Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-190/2024 13.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsi qarşı hüququn məxsusluğu barədə arayışın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi (qardaşı) İddiaçı, cavabdehin nümayəndəsi X25 və üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər "xxxx" QSC və Göygöl rayonu Zurnabad bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 39 nömrəli arxiv çıxarışında qeyd edilmişdir ki, Daşkəsən rayon Çıraqlı kənd sovetinin 1950-1952-ci illəri əhatə edən 44 saylı təsərrüfatbaşına kitabın 135 nömrəli şəxsi hesabından Tülallar kəndinə dair kitabından məlum olur ki, X9 adına təsərrüfat var və həmin təsərrüfatın şəxsi istifadəsində olan torpaq sahəsi cəmi 0.25 hektardır.
2. xx.xx.2008-ci il tarixli AZ-İ 315955 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X26 xx.xx.2008-ci il tarixdə Gəncə şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2008-ci ilin oktyabr ayının 13-cü günündə 666 nömrə ilə qeyd edilmişdir.
3. Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 206 nömrəli məktubundan məlum olur ki, X20 mərhum X6 miras qalmış Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.25 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alma üçün notariat ofisinə müraciət etmişdir.
4. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 91 nömrəli məktubunda bildirilmişdir ki, Göygöl RİHB Tülallar kənd inzibati ərazi üzrə nümayəndliyinin 1996-2000ci illərə aid təsərrüfatbaşına kitablara rayon arxivində baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabda X9 adına mülk və torpaq sahəsi qeydə alınmamışdır.
5. Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 53 nömrəli arxiv arayışından görünür ki, Çıraqlı k/sovetinin 1954-1962-ci illəri əhatə edən təsərrüfatbaşına kitablar arxivin fondunda mühafizə olunmur. Çıraqlı kənd sovetinin 1963-cü il və sonrakı illərin təsərrüfatbaşına kitablarında isə Tülallar kəndinə dair sənədlər yoxdur. Odur ki, mərhum X9 1953-cü ildən sonrakı illərdə təsərrüfatı barədə məlumat vermək imkan xaricindədir.
6. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı müraciətə torpaq sahəsinin yerini və ölçülərini göstərən texniki sənədin əlavə edilmədiyi müəyyən edilmişdir. Həmçinin, torpaq sahəsinin mərz nişanlarının olmadığı üçün faktiki yerinin təyin edilməsi mümkün olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
7. Məhkəmənin sorğusu əsasında əldə edilmiş Daşkəsən rayon Çıraqlı kənd sovetinin Tülallar kəndinə dair 1950-1952-ci illəri əhatə edən 44 saylı təsərrüfatbaşına kitabın 135 nömrəli şəxsi hesabından kitabından məlum olur ki, X9 adına təsərrüfat var və həmin təsərrüfatın şəxsi istifadəsində olan torpaq sahəsi cəmi 0.25 hektardır.
8. Məhkəmənin sorğusuna Göygöl rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3- 48-16RA/2-G-63-8/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Tülallar kənd X19 İcraiyyə Komitəsinin 1945-1957-ci illərə dair təsərrüfatbaşına kitabları Göygöl rayon Dövlət Arxivinin mühafizəsində saxlanılmır. Bu səbəbdən də təsərrüfatbaşına kitabdan çıxarışı məhkəməyə təqdim edə bilmirlər. Tülallar kəndi həmin illərdə Daşkəsən rayonunun ərazi vahidinə daxil idi.
9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Daşkəsən rayon Çıraqlı kənd sovetinin Tülallar kəndinə dair 1950-1952-ci illəri əhatə edən 44 saylı təsərrüfatbaşına kitabın 135 nömrəli şəxsi hesabında X9 adma qeyd edilmiş Göygöl rayonu. Tülallar kəndində yerləşən 0.25 ha torpaq sahəsinin məkan göstəriciləri (naturada yerləşmə vəziyyəti, koordinatları və konfiqurasiyası) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından, qərardad suallarının cavablandırılması mümkün deyildir. Belə olan təqdirdə, tərəfimizdən aparılan araşdırma zamanı İddiaçı iddia edərək naturada təqdim etdiyi 0.25 ha (2500.0 kv.m) torpaq sahəsinə istinad edilmişdir. Naturada təqdim olunan 0.25 ha (2500.0 kv.m) torpaq sahəsinin 1578.0 kv.m hissəsi bələdiyyə mülkiyyəti, 922.0 kv.m hissəsi isə ayrı-ayrılıqda digər şəxslərin xüsusi mülkiyyətlərində olan torpaq sahəsidir. İddiaçı iddia edərək naturada təqdim etdiyi 0.25 ha (2500.0 kv.m) torpaq sahəsinin 1585.0 kv.m hissəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan həyətyanı sahə, 915.0 kv.m hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olan örüş sahəsidir. 2) Naturada təqdim olunan 0.25 ha (2500.0 kv.m) torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti və koordinatları rəyə əlavə edilmiş planda öz əksini tapmışdır. 3) Naturada təqdim olunan 0.25 ha (2500.0 kv.m) torpaq sahəsinin, 336.0 kv.m hissəsi **********36-10301 reyestr nömrəli çıxarışa əsasən X13 mülkiyyətində, 372.0 kv.m hissəsi **********40 reyestr nömrəli çıxarışa əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində, 214.0 kv.m hissəsi **********41 reyestr nömrəli çıxarışa əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində, 696 kv.m və 219 kv.m hissələri **********18 reyestr nömrəli çıxarışa əsasən bələdiyyə mülkiyyətində olan və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin icarəsinə verilmiş, 307.0 kv.m hissəsi **********23 reyestr nömrəli çıxarışa əsasən bələdiyyə mülkiyyətində, 356.0 kv.m hissəsi isə **********31 reyestr nömrəli çıxarışa əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən olundu. 4) İstifadələrində olan elektron baza materiallarına istinadən, sözügedən torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşməsi halı aşkarlanmadı.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş sənədlərlə müəyyən edilir ki: - Torpağın mülkiyyətə verilməsinə dair JN-040B kod 50800048 saylı şəhadətnamə əsasında Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 saylı qərarı ilə Xanlar rayonu, Tülallar kəndində yerləşən 0.04 ha torpaq sahəsi X21, X14 və X10 mülkiyyətinə verilmişdir. Həmin şəxslərin hər birinin 1/3 hissədə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydə alınmışdır. Daha sonra həmin torpaq sahəsinin 4/9 hissəsi üzərində X2, 4/9 hissəsi üzərində X10, 1/9 hissəsi üzərində X3 mülkiyyyət hüquqları 2.12.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, sonuncular tərəfindən xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın 4Ə-45 nömrəli alğı-satqı müqaviləsinə əsasən "xxxx" QSC-yə satılmış və onun Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.04 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydə alınmışdır. - Torpağın mülkiyyətə verilməsinə dair JN-040C kod 50800048 saylı şəhadətnamə əsasında Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 saylı qərarı ilə Xanlar rayonu, Tülallar kəndində yerləşən 0.06 ha torpaq sahəsi X21, X14 və X10 mülkiyyətinə verilmişdir. Həmin şəxslərin sözügedən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydə alınaraq, sonuncular tərəfindən xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın 4Ə-44 nömrəli alğı-satqı müqaviləsinə əsasən "xxxx" QSC-yə satılmış və onun Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydə alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0.959 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) üzərində Göygöl rayonu Zurnabad bələdiyyəsinin mülkiyyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Tülallar kəndində yerləşən 4.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsiGöygöl rayn notariat ofisində xx.xx.2023-cü il tarixdə bağlanmış 3M-41 saylı icarə müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2038-ci il tarixinədək "xxxx" QSC-nin icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0.0703 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) üzərində Göygöl rayonu Zurnabad bələdiyyəsinin mülkiyyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Torpağın mülkiyyətə verilməsinə dair JN-039F kod 50800048 saylı şəhadətnamə əsasında Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 saylı qərarı ilə Xanlar rayonu, Tülallar kəndində yerləşən 0.17 ha torpaq sahəsi X30, X7, X31 və X22 mülkiyyətinə verilmişdir. Həmin şəxslərin sözügedən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüquqları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən hər birinin 1/4 hissədə, həmin torpaq sahəsində yerləşən 49.5 kv.m sahədən ibarət fərdi yaşayış evi üzərində X13 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, mülkiyyətçilər (Satıcılar) ilə "xxxx" QSC (Alıcı) arasında xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın AN-İ №1028371 nömrəli alğı-satqı müqaviləsi bağlanaraq, sözügedən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin alğı-satqısı baş tutmuş, "xxxx" QSC-nin Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.17 ha torpaq sahəsi və 49.5 kv.m sahədən ibarət fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə hüquqlarının qeydiyyatı aparılmış və texniki pasport tərtib edilmişdir. II. Məhkəmədə icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.25 ha torpaq sahəsinin sənədləşməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 1932-ci ilin fevral ayında X1 rayonunun Tülallar kəndində anadan olubdur. Atası İddiaçı Tanırverdi oğlu 1941-ci ildə müharibəyə gedib. 1943-cü ildə yaralı vəziyyətdə Tülallar kəndinə gətiriblər. Həmin ildə rəhmətə gedib. xx.xx.1954-cü ildə atası X27 anası X32 ilə rəsmi nikah bağlamışdır. Evləri qəzalı vəziyyətdə olduğu üçün Gəncə şəhərinə köçüb yay aylarında kənddə gedib dəyə qurub yaşamışlar, torpağı heç kimə satmamışlar. 1974-cü ilə qədər Tülallar və Çıraqlı kəndləri Daşkəsən rayonunun nəzdində olub, arxivləri Dəstəfur kəndində yanıb. Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 39 nomrəli arxiv çıxarışına əsasən Daşkəsən rayon Çıraqlı kənd sovetinin 1950-1952-ci illəri əhatə edən 44 saylı təsərrüfatbaşına kitabın 135 nömrəli şəxsi hesabından Tülallar kəndinə dair kitabından məlum olur ki, X9 adına təsərrüfat var və həmin təsərrüfatın sahibi X9 özüdür və təsərrüfatın şəxsi istifadəsində olan torpağın cəmi sahəsi 0.25 hektardır. Göygöl rayon torpaq şöbəsində peykə Tülallar kəndinə baxılıb, koordinatları tapılıb. X15 evinin, X16 evinin və X11 evinin arasındadır. Göygöl rayonu Tülallar kənd sakinləri X38, X33, X4, X8 və X12 onun iştirakı ilə akt tərtib edərək göstəriblər ki, həqiqətən atası X26 22 fevral 1932-ci ildə Tülallar kəndində doğulub, babası İddiaçı Tanrıverdi oğlu 1941-ci ildə müharibəyə gedib. 1943-cü ildə yaralı vəziyyətdə kəndə gəlib orada vəfat etmişdir. Atası ailə qurub və yaşadığı ev qəzalı vəziyyətdə olduğu üçün 1960-cı ildə Gəncə şəhərinə qohumlarının evinə köçüblər. Hər yay aylarında dəyə qurub həmin 0.25 hektar torpaq sahəsində yaşayıblar və 0.25 hektar həyatyanı torpaq sahəsinin X17 məxsus olmasını təsdiq etmişlər. 0.25 hektar torpaq sahəsinin mərhum X18 məxsus olmasını və ondan miras qaldığı şahid ifadələri ilə və eləcə də Daşkəsən rayon Dovlət Arxivinin arayışı ilə sübuta yetirilir.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-2320/2022 nömrəli qərarı ilə (hakim Fikrət Hüseynov) iddia tələbi təmin edilməmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(104)-200/2023 nömrəli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-2320/2022 nömrəli qərarı ləğv edilmiş, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.
15. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd Fərrux Məmmədovun adına olduğundan ilkin qeydiyyat da məhz onun adına aparılmalı, bundan sonra vərəsəsi kimi hazırkı iş üzrə İddiaçı adına torpaqsahəsinin üzərində mövcud mülkiyyət hüququnun qeydə alınması həyata keçirilməli idi. Başqa sözlə, iddia tələbində məhz təsərrüfatbaşına kitabda adı qeyd olunmuş Fərrux Məmmədovun adına ilkin qeydiyyatın aparılması mümkündür. İddiaçıya lazımi hüquqi yardım edilməli, hüquqi marağı müəyyən edilməklə iddia tələbinin dəqiqləşdirilməsi iddiaçıya təklif olunmalıdır.
16. Məhkəmənin hüquqi yardımından sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək onun əsl iddiaçı X20 ilə əvəz edilməsini xahiş etmiş, eyni zamanda X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini də təqdim etmişdir. Həmin ərizədə Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X18 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş edilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əsl iddiaçı X20 ilə əvəz edilmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. III. Prosessual məsələlər
17. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X30, "xxxx" QSC və Göygöl rayonu Zurnabad bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı iclası ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
19. İddiaçının nümayəndəsi, cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər, digər üçüncü şəxs Göygöl rayonu Zurnabad bələdiyyəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir.
20. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
21. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə üçüncü şəxs X13 üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verilmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. İddiaçının nümayəndəsi İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
23. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).
24. Cavabdehin nümayəndəsi X25 məhkəmə iclasında iddianın təmin olunmamasını xahiş etmişdir.
25. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, göstərmişdir ki, X30, X7, X31 və X22 mülkiyyətində olan torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın AN-İ №1028371 nömrəli alğı-satqı müqaviləsi əsasında "xxxx" QSC-yə satılmış və QSC-nin Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.17 ha torpaq sahəsi və 49.5 kv.m sahədən ibarət fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ qeydə alınmışdır. "xxxx" QSC heç kəsin torpaq sahəsini zəbt etməmişdir. "xxxx" QSC həmin ərazidə qazıntı-hasilat işləri həyata keçirir və fəaliyyətini təmin etmək üçün Göygl rayonu, Tülalar kəndində yerləşən torpaq sahələrini mülkiyyətçilərlə notarial qaydada bağlanmış “alğı-satqı müqavilələri əsasında satın almışdır. Həmçinin, kənd təsərrüfatı təyinatlı torpaq sahələrini də bələdiyyədən icarəyə götürmüşdür. Mübahisəli torpaq sahələri üzərində "xxxx" QSC-nin icarə və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
26. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
27. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
28. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Daşkəsən rayon Çıraqlı kənd sovetinin Tülallar kəndinə dair 1950-1952-ci illəri əhatə edən 44 saylı təsərrüfatbaşına kitabın 135 nömrəli şəxsi hesabında X9 adına təsərrüfat və həmin təsərrüfatın şəxsi istifadəsində 0,25 ha torpaq sahəsi qeyd edilmişdir.
29. Hazırda iddiaçı X20 həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X18 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
30. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
31. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
32. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli torpaq sahəsinə torpaq sahəsinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın hərəkəti (hərəkətsizliyi) nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.
33. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
34. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun mövcudluğunun müəyyən edilməsi üçün, yəni onun torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X18 məxsus olmasını iddia edə bilməsi üçün ilk növbədə mərhum atasının adına təsərrüfabaşına kitabda qeyd olunan 0.25 ha torpaq sahəsinin koordinatları müəyyən olmalı, yerləşmə yerini əks etdirən sənədlər mövcud olmalıdır ki, həmin torpaq sahəsinin mərhum X18 məxsus olması halı müəyyən edilə bilinsin.
35. Lakin iddiaçının mərhum atasının adına qeyd olunan 0.25 ha torpaq sahəsi ilə bağlı Daşkəsən rayon Çıraqlı kənd sovetinin 1950-1952-ci illəri əhatə edən 44 saylı təsərrüfatbaşına kitabın 135 nömrəli şəxsi hesabından Tülallar kəndinə dair kitabında qeyd olsa da, həmin torpaq sahəsinin planda yerləşməsini, sərhədlərini və digər zəruri texniki göstəricilərini əks etdirən sxem və ya plan və ölçü sənədi olmadığından iddiaçının naturada təqdim edərək iddia etdiyi həmin torpaq sahəsinin sərhədlərini, koordinatlarını, yerləşməsini və X18 məxsus torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır.
36. Həmçinin, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, Daşkəsən rayon Çıraqlı kənd sovetinin Tülallar kəndinə dair 1950-1952-ci illəri əhatə edən 44 saylı təsərrüfatbaşına kitabın 135 nömrəli şəxsi hesabında X9 adma qeyd edilmiş Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.25 ha torpaq sahəsinin məkan göstəriciləri (naturada yerləşmə vəziyyəti, koordinatları və konfiqurasiyası) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından, qərardad suallarının cavablandırılması mümkün deyildir. Belə olan təqdirdə, tərəfimizdən aparılan araşdırma zamanı İddiaçı iddia edərək naturada təqdim etdiyi 0.25 ha (2500.0 kv.m) torpaq sahəsinə istinad edilmişdir. Naturada təqdim olunan 0.25 ha (2500.0 kv.m) torpaq sahəsinin 1578.0 kv.m hissəsi bələdiyyə mülkiyyəti, 922.0 kv.m hissəsi isə ayrı-ayrılıqda digər şəxslərin xüsusi mülkiyyətlərində olan torpaq sahəsidir. İddiaçı iddia edərək naturada təqdim etdiyi 0.25 ha (2500.0 kv.m) torpaq sahəsinin 1585.0 kv.m hissəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan həyətyanı sahə, 915.0 kv.m hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olan örüş sahəsidir. Naturada təqdim olunan 0.25 ha (2500.0 kv.m) torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti və koordinatları rəyə əlavə edilmiş planda öz əksini tapmışdır. Naturada təqdim olunan 0.25 ha (2500.0 kv.m) torpaq sahəsinin, 336.0 kv.m hissəsi **********36-10301 reyestr nömrəli çıxarışa əsasən X13 mülkiyyətində, 372.0 kv.m hissəsi **********40 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində, 214.0 kv.m hissəsi **********41 reyestr nömrəli çıxarışa əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində, 696 kv.m və 219 kv.m hissələri **********18 reyestr nömrəli çıxarışa əsasən bələdiyyə mülkiyyətində olan və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin icarəsinə verilmiş, 307.0 kv.m hissəsi **********23 reyestr nömrəli çıxarışa əsasən bələdiyyə mülkiyyətində, 356.0 kv.m hissəsi isə **********31 reyestr nömrəli çıxarışa əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən olundu. İstifadələrində olan elektron baza materiallarına istinadən, sözügedən torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşməsi halı aşkarlanmadı.
37. Göründüyü kimi, iddiaçının atasına məxsusluğu barədə arayış verilməsini tələb etdiyi torpaq sahəsinin bir hissəsi üzərində bələdiyyənin, digər hissəsi üzərində isə üçüncü şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.
38. Məhkəmə onu da qeyd edir ki, iddiaçının nümayəndəsi Məmmədov X23 rayon Çıraqlı kənd sovetinin 1950-1952-ci illəri əhatə edən 44 saylı təsərrüfatbaşına kitabın 135 nömrəli şəxsi hesabından Tülallar kəndinə dair kitabında X9 adına 0.25 ha torpaq sahəsinin olmasına istinad edir, hansı ki, Azərbaycan Respublikasında 18 fevral 1995-ci il tarixdə “Aqrar islahatın əsasları” haqqında Qanunun qəbulu ilə torpaq islahatının həyata keçirilməsi prosesinə başlanmış və 16 iyul 1996-cı il tarixdə torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahat haqqında” Qanunu qəbul edilmişdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdən ibarət olmuşdur.
39. Xanlar rayonu, Tülallar kəndində islahat gedən dövrdə X26 və ailə üzvləri yaşamadıqları və qeydiyyatda olmadıqları üçün onlara torpaq sahəsi ayrılmamışdır. İslahat zamanı həmin kənddə yaşayan vətəndaşlara torpaq sahələri ayrılmış və yerdə qalan sahələr də bələdiyyə mülkiyyətinə verilmişdir.
40. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
41. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
42. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva