Məhkəmə qərarları › İş №2-1(114)-1917/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1917/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1917/2021 22.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı adın və soyadının dəyişdirilərək X1 qeyd edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun soyadının Hüseynov, adının isə Elvin olmasının bərpa edilməsi, yəni X1 qeyd edilərək əvvəlki vəziyyətə qaytarılaraq, yeni doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1991-ci il tarixdə Şəmkir rayonu Şiştəpə kəndində doğulmuş və ona X2 adı və soyadı ilə Doğum haqqında şəhadətnamə verilmişdir. O, həmin ad və soyadla böyümüş, X2 adı ilə məktəbə getmiş, məktəbi həmin ad və soyadla bitirmişdir. Onun 23 yaşı olanda soyadı və adı xoşuna gəlmədiyi üçün Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şiştəpə kənd icra nümayəndəliyinə müraciət edərək, soyadının Yusifzadə, adının isə Elşad olmasını xahiş etmiş və Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şiştəpə kənd icra nümayəndəliyi tərəfindən ona 06.12.2014-cü il tarixdə İddiaçı kimi doğum haqqında yeni şəhadətnamə verilmişdir. Hal-hazırda 30 yaşı var və öz keçmiş, yəni doğulduğu vaxt ona verilmiş X2 ad və soyadının bərpa olunmasını istəyir. Bu barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh 27.08.2021-ci il tarixli 05/Q- 4184 nömrəli məktubla bundan imtina edildiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Şifahi məhkəmə baxış iclasında iddiaçı tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh 11.09.2021-ci il tarixli 05/Q-70/09 nömrəli məktubla məhkəmə prosesinin onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini 06.12.2014-cü il tarixli, AZ-İ № 012431 nömrəli Cavabdeh tərəfindən verilmiş adın və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə, 06.12.2014-cü il tarixli, AZ-İİİ № 453103 nömrəli Cavabdeh tərəfindən verilmiş doğum haqqında şəhadətnamə, Cavabdeh 11.09.2021-ci il tarixli 05/Q-70/09 nömrəli məktubu və cavabdehin 27.08.2021-ci il tarixli, 05/Q-4184 nömrəli imtinası təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarının (bundan sonra mətndə «Qaydalar») 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadın dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. -6.24-cü bəndinə əsasən ər-arvadın birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. -6.25-ci bəndinə əsasən atanın öz adının dəyişmədirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o halda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. -6.26-cı bəndinə əsasən hər iki valideyinin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. -6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istəsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı ilk dəfə «Hüseynov» soyadını hazırki «Yusifzadə» soyadına və «Elvin» adını hazırki «Elşad» adına dəyişdirmiş və yenidən əvvəlki «Hüseynov» soyadına və «Elvin» adına qaytarılması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»ndan göründüyü kimi 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə ad və soyadının dəyişdirilməsi hüququ verilmiş, iddiaçı isə həmin hüququndan artıq istifadə etmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının yenidən adının və soyadının dəyişdirilməsi qanunamüvafiq hesab edilə bilməz. Yuxarıda qeyd olunan Qaydalarının tələblərindən göründüyü kimi, iddiaçı 18 yaşına çatdıqdan sonra ad və soyadının dəyişdirilməsi hüququndan artıq istifadə etmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinası «Qaydalar»ın tələbinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin34, 68-69, 75, 81-cimaddələrinirəhbərtutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı adın və soyadın dəyişdirilərək adının Elvin, soyadının Hüseynov, yəni X1 əvvəlki vəziyyətə qaytarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar