Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1924/2022 18.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı ad və soyadın dəyişdirilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, “Mehdiyev” soyadının “Rüstəmov”-a, “Şahin” adının isə “Şöhrət”-ə dəyişdirilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən adın, ata adının və soyadın dəyişdirilməsi barədə xx.xx.2017-ci il tarixli, 152 saylı akt qeydi tərtib edilərək iddiaçıya AZ-İ№ 020748 seriya nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən iddiaçının soyadı “Rüstəmov”-dan “Mehdiyev”-ə, adı isə “Şöhrət”-dən “Şahin”-ə dəyişdirilmişdir. İddiaçə qeyd olunan dəyişikliklərlə bağlı bir sıra çətinliklərə məruz qalmışdır. Belə ki, X6 ilə birgə nigahlarından 3 övladları dünyaya gəlmişdir. İddiaçının arvadı X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçının övladlarından biri X5 xx.xx.2005-ci il tarixdə anadan olmuş və hazırda Rusiya Federasiyasında yaşayır. Onun doğum haqqında şəhadətnaməsində iddiaçının soyadı “Rüstəmov”, adı isə “Şöhrət” kimi qeyd edildiyindən X3 sərhəd buraxılış məntəqələrindən keçməsində çətinliklər yaranır. Bu səbəbdən də, iddiaçı qeyd edilən tələblə bağlı cavabdehə mütraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilməsi mümkün olmamışdır. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Cavabdeh xx.xx.2022-ci il tarixli, “adın və soyadın növbəti dəfə dəyişdirilməsinin mümkün hesab edilməməsi barədə ” qərardan görünür ki, İddiaçı adının və soyadının növbəti dəfə dəyişdirilməsinin mümkün hesab edilməməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.1993-cü il tarixli, Vİ-ЖГ № 424601 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”-dən görünür ki, X4 və X2 arasında nikah bağlanmışdır. -surəti işə əlavə edilmiş xx.xx.1973-cü il tarixli, İ-ЖГ № 484551 nömrəli “doğum haqqında şəhadətnamə”-dən görünür ki, sözü gedən şəhadətnamə X1 adına tərtib edilmişdir. -surəti işə əlavə edilmiş İİİ-МЮ № 574792 nömrəli, xx.xx.2006-cı il tarixli “doğum haqqında şəhadətnamə”-dən görünür ki, sözügedən şəhadətnamə X3 adına tərtib edilmişdir. -surəti işə əlavə edilmiş “ölüm haqqında şəhadətnamə”-dən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən olunmuşdur ki, əvvəllər iddiaçının adının və soy adının dəyişdirilməsi barədə Cavabdeh xx.xx.2017-ci il tarixli, 152 saylı akt qeydi tərtib edilmiş və həmin akt qeydi əsasında iddiaçıya AZ-İ№ 020748 seriya nömrəli şəhadətnamə verilmişdir. Bununla əlaqədar olaraq məhkəmə iddiaçının adının və soy adının dəyişdirilməsi nəticəsində onun, eləcə də onun övladlarının hüquq və vəzifələrinin həyata keçirilməsində müəyyən çətinliklər yaratmasını nəzərə alaraq hesab edir ki, iddiaçının adının dəyişdirilərək “Şöhrət” kimi, soy adının isə dəyişdirilərək “Rüstəmov” kimi qeyd olunması məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 26.1 və 26.2-ci maddələrinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Həmin Məcəllənin 158.2-ci maddəsində göstərilir ki, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv” qaydalarını müəyyən edən müddəalarının 1-ci bəndinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin müddəaların 3-cü bəndinin tələblərinə əsasən vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdikdə vətəndaşlıq vəziyyəti aktlarında dəyişikliklər edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 1.5-ci maddəsinə əsasən adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1 maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı soyadının “Rüstəmov”, adının “Şöhrət” kimi dəyişdirilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1924/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1924/2022
18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver