983-1985,1990,1992- 1995-ci illər üçün faktik müddət üzrə hesablayaraq ümumi əmək stajı 8 il 8 ay 15 gün təşkil edir. Beləliklə, iddiaçının “Xanlar” adına kolxozda ümumi əmək stajı 18 il, 8 ay, 15 gün təşkil edir. Lakin məhkəmə araşdırması zamanı Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 332 nömrəli arxiv arayışı əsasında məlum olmuşdur ki, iddiaçının “Xanlar” kolxozunda işlədiyi dövrdə minimum əmək günü norması 80 olaraq qeyd edilmişdir. İddiaçı həmin arayışa əsasən 80-dən aşağı adam günü norması 1970-ci ildə 24, 1971-ci ildə 15, 1972-ci ildə 40, 1973-cü ildə 34, 1977-ci ildə 67, 1978-ci ildə 73, 1983cü ildə 57, 1984-cü ildə 70, 1985-ci ildə 69, 1987-ci ildə 40, 1990-cı ildə 62, 1992-ci ildə 45, 1993-cü ildə 79, 1994-cü ildə 35, 1995-ci ildə 60 kimi qeyd olunmuşdur. Nəticədə iddiaçının 80-dən aşağı adam günü normasının hesablayaraq məhkəmə 9 il, 6 ay iş stajı əldə etmişdir. ( (24+15+40+34+67+73+57+70+69+40+62+45+79+35+60)÷80=9,625). İddiaçı həmin arayışa əsasən 80-dən yuxarı adam günü norması 1974-cü ildə 82, 1979-cu ildə 224, 1980-ci ildə 92, 1981-ci ildə 83, 1982-ci ildə 101, 1986-cı ildə 84, 1988-ci ildə 109, 1989cu ildə 129, 1991-ci ildə 98, 1996-ci ildə 81 kimi qeyd olunmuşdur. Nəticədə iddiaçının 80dən yuxarı adam günü normasının hesablayaraq məhkəmə 10 il iş stajı əldə etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının “Xanlar” kolxozunda işlədiyi dövrdə 19 il 6 ay iş stajı yaranmışdır və bu staj 25 il iş stajını tamamlamır. Aərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeiliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Gədəbəy rayon filialına (hal-hazırda 19 saylı regional ərazi idarəsi) qarşı 1970-1974-cü və 1977-1996-cı illərdə “Xanlar” kolxozunda fəhlə vəzifəsində işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-190/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-190/2021
11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver