Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1905/2025 28.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı müddətsiz əlilliyin bərpa edilməsi və digər tələblərinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlavə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cəlb edilməsini və Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş orqanizm funksiyasının pozulmasının 60 faiz olmaqla verilmiş üçüncü dərəcəli əlilliyin ləğv edilərək Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tərəfindən verilmiş əvvəlki orqanizm funksiyasının pozulmasının 80 faiz olmaqla ikinci dərəcəli müddətsiz əlilliyin bərpa edilməsi, ikinci qrup müddətsiz əlil olduğu üçün dövlət tərəfindən ev və torpaq növbəsinə alınması, AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun əleyhinə qanunsuz dayandırılması nəticəsində ləğv edilmiş 2-ci qrup əlilliyin nəticəsində ona verilməli olan ev və torpaqdan məhrum olduğu, hazırda xəstəliyinin müalicəsi üçün hər ay ona verilən pulsuz dərmanların verilməsi, məcbur olub 2022-ci ilin avqust ayından həmin dərmanları və müalicələri özəl klinikalarda öz şəxsi vəsaiti hesabına alması, hazırda da bir neçə dəfə bu iş üzrə yaşadığı Bakı şəhərindən Gəncə şəhərinə gəlməsi, yol xərci, otel xərci və yemək və digər zəruri xərclər çəkməsi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin qanunsuz hərəkətləri, yəni onun 2-ci qrup əlilliyinin qanunsuz dayandırılması nəticəsində ona dəymiş 20000 (iyirmi min) manat maddi və 10000 (on min) manat mənəvi ziyan olmaqla, ümumilikdə 30000 (otuz min) manat ziyanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsindən tutularaq ona ödənilməsi, 2022-ci ilin avqust ayından 2024-cü ilin may ayınadək olan illər və aylar üzrə ona ödənilməyən 2-ci dərəcəli əlillik müavinətinin və Prezident təqaüdünün, digər müvafiq ödəmələrin hesablanaraq birdəfəlik qaydada ona ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 123 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixə qədər keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, xidmət etdiyi dövrdə xx.xx.1986-cı il tarixdən xx.xx.1986cı il tarixədək N nömrəli (p/p) hərbi hissənin tərkibində N km-lik zonada Çernobıl AES-də baş verən qəzanın aradan qaldırılmasında iştirak etmişdir.
2. Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının xx.xx.2016-cı il tarixli ekspert rəyində diaqnoz “post radiasion toksiki ensefalopatiya, kəskin ifadə olunmuş asteno nevrotik vəziyyət” kimi, xəstəliyin səbəb əlaqəsi isə “Xəstəlik Çernobıl AES-də baş vermiş qəzanın ləğvi zamanı aldığı şüalanma ilə əlaqədardır” kimi qeyd edilmişdir.
3. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 193 nömrəli qərarda “Postradiasion toksiki ensefalopatiya, kəskin ifadə olunmuş asteno-nevrotik vəziyyət” diaqnozunun səbəb əlaqəsi "Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
4. İddiaçı ilk dəfə xx.xx.2016-cı il tarixdə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar müddətsiz əlillik təyin edilmiş, daha sonra xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə onun əlillik vəziyyəti yenidən qiymətləndirilərək “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
5. Daha sonra xx.xx.2017-ci il tarixdən İddiaçı xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, lakin əlillik müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün yeni göndəriş rəsmiləşdirilməmişdir.
6. Bundan sonra İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə yenidən qiymətləndirilərək Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
7. Daha sonra İddiaçı müraciəti əsasında onun xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-4/2-Ə-18627/2023 nömrəli məktubunda bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə" uyğun olaraq, xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Lakin əlillik müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə yeni göndəriş daxil olmamışdır. Bununla əlaqədar, dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyəti tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-4/2-Ə-11347/2025 nömrəli məktubunda bildirilmişdir ki, müraciətinə əsasən xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq, ona xx.xx.2023-cü il tarixindən Çernobil AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 6.1.6-cı bəndinə uyğun olaraq, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti Diqqətinizə çatdırırıq ki, əlilliyin təyin olunması üçün saxta sənəd hazırlamaq və istifadə etmək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsi, vəzifəli şəxslərə rüşvət vermək, həmin Məcəllənin 312-ci maddəsi, dələduzluq yolu ilə vətəndaşları aldatmağa cəhd etmək isə Məcəllənin 178-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə müddətsiz əlilliyin təyininə əsas vermişdir. Sonrakı dövrdə əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə ona dair göndəriş daxil olmamışdır. Hazırda səhhətində ağırlaşma əmələ gəlmişdirsə, dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti qanunvericiliyə uyğun olaraq yenidən qiymətləndiriləcəkdir. II. Məhkəmədə icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı 2 Çernobıl AES-də hərbi xidmətlə əlaqədar ona vaxtilə müddətsiz əsaslarla təyin olunmuş 2-ci dərəcə əlilliyin və buna müvafiq Prezident təqaüdünün yenidən müddətsiz əsaslarla bərpa olunması barədə, 2022-ci ilin avqust ayından 2024-cü ilin may ayınadək olan dövr üzrə, ona ödənilməyən 2-ci dərəcəli əlillik müavinətinin və Prezident təqaüdünün, digər müvafiq ödəmələrin hesablanaraq birdəfəlik qaydada ona ödənilməsi öhdəliyinin iş üzrə cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, vatxtilə Çernobl AES-də hərbi xidmətlə əlaqədar 2016-cı ildə müddətsiz olaraq 2-ci dərəcəli əlillik almışdır. Həmçinin bununla bağlı Prezident təqaüdçüsü olmuşdur. Əvvəllər əlillik müavinəti olaraq hər ay 230 manat və Prezident təqaüdçüsü olaraq isə, hər ay 350 manat pul alırdı. Hər il isə, ona illik 300 manat müalicə pulu verilirdi. Lakin, müavinəti müddətsiz olmağına rəğmən onun bu sosisal təminatı 2022-ci ilin avqust ayından dayandırılmışdır. Buna müvafiq Prezident təqaüdü də dayandırılmışdır. Beləliklə, ona 2016-cı ildə müddətsiz əlillik təyin olunmasına rəğmən, yenidən 2017-ci ildə müayinəyə məruz qoyulmuş və 2022-ci il tarixədək əsassız olaraq 5 illik müddətə ona müddətli əlillik təyin edilmişdir. Halbuki, bu müddətsiz olmalı idi. Cavabdeh qurum tərəfindən bu halın hər növbəti 5 ildə yenidən təkrarlanacağı və beləliklə ömürlük bu qaydada davam edəcəyi vədi ona verilmişdir. Lakin, 2022-ci ilin avqust ayından etibarən ona verilən əvvəlki müavinət və buna müvafiq təqaüd davandırılmış və nədənsə müddət uzadılmamışdır. Bu barədə ona heç bir rəsmi məlumat verilməmişdir. Sadəcə bir dəfə Agentlikdən ona telefon zəngi olunaraq əlilliyinin müddətli olması ilə bağlı ona verilən təqaüdün dayandırılması və yenidən müayinə gəlməyi bəyan edilmişdir. O, bununla razı olmadığını bildirmişdir. Çünki o, qeyd olunan Çernobl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirakçı olaraq şüa xəstəliyi alaraq sağlamlığını itirimiş və şüalanma nəticəsində aldığı xəstəlikdən (Toksik ensefolopaatiya, Patradiasion toksiki enselofapatiya. Nevrasteniya. Kəskin ifadəli asteno nevrotik vəziyyət. Xoşxassəli kəllə daxili hipertenziya, daimi baş ağrıları diaqnozu üzrə) indiyədək əziyyət çəkir və bu səbəbdən bütün Post Sovet ölkərərində olduğu kimi, ona 2016-cı ildə müddətsiz əlillik təyin olunmuşdur. Bu səbəbdən bir daha qeyd edir ki, ona ilk dəfə 2016-cı ildə müddətsiz əsaslarla əlillik təyin edildiyindən, onun əlilliyinin dayandırılaraq yenidən müayinəyə məruz qoyulmağı əsassız və qanunsuz olmuşdur. Bunun heç bir hüquqi əsası olmamışdır. Cavabdeh bu hərəkətləri özbaşına etmişdir. Onu da qeyd edir ki, indiyədək aldığı şüa xəstəsəliyi ilə əlaqədar əmək qabiliyyəti aşağı olduğundan işləyə bilmir. Əvvəllər ona qanunla müəyyən edilmiş qaydada və miqdarda verilən pul müavinətini səhhətilə bağlı zəruri xərclərinə sərf edirdi. Lakin, qeyd etdiyi kimi 2022-ci ilin avqust ayından etibarən o, bu növdə olan bütün imtiyazlardan əsassız olaraq məhrum olduğundan, həyatda qalmaq üçün zəruri dərman preparatlarını və qidalanmasını minimum təmin edə bilmir. Hər an həyatda qalmaq üçün mücadilə aparır. Beləliklə 2022-ci ilin avqust ayından etibarən 2024cü ilin aprel ayınadək ona verilən bütün imtiyazlar dayandırılmışdır. Belə ki, yenidən ona 2024-cü ilin 26 may tarixində E-sosial.az elektron səhifəsindən telefonuna SMS daxil olaraq ona 330 manat aylıq Prezident təqaüdü və 150 manat müavinat təyin omasına dair bildiirş verilmişdir. Nəticə olaraq 1 il 10 ay fasilədən sonra 2024-cü ilin may ayından etibarən ona növbəti 2 il müddətində ona Çernobıl əlili kimi müavinət və buna müvafiq Prezident təqaüdü verilməsinə başlandı. Lakin, hesab edir ki, ona verilən müavinət müddətiz olmalıdır və sonuncu dəfə müavinətin verilməsinin dayandırıldığı tarixdən (2022ci ilin avqust) müavinətin bərpa olunduğu 2024-cü ilin may ayınadək olan dövrü üçün ona verilməli olan prezident taqaüdü və əlillik müavinəti hesablanaraq cavabdeh tərəfindən birdəfəlik qaydada ona ödənilməlidir. Hazırki iddia tələbinin predmetini məhs bu tələb təşkil edir. Bu səbəbdən ona verilən müavinət, təqaüd və digər ödəmələrin sonucu dəfə dayandırıldığı (2022-ci il avqust) tarixdən-yenidən-ən son bərpa edildiyi (2024-cü ilin may) tarixədək olan dövr üzrə (1 il 10 ay) hesablanaraq ona birdəfəlik ödənilməsini cavabdehdən tələb edir. Yuxarıda qeyd olunanlar ilə bağlı cavabdeh quruma (Agentliyə) xx.xx.2023-cü il tarixli rəsmi ərizə ilə müraciət etsə də, ona ərizəsində göstərilən hallara aidiyyəti olmayan əsaslandırılmamış xx.xx.2023-cü il tarixli cavab məktub göndərilmişdir. Belə ki, onun ərizəsinin mahiyyəti ona münasibətdə müddətisiz əlilliyin təyin edilməsi və 2022-ci ilin avqust ayından etibarən dayandırılmış müavinətin və təqaüdlərinin hesablanaraq birtəfəlik ona ödənilməsi olsa da, nədənsə cavabdeh qurumun ərizəsinə cavab məktubunun mahiyyəti tamamilə başqadır. Belə ki, cavabdeh, cavabında bu hallara dair ümumiyyətlə konkret hal üzrə ətraflı münasibət bildirilməmişdir. Hesab edir ki, cavabdehin ərizəsində olan hallara bu cür səthi və laqeyd münasibət bildirərək cavablandırması, müraciətində göstərilənlərin icra edilməmə niyyəti kimi (imtina kimi) dəyərləndirilməlidir. Çünki, bu günədək ərizəsində göstərilən halların icraası baş verməmişdir. Baş verən hal odur ki, əlilliyi 2024-cü ilin may ayında 2 il müddətində müddətli olaraq bərpa olunmuş və ona 330 manat prezident təqaüdü, 150 manat isə əlillik müavinəti təyin edilmişdir. Hesab edir ki, onun Çernobl əliliyi və buna müvafiq ödəmələri müddətisiz təyin olunmalıdır. Çünki aldığı şüa xəstəliyi müalicə olunmayan ömürlük haldır. Onun müddətli olaraq hər dəfə müayinəyə məruz qalmağı, bununla bağlı Qazax rayonundan Bakı şəhərinə uzun yol qət edərək gedib gəlməyi, əlavə maddi məsrəflər sərf etməyi və hər dəfə müxtəlif sənədlər toplayaraq bir sıra bürokratik əngəllərə məruz qaldığından dolayı əsəb və psixoloji gərginlik içində olur və bu hal qəbul edilməzdir. Bu səbəbdən, ona münasibətdə də əlillik əvvəlki qaydada müddətsiz təyin olunmalıdır. Digər Post sovet ölkərəində olduğu kimi. Həmçinin indiyədək ona ödənilməyən müavinat təqaüd və digər ödəmələr hesablanaraq birdəfəlik qaydada ona ödənilməli idi. Bu onun qanuni haqqındır və bununla bağlı iddiasını müdafiə edir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
13. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “əlavə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cəlb edilməsini və Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş orqanizm funksiyasının pozulmasının 60 faiz olmaqla verilmiş üçüncü dərəcəli əlilliyin ləğv edilərək Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tərəfindən verilmiş əvvəlki orqanizm funksiyasının pozulmasının 80 faiz olmaqla ikinci dərəcəli müddətsiz əlilliyin bərpa edilməsi, ikinci qrup müddətsiz əlil olduğu üçün dövlət tərəfindən ev və torpaq növbəsinə alınması, AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun əleyhinə qanunsuz dayandırılması nəticəsində ləğv edilmiş 2-ci qrup əlilliyin nəticəsində ona verilməli olan ev və torpaqdan məhrum olduğu, hazırda xəstəliyinin müalicəsi üçün hər ay ona verilən pulsuz dərmanların verilməsi, məcbur olub 2022-ci ilin avqust ayından həmin dərmanları və müalicələri özəl klinikalarda öz şəxsi vəsaiti hesabına alması, hazırda da bir neçə dəfə bu iş üzrə yaşadığı Bakı şəhərindən Gəncə şəhərinə gəlməsi, yol xərci, otel xərci və yemək və digər zəruri xərclər çəkməsi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabliasiya Agentliyininin qanunsuz hərəkətləri, yəni onun 2-ci qrup əlilliyinin qanunsuz dayandırılması nəticəsində ona dəymiş 20000 (iyirmi min) manat maddi və 10000 (on min) manat mənəvi ziyan olmaqla, ümumilikdə 30000 (otuz min) manat ziyanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsindən tutularaq ona ödənilməsi, 2022-ci ilin avqust ayından 2024-cü ilin may ayınadək olan illər və aylar üzrə ona ödənilməyən 2-ci dərəcəli əlillik müavinətinin və Prezident təqaüdünün, digər müvafiq ödəmələrin hesablanaraq birdəfəlik qaydada ona ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi” tələbinə dəyişdirilmişdir. III. Prosessual məsələlər
14. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə prosessual müddətin bərpası barədə ərizə təqdim etmiş və ərizə onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi məhkəməyə müraciət olunan zaman iddia tələbi öhdəliyin icraası haqqında idi. Həmin iddia üzrə məhkəməyə müraciət üçün müddət nəzərdə tutulmamışdır. Lakin məhkəmə gedişatı dövründə məhkəmə tərəfindən ona hüquqi yardım göstərilərək müvafiq sərəncamla ona məlum olmuşdur ki, hazırki iddia tələbi əslində mübahisələndirmə haqqındadır. Bu səbəbdən qanunvericiliyin tələbindən çıxış edərək həmin iddia tələbi üzrə məhkəməyə müraciət olunması üçün ötürülmüş prosessual müddətin üzürlü hesab edilərək bərpa olması zərurəti vardır. Həmçinin bildirir ki, Çernobıl əlili olduğundan aldığı şüa xəstəliyi ilə əlaqədar müəyyən yaddaş habelə sinir pozuntuları vardır və bununla əlaqədar fasiləsiz müalicə kursu keçir və ağır dərmanlar qəbul edir. Bunu və digər halları nəzərə alaraq müddətin üzürlü səbəblərdən dolayı ötürülməsini məhkəmənin diqqətinə çatdırır.
15. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iş üzrə İddiaçı işə baxan hakim Gülşən Əliyevaya etdiyi etiraz baxılmamış saxlanılmışdır.
16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehlər isə nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
17. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
18. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
19. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
20. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçının hazırkı tələbi 3 hissədən ibarətdir: 1) Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş orqanizm funksiyasının pozulmasının 60 faiz olmaqla verilmiş üçüncü dərəcəli əlilliyin ləğv edilərək Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tərəfindən verilmiş əvvəlki orqanizm funksiyasının pozulmasının 80 faiz olmaqla ikinci dərəcəli müddətsiz əlilliyin bərpa edilməsi; 2) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin qanunsuz hərəkətləri, yəni onun 2-ci qrup əlilliyinin qanunsuz dayandırılması nəticəsində ona dəymiş 20000 (iyirmi min) manat maddi və 10000 (on min) manat mənəvi ziyan olmaqla, ümumilikdə 30000 (otuz min) manat ziyanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsindən tutulması; 3) 2022-ci ilin avqust ayından 2024-cü ilin may ayınadək olan illər və aylar üzrə ona ödənilməyən 2-ci dərəcəli əlillik müavinətinin və Prezident təqaüdünün, digər müvafiq ödəmələrin hesablanaraq birdəfəlik qaydada ona ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi.
21. Məhkəmə iddia tələbinin birinci hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdeh Agentliyin xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirərək, bu barədə məhkəmədə xx.xx.2024-cü il tarixdə iddia qaldırmışdır.
22. Bu halda iddiaçının həmin tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilib-edilməməsi yoxlanılmalıdır.
23. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
24. «İnzibati icraat haqqında» Qanuna görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
25. "İnzibati icraat haqqında" Qanuna görə: Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdə sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən son maraqlı şəxsə təqdim olunmuş sayılır.
26. Məhkəmə onu da qeyd edir ki, mübahisələndirilən qərarda ondan şikayət vermə qaydası və müddəti nəzərdə tutulduğu üçün ona və "İnzibati icraat haqqında" Qanunun 73.2-ci maddəsindəki 6 aylıq xüsusi müddət deyil, İPM-in 38.1-ci və "İnzibati icraat haqqında" Qanunun 73.1-ci maddələrində nəzərdə tutulmuş 30 günlük müddət şamil edilir.
27. Göründüyü kimi, iddiaçının sözügedən qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.
28. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh orqanın tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərar xx.xx.2024-cü il tarixdə iddiaçıya sms-bildiriş vasitəsilə göndərilmişdir.
29. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmununa əsasən, mübahisələndirilən qərar elektron üsulla müvafiq olaraq xx.xx.2024-cü il tarixdə iddiaçıya sms-bildiriş vasitəsilə göndərildiyindən ən geci 3 gün müddətində çatdırılmış hesab olunmuşdur.
30. İddiaçı özü də müddəti ötürməsini qəbul və təsdiq edərək, müddətin bərpasına dair ərizə təqdim etsə də, lakin müddətin ötürülməsini üzürlü hesab edəcək əsasları təqdim etməmişdir.
31. Belə ki, iddiaçı müddətin bərpasına dair ərizədə iddia müddətini ötürməsinin üzürlü səbəbi kimi Çernobıl əlili olduğundan aldığı şüa xəstəliyi ilə əlaqədar fasiləsiz müalicə kursu keçdiyini qeyd etsə də, ambulator və ya stasionar müalicədə olmasını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. İclas zamanı müalicəsinə dair sənədlərin Qazax Rayon Mərkəzi Xəstəxanası tərəfindən itirildiyini və ona xəstəxanadan bu barədə arayış verildiyini iddia etsə də, bunu təsdiq edən heç bir sənədsübut təqdim etməmişdir.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.
33. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.
34. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.
35. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.
36. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
38. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
39. Göründüyü kimi, iddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüşdür.
40. İddia tələbinin 20000 (iyirmi min) manat maddi və 10000 (on min) manat mənəvi ziyan olmaqla, ümumilikdə 30 000 (otuz min) manat ziyanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsindən tutularaq ödənilməsi ilə bağlı qeyd edilməlidir ki, hazırkı iddia tələbi İPM-nin 2.2.7-ci bəndində nəzərdə tutulmuş kompensasiya haqqında iddia növünə aiddir və həmin növ iddialar üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Hazırkı işdə isə iddiaçının cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə müraciəti və sonuncunun müraciətdən imtina məktubu mövcud deyildir.
41. Məhkəmə iddia tələbinin 2022-ci ilin avqust ayından 2024-cü ilin may ayınadək olan illər və aylar üzrə ona ödənilməyən 2-ci dərəcəli əlillik müavinətinin və Prezident təqaüdünün, digər müvafiq ödəmələrin hesalanaraq birdəfəlik qaydada ona ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, əvvəla sosial ödənişlərin həyata keçirilməsi Fondun deyil, Fondun tabeliyində olan ayrıca hüquqi şəxs və inzibati orqan Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir.
42. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi həmin hissədə düzgün olmayan cavabdehə qarşı yönəlmişdir. Bu barədə iddiaçıya xx.xx.2025-ci il tarixli məhkəmə iclası zamanı şifahi qaydada hüquqi yardım edilərək, sosial ödəniş tələbinə münasibətdə cavabdeh orqanın Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olması bildirilmiş və iddiaçı hüquqi yardımın ona aydın olduğunu və cavabdehin dəqiqləşdirilməsi üçün iclasın təxirə salınmasını xahiş etmiş, lakin təqdim etdiyi sonuncu dəqiqləşdirmə barədə ərizədə cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondunu qeyd etmişdir.
43. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
44. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
Nəticəvi hissə:
45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva