Məhkəmə qərarları › İş №2-1(114)-1924/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1924/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1924/2020 17.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, vəkili X1, Üçüncü şəxs Naiqin-K «Tovuz-Baltiya» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Tovuz rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Naiqin-K «Tovuz-Baltiya» Məhdud Məsuliyyətli Cəmiyyəti) qərarın etibarsız hesab edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X9 (üçüncü şəxs Naiqin-K «Tovuz-Baltiya» Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxxx 2001-ci il və xx xxxxxxxx 2001-ci il tarixli inzibati aktın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Tovuz rayon X4 xx xxxxxxx 2001-ci il tarixli və Yerli X4 xx xxxxxx 2002-ci il tarixli qərarlarının etibarsız hesab edilməsini və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X8 əsl cavabdeh Tovuz Rayon İcra Hakimiyyəti ilə əvəz edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu İbrahimhacılı kəndi üzrə yerli X4 xx xxxxxxxx 2001-ci il tarixli qərarı ilə Tovuz Sovxozunaməxsus olmuş mal qara tövlələri və onun ətrafındakı 0,30 ha torpq sahəsi YAİK-nin nümayəndələrinin və Tovuz rayon X4 işçi qrupunun müəyyənləşdirdikləri 14.000.000( 14 milyon)manata ona satılmışdır. xx xxxxxxx 2001-ci ildə Tovuz RAİK-nin qəraraalmışdır ki, əmlak ucuz qiymətə satıldığı üçün YAİK-nin qərarı ləğv edilsin vətövlələr satılmaq məqsədilə yenidən hərraca çıxarılsın. Bu qərar Tovuz Rayonuİbrahimhacılı kənd üzrə "Tovuz" YAİK-na yalnız xx xxxxxx 2001-ci il tarixdəgöndərilmişdir. xx xxxxxx 2002-ci il tarixdə YAİK-nin sədri məktuba cavabvermişdir ki, əmlakın satış vaxtından 3 aydan artıq müddət keçdiyinə görə tövlələrin yenidən hərraca çıxarılması qeyri-mümkündür. RAİKin eyni tarixliqərarına əsasən YAİK-nin tərkibi dəyişdirilərək onun sədri və baş mühasibitutduğu vəzifədən azad edilmiş, bundan sonra xx xxxxxx 2002-ci il də YAİKnin yeni tərkibi "Tovuz" sovxozuna məxsus olmuş mal-qara tövlələri və onunətrafındakı 2.5 ha torpaq sahəsinin (İddiaçı satılandan 2.2. ha artıq) 30.000.000 (otuz milyon) manata "Tovuz -Baltiya LTD" şirkətinə satılması qərara alınmışdır. xx xxxxxx 2002-ci il tarixdə isə həmin əmlakın şirkətinmülkiyyətinə veriliməsinə dair qeydiyyat şəhadətnaməsi verilmişdir.O, Tovuz Rayon Məhkəməsinə "Tovuz YAİK-nin qanunsuzhərəkətlərindən şikayət vermiş, şikayətində həmçinin "Tovuz Baltiya LTD"şirkəti işçilərinin qanunsuz hərəkətlərinin qarşısının alınması və ona məxsusəmlakın yenidən başqasına qanunsuz satılması qərarlarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2002-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunmamış, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin xx xxx 2003-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək Tovuz Rayon Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixli qətnaməsi ləğv olunmuş, Tovuz RAİK-nin xx xxxxxxx 2001-ci il tarixli qərarı tam, "Tovuz" YAİK-nin xx xxxxxx 2002-ci il tarixli qərarı isə ona aid hissədə ləğv edilmiş, habelə "Tovuz Baltiya LTD"şirkətinə verilmiş qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2003- cü il tarixli qərarı ilə "Tovuz Baltiya" LTD şirkətini kasasiya şikayəti qismən təmin edilərək Apelyasiya məhkəməsinin xx xxx 2003-cü il tarixli qətnaməsi ləğv olunmuş yenidən apelyasiya baxışına qaytarılmışdır. Bundan sonra Apelyasiya Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.Ali Məhkəmənin xx xxxxx 2004-cü il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Onun Konstitusiya məhkəməsinə verdiyi şikayət əsasında qəbul edilmiş xx.xx.2005-ci il tarixli X2 qərarında «Tovuz» yerli X4 qanunsuz hərəkətlərindən şikayətinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxx 2004-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.0.3 və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. İddiaçı və vəkili X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs Naiqin-K «Tovuz-Baltiya» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, hazırkı mübahisəyə artıq məhkəmələr tərəfindən baxıldığını bildirdi və iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İş materiallarında olan; -Tovuz Rayon Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixli, 2-229-2002 saylı qətnaməsi ilə şikayətçi İddiaçı Tovuz rayon İbrahimhacılı kəndində yerləşən tövlələrin Tovuz YAİK-sı tərəfindən ona satılmasına dair qərarın qanunsuz ləğv olunmasına və onun mülkiyyətində olan əmlakın YAİK-sı tərəfindən yenidən «Tovuz-Baltiya LTD» şirkətinə qanunsuz satılmasına dair şikayəti əsassız olduğundan təmin olunmamışdır. -Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx xxx 2003-cü il tarixli, 1 MK 160/2003 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi ləğv edilmiş, Tovuz rayon Aqrar İslahat 10 saylı iclas protokol qərarı tam, «Tovuz» YAİK-nın xx xxxxxx 2002-ci il tarixli 2 saylı iclas protokol-qərarı, əvvəl ərizəçi İddiaçı verilmiş mal tövlələri, süni mayalanma, çoban olacaqlarının, silov quyuları və 0,30 ha torpaq sahəsi hissəsində ləğv edilmiş, həmin protokol əsasında «Tovuz Baltiya LTD» şirkətinə, Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş xx xxxxxx 2002-ci il tarixli 182 saylı qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilmişdir. - Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli, 1 MK 3166/2003 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 6K-683 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarı ilə İddiaçı «Tovuz» yerli X4 qanunsuz hərəkətlərindən şikayətinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxx 2004-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.0.3 və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 8m(k)-18 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı və onunla əlaqədar Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli qətnaməsi ləğv edilmiş, yenidən baxılması üçün iş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinə göndərilmişdir. - Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli, 1 MK 7028/2005 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2007-ci il tarixli qərardadı ilə Ş.Ağayevin şikayətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunmasından imtina edilmişdir. İş materiallarından məlum olur ki, Tovuz rayon X4 xx xxxxxxx 2001-ci il tarixli, 10 saylı iclas protokolu ilə mübahisəli tikililərin ucuz satılması nəzərə alınaraq, YAİK-nın (mübahisəli tikililərin İddiaçı satılmasına dair) xx.xx.2001-ci il tarixli, 29 saylı protokol qərarı ləğv edilmiş və həmin tiklilərin yüksək qiymətə satılması üçün yenidən hərraca çıxarılması, Tovuz savxoz YAİK-ın xx xxxxxx 2002-ci il tarixli, 2 saylı protokol-qərarı ilə əvvəl İddiaçı satılmış mübahisəli tikililər və torpaq sahəsi də daxil olmaqla, 2.5 ha torpaq sahəsinin "Tovuz Baltiya LTD" şirkətinə 30.000.000 manat məbləğində satılması, məbləğin sonuncudan nəğd şəkildə alınması və mübahisəli sahəyə görə ərizəçi İddiaçı əvvəllər alınmış 14.000.000 manat məbləğin qaytarılması qərara alınmışdır. Yuxarıda qeyd edilən məhkəmə aktlarından göründüyü kimi hazırkı iddia tələbinin predmeti olan Tovuz rayon X4 xx xxxxxxx 2001-ci il tarixli və Yerli X4 xx xxxxxx 2002-ci il tarixli qərarları iddiaçı tərəfindən verilmiş şikayət əsasında mübahisələndirilmiş və məhkəmə tərəfindən hüquqi qiymət verilməklə iddia ərizəsi təmin edilməmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx xxxxxx 2006cı il tarixli, 1 MK 7028/2005 saylı qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 78. maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Yəni, maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qərarları proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Faktiki olaraq bu məcburilik məhkəməyə də şamil olunur. Çünki məhkəmə tərəflərin və mübahisənin eyni olduğu hallarda mahiyyəti üzrə yeni qərar qəbul edə bilməz. Əksinə məhkəmə artıq bir qərarın mövcud olması və buna görə də yeni qərarın qəbul edilə bilməməsi vəziyyətinə riayət etməlidir. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı hüquqi mübahisə üzrə iddiaçı və cavabdeh, eləcə də zəruri prosessual həmiştirakçılar üçün məcburidir. Başqa sözlə eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi əsasları dəyişməmiş, iddiaçı məhkəmə qərarları ilə hüquqi qiymət verilmiş iddianı yenidən mübahisələndirmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1. maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3. maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Tovuz rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Naiqin-K «Tovuz-Baltiya» Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı Tovuz rayon X4 xx xxxxxxx 2001-ci il tarixli və Yerli X4 xx xxxxxx 2002-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar