Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-191/2023 16.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçının vəkili X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Aslanova (Məmmədova) Kifayət Nağdı qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Aslanova (Məmmədova) Kifayət Nağdı qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2007-ci il tarixdən təyin olunmuş əmək pensiyasını hazırki deputatın əmək haqqının əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 80 faizi miqdarı ilə yenidən hesablayıb xx.xx.2007-ci il tarixdən yaranacaq fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdə iddiaçıya yaşa görə pensiya təyin olunarkən pensiyası düzgün hesablanmamışdır. Belə ki, iddiaçı əmək fəaliyyətinə 1967-ci il tarixdə başlamış, əmək fəaliyyəti dövründə xx.xx.1997-ci il tarixə qədər bir çox sahələrdə çalışmışdır, 32 (otuz iki il) sığorta stajım vardır. 1975-80-ci illərdə Şəmkir rayonu (əvvəlki Şamxor) üzrə Azərbaycan SSR X4muşdur. Əmək Pensiyası hesablanarkən 32 illik stajı və 1975-80-cı il tarixdə Şəmkir rayonu (əvvəlki Şamxor) üzrə Azərbaycan SSR X4mağı nəzərə alınmayıb. Buna görə də ona pensiya təyin olunarkən düzgün hesablanmadığından təyin olunmuş əmək pensiyasını hazırki deputatın əmək haqqının əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 80 faizi miqdarı ilə yenidən hesablayıb xx.xx.2007-ci il tarixdən yaranacaq fərqin hesablanaraq birdəfəlik ödənilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. İddiaçının vəkili X5 məhkəmə iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1ci maddəsinə uyğun olaraq, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Azərbaycan Respublikasının Milli Məclisinin sabiq deputatlarının (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikasının Milli Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ vardır. Göründüyü kimi, qanunvericilikdə qulluq stajına görə əmək pensiyasına əlavənin Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin üzvlərinə deyil, Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının əmək pensiyalarına şamil edilməsi nəzərdə tutulur. Bu səbəbdən də iddiaçıya deputat kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş 355 nömrəli vəsiqədən görünür ki, Aslanova (Məmmədova) Kifayət Nağdı qızı 1975-ci ildə Şamxor kənd seçki dairəsindən Azərbaycan SSR X7 seçilmişdir. -DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı 1975-1980-ci illərdə Şəmkir rayonu (əvvəlki Şamxor) üzrə Azərbaycan SSR X4ması səbəbi ilə ona təyin olunmuş əmək pensiyasını hazırki deputatın əmək haqqının əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 80 faizi miqdarı ilə yenidən hesablayıb xx.xx.2007-ci il tarixdən yaranacaq fərqin hesablanaraq birdəfəlik ödənilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, deputatların səlahiyyət müddəti qurtardıqdan sonra onların təminatları “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 30-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin Qanunun 30-cu maddəsinin İİ hissəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmu əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, deputatın, sabiq deputatın və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun:- - 20.1.1-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Azərbaycan Respublikasının Milli Məclisinin sabiq deputatlarının (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikasının Milli Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr edilir. -20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əməkhaqqının, 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Bundan əlavə, 30 oktyabr 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası haqqında Azərbaycan Respublikası Konstitusiya Qanunu qəbul edilmiş və həmin qanuna görə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının tam dövlət müstəqilliyi əldə etməsi üçün zəmin yaratmaq məqsədilə keçid dövrü elan olunmuş və Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası yaradılmışdır. X1 2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasını Azərbaycan Respublikası Ali Sovetinin Azərbaycan Respublikası xalq deputatlarının 50 nəfərindən ibarət tərkibdə təşkil etmişdir. “Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə 19 may 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası Azərbaycan Respublikası Milli Məclisi adlandırılmış və keçid dövründə Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyəti Azərbaycan Respublikası Milli Məclisinə verilmişdir. 12 avqust 1995-ci il tarixdə “Azərbaycan Respublikası Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Həmin Qanunun 1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ali qanunvericilik hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Milli Məclisini Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən edilmiş qaydada majoritar və proporsional seçki sistemləri, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst şəxsi və gizli səsvermə yolu ilə seçirlər. İstinad olunan normaların məzmunundan da göründüyü kimi 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz. İddiaçı yuxarıda qeyd olunan əsaslarla həm 1995-ci ildə, həm də ki ondan sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmədiyinə görə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.1 və 20.2-ci maddəsi iddiaçıya şamil oluna bilməz. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Aslanova (Məmmədova) Kifayət Nağdı qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-191/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-191/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver