Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1909/2024 24.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Texnologiya Universitetinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı tələbələrin təhsil haqqı borcunun ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Texnologiya Universitetinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı tələbələrin 2020-2021-ci tədris ili üçün ümumilikdə 10575 manat təhsil haqqı borclarının Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq Azərbaycan Texnologiya Universitetinə ödənilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. X4 (xx.xx.2017-ci il tarixli AA seriyalı 396161 nömrəli vəsiqə), X14 (xx.xx.2020-ci il tarixli AA seriyalı 442455 nömrəli vəsiqə), X18 (xx.xx.2019-cu il tarixli AA seriyalı 43691 nömrəli vəsiqə), X7 (xx.xx.2020-ci il tarixli AA seriyalı 445427 nömrəli vəsiqə), X24 (xx.xx.2019-cu il tarixli AA seriyalı 134865 nömrəli vəsiqə), X15 (xx.xx.2019-cu il tarixli AA seriyalı 426020 nömrəli vəsiqə), X19 (xx.xx.2019-cu il tarixli AA seriyalı 434490 nömrəli vəsiqə), X16 (xx.xx.2009-cu il tarixli AA seriyalı 208699 nömrəli vəsiqə), X8 (xx.xx.2010-cu il tarixli AA seriyalı 219499 nömrəli vəsiqə), X28 (xx.xx.2017-ci il tarixli AA seriyalı 382576 nömrəli vəsiqə), X11 (xx.xx.2016-cı il tarixli AA seriyalı 364741 nömrəli vəsiqə) və X17 (xx.xx.2017-ci il tarixli AA seriyalı 379900 nömrəli vəsiqə) məcburi köçkün statusuna malikdirlər.
2. Azərbaycan Texnologiya Universitetinin xx.xx.2024-cü il tarixli arayışlarında qeyd edilmişdir ki: - X4 “Qida Mühəndisliyi” fakültəsinin Turizm bələdçiliyi ixtisası üzrə 2210a qrupunda təhsil alır və təhsil haqqı 1500 (bir min beş yüz) manat təşkil edir. - X7 “Avtomatika, telekommuniksiya və informasiya” fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə 4310a qrupunda təhsil alır və təhsil haqqı 1350 (bir min üç yüz əlli) manat təşkil edir. - X18 “Avtomatika, telekommumikasiya və informatika” fakültəsinin Mühəndis fizikası ixtisası üzrə 4410a qrupunda təhsil alır və təhsil haqqı 1200 (bir min iki yüz) manat təşkil edir. - X24 “Avtomatika, telekommumikasiya və informatika” fakültəsinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə 4110a qrupunda təhsil alır və təhsil haqqı 1300 (bir min üç yüz) manat təşkil edir. - X15 “Qida Mühəndisliyi” fakültəsinin Şərabçılıq ixtisası üzrə 2120a1 qrupunda təhsil alır və təhsil haqqı 1500 (bir min beş yüz) manat təşkil edir. - X19 “Avtomatika, telekommumikasiya və informatika” fakültəsinin Kompüter mühəndisliyi ixtisası üzrə 4210a qrupunda təhsil alır və təhsil haqqı 1500 (bir min beş yüz) manat təşkil edir. - X14 “İqtisadiyyat və idarəetmə” fakültəsinin Biznesin idarə edilməsi ixtisası üzrə 3110a1 qrupunda təhsil alır və təhsil haqqı 1500 (bir min beş yüz) manat təşkil edir. - X28 “Magistratura və doktorantura şöbəsinin” Mühasibat uçotu və audit ixtisası üzrə 33321a qrupunda təhsil alır və təhsil haqqı 725 (yeddi yüz iyirmi beş) manat təşkil edir. - X16 “Magistratura və doktorantura şöbəsinin” Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə 33151a qrupunda təhsil alır və təhsil haqqı 875 (səkkiz yüz yetmiş beş) manat təşkil edir. - X17 “Magistratura və doktorantura şöbəsinin” Sənayenin təşkili və idarə edilməsi ixtisası üzrə 32211a qrupunda təhsil alır və təhsil haqqı 725 (yeddi yüz iyirmi beş) manat təşkil edir. - X8 “Magistratura və doktorantura şöbəsinin” Sənayenin təşkili və idarə edilməsi ixtisası üzrə 32211a qrupunda təhsil alır və təhsil haqqı 725 (yeddi yüz iyirmi beş) manat təşkil edir. - X26 “Magistratura və doktorantura şöbəsinin” Sənayenin təşkili və idarə edilməsi ixtisası üzrə 32211a qrupunda təhsil alır və təhsil haqqı 725 (yeddi yüz iyirmi beş) manat təşkil edir.
3. Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin xx.xx.2022ci il tarixli 01/1311 nömrəli məktubunda göstərilmişdir ki, müraciətdə adları qeyd olunan 7 tələbənin hər biri məcburi köçkündür və universitetə təqdim etdikləri məcburi köçkün statusunu təsdiq edən vəsiqələr onlara X6 və status şöbəsinin status sektoru tərəfindən verilmişdir. Əlavə olaraq bildirilir ki, həmin tələbələrin məcburi köçkün statusunu təsdiq edən vəsiqələrinə universitetə gec təqdim etmələri onların məcburi köçkün statusunun olmadığı anlamına gəlmir. Odur ki, həmin tələbələrin qanunla nəzərdə tutulmuş ödənişsiz təhsil alma hüququndan istifadə etmələrinə köməklik göstərilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin xx.xx.2022ci il tarixli 02/1689 nömrəli və xx.xx.2023-cü il tarixli nömrəli 3-26/2-3999/2023 nömrəli cavab məktublarında bildirilmişdir ki, Azərbaycan Texnologiya Universitetində ödənişli əsaslarla təhsil alan, məcburi köçkün statusuna malik 7 tələbənin 2020/2021-ci tədris ili üçün nəzərdə tutulan ödənilməmiş təhsil haqlarının Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi vasitəsilə iddiaçı Azərbaycan Texnologiya Universitetinə ödənilməsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 fevral 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş Komitənin Əsasnaməsinə əsasən Komitənin səlahiyyətlərinə aid olmadığından aidiyyəti qurumlara müraciət etməyi tövsiyyə olunur.
5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-68/2-831/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Texnologiya Universiteti tərəfindən 2020/2021-ci tədris ili üzrə Nazirliyə təqdim olunan məcburi köçkün statuslu tələbələrin siyahısında iddia ərizəsində göstərilən tələbələr barədə məlumatlar qeyd olunmamışdır. II. Məhkəmədə icraat
6. İddiaçı Azərbaycan Texnologiya Universiteti cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X4, X14, X18, X7, X24, X15, X19, X16, X9, X28, X11, X5 2020/2021-ci tədris ili üçün hesablanmış ümumilikdə 12.075 (on iki min yetmiş beş) manat təhsil haqqı borclarının Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq 3-cü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi vasitəsilə iddiaçı Azərbaycan Texnologiya Universitetinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020/2021-ci tədris ilində Azərbaycan Texnologiya Universitetinə ödənişli əsaslarla müxtəlif fakültələrə qəbul olmuş məcburi köçkün statusu olan tələbələr qeyd edilən tədris ilində respublikada mövcud olan sanitarepidemioloji (COVİD-19) vəziyyətlə əlaqədar respublika daxilində rayonlararası hərəkətlərə qoyulmuş məhdudiyyətlər, həmçinin tədris distant qaydada həyata keçirildiyindən bir sıra tələbələr imtiyaza dair əsasverici sənədlərini universitetə təqdim etməmişlər və bu səbəbdən də təhsil haqqı ödənişindən azad edilmələrinə dair Universitet rəhbərliyi tərəfindən verilmiş müvafiq əmrlərdə tələbələrin adları qeyd edilməmiş, yalnız toplanmış əsasverici sənədlərə və tələbələrin məcburi köçkün olmasını təsdiq edən Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Regional İdarəetmə və Status şöbəsinin 02/186 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən bir sıra tələbələr, o cümlədən də hazırda universitetdə təhsil alan tələbələrin 2021/2022-ci tədris ilindən etibarən təhsil haqqı ödənişindən azad edilmələrinə dair universitet rəhbərliyinin müvafiq əmrləri verilmişdir. Universitetdə təhsil alan və 2020/2021-ci tədris ili üçün təhsil haqqı ödənişindən azad olunmaları barədə universitet rəhbərliyinin verdiyi əmrlərdə adları olmayan və hazırda 1-ci kurs üçün nəzərdə tutulmuş təhsil haqqı ödənişinə dair təhsil haqqı borcları olan tələbələr tərəfindən ərizələr ilə edilmiş müraciətlər baxılması üçün Azərbaycan Texnologiya Universitetinə göndərilməklə universitetə daxil olmuşdur. Sözügedən tələbələrin təhsil haqqı borcunun ödənilməsinə dair dəfələrlə Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə Universitet tərəfindən rəsmi müraciətlər olsa da Komitə tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Azərbaycan Texnologiya Universiteti də öz növbəsində tələbələrin ərizələrini əlavə etməklə, xx.xx.2022-ci il tarixli 48-01-153/06 nömrəli və xx.xx.2022-ci il tarixli 48-01-322/06 nömrəli məktublarla Azərbaycan Respublikası Qacqınların və X13 Üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciətlər eləsə də Azərbaycan Respublikası Qacqınların və X13 Üzrə Dövlət Komitəsi tərəfindən göndərilmiş xx.xx.2022ci il tarixli 01/1311 nömrəli məktubunda tələbələrin məcburi köçkün statusunu təsdiq edən vəsiqələrini universitetə gec təqdim etmələri onların məcburi köçkün statusu olmadığı anlamına gəlmədiyini və tələbələrin qanunla nəzərdə tutulmuş ödənişsiz təhsil alma hüququndan istifadə etmələrinə köməklik göstərilməsinə dair xahiş etməsi, xx.xx.2022-ci il tarixli 02/1689 nömrəli məktubunda isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş Komitənin Əsasnaməsinə əsasən qeyd olunan məsələ Komitənin səlahiyyətlərinə aid olmadığı üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilməsi tövsiyyə edilməklə tələbələrin təhsil haqqı borcları Komitə tərəfindən ödənilməmişdir. Sonuncu dəfə Azərbaycan Texnologiya Universiteti tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə xx.xx.2023-cü il tarixli 48-01-687 /06 saylı müraciət olmuş və X6 və status şöbəsinin xx.xx.2023-cü il tarixli 3-36/2-3999/2023 saylı cavab məktubunda qeyd olunan məsələnin Komitənin səlahiyyətlərinə aid olmadığından aidiyyatı qurumlara müraciət edilməsi tövsiyyə edilərək məcburi köçkün tələbələrin təhsil haqqı ödənilməsinə dair imtina verilmişdir. Borclu olan tələbələrin adları və borcları aşağıdakı kimidir; Bakalavr tələbələr: X4 (Füzuli rayonu, AA № 396161, xx.xx.2017-ci il ) təhsil haqqı borcu 1500 (bir min beş yüz) manatdır; X14 (Kəlbəcər rayonu, AA № 442455, xx.xx.2020-ci il) təhsil haqqı borcu 1500 (bir min beş yüz) manatdır; X18 (Zəngilan rayonu, AA № 436791, xx.xx.2019-cu haqqı borcu 1200 (bir min iki yüz) manatdır; X7 (Füzuli rayonu, AA № 445427, xx.xx.2020ci il) təhsil haqqı borcu 1350 (bir min üç yüz əlli) manatdır; X24 (Şuşa rayonu, AA № 434865, xx.xx.2019-cu il ) təhsil haqqı borcu 1300 (bir min üç yüz) manatdır; X15 (Ağdam rayonu, AA № 426020, xx.xx.2019-cu il) təhsil haqqı borcu 1500 (bir min beş yüz) manatdır; X19 (Füzuli rayonu, AA № 434490, xx.xx.2019-cu il) təhsil haqqı borcu 1500 (bir min beş yüz) manatdır. Magistr tələbələr: X16 (Ağdam rayonu, AA № 208699, xx.xx.2009cu il) təhsil haqqı borcu 825 (səkkiz yüz iyirmi beş) manatdır; X9 (Kəlbəcər rayonu, AA № 219499, xx.xx.2010-cu təhsil haqqı borcu 725 (yeddi yüz iyirmi beş) manatdır; X28 (Kəlbəcər rayonu, AA № 382576, xx.xx.2017-ci il) haqqı borcu 725 (yeddi yüz iyirmi beş) manatdır; X11 (Kəlbəcər rayonu, AA № 364741, xx.xx.2016-cı il) təhsil haqqı borcu 725 (yeddi yüz iyirmi beş) manatdır; X17 (Kəlbəcər rayonu, AA № 379900, xx.xx.2017-ci il) təhsil haqqı borcu 725 (yeddi yüz iyirmi beş) manatdır. Ümumilikdə tələbələrin təhsil haqqı borcları 12.075 (on iki min yetmiş beş) manat təşkil edir. Hesab edirlər ki, Azərbaycan Respublikası Qaçqınların və X13 Üzrə Dövlət Komitəsi tərəfindən və Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Texnologiya Universitetinə qarşı qanunvericiliyin tələbləri pozulmuşdur, belə ki, Azərbaycan Texnologiya Universiteti özüözünü maliyyələşdirən bir hüquqi şəxs statusuna malikdir və tələbələr tərəfindən ödənilən vəsaitlər Universitet əməkdaşlarının əmək haqlarına və digər zəruri xərclərə yönəlir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 1722 nömrəli Sərancamına əsasən 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
9. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əvəz edilməsi, inzibati işdə adı çəkilən tələbələrin 2020/2021-ci tədris ili üçün ümumilikdə 10.575 manat təhsil haqqı borclarının Maliyyə Nazirliyindən alınaraq Azərbaycan Texnologiya Universitetinə ödənilməsini xahiş etmiş və ərizə məhkəmənin eyni tarixli qərardadı ilə icraata qəbul edilmişdir.
10. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-2212/2022 nömrəli qərarı ilə X1 iddiası təmin edilmiş və X1 2020-2021-ci illər üçün 1550 manat təhsil haqqı borcunun silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. III. Prosessual məsələlər
11. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
12. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.
13. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X14, X18, X7, X24, X15, X19, X16, X9, X28, X11 və X17 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
15. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişdir.
16. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə iclasının gəlməyən şəslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
17. İddiaçının nümayəndəsi X12 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. Cavabdehin və üçüncü şəxsin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır. Əsaslandırma hissəsi:
19. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
20. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
21. İddiaçı hazırkı tələbində X14, X18, X7, X24, X15, X19, X16, X9, X28, X11, X5 2020/2021-ci tədris ili üçün hesablanmış ümumilikdə 10.575 manat təhsil haqqı borclarının cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq Azərbaycan Texnologiya Universitetinə ödənilməsini xahiş edir.
22. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı məsələlər belə tənzimlənmişdir ki, həmin məcburi köçkünlərin təhsil aldıqları dövlət ali təhsil müəssisələri müvafiq tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrinə ödənişli əsaslarla qəbul olunmuş məcburi köçkünlərin adlı siyahısını (onların həqiqətən məcburi köçkün statusuna malik olub-olmamalarını) Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi ilə dəqiqləşdirərək, onların təhsil haqqından azad edilmələri barədə əmr verir və həmin əmrləri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, sonuncu qurum isə hər il oktyabrın 1-dək bu barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. Bundan sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən məcburi köçkünlərin təhsil haqları təhsil aldıqları ali təhsil müəssisələrinin hesabına köçürülür.
23. Belə ki, “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 12 nömrəli qərarına görə: Bənd 2. Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərə təhsil xidmətləri göstərən ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında yaranan münasibətlərə dair “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” statusu olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında təhsil alan şəxslərə göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə X10” təsdiq edilsin (2 nömrəli əlavə). Bənd 3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının X27, Azərbaycan Milli Elmlər Akademiyası və dövlət ali təhsil müəssisələrinin rəhbərləri ilə birlikdə: Bənd 3.1. müvafiq tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuş məcburi köçkünlərin adlı siyahısını hər il oktyabrın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.
24. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında təhsil alan şəxslərə göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə X2: Bənd 3.2. Dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası aşağıdakı öhdəlikləri öz üzərinə götürür: Bənd 3.2.1. ödənişli əsaslarla təhsil alan hər bir məcburi köçkünə düşən təhsil xərclərinin məbləğinin ödənilməsi üçün zəruri olan sənədləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tələbi ilə ona təqdim etmək.
25. Lakin işin faktiki halları, o cümlədən iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən edilir ki, adı çəkilən tələbələrin təhsil aldığı iddiaçı Universitet tərəfindən onların adlı siyahısı və təhsil haqqından azad edilmələri barədə əmr 2020/2021-ci tədris ili üçün 2020-ci ilin oktyabr ayınadək Respublikada mövcud olan sanitar-epidemioloji (COVİD-19) vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və həmin qurum tərəfindən müvafiq olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilməmiş və bu məqsədlə dövlət büdcəsində həmin məqsədlər üçün vəsaitin ayrılması nəzərdə tutulmamışdır.
26. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-68/2-831/24 nömrəli cavab məktubunda da bildirilmişdir ki, Azərbaycan Texnologiya Universiteti tərəfindən 2020/2021-ci tədris ili üzrə Nazirliyə təqdim olunan məcburi köçkün statuslu tələbələrin siyahısında iddia ərizəsində göstərilən tələbələr barədə məlumatlar qeyd olunmamışdır.
27. Həmçinin, iş materiallarına əlavə edilmiş Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-2212/2022 nömrəli qərarından məlum olur ki, hazırki işdə adı qeyd olunan tələbələrdən X4 2020-2021-ci illər üçün 1550 manat təhsil haqqı borcunun silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin olunmuşdur.
28. Məhkəmə qeyd edir ki, hazırki işdə adları çəkilən digər tələbələr də hüquqi maraqlarına çatmaq üçün özlərinə münasibətdə 2020-2021-ci illər üçün təhsil haqqı borcunun silinməsi tələbi ilə təhsil aldıqları ali təhsil müəssisəsinə qarşı müvafiq inzibati məhkəməyə müraciət edə bilərlər.
29. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yalnız məcburi köçkünlərin təhsil aldıqları dövlət ali təhsil müəssisələri tərəfindən ödənişli əsaslarla qəbul olunmuş məcburi köçkünlərin adlı siyahısı Nazirliyinə daxil olduqdan sonra bu barədə məlumatı hər il oktyabrın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək öhdəliyi daşıyır. Hazırkı işdə isə iddiaçı Universitetin həmin siyahını cavabdeh orqana təqdim etməməsi səbəbindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu barədə məlumat verilməmişdir ki, bu da onu göstərir ki, cavabdeh orqanın hər hansı hərəkətləri nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulması halı mövcud deyildir.
30. Halbuki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
31. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onların hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
33. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Nəticəvi hissə:
34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva