Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1917/2020 16.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkməyə müraciət edərək, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək Şamxor rayon SES silsiləsində, xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilədək «xxxx» QSC Yükdaşımaları Departamentinin MOD 9 nömrəli evlər İdarəsində və 1990-2000-ci illərdə X17 Məmulatları zavodunda işlədiyi illərin ona əlil uşaq anası kimi yaşa görə əmək pensiyası hüququ verən sosial sığorta (iş) stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 55 yaşı xx.xx.2015-ci ildə tamam olduğundan və sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyyə etmiş əlil uşaq anası kimi xx.xx.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin cavabdehin xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubu ilə işlədiyi illər əmək kitabçasında qeyd olunmadığından ona əmək pensiyası təyin olunmasından imtina edilmişdir. xx.xx.2019-cu il tarixli 112 saylı və xx.xx.2020-ci il tarixli K-1-122 saylı Arxiv arayışlarına əsasən xx.xx.2000-ci il tarixinədək cəmi 16 il 11 ay 27 gün sığorta stajı olmasına baxmayaraq işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün cavabdeh tərəfindən nəzərə alınmamışdır. Şifahi məhkəmə baxış iclasında iddiaçı «xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək Şamxor rayon SES silsiləsində, xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilədək «xxxx» QSC Yükdaşımaları Departamentinin MOD 9 nömrəli evlər İdarəsində işlədiyi illərin iddia ərizəsində olduğu kimi saxlanılmaqla» 1990-2000-ci illərdə X17 Məmulatları zavodunda işlədiyi illərin dəqiqləşdirilərək, 1991-ci ilin mart ayından 2000-ci ilin dekabr ayınadək X17 Məmulatları zavodunda işlədiyi illəri sosial sığorta stajına daxil edilməklə və ona pensiya təyin edilməsini xahiş etmiş, bu barədə dəqiqləşmə ərizəsi məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi etirazda göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyaları sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qatdalarının 3.1.1-ci bəndinə əsasən iş stajı əmək kitabçası ilə müəyyən edilir. X7 əmək kitabçası təqdim etmədiyi üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi imkan xaricindədir. Məhkəmə araşdırmasının predmetini «xxxx» QSC X3 İstiqaməti üzrə arxiv bölməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 112/20 nömrəli, Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli K-1-222 nömrəli Arxiv Arayışı, Şəmkir rayon Keçili KİƏDÜN-yi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV 316907 nömrəli doğum haqqında şəhadətnamə, Şəmkir rayon İcra Hakimiyyəti başçısının Qədimqala kənd X14 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 673 nömrəli arayış, xx.xx.2002-ci il tarixli 451171 nömrəli TSEK-də müayinə aktından çıxarış, DSMF-nun Şəmkir rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış, cavabdehin xx.xx.2020-ci il tarixli, **********6 nömrəli bildirişi və etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İş materiallarında olan Şəmkir rayon İcra Hakimiyyəti başçısının Qədimqala kənd X14 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV 316907 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1985-ci il tarixdə Şəmkir rayonu Qədimqala kəndində doğulmuş, atası X6, anası isə İddiaçı yazılmışdır. İş materiallarında olan Şəmkir rayon İcra Hakimiyyəti başçısının Qədimqala kənd X14 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 673 nömrəli arayışdan görünür ki, X2 rayon İcra Hakimiyyəti başçısının Qədimqala kənd X14 üzrə nümayəndəliyində daimi qeydiyyatda olmaqla oğlanları Niyazi, Xəqani, Füzuli və Xəyal ilə həmin kənddə yaşayır. Ana uşaqları həqiqətən özü doğub və 8 yaşa qədər onlara qulluq edib. İş materiallarında olan xx.xx.2002-ci il tarixli 451171 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, X9 uşaqlıqdan müddətsiz İİİ qrup əlildir. İş materiallarında olan DSMF-nun Şəmkir rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X9 üçüncü qrup əlil kimi xx.xx.2002-ci ildən ömürlük 110 manat sosial müavinət alır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. Qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. xx.xx.1993-cü ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə göstərilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, muəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarında olan «xxxx» QSC X3 İstiqaməti üzrə arxiv bölməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 112/20 nömrəli arxiv X1 MOD 9 nömrəli evlər İdarəsində 1984-cü ilin avqust ayından 1989-cu ilin avqust ayınadək işlədiyi illər üzrə aylıq əmək haqqı aldığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli K-1-222 nömrəli Arxiv X1 Dövlət Arxivinin Şəmkir filialında mühafizə olunan Şamxor rayon SES silsiləsinin arxiv sənədlərinə əsasən xx.xx.1982-ci il tarixli 26 nömrəli əmrilə işə qəbul edildiyi, xx.xx.1984-cü il tarixli 33 nömrəli əmrilə azad edilməsi, X17 Məmulatları zavodunda mart 1991-ci ildən 2000-ci ilin dekabr ayına qədər işləyərək əmək haqqı qazanması qeyd olunmuş və zavodun əmr kitablarının filiala təhvil verilmədiyi göstərilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********6 nömrəli əmək pensiyasının təyin edilməsindən imtina edilməsi barədə bildirişində göstərilmişdir ki, iddiaçının 55 yaşı xx.xx.2015-ci il tarixdə tamam olduğundan, həmin dövr üçün qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən 55 yaşına çatmış sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş qadınlara əlil uşaq anası kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün azı 10 il sığorta stajı tələb olunur. Lakin iddiaçının təqdim etdiyi xx.xx.2019-cu il tarixli 112 saylı və xx.xx.2020-ci il tarixli K-1-222 saylı Arxiv Arayışlarına əsasən xx.xx.2000-ci il tarixədək cəmi 16 il 11 ay 27 gün sığorta stajı olmasına baxmayaraq işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün ona əlil uşaq anası kimi yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasnı təmin etmək üçün «qazanılmış hüquq» konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, «qanuni gözlənti» və «hüquqi müəyyənlik» prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarının əvəzsiz ləğv edə bilməz. Yuxarıda şərh olunan maddi hüquq normalarını nəzərə alan məhkəmə hesab edir ki, arxiv arayışında göstərilən illərin iddiaçının sosial sığorta Stajına daxil edilməsi əsaslıdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası) inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun:- - 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tələb olunan staj 10 il olmalıdır ki, hazırki işdə iddiaçının əmək stajı ümumilikdə 10 ildən artıq təşkil edir. Bununla da təsdiq olunur ki, iddiaçı yaşa görə əmək pensiyası hüququ əldə etmək üçün tələb olunan sığorta stajına malikdir. Bu halda qanunvericiliyin tələb etdiyi şərtlər ödənilir və iddiaçı əmək pensiyası hüququ əldə etmiş olur. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X15 Şəmkir rayon filialının üzərinə İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək Şamxor rayon SES silsiləsində, xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilədək «xxxx» QSC Yükdaşımaları Departamentinin MOD 9 nömrəli evlər İdarəsində və 1991-ci ilin mart ayından 2000-ci ilin dekabr ayınadək X17 Məmulatları zavodunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1917/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1917/2020
16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver