Məhkəmə qərarları › İş №2-1(114)-1921/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1921/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1921/2025 17.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gədəbəy rayon Polis şöbəsinə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gədəbəy rayon Polis şöbəsinə qarşı üçüncü şəxslər X15, X23, X24, X25, X6, X8, X28, X16, X9, X26, X13 və X2 ona məxsus olan ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-6595/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlərə əsasən ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır.

2. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* və ******* nömrəli arayışlarına əsasən xx.xx.1998-ci il təvəllüdlü X12, xx.xx.2001-ci il təvəllüdlü X23, xx.xx.1998-ci il təvəllüdlü X24, xx.xx.2003-cü il təvəllüdlü X25, xx.xx.1988-ci il təvəllüdlü X6, xx.xx.1955-ci il təvəllüdlü X8, xx.xx.1975-ci il təvəllüdü X28, xx.xx.1970-ci il təvəllüdlü X16, xx.xx.1951-ci il təvəllüdlü X9, xx.xx.1962-ci il təvəllüdlü X26, xx.xx.1947-ci il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X1 şəhəri, Şəhriyar küçəsi, ev 13 ünvanında qeydiyyatdadırlar.

3. İddiaçının üçüncü şəxslər X12, X23, X24, X25, X6, X8, X28, X16, X9, X26, X13 və X2 ona məxsus olan ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Gədəbəy rayon Polis şöbəsinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli 3-13-74/2-H-185xx/xx/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

4. Elektron məhkəmə informasiya sistemindən çıxarışlara əsasən X6, X25, X24, X23, X12, X10, X8, X4 şəhəri, A.Məmmədov küçəsi, ev 16 ünvanında, X16, X13, X26 və X9 isə ünvan 2 ünvanında qeydiyyatdadırlar.

5. Məhkəmənin sorğusuna Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Gədəbəy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-44/2-458/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, adları qeyd olunan X15, X23, X24, X25, X6, X8, X28, X16, X9, X26, X13 və X10 hazırda Gədəbəy şəhəri, Şəhriyar küçəsi ev 13 (Yeni qaydalarla: ünvan 5 ünvanında yaşamırlar. Məlumat üçün bildirirlər ki, ünvan 6 ünvan mövcuddur. Sözügedən ünvanlar şəhərin fərqli hissələrində yerləşirlər. İddiaçı qeyd etdiyi ünvan ünvan 7çəsi ev 16) ünvanıdır. Əlavə olaraq qeyd edirlər ki, X15, X23, X24, X25, X6, X8, X28 və X1 şəhəri, Aytəkin Məmmədov küçəsi ev 16 ünvanında yaşayırlar. X16, X9, X26, X13 isə digər ünvanlarda yaşayır.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-6035/25 nömrəli cavab məktubuna əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli arayışlardan görünür ki, X15, X23, X24, X25, X6, X8, X28 və X1 şəhəri, Aytəkin Məmmədov küçəsi ev 16 ünvanında, X16, X9, X26, X13 isə ünvan 2 ünvanında qeydiyyatdadır.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-40/2-1785/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-40/2-2668/2025 nömrəli cavab məktublarında bildirilmişdir ki, Gədəbəy şəhəti, Aytəkin Məmmədov küçəsi, ev 16 Milli Qeydiyyat Sistemində aşkar edilməmişdir. II. Məhkəmədə icraat

8. İddiaçı cavabdeh Gədəbəy Rayon Polis Şöbəsinə qarşı üçüncü şəxslər X18, X23, X24, X25, X6, X11, X28, X28, X16, X9, X26, X7 ona məxsus olan ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanında onun xüsusi mülkiyyətində fərdi yaşayış evi vardır. Fərdi yaşayış eviə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və texniki pasportun surətini ərizəsinə əlavə edir. Hal-hazırda ona məxsus fərdi yaşayış evində heç bir qohumluq əlaqəm olmayan şəxslər - X12, X23, X24, X25, X6, X10, X11, X28, X28, X16, X9, X26 və X13 rəsmi qeydiyyatdadırlar. Bu barədə DİN-in Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* və ******* nömrəli arayışlarını ərizəyə əlavə edir. Həmin şəxslər həqiqətə uyğun olmayan məlumatlar əsasında ona məxsus fərdi yaşayış eviə qeydiyyata düşmüşlər. Həmin şəxslər heç vaxt onun fərdi yaşayış evində yaşamamış və onlarla heç bir qohumluq əlaqəsi yoxdur. Onların onun fərdi yaşayış evində formal qeydiyyatda qalmaları ona hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Həmin şəxslərdən xx.xx.2017-ci il doğum tarixli X10 yetkinlik yaşına çatmamışdır. Odur ki, yetkinlik yaşına çatmayan həmin şəxsin maraqlarının təmsil olunması üçün onun valideyni X6 üçüncü şəxs kimi işə cəlb edilməlidir. Bununla əlaqədar olaraq o, yuxarıda adları qeyd edilən şəxslərin ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması ilə bağlı Gədəbəy rayon Polis şöbəsinə müraciət etmişdir. Lakin həmin orqan tərəfindən onun müraciətinə xx.xx.2024-cü il tarixdə imtina verilmiş, bununla bağlı məhkəmə qərarı olduğu təqdirdə həmin şəxslərin qeydiyyatdan çxıarılacağının mümkün olması bildirilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

11. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “X18, X23, X24, X25, X6, X8, X28, X16, X9, X26, X13 və X2 ona məxsus olan ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III.İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

13. Belə ki, iddiaçı sözügedən evin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

14. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh Gədəbəy rayon Polis şöbəsi (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh Gədəbəy rayon Polis şöbəsinin yerləşdiyi Gədəbəy şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X15, X23, X24, X25, X6, X8, X28, X16, X9, X26, X13 və X10 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

22. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər isə məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü və ya mümkünsüzlüyü barədə məlumat verməmişdirlər.

23. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

24. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

25. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Məhkəmənin soğrusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-6595/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* və ******* nömrəli arayışları; - Gədəbəy rayon Polis şöbəsin xx.xx.2024-cü il tarixli 3-13-74/2-H-185xx/xx/2024 nğmrəli imtina məktubu; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar; - Məhkəmənin sorğusuna Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Gədəbəy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-44/2-458/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-6035/25 nömrəli cavab məktubu və ona əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli arayışlar; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-40/2-1785/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-40/2-2668/2025 nömrəli cavab məktubları.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.

28. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır.

29. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* və ******* nömrəli arayışlarına əsasən xx.xx.1998-ci il təvəllüdlü X12, xx.xx.2001-ci il təvəllüdlü X23, xx.xx.1998-ci il təvəllüdlü X24, xx.xx.2003-cü il təvəllüdlü X25, xx.xx.1988-ci il təvəllüdlü X6, xx.xx.1955-ci il təvəllüdlü X8, xx.xx.1975-ci il təvəllüdü X28, xx.xx.1970-ci il təvəllüdlü X16, xx.xx.1951-ci il təvəllüdlü X9, xx.xx.1962-ci il təvəllüdlü X26, xx.xx.1947-ci il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X2 ünvan 2 ünvanında qeydiyyatda olduqları göstərildiyindən iddiaçı cavabdeh orqana müraciət edərək, həmin şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.

30. İddiaçı üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatlarının formal olduğunu və bunun onun mülkiyyət hüququnun məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

31. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X15, X23, X24, X25, X6, X8, X28 və X1 şəhəri, A.Məmmədov küçəsi ev 16 ünvanında, X16, X9, X26, X13 isə ünvan 2 ünvanında qeydiyyatdadır.

32. Yəni, üçüncü şəxslərdən yalnız X16, X9, X26, X13 iddiaçıya məxsus olan ünvan 2 ünvanında qeydiyyatdadırlar.

33. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

34. Məhkəmə qeyd edir ki, adıçəkilən Qanunda yaşayış sahəsi ilə bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan və orada faktiki yaşamayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı birbaşa nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki: - müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. - Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. - Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

36. Göründüyü kimi, iddiaçının evində qeydiyyatda olan üçüncü şəxslər X15, X23, X24, X25, X6, X8, X28 və X10 hazırkı mülkiyyətçinin ailə üzvü olmadıqlarından onların iddiaçıya məxsus yaşayış sahəsinə istifadə hüquqları da yoxdur. İkinci tərəfdən, həmin üçüncü şəxslər hazırda sözügedən ünvanda faktiki olaraq yaşamırlar və qeydiyyatları formal xarakter daşıyır. Onların iddiaçıya məxsus evdə formal qeydiyyatda qalmaları isə iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır. Eyni zamanda, qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olması nəzərdə tutulmuşdur. Bu istiqamətdə aparılan qiymətləndirmə isə iddiaçının hazırkı tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarından imtinası əsassız olmuşdur.

37. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxs özünün yeni yaşayış yerləri üzrə qeydiyyata alına bilərlər.

38. Məhkəmə tələbin üçüncü şəxslərdən X15, X23, X24, X25, X6, X8, X28 və X5 münasibətdə isə qeyd edir ki, həmin şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olmaları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

39. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, X15, X23, X24, X25, X6, X8, X28 və X10 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda deyillər. Belə ki, həmin fərdi yaşayış evinin ünvanı ilkin qeydiyyatdan iddiaçının mülkiyyət hüququ qeydə alınanadək ünvan 2 olmuş, yalnız sonuncu dəfə ev üzrə aparılmış alğı-satqıdan sonra iddiaçıya çıxarış verilən zaman ona Yeni qaydalarla Gədəbəy şəhəri, A.Məmmədov küçəsi, ev 16 ünvanı verilmişdir.

40. Halbuki, ünvan 10 ünvan mövcuddur. Sözügedən ünvanlar şəhərin fərqli hissələrində yerləşirlər. İddiaçı mülkiyyətində olan ev ünvan 7çəsi ev 16) ünvanında yerləşir.

41. X15, X23, X24, X25, X6, X8, X28 və X10 isə əvvəldən Gədəbəy şəhəri, A.Məmmədov küçəsi ev 16 ünvanında qeydiyyatda olmaqla, ünvan 11ar.

42. Göründüyü kimi, üçüncü şəxslər X15, X23, X24, X25, X6, X8, X28 və X10 iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin ünvanının qısaldılmış variantı ilə eyni ünvan göstəricilərinə malik digər evdə, yəni iddiaçının mülkiyyətində olmayan evdə qeydiyyatdadırlar. Bu səbəbdən də, iddia onlara münasibətdə təmin edilə bilməz.

43. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

Nəticəvi hissə:

45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilsin. Üçüncü şəxslər X16, X9, X26 və X7 Gədəbəy şəhəri, A.Məmmədov küçəsi, ev 16 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Gədəbəy rayon Polis şöbəsinin üzərinə qoyulsun. X3, X23, X24, X25, X6, X8, X28 və X2 Gədəbəy şəhəri, A.Məmmədov küçəsi, ev 16 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar