Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1915/2024 19.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı X4 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. X4 xx.xx.1957-ci il təvəllüdlüdür.
2. 09.11.1976-cı il tarixli НЗ ******* nömrəli hərbi biletə əsasən X4 xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
3. xx.xx.1982-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən X4 xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Şaripovski adına sovxozda dülgər, xx.xx.1980-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Tovuz rayonu 26 Bakı Komissarı üzümçülük sovxozunun 4 nömrəli briqdasında fəhlə, xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Tovuz 3 nömrəli İstehsalat Təmir-Tikinti İdarəsində dülgər işləmişdir.
4. X4 yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17- 1/2-Ə-12497/2024 nömrəli imtina məktubu ilə ona imtina cavabı verilərək bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, eyni zamanda xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 17 il 1 ay 17 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildirilir ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək və xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli aktına və Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 86 nömrəli arayışına əsasən "26 Bakı Komissarı" adına üzümçülük sovxozunda işlədiyi dövrdə 1992-ci ildə 6 ay, 1993-cü ildə 6 ay, 1994-cü ildə 4 ay, 1995-ci ildə 6 ay və xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək haqqı hesablanmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Eyni zamanda sözügedən akta əsasən Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti idarəsinin sənədləri mühafizə olunması üçün Tovuz rayon Dövlət Arxivinə təhvil verilmədiyindən xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövr üzrə əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından sözügedən dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmayıb. Bildirilir ki, xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövr üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) Fondun 1 saylı Qazax-Tovuz regional filialına təqdim etməklə təkrar müraciəti əsasında həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılıb. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
5. xx.xx.2022-ci il tarixdə ƏƏSMN-nin tabeliyində DSMF 1 saylı Qazax-Tovuz regional filialın böyük mütəxəssislər P.Abbasov və İ.Ələkbərov, Tovuz rayon Dövlət Arxivinin müdiri İddiaçı tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, yoxlama zamanı X2 xx.xx.1980-ci il tarixdə 35&5 nömrəli əmrlə sovxozun 4 nömrəli briqadasına fəhlə qəbul edilməsi, xx.xx.1997-ci il tarixdə 89&2 nömrəli əmrlə bütün işçilərlə birlikdə islahatla əlaqədar olaraq ümumi formada işdən azad edilməsi yoxlanılaraq düzgünlüyü təsdiq edildi. X2 1992-1997-ci illərə aid olan əmək haqqına dair Tovuz rayon Dövlət Arxivinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 86 nömrəli arayış yoxlanılaraq akta əlavə edildi. X2 xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi Tovuz 3 nömrəli İstehsalat Təmir- Tikinti İdarəsində işləməsini müəssisənin sənədlərinin mühafizə olunması üçün Tovuz rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən yoxlamaq mümkün olmadı. Tovuz rayon Dövlət Arxivinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 87 nömrəli arayış akta əlavə edildi.
6. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 87 nömrəli məktubunda bildirilmişdir ki, Tovuz 3 nömrəli İstehsalat Təmir-Tikinti İdarəsinin sənədləri Tovuz rayon Dövlət Arxivinə təhvil verilməmişdir.
7. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 86 nömrəli X3 barəsində arxiv arayışından görünür ki, X4 26 nömrəli Bakı Komissarı adına sovxozda işlədiyi dövrdə 1992-ci ilin aprel may, avqust, sentyabr, oktyabr və dekabr, 1993-cü ilin mart, may, iyun, iyul, sentyabr və dekabr, 1994-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, avqust və sentyabr, 1995-ci ilin yanvar, fevral, mart, aprel, iyul və aqvust, 1996-cı ilin isə yanvar, fevral və mart ayları üzrə əmək haqqı almışdır. Qeyd: 1992-ci ilin şəxsi hesab kitabında vətəndaşın soyadında qara var, 1996-cı ilin kitabında vətəndaşın soyadı Əkbərov kimi qeyd edilib. Şəxsi hesab kitablarında vətəndaşların ata adları qeyd edilməyib.
8. Tovuz rayon Dövlət X1 barəsində arxiv arayışından görünür ki, X4 26 nömrəli Bakı Komissarı adına sovxozda işlədiyi dövrdə 1981-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, sentyabr, oktyabr, noyabr və dekabr, 1982-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust və dekabr, 1983-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr və dekabr, 1984-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, oktyabr və dekabr, 1985-ci ilin yanvar, fevral, mart, aprel, sentyabr, oktyabr, noyabr və dekabr, 1986-cı ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr və oktyabr, 1987-ci ilin 12 ayı, 1988-ci ilin 12 ayı, 1989-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr və dekabr, 1990-cı ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr və oktyabr, 1991-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust və noyabr, 1992-ci ilin aprel may, avqust, sentyabr, oktyabr və dekabr, 1993-cü ilin mart, may, iyun, iyul, sentyabr və dekabr, 1994-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, avqust və sentyabr, 1995-ci ilin yanvar, fevral, mart, aprel, iyul və aqvust, 1996-cı ilin isə yanvar, fevral və mart ayları üzrə əmək haqqı almışdır. Qeyd: 1980-ci ilin şəxsi hesab kitabında vətəndaşın soyadı Əkbərov Nurəddin yazılıb, qabağından Hüseynov yazılıb, mötərizə içinə alınıb, qarşısından Fərhad yazılıb. 1992-ci ilin şəxsi hesab kitabında vətəndaşın soyadında qara var, 1996-cı ilin kitabında vətəndaşın soyadı Əkbərov kimi qeyd edilib. Şəxsi hesab kitablarında vətəndaşların ata adları qeyd edilməyib.
9. Məhkəmənin sorğusuna Tovuz rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3- 48-44RA/2-50/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Tovuz 3 nömrəli İstehsalat Təmir-Tikinti İdarəsinin sənədləri Tovuz rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu əsasdan X3 Tovuz 3 nömrəli İstehsalat Təmir-Tikinti İdarəsində işləməsi barədə (işə qəbul edilmə və işdən azad edilmə əmrləri və həmin dövrün əmək haqqı cədvəllərindən çıxarışların) sənədlərin təsdiq edilmiş surətinin göndərilməsi mümkün olmamışdır.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********658700 nömrəli cavab məktubunda bildirilmişdir ki, dövlət reyestrində Qazaxsutikinti Trestinin xx.xx.1961-ci il tarixdə 115 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından inventarlaşmadan keçmək və VÖEN almaq üçün vergi orqanlarına müraciət edilməmişdir. Reyestrdə Qazaxsutikinti Trestinin 3 nömrəli Tikinti Quraşdırma İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.
11. Məhkəmənin sorğusuna Qazax rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 5- 58-15-11/2-240/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, 8 nömrəli Rayonlararası Təmir-Tikinti Trestinin sənədləri rayon Qazax rayon Dövlət Arxivində saxlanılmır.
12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/217094/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Qazaxsutikinti Tresti və ya Trestin 3 nömrəli Tikinti Quraşdırma İdarəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində hər hansı məlumat yoxdur. II. Məhkəmədə icraat
13. İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “26 Bakı Komisarı” adına üzümçülük sovxozunda işlədiyi dövrdə 1992-ci ildə 6 ay, 1994-cü ildə 4 ay, 1995-ci ildə 6 ay və xx.xx.1966-ci il tarixdən 3.12.1997-ci il tarixədək və xx.xx.1998-ci ildən xx.xx.2005-ci il tarixədək olan Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə dair qərar çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh təşkilata müraciət edərək pensiya yaşının tamam olduğu yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilat ona imtina etmişdir. İmtinanı onunla əsaslandırmışdır ki, "26 Bakı Komisarı" adına üzümçülük sovxozunda işlədiyi dövrdə 1992-ci ildə 6 ay, 1994-cü ildə 4 ay, 1995-ci ildə 6 ay və xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək əmək haqqı hesablanmadığından, həmçinin xx.xx.1998-ci ildən xx.xx.2005-ci il tarixədək olan Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsinin sənədləri Tovuz rayon Dövlət Arxivinə təhvil verilmədiyindən nəzərə alınmamalıdır. Cavabdeh təşkilatın vermiş olduğu imtinanı əsassız sayır. Belə ki, iddia ərizəsinə əlavə etdiyi əmək kitabçasının surətindən görünür ki, o, 01.1998-ci ildən xx.xx.2005-ci il tarixədək olan Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsində işləmişdir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
16. İddiaçı xx.xx.2024-cü il tarixli iclas zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “26 Bakı Komisarı” adına üzümçülük sovxozunda 1992-ci ildə 6 ay, 1993-cü ildə 6 ay, 1994-cü ildə 4 ay, 1995-ci ildə 6 ay və xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək, Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsində xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
17. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
18. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
19. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
20. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
21. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tovuz rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
22. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
23. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
25. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
26. İddiaçı X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət, eyni zamanda xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək iddiaçının adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 17 il 1 ay 17 gün təşkil edir. Əlavə olaraq bildirilir ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Qazax-Tovuz regional filialının araşdırma aktına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş "26 Bakı Komissarı" adına üzümçülük sovxozunda işlədiyi dövrdə 1992-ci ildə 6 ay, 1993-cü ildə 6 ay, 1994-cü ildə 4 ay, 1995-ci ildə 6 ay və xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək əməkhaqqı hesablanmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmayıb. Eyni zamanda əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsinin sənədləri Tovuz rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmayıb. Məsələnin obyektiv araşdırılması üçün tərəflərindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Tovuz rayon Dövlət Arxivinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmişdir. Müraciətlərinə verilən Tovuz rayon Dövlət Arxivinin cavab məktubunda Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsinin sənədlərinin Tovuz rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin cavab məktubunda isə qeyd edilmişdir ki, dövlət reyestrində Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti idarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubunda Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsi barədə hər hansı məlumatın olmadığı qeyd olunmuşdur. Bu səbəblə sözügedən dövrün iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
28. Cavabdehin nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 09.11.1976-cı il tarixli НЗ ******* nömrəli hərbi bilet; - xx.xx.1982-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçası; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-12497/2024 nömrəli imtina məktubu; - xx.xx.2022-ci il tarixli akt; - Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 87 nömrəli məktubu; - Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 86 nömrəli X3 barəsində arxiv arayışı; - Tovuz rayon Dövlət X1 barəsində arxiv arayışı; - Məhkəmənin sorğusuna Tovuz rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3- 48-44RA/2-50/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********658700 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Qazax rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 5- 58-15-11/2-240/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/217094/2024 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
Vl. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
30. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
31. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, "26 Bakı Komissarı" adına üzümçülük sovxozunda işlədiyi dövrdə 1992-ci ildə 6 ay, 1993-cü ildə 6 ay, 1994-cü ildə 4 ay, 1995-ci ildə 6 ay və xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək haqqının hesablanmaması, eyni zamanda Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsinin sənədləri mühafizə olunması üçün Tovuz rayon Dövlət Arxivinə təhvil verilmədiyindən xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövr üzrə əmək haqqı alıb-almadığının müəyyənləşdirilməsinin mümkün olmaması səbəbindən ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.
32. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsassız hesab edir.
33. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
35. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
36. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
37. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
39. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.
40. İddiaçının xx.xx.1957-ci il tarixdə doğulması, xx.xx.2022-ci il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.
41. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır.
42. Belə ki, iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən X4 xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Şaripovski adına sovxozda dülgər, xx.xx.1980-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Tovuz rayonu 26 Bakı Komissarı üzümçülük sovxozunun 4 nömrəli briqdasında fəhlə, xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Tovuz 3 nömrəli İstehsalat Təmir-Tikinti İdarəsində dülgər işləmişdir. İddiaçının ümumi iş stajı 25 ildən çox təşkil edir.
43. Məhkəmə iddiaçının “26 Bakı Komisarı” adına üzümçülük sovxozunda 1992-ci ildə 6 ay, 1993-cü ildə 6 ay, 1994-cü ildə 4 ay, 1995-ci ildə 6 ay və xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək, Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsində xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsində işlədiyi əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır.
44. Həmçinin, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
45. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
46. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X8) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.
47. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir.
48. İddiaçı da qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir.
49. Cavabdeh orqan mübahisələndilən dövr üzrə "26 Bakı Komissarı" adına üzümçülük sovxozunda işlədiyi dövrdə 1992-ci ildə 6 ay, 1993-cü ildə 6 ay, 1994-cü ildə 4 ay, 1995-ci ildə 6 ay və xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək haqqının hesablanmadığını, eyni zamanda Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsinin sənədləri mühafizə olunması üçün Tovuz rayon Dövlət Arxivinə təhvil verilmədiyindən xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövr üzrə əmək haqqı alıbalmadığının müəyyənləşdirilməsinin mümkün olmadığını əsas gətirməklə, həmin dövrü iddiaçının sosial sığorta stajına daxil etməmişdir.
8. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının əmək haqqı alması barədə məlumatın aşkar olunmaması onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.
9. Eyni zamanda, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
10. Digər tərəfdən, iddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın.
11. Yəni, adıçəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur.
12. İddiaçının əmək kitabçasında həmin dövrlə bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir.
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.
14. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X2) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir, 3.6-cı bəndinə görə isə, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
15. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minənədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçası əsasında müəyyən olunduğunu təsbit etmişdir.
16. İddiaçı isə qeyd edilən müddətlərdə işləməsinə dair əmək kitabçasını cavabdeh orqana təqdim etmişdir.
17. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının “26 Bakı Komisarı” adına üzümçülük sovxozunda 1992-ci ildə 6 ay, 1993-cü ildə 6 ay, 1994-cü ildə 4 ay, 1995-ci ildə 6 ay və xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək, Tovuz 3 saylı İstehsalat Təmir- Tikinti İdarəsində xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir.
18. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.
50. Göründüyü kimi, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur.
51. Bununla da, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (65 yaş) və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.
52. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
53. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
54. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilsin. X3 “26 Bakı Komisarı” adına üzümçülük sovxozunda 1992-ci ildə 6 ay, 1993-cü ildə 6 ay, 1994-cü ildə 4 ay, 1995-ci ildə 6 ay və xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək, Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsində xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva