Məhkəmə qərarları › İş №2-1(114)-1911/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1911/2025

12.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1911/2025 12.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.N3-cü ildən N4-cü ilin may ayınadək Azərbaycan Ordusu sıralarında mənfur erməni təcavüzkarlarına qarşı döyüşlərdə iştirak etməsini nəzərə alaraq ona veteran adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Qazax rayon hərbi komissarlığının hərbi çağırışına əsasən, 21 may 1986-cı ildə hərbi xidmətə getmiş və 1988-ci ildə hərbi xidmətdən tərxis olmuşdur. Həmin vaxtdan mənfur erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü Azərbaycan Respublikasının Ordu sıralarına yazılmış və bir sıra döyüşlərdə iştirak etmişdir. Belə ki, AR Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən, bütün xidməti N №-li hərbi hissədə keçmiş və xx.xx.N3-cü il tarixli N №-li əmr ilə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlara yazılmış ehtiyat taborunun 2-ci bölüyünün 3-cü tağımında qumbaraatan vəzifəsinə təyin edilmişdir. Həmçinin N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli əmri ilə Ağdam rayonuna ezam olunan ehtiyat taborunun hərbi qulluqçularının siyahısına sıravi kimi adı qeyd olunmuşdur. Yenə də N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli 212 saylı əmri ilə briqada ehtiyat taborunun 2-ci bölüyünün 3-cü tağımından minamyot batereyasına baş hesablayıcı vəzifəsinə keçirilmişdir. N №-li hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 4-cü taborun minamyot batereyasının hərbi qulluqçusu baş hesablayıcı olmağı barədə məlumat vardır. N №-li hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 5-ci MAT-un minamyot batereyasının hərbi qulluqçusu baş hesablayıcısı kimi N4-cü il tarixdə pul təminatı ilə təmin olunmağı barədə məlumat vardır. N №-li hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 5-ci MAT-un minamyot batereyasının hərbi qulluqçusu, baş hesablayıcısı kimi N4-cü il tarixdə pul təminatı ilə təmin olunmağı barədə yenə də əlavə məlumat vardır. Bundan başqa həmin sənəddə hərbi hissəni özbaşına tərk etməyi də göstərilmiş X12 Əliyev tərəfindən əfv Fərmanına əsasən, bu ona da şamil edilmişdir. Amma həmin hərbi hissənin tərkibində Qazax rayonunda və Ağdam rayonunda gedən əksər döyüşlərin iştirakçısı olmuşdur. Belə ki, həmin dövrdə yəni N4-cü ildə heç bir sənədləşmə aparılmadan onlar briqadanı tərk etmələrini bildirmiş sonra isə sənədlərinin qabağında qaçqın sözlərinin olmasına rast gəlmiş sonra isə əfv edilmişlər. Onun isə döyüşməkdən başqa heç bir işi olmamışdır. Sənədləşdirmə isə Dövlət orqanı olan Müdafiə Nazirliyinin səlahiyyətində olmuş və buna cavabdeh isə birbaşa onlardır. İddiaçının hərbi biletində heç bir qeydlər aparılmamış, amma göründüyü kimi Müdafiə Nazirliyinin arxiv arayışlarında həm tutduğu vəzifələr həmdəki, pul almağı barədə çoxlu sayda qeydlər vardır. İddiaçının qeyd olunan hərbi hissədə xidmət keçməyini ayrı-ayrı yerlərdə döyüşlərdə iştirak etməyini onunla xidmətdə bir olan döyüş yoldaşları komandiri X9 və əsgər yoldaşları X2 və X4 təsdiq edə bilərlər. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə cavabdeh təşkilat AR Müdafiə Nazirliyinə müraciət etsə də, xx.xx.2024-cü il tarixli məktubla ona bildirilmişdir ki, barəsində müsbət qərar qəbul edilmədiyindən 30 gün müddətində məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov ve Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə İştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi İnzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri va ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli, 3-25/2-M-1xx-xx/2024 nömrəli arxiv arayışına əsasən iddiaçının, döyüş əməliyyatları aparılan dövrdə may N4-cü il tarixdən sonrakı xidmətləri və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 283 nömrəli əmrində, uzun müddət hərbi hissəni özbaşına tərk etdiyinə görə və N nömrəli hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda avqust, oktyabr N4-cü il tarixdə İddiaçı əmək haqqı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşin halları 21 may 1986-cı il tarixli НЗ ******* nömrəli hərbi bilet İddiaçı məxsusdur. N №-li hərbi hissə Komandirinin xx.xx.N4-cü il tarixli, 283 №-li əmrindən görünür ki, briqada 5-ci motoatıcı taburun hərbi qulluqçusu sıravi İddiaçıs oğlu (atasının adı “Emtess” yazılmışdır) uzun müddət hərbi hissəni özbaşına tərk etdiyi üçün xx.xx.2024-cü il tarixdən adı taburun ştatından kənar edilmiş və bütün təminat növlərindən silinmişdir. İddiaçı qeydiyyat kartasından görünür ki, N nömrəli hərbi hissəni özbaşına tərk etmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli, Qazax hərbi prokurorunun xx.xx.2007-ci il tarixli məktublarına əsasən hərbi uçota götürülmüşdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Musayev X6 RHK-dan həqiqi müddətli hərbi xidmətə səfərbər edilmiş, 1968-ci il təvəllüdlü İddiaçı Emtees oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N №-li əmrilə (əsas:§-10, sıra-3, səh-35, əmrdə atasının adı “Emtees” yazılmışdır) xx.xx.N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara yazılmış və Ehtiyat taborunun 2-ci bölüyünün 3-cü tağımında qumbaraatan vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 196 №-li əmrilə (əsas: §-9, sıra- 42, səh-38, əmrdə atasının adı “Emteyis” yazılmışdır) xx.xx.N3-cü il tarixdən Ağdam rayonuna ezam olunan Ehtiyat taborunun hərbi qulluqçularının siyahısında, sıravi İddiaçı Emteyis oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli 212 №-li əmrilə (əsas: §-4, səh-26, əmrdə atasının adı “Emtees” yazılmışdır) sıravi İddiaçı Emtees oğlu xx.xx.N3-cü il tarixdən briqada ehtiyat taborunun 2-ci bölüyünün 3-cü tağımından minamyot batareyasına baş hesablayıcı vəzifəsinə keçirilmişdir. N №-li hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 4-cü taborun minamyot batareyasının hərbi qulluqçusu, baş hesablayıcı, sıravi İddiaçı Mmtees oğlunun yanvar N4-cü il tarixdə (əsas: “mart N4”, sıra-2, səh-1, məlumatda atasının adı “Mmtees” yazılmışdır) pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 5-ci MAT-un minamyot batareyasının hərbi qulluqçusu, baş hesablayıcı, sıravi İddiaçı Emtees oğlunun fevral N4-cü il tarixdə (əsas: “fevral N4”, sıra-1, məlumatda atasının adı “Emtees” yazılmışdır) pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 5-ci MAT-un minamyot batareyasının hərbi qulluqçusu, baş hesablayıcı, sıravi İddiaçı Mtes oğlunun mart N4-cü il tarixdə (əsas: “mart N4”, sıra-1, məlumatda atasının adı “Mtes” yazılmışdır) pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 5-ci MAT-un minamyot batareyasının hərbi qulluqçusu, baş hesablayıcı, sıravi İddiaçıs oğlunun aprel N4-cü il tarixdə (əsas: “mart N4”, sıra-2, məlumatda atasının adı “Emtess” yazılmışdır) pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 5-ci MAT-un minamyot batareyasının hərbi qulluqçusu. Baş hesablayıcı, sıravi İddiaçı Emtees oğlunun may N4-cü il tarixdə (əsas “may N4”, sıra-1, məlumatda atasının adı “Emtees” yazılmışdır) pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 5-ci MAT-un minamyot batareyasının hərbi qulluqçusu, baş hesablayıcı, sıravi İddiaçı Emtees oğlunun iyun N4-cü il tarixdə (əsas “iyun N4”, sıra-1, məlumatda atasının adı “Emtees” yazılmışdır) pul təminatı ilə təmin olunmuş şəxsi heyətin siyahısında adı qeyd olunmuşdur, lakin məvacib alması barədə imzası yoxdur və adının qarşısında “qaçqın” yazılmışdır. N №-li hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 5-ci MAT-un minamyot batareyasının hərbi qulluqçusu, baş hesablayıcı, sıravi İddiaçı iyul N4-cü il tarixdə (əsas: “İyun N4”, sıra-1, səh-1) pul təminatı ilə təmin olunmuş şəxsi heyətin siyahısına qeyd olunmuşdur, lakin məvacib alması barədə imzası yoxdur və adının qarşısında “qaçqın” yazılmışdır. N №-li hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 5-ci MAT-un minamyot batareyasının hərbi qulluqçusu, baş hesablayıcı, sıravi İddiaçı E. oğlunun sentyabr N4-cü il tarixdə (əsas: “oktyabr N4”, sıra-1, məlumatda atasının adı tam yazılmamışdır) məvacib almış şəxsi heyətin siyahısında adı qeyd edilmişdir, lakin məvacib alması barədə imzası yoxdur. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 283 №-li əmrində (əsas: §-1, səh-11, əmrdə atasının adı “Emtess” yazılmışdır) uzun müddət hərbi hissəni özbaşına tərk etdiyinə görə, xx.xx.N4-cü il tarixdən bütün növ təminatlardan çıxarılaraq statdan kənar edilən 5-ci motoatıcı taborun hərbi qulluqçularının şəxsi heyətinin siyahısında, sıravi İddiaçıs oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda avqust, oktyabr N4-cü il tarixdə İddiaçı əmək haqqı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin katibliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Mərkəzi arxivin xx.xx.2024-cü il tarixli arayışına əsasən, onun döyüş əməliyyatları aparılan dövrdə may N4-cü il tarixdən sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: M, səh-52, sıra-613, məlumatda atasının adı “Əlitəs” yazılmışdır) xx.xx.N3-cü il tarixdə Ağstafa RHK-dan çağırılmış, sıravi İddiaçı Əlitəs oğlunun hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq qumbaraatan vəzifəsinə təyin olunması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N №-li hərbi hissə komandirinin avqust-dekabr N3-cu il yanvarsentyabr, noyabr-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində X8 barəsində məlumat aşkar olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 76. Vətəni müdafiə İ. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsidir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə nəzərdə tutulduğu kimi, Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar əsasında verilir. Digər tərəfdən qeyd olunan Əsasnamənin tələbinə görə, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqanlar tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışından görünür ki, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N №-li əmrilə xx.xx.N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara yazılmış və Ehtiyat taborunun 2-ci bölüyünün 3-cü tağımında qumbaraatan vəzifəsinə təyin edilmiş, N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli 212 №-li əmrilə xx.xx.N3-cü il tarixdən briqada ehtiyat taborunun 2-ci bölüyünün 3-cü tağımından minamyot batareyasına baş hesablayıcı vəzifəsinə keçirilmişdir. N №-li hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda iddiaçının N4-cü ilin yanvar, fevral, mart, aprel, may aylarında pul təminatı ilə təmin olunması barədə məlumat vardır. Həmçinin N4-cü ilin iyun, iyul, sentyabr aylarında pul təminatı ilə təmin olunmuş şəxsi heyətin siyahısında adı qeyd olunmuş, lakin məvacib alması barədə imzası yoxdur. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 283 №-li əmrində uzun müddət hərbi hissəni özbaşına tərk etdiyinə görə, xx.xx.N4-cü il tarixdən bütün növ təminatlardan çıxarılaraq statdan kənar edilən 5-ci motoatıcı taborun hərbi qulluqçularının şəxsi heyətinin siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda avqust, oktyabr N4-cü il tarixdə İddiaçı əmək haqqı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin avqust-dekabr N3-cu il yanvarsentyabr, noyabr-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində X8 barəsində məlumat aşkar olunmamışdır. Həmçinin iddiaçıya məxsus 21 may 1986-cı il tarixli НЗ ******* nömrəli hərbi biletdə İ Qarabağ Müharibəsi dövründə N nömrəli hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilməsi, siyahıdan çıxarılması, döyüş əməliyyatlarında iştirakı barədə heç bir qeyd yoxdur. Bundan başqa İddiaçı qeydiyyat kartasında onun N nömrəli hərbi hissəni özbaşına tərk etdiyi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli, Qazax hərbi prokurorunun xx.xx.2007-ci il tarixli məktublarına əsasən hərbi uçota götürüldüyü qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iş materialları ilə iddiaçının hərbi xidmətdən qanunda nəzərdə tutulan qaydada tərxis olunması təsdiq edilmir. Belə olan halda ona müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi mümkün deyil. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan normanın mənasına görə, şəxsin hərbi xidmət keçməsi onun qanunla müəyyən edilmiş qaydada hərbi xidmətə daxil olması və xidmətdən tərxis olunması ilə müəyyən olunur. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar