Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-192/2020 21.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı “Süleyman” X7 Cavabdehnə (üçüncü şəxs X16, X9, X12, X13, X14, X15) qarşı qərarın etibarsız hesab edilməsi tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı “Süleyman” X17 Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Şəmkir rayon X8 xx xxxxx 1998-ci il tarixli 50 nömrəli qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1996-cı il tarixli, Cavabdeh 16 saylı Sərəncamına əsasən X1 təsisçisi olduğu “Süleyman” X11 kənd təsərrüfatı məhsullarının istehsalı üçün 25 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 1996-cı il tarixdən təsərrüfatın mülkiyyətinə, sahibliyinə, istifadəsinə verilmişdir. Torpaq sahəsinin ayrılması ilə bağlı Dövlət Aktı verilmiş və xx xxx 1996-cı il tarixdə 103 nömrəli qeydiyyatla Dövlət Aktları kitabında qeydiyyatdan keçirilmişdir. Torpaq sahəsi yerində ölçülərək mənə təhvil verilmiş buna dair torpaq ayırma sənədləri, aktlar, yerquruluşu sənədləri işlənmişdir. Mübahisə edilən torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı tikinti də inşa edimişdir. Lakin sonradan Cavabdeh tərəfindən yaradılmış X18 tərəfindən hazırda mübahisə edilən 1998-ci il tarixli 50 saylı qərarla müəssisənin mülkiyyətində olan torpaq sahəsi üçüncü şəxslərə verilmişdir. Cavabdeh tərəfindən yaradılmış X18 torpaq sahəsi üzrə qərar verərkən torpaq sahəsinin monitorinqi aparılmamış, torpaq sahəsinin üçüncü şəxslərə təhvil verilməsi və ölçülüb-biçilməsi işləri aparılmamışdır. Əgər belə bir hal olsaydı bugünki gündə bu mübahisə yaranmazdı. Şəmkir rayon X18 tərəfindən qərar qəbul edilərkən mübahisə edilən torpaq sahəsinə dair Dövlət Aktı, Torpağın ayrılmasına dair Sərəncam və hüquqverici bütün sənədlər qüvvədə olmuşdur. Beləliklə də, iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Torpaq sahəsinin yüklü olması barədə X18 məlumatlı olaola həmin torpaq sahəsi barədə qərar qəbul etmişdir. X18 tərəfindən torpaq sahəsi ayrılarkən üçüncü şəxslərin doğum yerinin Gəncə şəhəri olması onların qeydiyyat yerinin Gəncə şəhəri olması nəzərə alılnmadan saxta yolla adları siyahıya salınmışdır. Üçüncü şəxslər bugünki günədək öz torpaq sahələri ilə heç vaxt maraqlanmamış və hətta belə torpağa yaxın gəlməmişlər. Bundan başqa üçüncü şəxslərə verilmiş torpaq sahəsi islahat üzrə aparılmış torpaqların kateqoriyalarına aid ola bilməzdi. Həmin şəxslər Kolxozda və Sovxozda işləməmişlər. Torpaq sahəsinin yerquruluşu sənədindən də göründüyü kimi torpaq sahəsi Sovxoz torpağı olmaqla X7 yerləşdiyi torpaq sahəsi olmuşdur. İddiaçının vəkili və nümayəndəsi X20 məhkəmənin hazırlıq icraatı iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxslər X16, X9, X13 və X14 hazırlıq icraatı iclasında iddianı qəbul etməmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh orqan məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materialarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, Şəmkir rayon X8 xx xxxxx 1998-ci il tarixli 50 nömrəli qərarına əsasən Şəmkir rayonu Abbaslı kəndi ərazisindən 1.34 ha torpaq sahəsi X10 və onun ailə üzvləri X9, X3, X4, X5, X6 verilmiş və onların adına JN- 266 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı işlənmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və x xxxxxxxx 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Şəmkir rayon X8 xx xxxxx 1998-ci il tarixli 50 nömrəli qərarının etibarsız hesab edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Odur ki, hazırki halda qeyd olunan iddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı “Süleyman” X7 Cavabdehnə qarşı Şəmkir rayon X8 xx xxxxx 1998-ci il tarixli 50 nömrəli qərarının etibarsız hesab edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-192/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-192/2020
21.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver