Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1904/2020 28.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) kompensasiyanın ödənilməsitələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2012-ci il tarixli, 340 nömrəli sərəncamının ləğv edilməsi nəticəsində ona və ailəsinə dəymiş 100.000 (yüz min) manat maddi ziyanın və çəkdiyi mənəvi iztiraba görə 50.000 (əlli min) manatın cavabdehdən tutularaq ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2012-ci il tarixli, 340 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, “Əriklik bağı” ərazisinin 56 nömrəli sahəsində 400 kv.metr torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş, sonuncu orada yaşayış evi inşa etmişdir. Gəncə İnzibati- İqtisadi Məhkəməsi Rüstəmova Veneranın iddia ərizəsi üzrə işə baxaraq xx xxxxxx 2017ci il tarixli, 2-1(83)-03/2017 saylı qərarı ilə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin xx xxxx 2012-ci il tarixli, 340 saylı sərəncamı ləğv edilmişdir. Lakin onun evinin sökülməsi barədə hal hazıra qədər mübahisə qaldırılmamışdır. Bundan sonra Rüstəmova Venera iddia qaldırarsa onun evinin sökülməsi halı baş verə bilər. Burada isə təqsirkar Nizami rayon İcra Hakimiyyətidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, “Əriklik bağı” adlanan yerdə tikdiyi ev hələ sökülməmişdir, lakin Nizami Rayon Məhkəməsində bu barədə işə baxılır. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından vaxtında şikayət vermədiyinə görə hazırda bu iddianı yenidən qaldırmışdır ki, sonuncu instansiyaya kimi gedə bilsin. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materialarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(104)-86/2020 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2012-ci il tarixli, 340 nömrəli sərəncamının ləğv edilməsi nəticəsində ona və ailəsinə dəymiş 100.000 (yüz min) manat maddi ziyanın və çəkdiyi mənəvi iztiraba görə 50.000 (əlli min) manatın cavabdehdən tutularaq ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)-1114/2019 nömrəli qərarı ilə iddia təmin edilməmiş və həmin qərardan verilmiş apelyasiya şikayəti təmin edilməyərək iddia tələbi mümkün sayılmamışdır. Göründüyü kimi hazırki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. -78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan iş üzrə qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. İşin faktiki hallarından və yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi hazırki mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla bağlı olduğundan və həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1904/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1904/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver